M. M. Musayev



Yüklə 3,61 Mb.

səhifə124/171
tarix20.09.2017
ölçüsü3,61 Mb.
1   ...   120   121   122   123   124   125   126   127   ...   171

297 

 

hansı yeni linqvistik yönümlәrdәn vә yöntәmlәrdәn istifadә olunmaqdadır? Onların 



çatışmazlıqları  vә  ya  tutarsızlıqları  haqqında  nә  deyә  bilәrsiniz?  Bәs  sözügedәn 

dәrslikdә  türkoloji  dilçiliyin  mövzuları  hansı  yeni  linqvistik  yönüm  vә 

yöntәmlәrdәn vә araşdırma-öyrәnilmә  aspektlәrindәn istifadә edilәrәk açıqlanır?    

2. 


Ana vә ya ulu dil, ana

 

dili, ortaq dil, rәsmi dil vә e



-

dil qavramları haqqında nә 

deyә  bilәrsiniz?

 

“Avrasiya  dil  portfolyosu”  nә  demәkdir?  Türk  әdәbi  dillәri



nin  xarici 

vәtәndaşlara  öyrәdilmәsindә  hansı  müasir  linqvistik  yönüm  vә  yöntәmlәrdәn  istifadә 

oluna bilәr?

  

3



.  Müasir  Azәrbaycan  әdәbi  dilindә  özünü  göstәrәn  yeni  dil

-

danışıq 



alışqanlıqları  vә  alınmaları  haqqında  nә  deyә  bilәrsiniz?  Bunların  meydana  çıxmasını 

hansı  amillәr  şәrtlәndirir

Hәmin  dil



-

danışıq  qәliblәrinә  vә  alınmalarına  dair  konkret 

örnәklәr göstәrin. 

 

4



. Tәrcümә, çeviri vә ya әdәbi mәtn uyğunlaşdırması qavramı haqqında nә deyә 

bilәrsiniz? İstәr tәrcümә, istәrsә dә çeviri vә ya әdәbi mәtn uyğunlaşdırması işlәri müasir 

türkoloji dilçilikdә әsasәn hansı әdәbi üsullarla vә texniki vasitәlәrlә aparılır? Bu sahәdә 

görülmüş işlәrә dair konkret örnәklәr göstәrin. 

  

5. 


Mәtn  dilçiliyi,  qrammatikası,  sintaksisi,  quruluşu,  semantikası  vә  s. 

anlayışları  vә  ya  anlayışı  digәr  sosial  elm  sahәlәri  ilә  әlaqәdar  olaraq  müasir 

filologiya  elmindә  nә  vaxtdan  etibarәn  öyrәnilmәyә  başlanmışdır?  Türk  әdәbi 

dillәrindә mәtn sintaksisinә dair aparılan konkret dilçilik tәdqiqatları başlıca olaraq 

hansı mövzuları әhatә edir?  

6.  Koqnitiv  dlçilikdә  hansı  araşdırma-öyrәnilmә  aspektlәri  hәm  sinxronik, 

hәm dә diaxronik özәlliklәrinә görә bilinmәkdәdir? Kitabi-Dәdә Qorqud” vә digәr 

folklorik  örnәklәrimizdә  türk-islam  dünyasının  dil  xәritәsindә  yer  alan  hansı 

qavramlar konseptual-linqvistik tәdqiqata cәlb olunur? 

7.  Qrammatika  qavramı  nә  demәkdir  vә  әnәnәvi  olaraq  hansı  linqvistik 

sahәlәri  әhatә  edir?  Bәs  istәr  ümumi  dilçilkdә,  istәrsә  dә  türkoloji  dilçilikdә 

konseptual-funksional  qrammatika  anlayışının  ortaya  çıxmasını  vә  elmi-linqvistik 

baxımdan müәyyәnlәşdirilmәsini bu gün hansı amillәr şәrtlәndirmәkdәdir?  

8. Sadә vә mürәkkәb cümlәlәrin, bәdii mәtni tәşkil edәn MSB-lәrin aktual 

üzvlәnmәsi  haqqında  nә  deyә  bilәrsiniz?  MSB-lәr  kommunikativ  vә  informativ 

vahidlәr  olaraq  quruluşuna  görә  hansı  növlәrә  ayrılır?  Bәs  MSB-lәrin 

komponentlәrini әlәaqәlәndirәn әsas mәtnlinqvistik vasitәlәr nәdir? Bir Azәrbaycan 

bәdii mәtnindәn seçdiyiniz MSB-nin aktual üzvlәnmәsini komponentlәrinә әsasәn 

göstәrin.  

9. Türk folklorik mәtnlәri vә çağdaş bәdii şeir mәtnlәrindә misraların oxşar 

bir şәkildә paralel olaraq qafiyәlәnmәsindә hansı asimmetrik sintaktik hadisә özünü 

göstәrir?  Bu  sintaktik  hadisәnin  nә  olduğunu  vә  necә  formalaşdığını  söylәyә 

bilәrsinizmi? Örnәklәrlә açıqlayın.  

10. Türkcә mәtnin varlıq әsasını vә ya var ola bilmә kontekstini tәşkil edәn 

başlıca konseptual amillәr hansılardır? Hansı real vә әfsanәvi şәxsiyyәtlәr, saz vә 

söz  ustaları  ümumtürk  mәtninin vә  ya  türkcә nәql  etmә  tәrzinin  formalaşmasında 




298 

 

çox böyük rol oynamışdır? Günümüzdә türk әdәbi-bәdii mәtni başlıca olaraq hansı 



üsullarla  tәhlil  olunur?  Bәs  dәrslikdә  nәsrlә  vә  nәzmlә  yazılan  hansı  folklorik 

örnәklәrimiz әdәbi-linqvistik tәhlilә cәlb olunmuşdur? 

11.  Müasir  filologiya  elmindә  mәtnlәrarası  әlaqә  üsulunun  elmi-tәdbiqi 

baxımdan açıqlanması vә çağdaş әdәbiyyatımızda buna uyğun yazı-anlatım tәrzi vә 

konkret örnәklәri nә zaman ortaya çıxmışdır? Bu yeni bәdii yazı üslubunun vә dil-

anlatım tәrzinin çağdaş Azәrbaycan әdәbiyyatındakı nümayәndәsi kimdir vә onun 

hansı әsәrlәri mәhz mәtnlәrarası әlaqәlәr kontekstindә yazılmışdır?  

12.  Üslubiyyat  vә  mәtn  üslubiyyatı  qavramları  nә  demәkdir?  Mәtn 

üslubiyyatı qavramının әsas әlamәtlәri nәdәn ibarәtdir? Hәmin әlamәtlәr haqqında 

hansı  dilçilәrin  fikirlәri  vardır?  Dәrslikdә  hansı  әsәrlәrdәn  gәtirilәn  mәtn 

parçalarının  üslubi-linqvistik  özәlliklәri  tәhlil  olunmuşdur?  Sözügedәn  әsәrlәrdә 

müәyyәnlәşdirilәn başlıca üslubi-linqvistik özәlliklәr hansılardır?  

13.  Mәtn  anlayışını  necә  başa  düşürsünüz?  Konkret  olaraq  hansı  mәtn 

növlәrini  göstәrә  bilәrsiniz?  İndi  bәdii  mәtn  fiologiyada  hansı  konseptual  şәrtlәrә 

görә tәdqiqata cәlb olunur? Әdәbi-bәdii mәtni digәr mәtn növlәrindәn fәrqlәndirәn 

hansı özәlliklәr vardır? Bәs özәl mәtnqurucu işarәlәr nә demәkdir?  

14.  Bәdii  mәtnin  XX  yüzil  boyunca  formal-semantik  baxımdan 

öyrәnilmәsindә  başlıca  olaraq  hansı  mәsәlәlәr  diqqәt  mәrkәzindә  olmuşdur?  Bәs 

çağdaş  dilçilikdә  bәdii  mәtn  әn  çox  hansı  özәlliklәrinә  görә  öyrәnilir?  Rus  vә 

Azәrbaycan  әdәbiyyatında  özәl  mәtnqurucu  işarәlәrinin  vә  ya  başlıqların 

işlәnilmәsilә seçilәn hansı bәdii әsәr örnәklәrini göstәrә bilәrsiniz?  

15.  Kamal  Abdullanın  “Sehrbazlar  dәrәsi”  vә  “Unutmağa  kimsә  yox” 

romanları  hansı  dil  vә  özәl  mәtnqurucu  işarәlәrin  işlәnilmәsilә  diqqәti  daha  çox 

cәlb  edir?  İkinci  romanın  qavramlar  xәritәsi  haqqında  nә  deyә  bilәrsiniz?  Bu 

işarәlәr dәrslikdә hansı özәlliklәrinә görә müәyyәnlәşdirilmişdir?  

16.  Ramiz  Rövşәnin  “Başı  kәsik  gözәl  kötük”  adlı  şerindә  şairin  bәdii 

tәxәyyül  dünyasında  mövcud  olan  hansı  qavram  nә  zaman  işlәnilmişdir?  Şeirdә 

ifadә  edilәn  müәllif  gerçәkliyi  vә  ya  reallığı  nәdәn  ibarәtdir?  Siz  şerin 

konseptuallığını nәdә görürsünüz? Bәs hәmin konseptual mövzuya dair şerin mәtni 

mәtn dilçiliyinin hansı meyarları baxımından tәhlil olunmuşdur? 

Mәtn dilçiliyinә vә sintaksisinә dair indiyә qәdәr öyrәndiyiniz elmi-praktik 

bilgilәri tәtbiq edәrәk çağdaş Azәrbaycan әdәbiyyatından gәtirilәn aşağıdakı bәdii 

mәtn örnәklәrini konseptual-linqvistik özәlliklәrinә görә tәhlil edin. 

I.    İ.  Şıxlının  “Çiskin”  hekayәsini  tapıb  oxuyun  vә  hәmin  hekayәni 

konseptual-linqviğstik baxımdan dәyәrlәndirmәyә çalışın.  

 





Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   171


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə