M. M. Musayev



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə22/171
tarix20.09.2017
ölçüsü3,61 Mb.
#871
1   ...   18   19   20   21   22   23   24   25   ...   171

57 

 

normativ  vә  tarixi-müqayisәli  yöntәmlәrlә  qәlәmә  alınmışdır.  “Türk  dillәrinin  müqayisәli-tarixi 



qrammatikası”  (1984;  1986;  1988;  1997;  2002;  2006)  qaynağı  isә  müqayisәli-tarixi  dilçilik 

yöntәmi  yazılmışdır.  Birincilәrdә  türk  әdәbi  dillәrinin  hәr  birinin  fonetik,  qrammatik,  leksik, 

dialektoloji vә s. özәlliklәrinә dair linqvistik xarakterli açıqlanmalar, yazılı mәtnlәrindәn örnәklәr 

verilmişdir. İkincilәrdә isә bir-biri ilә yaxın vә әn yaxın sәviyyәlәrdә qohum olan türk dillәri vә 

dialektlәrinin diaxronik inkişafı izlәnilmәklә pra- vә protodil layları müәyyәnlәşdirilmişdir.  

 

1.2.2. XX yüzilin sonu vә XXI yüzil: yeni linqvistik yönümlәr vә yöntәmlәr   

Türkoloji  dilçilikdә  yeni  linqvistik  yönümlәr  vә  yöntәmlәrlә  dәyişim  sәciyyәli 

araşdırmaların  aparılması  işi  XX  yüzilin  70-ci  illәrindәn  bәri  sürәtlәnmişdir.  Bu  dilçilik 

araşdırmalarının ümumi türkoloji kontekstin nәzәrә alınmaqla yazılanları әsas etibarilә türk әdәbi 

dillәrinin qrammatikası vә semantikasına aiddir. Bununla yanaşı, türk әdәbi dillәrinә dair tәrcümә 

vә çevirmә  vә ya bir türk dilindәn digәrinә әdәbi mәtn uyğunlaşdırması nәzәriyyәsi; informasiya 

texnologiyaları dilçiliyi; sosiolinqvistika vә mәtn dilçiliyi mәsәlәlәrinә dә hәmin araşdırmalarda bu 

vә ya digәr şәkildә toxunulmuşdur (Cavadov 1975; Ахматов 1983; Бердалиев 1989; Nurmanov... 

1992; Uzun 1995; Языки мира. Тюркские языки 1997: 160-525; Abdullayev 1999;  Uğurlu 2004; 

Musaoğlu 2003; 2006; 2011; Kazımov 2004: 428-457 vә s.).  



XX  yüzilin  70-ci  illәrindәn  bәri  türk  әdәbi  dillәrinin  ümumi  türkoloji  kontekstdә 

öyrәnilmәsi  işi  linqvistik  olaraq  yenidәn  formalaşmaqdadır.  Hәmin  yönüm  hәm  dilçilikdәki 

mövcud  klassik  әnәnәdәn,  hәm  dә  әn  yeni  linqvistik  tәmayüldәn  fәrqlәnir.  Birincidәn  yeni 

linqvistik yöntәmlәrin türkoloji dilçilik araşdırmalarında sistematik olaraq tәtbiqi, ikincidәn isә 

hәmin  araşdırma  prosesindә  türk  dillәri  vә  dialektlәrinin  diaxronik-sinxronik  mahiyyәtinin 

bütövlükdә dәrk olunması ilә seçilir. 

Mәlumdur  ki,  müqayisәli-tarixi  vә  ya  tarixi-müqayisәli  vә  tәsviri-normativ  xarakterli 

әnәnәvi dilçilik araşdırmalarında yeni linqvistik yöntәmlәrin tәtbiq olunması sistematik xarakter 

daşımır. Müasir türk әdәbi dillәrinә dair konkret dil hadisәlәrini vә faktlarını sadәcә çağdaş dil-

çilik  axınları  kontekstindә  öyrәnәn  araşdırmalarda  isә  ümumi  türkoloji  kontekst  çox  vaxt 

unudulur. Mәsәlәn, ümumtürk dilinә dair sabit söz sıralı simmetrik sıra vә inversiya, ellipsis vә s. 

özәllikli  asimmetrik-sintaktik  qavramlaşdırması  vә  uyğun  kateqoriyalasdırılması  prinsiplәri 

flektiv  sәciyyәli  Hind-Avropa  dillәri  sintaksisinin  sıralanması  qaydaları  ilә  müәyyәnlәşdirilir 

(Эргуванлы 1987; Юхансон 1987; Uzun 2000 vb.) 



58 

 

Fikrimizcә,  türk  әdәbi  dillәrinә  dair  indiyә  qәdәr  yeni  linqvistik  yönümlәrlә  vә 



yöntәmlәrlә aparılan araşdırmaların mәqsәdyönlü nәticәlәrinin ümumilәşdirilmәsi bundan sonra 

türkoloji dilçilikdә әsas iş olmalıdır. Әnәnәvi, yeni vә әn yeni araşdırma yönümlәri vә yöntәmlәri 

sistematik  bir  bağlılıqla  bir-biri  ilә  birlәşdirilmәlidr.  Bununla  da  türk  әdәbi  dillәrinin  öyrәnil-

mәsinә  dair  konseptual-struktur  xarakterli  qavramlaşdırma  vә  kateqoriyalaşdırma  prinsiplәrinin 

düzgün müәyyәnlәşdirilmәsi işi tәmin edilә bilәr.  

 

2.  Türk  dillәrinin  müqayisәli,  müqayisәli-tarixi  vә  tәsviri-linqvistik  yöntәmlәrlә 



öyrәnilmәsi  

Türkoloji dilçiliyin tarixi vә türk dillәrinin müqayisәli (comparative) öyrәnilmәsi vә ya 

hәr cür müqayisәlilik (comparativizm), başqa bir ifadә ilә türk müqayisәli dilçiliyinin yaranması 

Mahmud Qaşqarlının adı ilә bağlıdır. Türkologiya vә türkoloji dilçilik elmi Mahmud Qaşqarlının 

XI  yüzildә  qәlәmә  aldığı  “Divanü-lüğәt-it  türk”  adlı  әsәri  ilә  dünya  filologiyasına  açılmışdır. 

“Divanü-lüğәt-it  türk”  (1998)  әsәri  hicrәt  tarixi  ilә  466-cı  ildә,  yәni  1072-ci  ildә  (1998:5) 

yazılmışdır.  Әsәr  әrәblәrә  türk  dilini  öyrәtmәk  mәqsәdilә  hazırlanmışdır.  Sözügedәn  әsәrdә 

türkcә  sözlәr  әrәb  dilinin  fonetik  qayda-qanunlarına  görә  sıralandırılmışdır.  Onların  mәnaları 

uyğun  dil  örnәklәri,  o  sıradan  müxtәlif  türk  lәhcәlәrindә  işlәnilәn  deyim  vә  atalar  sözlәri  vә 

onların yer aldığı dördlüklәrlә açıqlanmışdır. 

O zamanlar humanitar elmşünaslıqda vә ya Әrәb xilafәtindә bütövlükdә dörd, İraqda isә 

ayrılıqda  iki  şәkildә  formalaşan  dilçilik  mәktәbi  vә  buna  uyğun  yöntәmi  mövcud  olmuşdur. 

Dilçilik  elmi  dә  daha  çox  bu  yöntәmlәrdәn  biri  ilә  әdәbi  vә  ya  nәfis  әrәb  dili  materialları 

әsasında,  ikincisi  ilә  isә  әrәb  dilinin  dialektlәrinә  görә  müqayisәli  olaraq  öyrәnilirdi.  Mahmud 

Qaşqarlı  da  mәhz  ikinci  araşdırma-öyrәnilmә  metodunu  mәnimsәmişdir.  O,  “Divanü-lüğәt-it 

türk”  adlı  әsәrini  sinxronik  olaraq  o  zamankı  türk  әdәbi  dillәri  vә  dialektlәrinin  materialları 

әsasında  müqayisәli-tutuşdurmalı  yöntәmlә  yazmışdır.  Buna  görә  dә  türkologiyada  müqayisәli 

araşdırma-öyrәnilmә  metodunun  әsasını  Mahmud  Qaşqarlı  qoymuşdur.  Müqayisәli  dilçiliyin 

tarixi-müqayisәli vә müqayisәli-tarixi çәrçivәli yöntәmlәri isә bütün parametrlәrilә daha sonralar, 

yәni XIX yüzildәn etibarәn müәyyәnlәşmişdir. XI-XVIII yüzillәrdә türkologiyada istifadә olunan 

yöntәmlәr  isә  daha  çox  müqayisәli-tutuşdurmalı  vә  tәsviri  filoloji-dilçilik  metodlarından  ibarәt 

olmuşdur.   




Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə