M. M. Musayev



Yüklə 3,61 Mb.

səhifə17/171
tarix20.09.2017
ölçüsü3,61 Mb.
1   ...   13   14   15   16   17   18   19   20   ...   171

44 

 

kütlәvi  fәaliyyәtlәrini  әlaqәlәndirir.  2001-ci  ildә  ulu  öndәrin  şәxsi  tәşәbbüsü  vә  fәaliyyәti  ilә 



birinci “Dünya Azәrbaycanlıları Qurultayı” keçirildi.  

Qurultayda ulu öndәr Heydәr Әliyev öz tarixi çıxışını elәdi. 

O, Azәrbacançılıq qavramının ideoloji-siyasi әsaslarının nәdәn ibarәt olduğunu konkret 

olaraq göstәrdi vә özünün mәşhur “Mәn fәxr edirәm ki, Azәrbaycanlıyam”  yolgöstәrici hikmәtli 

sözünü söylәdi.  

İkinci  “Dünya  Azәrbaycanlıları  Qurultayı”  2006-cı  ildә,  üçüncü  “Dünya 

Azәrbaycanlıları  Qurultayı”  isә  2011-ci  ilin  iyun  ayında,  әvvәki  qurultaylar  kimi,  Bakıda 

keçirildi. Azәrbaycan Respublikasının prezidenti İlham Әliyev hәr iki qurultayda çıxış elәdi.  

İlham  Әliyev  çıxışlarında  dünya  Azәrbaycanlıları  diaspor  hәrәkatının  әldә  etdiyi 

nәticәlәrdәn  vә  bәzi  nöqsanlardan  da  bәhs  etdi.  O,  ayrılıqda  Azәrbaycan  vә  bütövlükdә  Türk-

Azәrbaycan  lobiçiliyinin  inkişafından  danışdı  vә  qarşıda  duran  tarixi  vәzifәlәrin  nәdәn  ibarәt 

olduğunu  göstәrdi.  Son  qurultayda  xarici  ölkәlәrdә  fәaliyyәt  göstәrәn  Azәrbaycan  dәrnәklәri, 

vәqflәri,  müxtәlif  cәmiyyәtlәri  vә  s.  tәşkilatlarının  birlikdә  hәrәkәt  etmәyinin  zәruriyyәtini 

özәlliklә  vurğuladı.  Vә  onların  hamısının  hәmin  ölkәlәrdәki  Azәrbaycan  sәfirliklәri  ilә  birgә  

fәaliyyәt göstәrmәli olduğunu tövsiyә etdi. 

Digәr  Türk  Cümhuriyyәtlәrindә  dә  sözgedәn  qurultaylar  indi  hәmin  ölkәlәrin  paytaxt 

şәhәrlәrindә  mütәmadi  olaraq  keçirilmәkdәdir.  Mәsәlәn,  “Dünya  Qazaxları,  Qırğızları, 

Türkmәnlәri, Özbәklәri” vә s. qurultayları.  

Bu  qurultaylar  vә  sözügedәn  istiqamәtdә  hәyata  keçirilәn  digәr  mәdәni-kütlәvi 

fәaliyyәtlәr  bütün  dünyada  ümumtürk  diaspor  vә  lobiçilik  hәrәkatının  artıq  bütövlükdә  ümumi 

ana xәtlәrilә rәsmi xarakter alaraq müәssisәlәşdiyini tәsdiq edir. Belә bir hәrәkatın güclәnmәsi isә 

dünyanın  müxtәlif  regionlarında  ümumtürk  dilinin  ayrı-ayrı  türk  ana  dillәri  olaraq  qorunması, 

öyrәnilmәsi  vә  tәdris  olunmasını  şәrtlәndirir.  Hәmin  yerlәrdә  türk  dillәrindә  bazar  günlәri 

mәktәblәri  açılır,  qәzetlәr,  jurnallar  yayımlanır,  elektron  yayımlar  gerçәklәşdirilir;  müxtәlif 

mәrasimlәr, müsamirәlәr, görüşlәr,  dini vә milli xarakterli bayram tәdbirlәri keçirilir. Mәsәlәn, 

Novruz,  Müstәqillik  günü,  Qurban  vә  Ramazan  bayramları  vә  s.  olaraq.  Başqa  bir  sözlә,  türk 

dillәri  artıq hәm  yazılı  vә şifahi,  hәm dә elektronik  ortamda  ortaq bir ünsiyyәt  vasitәsi  yerindә 

ifadә olunmağa başlayır.  

Belә  bir  dil-danışıq  konteksti  mahiyyәt  etibarilә  yeni  konseptual  diskurs  ortamları 

yaradır. Әgәr belә demәk mümkündürsә, türk ana dillәri ayrılıqda ikinci, üçüncü vә dördüncü dil 




45 

 

olaraq  artıq  tәkcә  etnik-mәişәt  vә  ya  dialektlәrüstü  dil-danışıq  sәviyyәlәrindә  işlәnilmir.  Yәni 



onlar getdikcә sadәcә danışıq dili vә ya dialekt-lәhcә olmaqdan çıxır. Daha doğrusu, hәmin dillәr 

artıq  rәsmi  e-türkcә  (Türkiyә  türkcәsi)  vә  ya  -Azәrbaycanca,  -özbәkcә,  -qazaxca,  -qırğızca,    -

türkmәncә,  -tatarca,  -uyğurca,  -başqırdca,  -yakutca,  -çuvaşca  vә  bütövlükdә  ümumtürkcә 

sәviyyәsindә bir millәtlәrarası ünsiyyәt vasitәsi olaraq işlәnilmәyә başlayır. Bu isә ayrılıqda türk 

dillәrinә,  bütövlükdә  isә  ümumtürk  dilinә  yeni  bir  әdәbi  vә  rәsmi  ortaq  dil  ola  bilmә  statusu 

qazandırır.    

 

Girişә dair yoxlama sualları vә tapşırıqlar  

1.  Türklük  qavramının  sadә  sxematik  çәrçivәsi  hansı  komponentlәrinin  vә  ya  alt 

qavrayışlarının  mövcudluğu  ilә  müәyyәnlәşir?  Bәs  sözügedәn  qavramın  tәrkib  hissәsini  tәşkil 

edәn әsas birlәşdirici komponentlәrdәn birincisi hansıdır? 

2.  Türklük  qavramlaşdırması  hadisәsi  hansı  yeni  vә  klassik  elm  sahәlәrinә  әsasәn 

öyrәnilir?  Türkoloji  dilçiliyin  dünәni  vә  bu  günü  hansı  araşdırma-öyrәnilmә  kontekstindә 

konseptual olaraq dәyәrlәndirilir? 

3.  Ümumtürk  mәdәniyyәtinin  koqnitiv-konseptual  lahiyәlәndirilmәsi  hansı  әsas 

komponentlәrinә vә ya üst vә alt qavramlarına görә aparılır? 

4.  Koqnitiv  vә  kompüter-mühәndis  dilçiliyindә  dil  necә  vә  hansı  elmi  әsaslara  görә 

öyrәnilir?  İnsana  mәxsus  olan  hansı  duyğular  koqnitiv  dilçilikdә  әsas  araşdırma-öyrәnilmә 

obyektlәri kimi yer alır?  

5.  Koqnitiv  dilçiliyin  әsas  elmi-linqvistik  prinsiplәri  kimi  özünü  göstәrәn  qavram-

laşdırma vә kateqoriyalaşdırma anlayışları haqqında nә deyә bilәrsiniz? Türkoloji dilçilikdә ayrı-

ayrı  dil  sәviyyәlәrinә  dair  aparılan  qavramlaşdırma  vә  kateqoriyalaşdırma  әsnaları  vә  ya 

proseslәri necә müәyyәnlәşdirilә bilәr?      

6.  Konseptual  sәciyyәli  qavramlaşdırmalar,  kateqoriyalaşdırmalar  vә  “linqvistik 

qavram”lar nә demәkdir? Bu qavramlaşmaların vә kateqoriyalaşmaların әsas prinsiplәrinin tәsbit 

edilmәsi üçün sözügedәn kursda hansı dil sәviyyәlәri vә ya türkoloji dilçilik problemlәrinә toxu-

nulur? 


7.  Türkologiya  vә  türkoloji  dilçilik  qavramları  haqqında  nә  deyә  bilәrsiniz?  Bir 

hunanitar elm sahәsi olaraq türkologiya nә zaman ortaya çıxmışdır? Bәs bir humanitar elm sahәsi 

olaraq  nә  vaxtdan  bәri  tam  olaraq  müәyyәnlәşmişdir?  Türkoloji  dilçiliyi  tәşkil  edәn  qavramlar 



46 

 

hansı  komponentlәrdәn  ibarәtdir?  Hansı  dilçilik  әsәrlәri  başlanğıcda  türkoloji  dilçiliyin 



inkişafında müәyyәnlәşdirici rol oynamışdır?  

8.  Türk  dillәri  vә  dialektlәri  indiyә  qәdәr  hansı  adlandırmalarla  vә  elmi  prinsiplәrlә 

tәsriflәndirilmişdir.  Sözügedәn  dillәri  vә  dialektlәri  tәsriflәndirәn  hansı  mәşhur  türkoloqların 

adlarını çәkә bilәrsiniz?  

9.  Dәrslikdә  Avrasiya  türkcәlәri  ifadәsi  nә  üçün  bir  linqvistik  termin  olaraq  işlәdilir? 

Ümumiyyәtlә,  dәrs  vәsaitindә  türk  dillәri  vә  dialektlәrinin  tәqdim  edilәn  sosiolinqvistik 

tәsniflәndirmәsi әvvәlki uyğun türkoloji tәsniflәrdәn hansı özәlliklәrinә görә fәrqlәnir? 

 

ӘDӘBİYYAT 

Abdulla, Kamal 2010, Dilçiliyә sәyahәt, Dilçi olmayanlar üçün dilçilik, Bakı; Mütәrcim, 

196 s. 

Axundov, Ağamusa 1988, Ümumi dilçilik, “Maarif” Nәşriyyatı, Bakı, 221 s.   



Aksan, Doğan 1995, Her Yönüyle Dil (Ana Çizgileriyle), I cilt, 5. baskı, Ankara, 568 s. 

Алпaтoв      2003,  Cтo  лeт  cпуcтя,  или  cбывaютcя  ли  прoгнoзы?  –Вопросы 

языкознания, No 2, s. 114-121.  

Андреева С. В. 2004, Типология конструктивно-синтаксических единиц в русской 



речи. – Вопросы языкознания, No 5, s. 32-44.  

Arat, R. Rahmati 1953, Türk Şivelerinin Tasnifi. “Türkiyat” Mecmuası, X. İstanbul, s. 5-

139. 

Ашмaрин Н. И. 1903, Опыт исследования чувашского синтаксиса. I, Казань, 570 с.  



Bang  W.  1917,  Vom  Köktürkischen  Zum  Osmanischen.  I.  Über  das  türkische 

Interrogativpronomen//ABAW. 1917 No 6; 1921. Әsәr Türkiyә türkcәsinә tәrcümә olunmuşdur. 

Ankara  1996.  Göktürkçeden  Osmanlıcaya.  Türkçenin  Karşılaştırmalı  Grameriyle  ilgili  hazırlık 

Çalışmalrı. 1. Bildiri: Türkçe Soru Zamiri Hakkında. Çev. Yrd. Doç. Dr. Tahsin Aktaş. 

Banguoğlu, Tahsin 1998, Türkçenin Grameri, Ankara Üniversitesi,  628 s. 

Бacкaкoв  Н.  A.  1969,  Ввeдeниe  в  изучeниe  тюркcких    языкoв,  Изд-во  “Выcшaя 

Шкoлa”,  Москва. 

Бoгoрoдицкий В. Б. 1934, Ввeдeниe в тaтaрcкoe языкoзнaниe, Кaзaнь, 168 s.  

 Бoгoрoдицкий  В.  Б.  1953,  Ввeдeниe  в  тaтaрcкoe  языкoзнaниe  в  cвязи  c  другими 

тюркcкими языкaми, Кaзaнь.  





Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   171


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə