M. M. Musayev


  Altay  dili  vә  ya  türkcәsinin



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə15/171
tarix20.09.2017
ölçüsü3,61 Mb.
#871
1   ...   11   12   13   14   15   16   17   18   ...   171

39 

 

1.1.3.5.  Altay  dili  vә  ya  türkcәsinin  köhnә  adı  oyrot  dili  olmuşdur.  Altay  türkcәsi 

Rusiya  Federasiyasında  yerlәşәn Altay Muxtar  Respublikasında işlәnilir. Әhalinin  1989-cu ildә 

hәyata  keçirilәn  siyahıya  alınmasına  görә  sözügedәn  dildә  60  min  nәfәr  danışmışdır.  21  il 

içәrisindә  yәqin  ki  bu  rәqәm  dәyişmişdir.  Sözügedәn  dil  danışıq  vә  әdәbi  dil  sәviyyәlәrindә 

işlәdilir.  2002-ci  ilin  mәlumatlarına  görә  Altay  türkcәsindә  tәxminәn  75  min  nәfәr  danışır 

(

http://tr.wikipedia.org/wiki/Altayca



). 

1.1.3.6.  Qaraqalpaq  dili  vә  ya  türkcәsi  Özbәkistanın  Qarqalpaq  Muxtar 

Respublikasında  danışıq  dili  vә  әdәbi  dil  sәviyyәlәrindә  işlәnilir.  Әhalinin  1989-cu  ildә  hәyata 

keçirilәn  siyahıya  alınmasına  görә  keçmiş  SSRİ-dә  sözügedәn  dildә  danışanların  sayı  424  min 

nәfәr olmuşdur. 21 il içәrisindә yәqin ki bu rәqәm çox dәyişmişdir. 



1.1.3.7. Qaraçay-balkar dili vә ya türkcәsi iki bir-birinә çox yaxın olan qaraçaylar vә 

balkarlar  adlı  türk  etnik  qrupu  tәrәfindәn  işlәdilir.  Qaraçaylar  Rusiya  Federasiyası  Qaraçay-

Çerkessk  Muxtar  Respublikasında,  balkarlar  isә  Kabardin-Balkar  Muxtar  Respublikasında 

yaşayır.  Әhalinin  1989-cu  ildә  hәyata  keçirilәn  siyahıya  alınmasına  görә  qaraçay-balkar 

türkcәsindә  danışanların  sayı  231  min  olmuşdur.  21  il  içәrisindә  yәqin  ki  bu  rәqәm  çox 

dәyişmişdir. Sözügedәn dil danışıq vә әdәbi dil sәviyyәlәrindә işlәnilir.   



1.1.3.8. Noqay dili vә ya türkcәsi danışıq dili sәviyyәsindә, qismәn dә әdәbi dil kimi 

Rusiya  Federasiyasının  Stavropol,  Astraxan  vә  Krasnodar  vilayәtlәrindә  vә  Dağıstan  Muxtar 

Respublikasında işlәnilir. Әhalinin 1989-cu ildә hәyata keçirilәn siyahıya alınmasına görә noqay-

ların sayı 45 min olmuşdur. 21 il içәrisindә bu rәqәm yәqin ki dәyişmişdir.  



1.1.3.9.  Qumuq  dili  vә  ya  türkcәsi  әn  çox  Rusiya  Federasiyasının  Dağıstan  Muxtar 

Respublikasında,  qismәn  dә  Şimali  Osetiya,  Çeçenistan,  İnquşetiya  Muxtar  Respublikalarında 

işlәnilir.  Әhalinin  1989-cu  ildә  hәyata  keçirilәn  siyahıya  alınmasına  görә  qumuqların  sayı  282 

min  nәfәr  olmuşdur.  Bunların  97,4%-ü  qumuq  türkcәsini  ana  dillәri  kimi  qәbul  etmişdir.  21  il 

içәrisindә  bu  rәqәm  yәqin  ki  dәyişmişdir.  Qumuq  dili  Dağıstan  Muxtar  Respublikasınada 

işlәnilәn  6  әdәbi  dildәn  biridir.  Bolşevik  inqilabından  әvvәl  qumuq  dili  sözügedәn  vilayәtlәrdә 

ortaq dil özәlliyinә malik olmuşdur. Sonralar hәmin funksiyanı rus dili yerinә yetirmişdir. Bu gün 

dә sözügedәn funksiyanı rus dili hәyata keçirir.   



1.1.3.10.  Krım-tatar  dili  vә  ya  Krım  tatarcası  Ukrayna  Respublikasında  vә 

Özbәkistanda  işlәnilir.  Әhalinin  1989-cu  ildә  hәyata  keçirilәn  siyahıya  alınmasına  görә  Krım 

tatarlarının  sayı  keçmiş  SSRİ-dә  272  min  nәfәr  olmuşdur.  21  il  içәrisindә  bu  rәqәm  yәqin  ki 



40 

 

dәyişmişdir.  Bu tatarların 252 mini o zamankı sayım rәqәmlәrinә görә Krım tatarcasını ana dili 



kimi  qәbul  etmişdir.  Günümüzdә  Krım  tatarlarının  böyük  bir  hissәsi  Özbәkistandan  vә  keçmiş 

Sovetlәr İttifaqının digәr bölgәlәrindәn Krıma köçüb gәlmişdir.  



1.1.3.11.  Krımçak  dili  vә  ya  türkcәsi  Krımda  yaşayan  vә  bir  qrup  yәhudi  dininә 

mәnsub olan bir türk xalqının dilidir. Әhalinin 1989-cu ildә hәyata keçirilәn siyahıya alınmasına 

görә SSRİ-dә 1448 nәfәr krımçak yaşamışdır. Onların 34,9 %-u bu dili ana dili hesab etmişdir. 

Sadәcә yaşlı nәsil bu dildә danışa bilir. Krımçaklar rus dilini işlәdirlәr. İndi gәnc nәsil dә bu dili 

öyrәnmәk istәyir. 1989-cu ildә ana dillәrini öyrәnmәk üçün “Bazar günü mәktәblәri” açmışdırlar.  

1.1.3.12.  Karaim  dili  vә  ya  türkcәsi  danışıq  dili  kimi  işlәdilir.  Yәhudi  dinindәn  olan 

karaimlәr  Litva,  Ukrayna  vә  Polşanın  bәzi  şәhәrlәrindә  yaşayırlar.  Әdәbi  dillәri  yoxdur,  amma 

yazıları  vardır.  Әvvәllәr  ibrani,    sonralar  isә  kril  әlifbasını  işlәtmişlәr.  Әhalinin  1989-cu  ildә 

hәyata keçirilәn ümumi siyahıya alınmasına görә keçmiş SSRİ-dә  2600 nәfәr karaim yaşamışdır. 

Onların 21 %-i karaim dilini işlәtmişdir. 

1.1.3.13.  Alabuqat  tatarcası/noqaycası  Rusiya  Federasiyası  Kalmıkıstan  Muxtar 

Respublikasının  Ulan-Holl  bölgәsindә  işlәdilir.  Alabuqat  tatarlarının  vә  ya  noqaylarının  dilidir. 

Әdәbi dili vә ya özünә mәxsus bir yazısı yoxdur. Sözügedәn dildә cәmi 422 nәfәr adam danışır. 

Sözügedәn dil dә ümumtürk dilinin vә ya tatarcanın bir dialekti olaraq qiymәtlәndirilә bilәr. 



1.1.3.14.  Astraxan  noqaycası-qaraqaşcası  Rusiya  Federasiyası  Krasnoyarsk  bölgәsi 

Harablinsk  diyarının  Astraxan  rayonunda  işlәdilir.  Qaraqaşların  sayı  1973-cü  ildә  5  min  nәfәr 

olmuşdur.  Әdәbi  dili  vә  ya  özünә  mәxsus  bir  yazısı  yoxdur.  Bu  dil  dә  ümumtürk  dilinin  bir 

dialekti kimi qiymәtlndirilә bilәr. 



1.1.3.15.  Yurd  tatarcası  vә  ya  Astraxan  noqaycası  Rusiya  Federasiyası  Astraxan 

şәhәri civarlarında işlәdilir. 1850-ci ildә Yurd tatarlarının vә ya noqaylarının sayı 8.700 nәfәrdәn 

ibarәt  olmuşdur.  İndi  kәndlәrdә  onlardan  cәmi  22  min  nәfәr  yaşayır.  Әdәbi  dili  vә  ya  özünә 

mәxsus bir yazısı yoxdur. Sözügedәn dil dә ümumtürk dilinin vә ya tatarcanın bir dialekti kimi 

qiymәtlәndirilә bilәr. 

1.1.3.16.  Barabin  tatarlarının  dili  tatarcanın  bir  dialektidir.  Rusiya  Federasiyasının 

Novosibirsk bölgәsindә 8 min nәfәr tatar tәrәfindәn danışılır. 



1.2. Qırğız-yenisey vә ya xakas qrupu 

1.2.1.  Xakas  dili  vә  ya  türkcәsi  Rusiya  Federasiyasının  Xakas  Muxtar  Vilayәtindә, 

Yenisey,  Abakan  vә  Çulım  çaylarının  orta  hövzәlәrindә  yaşayan  xalqlar  tәrәfindәn  danışılır. 




Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə