M. M. Musayev



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə16/171
tarix20.09.2017
ölçüsü3,61 Mb.
#871
1   ...   12   13   14   15   16   17   18   19   ...   171

41 

 

Xakas dilindә danışanların sayı  әhalinin 1989-cu ildә hәyata keçirilәn siyahıya alınmasına görә  



81.428 nәfәr olmuşdur. Aradan keçәn müddәt içәrisindә bu rәqәm xeyli dәyişmişdir. Xakasların 

sayı  indi  78,  5000  nәfәrdir.  Bunlardan  60,  168  nәfәri  xakas  türkcәsindә  danışa  bilir 

(

http://tr.wikipedia.org/wiki/Hakas_Turkçesi



). Sözügedәn dil daha çox danışıq, qismәn dә  әdәbi 

dil sәviyyәlәrindә işlәnilir. 



1.2.2.  Şor  dili  vә  ya  türkcәsi  Sibirin  Altay  bölgәsindә  işlәdilir.  Әhalinin  1989-cu  il 

siyahıya alınmasına görә sözügedәn dili 9 min 400 nәfәr ana dili hesab etmişdir. Bu gün hәmin 

rәqәm 9 min 800 nәfәr olmuşdur. (

http://gag.wikipedia.org/wiki/Şor_dili

). Sözügedәn dilin yazısı 

vardır.  



1.2.3. Çulım dili vә ya türkcәsi Sibirin Çulım bölgәsindә, Ob çayının sahilindә danışıq 

dili kimi işlәdilir. Sözügedәn dil dә әdәbi dil statusu vә ya özünә mәxsus bir yazısı olmadığından 

ümumtürk dilinin bir dialekti olaraq qiymәtlәndirilә bilәr. 

1.2.4. Sarı uyğur dili vә ya türkcәsi Çinin Qansu әyalәtindә danışıq dili sәviyyәsindә 

işlәnilir. Sarı uyğurların sayı әhalinin 1990-cı ildә hәyata keçirilәn siyahıya alınmasına görә cәmi 

12.297 nәfәr omuşdur. Bu gün hәmәn rәqәm yәqin ki dәyişmişdir. Sözügedәn dil dә ümumtürk 

dilinin bir dialekti kimi qiymәtlәndirilә bilәr. 



1.2.5.  Fu-yü  qırğızcası  Çinin  Mançurya  bölgәsindә  danışıq  dili  sәviyyәsindә  işlәnilir. 

Müxtәlif  mәnbәlәrә  görә  Fu-yü  qırğızlarının  sayı  min  nәfәrdәn  ibarәtdir.  Sözügedәn  dil  dә 

ümumtürk dilinin vә ya qırğızcanın bir dialekti olaraq qiymәtlәndirilә bilәr. 

1.3. Tuva qrupu 

1.3.1  Tuva  dili  vә  ya  türkcәsi  Rusiya  Federasiyasının  Tuva  Muxtar  Respublikasında 

danışıq  vә  әdәbi  dil  sәviyyәlәrindә  işlәdilir.  Sovetlәr  Birliyi  dönәmindә  Tuva  Muxtar 

Respublikasında  bu  dildә  200  min  929  nәfәrin  danışdığı  bildirilmişdir.  İndi  isә  sadәcә  Rusiya 

Federasiyasının tәrkibindә olan Tuva Muxtar Respublikasında hәmin dildә 250.000 min nәfәrin 

danışdığı  göstәrilir.  Bundan  başqa,  Monqolustanda  27.000  min  nәfәrin,  Çin  Xalq 

Respublikasında yerlәşәn Sincan Uyğur Muxtar Respublikasında isә 2. 400 nәfәr şәxsin dә hәmin 

dildәn  bir  ünsiyyәt  vasitәsi  olaraq  istifadә  edildiyi  ensiklopediyalarda  qeyd  olunur 

(

http://tr.wikipedia.org/wiki/Tuvaca



). 

1.3.2.  Tofalar  vә  ya  karaqas  dili  Rusiya  Federasiyasının  İrkutsk  bölgәsindә  işlәnilir. 

Sözügedәn dildә danışanların sayının 731 nәfәrdәn ibarәt olduğu vә bunlardan 314 nәfәr şәxsin 

tofalar  dilini  özlәrinin  ana  dili  hesab  etdiyi  Sovetlәr  Birliyinә  aid  çap  edilәn  mәnbәlәrdә  ifadә 



42 

 

olunmuşdur. Bu gün isә ensiklopediyalarda 3000 min nәfәrin tofalar dilindә danışdığı göstәrilir 



(

http://tr.wikipedia.org/wiki/Tofaca

). Tofalar dili ibtidai mәktәblәrdә dәrs kimi keçilir. 

 

2. Yakut dili qrupu 



2.1. Yakut/saha dili vә ya türkcәsindә danışanların sayı әhalinin 1989-cu ildә keçirilәn 

siyahıya  alınmasına  görә  382  min  nәfәrdәn  ibarәt  olmuşdur.  İndi  isә  hәmin  rәqәm 

ensiklopediyalarda 456.288 nәfәr olaraq ifadә olunur (

http://tr.wikipedia.org/wiki/Yakutça

). 

Sözügedәn dil Rusiya Federasiyasının Yakut (Saha) Muxtar Respublikasında danışıq vә 



әdәbi dil sәviyyәlәrindә işlәdilir vә türk dillәri içәrisindә әn çov tuva dilinә yaxındaır. Yakut dili 

ilә tuva dili arasındakı bir-birini başa düşmә faizi isә yüzdә sıfıra bәrabәrdir (Tekin, Ölmez 2003: 

68).  Buna  görә  dә  hәmin  dilin  digәr  türk  dillәri  ilә  yaxınlığı  yaxın  vә  әn  yaxın  dil  qohumluğu 

miqyaslarında deyil, qohum bir türk dili sәviyyәsindә tәsniflәndirilir.  



2.2. Dolqan dili vә ya türkcәsinin Rusiya Federasiyasının Krasnoyarsk bölgәsindә vә 

Yakut  (Saha)  Muxtar  Respublikasında  danışıq  dili  sәviyyәsindә  cәmi  7  min  nәfәr  tәrәfindәn 

işlәdildiyi  Sovetlәr  Birliyinә  aid  çap  olunmuş  mәnbәlәrdә  göstәrilmişdir.  Bu  gün  isә 

ensiklopediyalarda  hәmin  dildә  5.000  min  nәfәrә  yaxın  şәxsin  danışdığı  qeyd  olunur 

(

http://gag.wikipedia.org/wiki/Dolgan_dili



).Sözügedәn dil ümumtürk dilinin vә ya yakutcanın bir 

dialekti kimi qiymәtlәndirilә bilәr.  



 

3. Bulqar qrupu 

3.1.  Çuvaş  dili  vә  ya  türkcәsi  Rusiya  Federasiyasının  Çuvaşıstan  Muxtar 

Respublikasıda  danışıq  vә  әdәbi  dil  sәviyyәlәrindә  işlәnilir.  Keçmiş  SSRİ-dә  Çuvaş  dilindә 

danışanların sayı әhalinin 1989-cu ildә keçirilәn siyahıya alınmasına görә 1 milyon 839 min nәfәr 

olmuşdur.  Bu  gün  isә  hәmin  rәqәm  ensiklopediyalarda  2  milyon  olaraq  ifadә  olunur 

(

http://tr.wikipedia.org/wiki/Çuvaşça



). 

4.  Urum/rum  dili  vә  ya  urumca  Ukraynanın  cәnubunda  Azov  dәnizi  sahillәrindә 

milliyyәtcә  yunan-xristian  dininә  mәnsub  olan  türkdilli  xalq  tәrәfindәn  ana  dili  kimi  danışılır.  

Sözügedәn  dil  oğuz  vә  qıpçaq  elementlәrindәn  tәşkil  olunur  (Сравнительно-историческая 

грамматика тюркских языков  2002: 5). Buna görә dә dә ayrıca öyrәnilir (Языки Mира 1997: 

160-523). 

 



43 

 

B. Mühacir vә ya diaspor türk yazı-danışıq dillәri   

Bunlar Sovetlәr Birliyi dağılana qәdәr  әsas etibarilә Qәrbi Avropada, Cәnubi Afrikada, 

Şimali  vә  Cәnubi  Amerikada  vә  Avstraliyada  evdә  ana  dili,  ikidilli  vә  çoxdilli  ortamlarda  isә 

ikinci vә üçüncü dil kimi işlәnilirdi. Sözügedәn sosiolinqvistik ortamlarda böyük türk dillәrindәn 

indiyә qәdәr әn çox Türkiyә, Azәrbaycan, tatar vә uyğur türkcәlәrinin işlәnildiyini söylәmәk 

mümkündür. Bütövlükdә isә hәmin әdәbi danışıq dillәrinin sayı ondur. Daha doğrusu, yuxarıda 

göstәrilәn siyahıya daşıyıcısı 1 milyonun üzәrindә olan  aşağıdakı  yayğın  dillәri  dә daxil etmәk 

olar:  

-Qazax türkcәsi; 



-Qırğız türkcәsi; 

-Özbәk türkcәsi;  

-Başqırd türkcәsi; 

-Türkmәn türkcәsi;  

-İraq türkmәncәsi.   

 Bununla  bәrabәr,  yuxarıdakı  tәsniflәndirmәdә  göstәrilәn  digәr  türk  әdәbi  dillәri  vә 

dialektlәrinin  dә  Sovetlәr  Birliyinin  süqutundan  sonra  dil-işlәnilmә  durumunun  getdikcә 

dәyişdiyi indi artıq bir sirr deyildir. Statistik olaraq istәr birinci, istәrsә dә ikinci qrupa daxil olan 

diaspor  sәciyyәli  türk  yazı-danışıq  dillәrinin  müxtәlif  dünya  ölkәlәrindә  işlәnilmә-yayılma 

sahәlәrinin genişlәndiyi müşahidә olunmaqdadır (Musaoğlu 2007: 22-27).  

Qeyd  olunmalıdır  ki,  dünyanın  bir  çox  ölkәsindә  bu  gün  geniş  yayılan  türk  xalqları  vә 

türkdilli  toplumların  diaspor  vә  lobiçilik  hәrәkatı  2000-ci  illәrdәn  etibarәn  getdikcә 

güclәnmәkdәdir.  Dünyanın  müxtәlif  ölkәlәrindә  türk  xalqlarının  sivil  tәşkilatları,  dәrnәklәri, 

cәmiyyәtlәri,  qrumları,  qrupları  vә  s.  yaradılmaqdadır.  Mәsәlәn,  indi  Azәrbaycanlıların  Rusiya 

Federasiyasında,  keçmiş  Sovetlәr  Birliyinin  digәr  respubliklarında,  Avropada,  Amerikada  vә 

dünyanın müxtәlif bölgәlәrindә yaradılan “Azәrbaycan cәmiyyәtlәri” bunun parlaq bir nümunәsi 

olaraq göstәrilә bilәr.  

Azәrbaycan diaspor vә lobiçilik hәrәkatını dünyada bir bütün olaraq ulu  öndәr Heydәr 

Әliyev Azәrbaycan respublikasının mstәqillik illәrindә  yaratdı. Ulu öndәr hәmin hәrәkatı rәsmi 

vә  qeyri-rәsmi  müәssisәlәrilә  bir  böyük  “milli  Azәrbacançılıq  axını”  olaraq  formalaşdırdı.  Ana 

vәtәn  Azәrbaycanda  xaricdә  yaşayan  Azәrbaycanlılarla  bağlı  olaraq  nazirlik  sәviyyәsindә  bir 

“Dövlәt  komitәsi”  quruldu.  Hәmin  komitә  bu  gün  xaricdә  yaşayan  Azәrbacanlıların  mәdәni-




Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə