M. M. Musayev



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə20/171
tarix20.09.2017
ölçüsü3,61 Mb.
#871
1   ...   16   17   18   19   20   21   22   23   ...   171

53 

 

XI-XVIII  yüzillәrdә  klassik  türk  әdәbi  dillәrinә  dair  yazılan  lüğәtlәr  vә  qrammatika 



kitabları  “Sanskrit”in  öyrәnilmәsi  ilә  sürәtlәnәn  Hind-Avrupa  dilçiliyi  әnәnәlәri  ilә  bu  vә  ya 

digәr  şәkildә  sıx  әlaqәdardır.  Ancaq  lüğәtlәrlә  birlikdә  hazırlanan  qrammatika  kitabları  әn  çox 



isim, feil, әdat nitq hissәlәri tәsniflәndirmәsinә әsasәn yazılmış olduğundan әrәb dilçiliyi vә İslam 

mәdәniyyәti әnәnәlәrinә daha çox bağlıdır. Belә ki, hәmin dövrdә türk dillәrinә dair 30-a qәdәr 

lüğәt  vә  qrammatika  kitabı  hazırlanmışdır.  Hәmin  kitabların  bir  çoxu  türk  vә  әrәb  soylu  әrәb 

dilindә  yazan  vә  ya  İslam  mәdәniyyәtini  mәnimsәmiş  filoloqlar  tәrәfindәn  yazılmışdır 

(Мелиоранский  1900:  4;  Kaydarov  1999:  19-22;  Татарская  грамматика  1993:  43).  Bu 

baxımdan  P.  M.  Melioranskinin  “Әrәb  filoloqu  türk  dili  haqqında”  (1900)  adlı  әsәri  dә 

başlanğıcda müәllifi mәlum olmayan “Türk qrammatikası” kitabları

10

 ilә әlaqәdar olaraq qәlәmә  



alınmışdır. 

Türkoloji  dilçiliyә  dair  әrәb  dilçilik  mәktәbi  әnәnәlәrinә  görә  yazılmış  ilk 

qrammatika kitabı Mahmud Qaşqarlının hәlә dә әlimizә gәlib çatmayan “Kitabü cevahirü’l nahv 

fi lûgati’t-Türk” adlı әsәridir. Mahmud Qaşqarlının XI yüzildә qәlәmә aldığı vә bizә gәlib çatan 

“Divanü Lüğәt-it-Türk” (1998) adlı digәr әsәri ilә dә türk dillәrinin fonetik, qrammatik, leksik vә 

leksikoqrafik  quruluşunun  öyrәnilmәsinә  zәmin  hazırlanmışdır  (Демирчизаде  1972).  Türkoloji 

dilçiliyә  aid  “Codex  Cumanıcus,  Kitâbü’l-idrâk  li  Lisâni’l-etrak,  İbn-i  Mühennâ  Lugati, 

Mukaddimetü’l-Edeb” kimi әsәrlәr isә Qıpçaq, Oğuz, Karluq-Uyğur türk dillәri vә dialektlәri ilә 

әlaqәdar  olaraq  yazılmışdır  (Caferoğlu  1984:192-193;  Hacıeminoğlu  1997:  15-19).  Bu  kitablar 



fonetika, qrammatika bölmәlәrindәn, lüğәtlәrdәn vә bәzәn dә mәtnlәrdәn ibarәt olub  xaricilәrә 

türk dilini öyrәtmәk mәqsәdilә hazırlanmıştır. Hәmin kitablarda türk dillәri vә dialektlәrinin әrәb 

vә fars dillәrindәn fәrqlәnәn özәlliklәri dә göstәrilmişdir. Belә ki, ayrılıqda türkcә sözlәrә, atalar 

sözlәrinә  vә  deyimlәrә  geniş  yer  verilmişdir.  Hәmin  әsәrlәrdә  digәr  nitq  hissәlәrinә  aid  dә 

mәlumatlar  verilmiş  vә  onların  bәzi  qrammatik  özәlliklәri  göstәrilmişdir.  Ancaq  ümumtürk 

dilinin  morfologiyası  sözügedәn  әsәrlәrdә  bütövlükdә  әrәb  qrammatikası  әnәnәlәrinә  әsasәn 

                                                 

10

P.  M.  Melioranski  İbni-Mühәnnanın  “Türk  dili  haqqında”  adlı  әsәrinin  Oksfortdakı  (3),  Parisdәki  (1)  vә 



Berlinәdәki (1) әl yazması nüsxәlәrini araşdırmışdır. O, hәmin mövzu ilә әlaqәdar olaraq yazdığı “Әrәb filoloqu türk 

dili haqqında” adlı әsәrini doktorluq dissertasiyası kimi müdafiә etmişdir. Ancaq P.M.Melioranski haqqında yazdığı  

әsәrin kimә mәxsus olduğunu bilmәmişdir. Buna görә dә, onun bilinmәyәn әrәb soylu birisinә aid olduğunu güman 

edәrәk әsәrә “Әrәb filoloqu türk dili haqqında” adını vermişdir. 1920-ci ildә Kilisli Rüfәt әsәrin 6-cı nüsxәsinin әl 

yazmasını  İstanbul  Dövlәt  Muzeyinin  Kitabxanasında  taparaq  onun  İbni-Mühәnnaya  aid  olduğunu  tәsbit  etmişdir 

(Малов 1928).   

 

  



54 

 

feil//ad//әdat tәsniflәndirmәsi ilә öyrәnilmişdir. Bәzi sintaktik özәlliklәr dә elә eyni bölmәdә izah 



olunmuşdur (Kitâb-ı Mecmû-ı Tercümân-ı Türkî ve Acemî ve Muğalî 2000; Kadri: 2002 vә s.). 

Bunlardan Osmanlı türkcәsinә dair ilk olaraq yazılanı Beqramalı Kadrinin “Müyessiretü’l-Ulûm” 

(2002) әsәridir. 

 

1.1.2. XIX-XX yüzillәrdә tәsviri vә tarixi-müqayisәli araşdırmalar 

Türkoloji dilçilikdә Hind-Avropa dilçilik әnәnәlәrinә görә türk dillәri vә dialektlәrinә 

dair  әsәrlәr  daha  XV  yüzildәn  etibarәn  yazılmağa  başlamışdır.  Ancaq  hәmәn  әsәrlәrin  sistemli 

olaraq hazırlanması XIX yüzildәn etibarәn sürәtlәnmişdir. XVII-XVIII  yüzillәrdә dövrün Hind-

Avropa dillәri qaydaları ilә xarici dillәrdә türk dilinә dair yazılan qrammatika kitablarına daha 

çox  tәsadüf  olunur.  Mәsәlәn,  1612-ci  ildә  türk  dilinә  dair  bir  qrammatika  kitabını  Hieronymus 

Megiser  adında  Stuttgartlı  bir  alman  latın  dilindә  yazmışdır.  Nitq  hissәlәri  hәmin  kitabda  әrәb 

dilçiliyinә  әsasәn  müәyyәnlәşdirilәn  feil//ad//әdat  tәsniflәndirmәsi  ilә  deyil,  isim,  sifәt,  say, 



әvәzlik, feil, zәrf, әdat, qoşma, bağlayıcı, nida sistemli struktur-funksional bir kateqoriyalaşdırma 

ilә  öyrәnilmişdir.  Qrammatika  kitabında  220  türk  atalar  sözü  vә  deyim  dә  verilmişdir  (Megiser 

1612). 

XIX  yüzil  vә  XX  yüzilin  әvvәllәrindә  türk  dillәri  vә  dialektlәrinә  dair  Avropada, 

Osmanlı İmperatorluğunda, Çar Rusiyasında әrәb vә latın mәnşәli dilçilik mәktәblәri әnәnәlәrinә 

әsasәn hazırlanmış müxtәlif araşdırmalar paralel olaraq davam etdirilmişdir. Türk yazılı abidәlәri 

oxunmuşdur (Кононов 1982: 12-108). Renesansdan sonra filologiyada gerçәklәşәn yeni dilçilik 

axınlarının  tәsiri  ilә  türk  dillәri  vә  dialektlәrinә  dair  rus,  fransız  vә  alman  dillәrindә  yazılmış 

irihәcmli  lüğәtlәr,  qrammatika  kitabları  vә  digәr  araşdırmalar  çoxalmışdır  (Radloff  1882; 

Ашмарин 1903; Deny 1941 vә s.). 

 Sözügedәn araşdırma vә qrammatika kitablarında fonem vә morfemlәrin, söz birlәşmәsi 

vә  cümlә  quruluşlarının  fonetik,  morfoloji  vә  sintaktik  özәlliklәri  göstәrilmişdir.  Ümumtürk 

dilinin tarixi sәciyyәli lüğәt tәrkibini vә danışılan dilin canlı söz varlığını tәşkil edәn leksemlәrin, 

deyim  vә  atalar  sözlәrinin  leksik-leksikoqrafik  tәsviri  aparılmışdır.  Belәliklә,  türkologiyada 

әnәnәvi  xarakterli  dilçilik  yönümü  formalaşmışdır.  Bir  başqa  ifadә  ilә  tarixi-müqayisәli  vә  ya 

müqayisәli-tarixi  dilçilik  vә  onun  uyğun  araşdırma  yöntәmlәri  müәyyәnlәşdirilmişdir.  Bu  ilkin 

yöntәmlәrin  müәyyәnlәşdirildiyi  araşdırmalara  aşağıdakı  fundamental  әsәrlәr  örnәk  olaraq 




Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə