M. M. Musayev



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə13/171
tarix20.09.2017
ölçüsü3,61 Mb.
#871
1   ...   9   10   11   12   13   14   15   16   ...   171

33 

 

Belә bir linqvistik kontekstdә saha//yakut vә çuvaş dillәri xaricindәki türk әdәbi dillәri 



vә dialektlәrinin oğuz, karluq, qıpçaq, qırğız-yenisey vә ya xakas yaxın qohum dil qruplarından 

ibarәt olan bir tәsniflәndirilmәsi ortaya çıxır. Bu tәsniflәndirmә ilә türkoloji dilçiliyә “Yaxın vә 



әn  yaxın  qohum  türk  dillәri  vә  ya  Avrasiya  türkcәlәri”  qavramlaşdırması  gәtirilir.  Burada 

bütövlükdә saha//yakut, çuvaş vә türk әdәbi dillәri vә dialektlәri bir-biri ilә qohum dillәr; oğuz, 

karluq,  qıpçaq,  qırğız-yenisey  vә  ya  xakas  dil  qrupları  isә  bir-biri  ilә   yaxın  qrup  qohum  dillәr 

olaraq  tәsniflәndirilir.    Oğuz,  karluq,  qıpçaq,  qırğız-yenisey  vә  ya  xakas  dil  qruplarında  ayrı-

ayrılıqda  yer  tutan  dillәr  isә  bir-biri  ilә  әn  yaxın  qohum  dillәr  sәviyyәlәrindә  tәsniflәndirilir. 

Mәsәlәn, oğuz qrupunda yer tutan Azәrbaycan, Türkiyә, türkmәn vә qaqauz türkcәlәri bir-biri ilә 

әn yaxın qohum olan türk әdәbi vә ya danışıq dillәridir. 

Belә  bir  tәsniflәndirmә  türk  әdәbi  dillәri  vә  dil-danışıq  şәkillәrinin  müqayisәli- 

tutuşdurmalı  tәsvirinin  aparılmasına,  funksional  qrammatikasının  hazırlanmasına  çox  geniş 

imkan yarada bilәr vә sözügedәn dillәrin qonşu qohum, yaxın qohum vә әn yaxın qohum dillәrlә 

koqnitiv-konseptual  yöntәmlәrlә  öyrәnilmәsinә  dә  yol  açar.  Belә  ki,  türk-slavyan  dillәri 

“Türkslavistik  düşüncәsi”  (Сулейманов:  2002:  31)  әsasında  Avrasiya  coğrafiyasının  iki  böyük 

dil-etnik  vә  mәdәniyyәt-yayılma  çoxluğunun  dәrk  olunması  ilә  bilinmәkdәdir.  Belә  bir  halda 

sözügedәn dillәrin  yeni  tәrtib edilәcәk bir tәrcümә-çeviri vә  ya  әdәbi  mәtn  uyğunlaşdırması vә 

yaxın vә әn yaxın qohum dillәr sәciyyәli vә dil tәminatlı avtomatik e-proqramla öyrәnilә bilәcәyi 

müşahidә  olunmaqdadır.  Bu,  bir  Avrasiya  gerçәkliyidir,  bütünlüyüdür  vә  buna  görә  dә  türk 

dillәri,  dialektlәri  vә  ya  lәhcәlәri  adlandırması  ilә  bәrabәr,  yeni  bir  Avrasiya  türkcәlәri 

adlandırma-qavramlaşdırmasının gündәmә gәtirilmәsi dә yerinә düşәr. 

Belәliklә,  türk  dillәri  vә  ya  danışılan  müasir  Avrasiya  türkcәlәrinin,  tarixi  әdәbi 

dil=etnik-etnoloji  vә  etnoqrafik  vә  müasir  sosiolinqvistik=dialekt-şivә  ve  koyne  (eyni  danışıq 

sәviyyәsi)  özәlliklәri  seçilir.  Onlar  türkoloji  dilçilikdә  indiyә  qәdәr  aparılmış  olan  uyğun  elmi-

praktik araşdırmalara vә işlәrә görә sinkretik, paradiqmatik vә sintaqmatik olaraq dәyәrlәndirilir. 

Vә  yenidәn  çәkilәn  bir  dil  xәritәsilә  türk  dillәri  vә  ya  müasir  Avrasiya  türkcәlәri  aşağıdakı 

şәkildә uyğun bir açıqlanma ilә tәsniflәndirilir.  

 

4.1.1.2. Müasir türk әdәbi dillәri vә xәritәsi  

Türklük  fenomeni,  yuxarıda  da  göstәrildiyi  kimi,  bu  gün  artıq  Avrasiya  vә  dünya 

coğrafiyasında Anadolu-Rumeli, Azәrbaycan, türkmәn, qazax, qırğız, özbәk, qaraqalpaq, uyğur, 



34 

 

tatar,  başqırd,  çuvaş,  yakut,  tuva,  karaim,  qaqauz,  qaraçay-balkar,  qumuq,  noqay,  altay,  salar, 



xakas milli-mәdәni kimliklәri ilә sözün dar mәnasında etnik, geniş mәnasında isә ümumi bir dil-

mәdәniyyәt müәyyәnliyi zәminindә öyrәnilir. Ümumtürk mәdәniyyәti qavramını әnәnәvi vә yeni 

dinlәr vә inanclar, hәyat tәrzlәri vә davranış şәkillәri, әdәbiyyat vә musiqi növlәri formalaşdırır. 

Bütün bunlar isә әdәbi dillәr vә dialektlәrdәn ibarәt olan ümumtürk dili ilә dәrk olunur. Bununla 

bәrabәr,  türkdilli  xalqların  Avrasiyada  vә  dünyanın  digәr  bölgәlәrindәki  miqrasiya  xarakterli 

nüfus  yerlәşimlәri,  müstәqil  vә  muxtar  respublikaları,  milli-mәdәni  muxtariyyat  vә  vilayәt 

sәciyyәli avtonom tәşәkküllәri “Türklük fenomeni” şüurunun coğrafi-demoqrafik vә milli-siyasi 

göstәricilәri kimi sәciyyәlәndirilir. Ümumtürk dilinin “Dil xәritәsi” dil daşıyıcılarının әdәbi dil-

lәri  vә  dialektlәrinin  ana  dili  kimi  birinci,  ikinci  vә  sosiolinqvistik  xarakterli  işlәnilmә  şәrtlәri, 

tәdris vә tәlim özәlliklәrinә görә konseptual olaraq yenidәn tәrtib olunur. 

Ümumtürk  dili  Ural-Altay  dillәri  içәrisindә  çuvaş  vә  yakut  dillәri  ilә  bәrabәr,  qohum 

әdәbi dillәr vә dialektlәr qrupu kimi tәsniflәndirilir. Çünki bәzi türk dillәri günümüzdә ümumxalq 

danışıq dili vә ya dialektlәr sәviyyәsindә mövcuddur. Bunların bir qismi  ya әdәbi dil özәlliyini 

itirmiş, bәzilәrinin isә indiyә qәdәr heç belә bir statusu olmamışdır. Bu böyük dilin etnik-coğrafi 

yerlәşimi, yazılan vә danışılan ümumxalq dillәri kimi sosiolinqvistik sәciyyәli yayılımı vә ehtiva 

etdiyi müәyyәn dil-danışıq fәrqliliklәrinә görә әn yaxın qohum olan türk әdәbi dillәri vә dialekt-

lәri kimi adlandırlması, bizcә, daha düzgündür. Bunların әdәbi vә danışıq dillәri kimi hәm tarixi 

sәciyyәli etnik-mәdәni müәyyәnlik, hәm dә Avropa, Asiya, Amerika,  Afrika vә Avstraliyadakı 

sosiolinqvistik xarakterli dil yayılma-işlәnilmә dairәsinә görә xәritәsi isә aşağıdakı şәkildә tәrtib 

olunur. 


 

 

 

 

 

 

 

 

 

 


35 

 

 



 

 

 

T

ü

rk

 d

illәr

i xәr

itә

si

 


36 

 

 



A. Tarixi sәciyyәli etnik yerlәşim yerlәri vә nüfus sayımları ilә  

1. Әn yaxın qohum türk әdәbi dillәri vә dialektlәri  

1.1. Oğuz-karluq-qıpçaq dil-dialekt sistemlәri vә danışılan müasir türk dillәri  

1.1.1. Oğuz qrupu 

1.1.1.1. Türkcә, türk dili vә ya Türkiyә türkcәsi Türkiyә Cümhuriyyәtinin dövlәt dili 

vә 72 milyondan çox nüfusun ana dilidir. Türkiyәdә vә dünyanın bir çox ölkәsindә xarici dil kimi 

öyrәdilir,  ikidilli  vә  çoxdilli  ortamlarda  birinci,  ikinci  vә  ya  üçüncü  dil  sәviyyәlәrindә  işlәdilir. 

İstәr dil daşıyıcılarının sayına, istәrsә dә Avrasiya coğrafiyasında vә bütün dünyada dil-işlәnilmә 

yayılımına görә әn böyük türk dilidir.  

1.1.1.2.  Azәrbaycan  dili  vә  ya  türkcәsi  Azәrbaycanda,  Gürcüstanda,  Rusiya 

Federasiyasında,  İranda  vә s. işlәnilir. Bu dildә tәxminәn 50 milyondan  çox insan danışır. Ana 

dili, birinci, ikinci vә xarici dil kimi işlәdilir. İstәr dil daşıyıcılarının sayına, istәrsә dә Avrasiya 

coğrafiyasında  vә  bütün  dünyada  dil-işlәnilmә  yayılımına  görә  Türkiyә  türkcәsindәn  sonra 

yayğın olan ikinci böyük türk dilidir. 

1.1.1.3.  Türkmәn  dili  vә  ya  türkcәsi  Türkmәnistanda,  Özbәkistanda,  Tacikistanda, 

Qazaxıstanda,  Rusiya  Federasiyasında,  İranda  vә  Әfqanıstanda  danışılır.  Tәxminәn  6  milyon 

insan türkmәn dilini ana dili kimi işlәdir. 

1.1.1.4.  Qaqauz  dili  vә  ya  türkcәsi  Moldovanın  Komrat,  Çadır-Lunq,  Vulkaneşt, 

Kaqaul bölgәlәrindә, Ukraynanın Odessa vilayәtindә, Qazaxıstanda, Özbәkistanda işlәdilir. Sovet 

İttifaqında әhalinin 1989-ci ildәki siyahıya alınmasına görә 198 min nәfәr adam qaqauz dilindә 

danışmışdır.  Bunların  87,5  %-i  qaqauz  dilini  ana  dili  hesab  etmişdir.  Aradan  keçәn  vaxt 

içәrisindә  sözügedәn  rәqәm  çox  dәyişmişdir.  Bu  gün  keçmiş  SSRİ-nin  torpaqlarında  250  min, 

Bolqarıstanda vә Yunanıstanda isә 20 minә qәdәr qaqauz yaşayır. Qaqauz türkcәsi rumın vә rus 

dillәri  ilә  bәrabәr,  Moldovada  yerlәşәn  Qaqauziya  vә  ya  Qaqauz  yeri  Muxtar  Respulikasının 

rәsmi dillәrindәn bir kimi işlәdilir (tr.wikipedia.org/wiki/Gagavuzya). 



1.1.1.5.  Salar  dili  vә  ya  türkcәsi  Çin  Respublikasının  Sinhay  bölgәsindә  işlәnilir. 

Әhalinin  1973-cü  il  siyahıya  alınmasına  görә  40  min  adamın,  2000-ci  ildә  aparılan  siyahıya 

alınmaya görә isә 104. 500 nәfәrin salar dilini danışıq dili sәviyyәsindә ana dili kimi danışdığı 

mәlum  olmuşdur  (http://tr.wikipedia.org/wiki/Salarlar).  Sözügedәn  dil  әdәbi  dil  sәviyyәsinә 

malik olmadığından ümumtürk dilinin bir dialekti olaraq da sәciyyәlәndirilә bilәr. 



Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə