M. M. Musayev



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə23/171
tarix20.09.2017
ölçüsü3,61 Mb.
#871
1   ...   19   20   21   22   23   24   25   26   ...   171

59 

 

Türkoloji  dilçilikdә  müqyisәli  vә  müqayisәli-tarixi  dilçilik  araşdırmalarının  aparılması 



vә lüğәtlәrinin tәrtib olunması Mahmud Qaşqarlıdan sonra, әgәr belә demәk  mümkündürsә, bir 

dә  XIX  yüzilin  ortalarından  etibarәn  Hind-Avropa  dilçilik  mәktәbi  әnәnәlәrinә  görә  yenidәn 

başlanılmışdır.

11

  Alman  әsilli  rus  türkoloqu  Vilhelm  Radlov  (05.  01.  1837-1918)  1858-ci  ildә 



Rusiyaya  gәlmişdir.  O,  bir  il  Sankt-Petersburqda  qalmış  vә  orada  rus  dilini  öyrәndikdәn  sonra 

Barnaula  getmişdir.  V.  Radlov,  ilk  öncә  Sibirdә,  Altayda,  Orta  Asiyada  vә    çarlık  Rusiyasının 

digәr  bölgәlәrindә  yaşayan  türk  xalqlarının  folklorik  örnәklәrini  vә  müxtәlif  danışıq 

materiallarını toplamış vә bütövlükdә onların dillәrinin canlı danışıq şәkillәrini öyrәnmişdir. O, 

hәmin  materiallar  әsasında  “Türklәrin  şifahi  xalq  әdәbiyyatı  örnәklәri”  (1866-1907),  “Türk 

dialektlәrinin lüğәt tәcrübәsi”(1888-1911) vә digәr çox mәşhur әsәrlәrini isә yaradıcılığının son 

dövründә yazıb tamamlamışdır (Radloff 1999: 9-18). 

Bundan  sonra  sözügedәn  türkoloji  kontekstdә  türk  әdәbi  dillәri  vә  dialektlәrinin 

müqayisәli vә müqayisәli-tarixi yöntәmlәrlә öyrәnilmәsi istәr Rusiyada, istәrsә dә Qәrbi Avropa 

ölkәlәrindә getdikcә sürәtlәnmişdir. Türk dillәri hәm bir-biri ilә, hәm dә qohum olmayan xarici 

dillәrlә müqaysisәli olunaraq öyrәnilmişdir (Radloff 1882). Araşdırmalarını türk әdәbi dillәri vә 

dialektlәrinin  materialları  әsasında  davam  etdirәn  dilçi-türkoloq  P.  M.  Melioranskinin  (1894; 

1897)  әsәrlәri  ilә  isә  türkoloji  dilçilik  XIX  yüzilin  sonlarında  artıq  bir  elmi  istiqamәt  olaraq 

formalaşmışdır. 

XX yüzildә vә ya Sovetlәr Birliyi dönәmindә isә sözügedәn müqayisәli vә müqayisәli-

tarixi  dilçilik  kontekstindә  tәsviri-normativ xarakterli linqvistik araşdırmaların  aparılmasında üç 

әsas elmi-praktik istiqamәt müәyәnlәşmişdir: 

-Türk dillәrinin müqayisәli-tәsviri dialektoloji araşdırmalarının aparılması vә atlaslarının 

hazırlanması; 

-Türk dillәrinin etimoloji lüğәtinin vә ya lüğәtlәrinin tәrtib olunması; 

-Türk  dillәrinin  müqayisәli-tarixi  qrammatikasının  yazılması  vә  türkoloji  dilçiliyin 

әsaslarının müәyyәnlәşdirilmәsi. 

 Türkoloji  mәrkәzlәrdә  türk  әdәbi  dillәri  vә  dialektlәrinin  hәr  birinin  tarixi,  müasir 

durumu,  qrammatikası  vә  dialektoloji  özәlliklәri  konkret  olaraq  öyrәnilmişdir.  Bütün  bunlar, 

                                                 

11

  XI-XVIII  yüzillәrdә  türk  әdәbi  dillәri  vә  dialektlәrinә  dair  әrәb  diliçilik  mәktәbi  әnәnәlәrinә  görә  yazılmış 



qrammatika  kitabları,  lüğәtlәr  vә  digәr  dilçilik  әsәrlәri  haqqında  yuxarıda  qısaca  olaraq  mәlunmat  verilmişdir. 

Aşağıda  da  sözügedәn  mövzudan  yeri  gәldikcә  uyğun  örnәklәrlә  vә  linqvistik  açıqlamalarla  daha  geniş  bәhs 

olunacaqdır. 



60 

 

yuxarıda qarşıya qoyulan elmi-praktik mәqsәdlәrә çatmaq üçün, artıq bir yerdә vә ya konkret bir 



araşdırmada  elmi-yaradıcı  kollektiv  tәrәfindәn  nüәyyәn  bir  plan-prospektlә  tәdqiqata  cәlb 

olunmuşdur (Phılologıae Turcıcae Fundamenta 1959; Языки нaрoдoв CCCР 1966). Türk ümumi 

müqayisәli  dilçilik  elminin  әsaslarının  müәyyәnlәşdirilmәsi  üçün  aparılan  hazırlıq  xarakterli 

araşdırmalar  tәxminәn  40-50  il  davam  etdirilmişdir.  Qeyd  olunmalıdır  ki,  altayşünaslıq 

kontekstindә  türk  dillәrinin  fundamental  sәciyyәli  ilk  müqayisәli  qrammatika  kitabları  Sovetlәr 

Birliyindәn  öncә  Qәrb  ölkәlәrindә  yazılmışdır    (Räsänen  1949;  Poppe  1960).  Bu  istiqamәtdә 

klassik  Qәrb  vә  ya  alman  xarakterli;  ingilis,  Danimarka,  fransız,  italyan-macar-fin  mәrkәzli 

türkoloji  dilçilik  mәktәbi  (Bang  1917a;  1925-1934;  Gabain  1974;  Brockelman  1954;  Räsänen 

1957; 1969; Bazın 1980 vb.) mәşhur olmuşdur. Hәmin mәktәbin müasir davamçılarına Türkiyәdә 

bu gün dә tәsadüf olunur (Bozkurt 2002; Tekin, Ölmez 2003).  

Bu  elmi-linqvistik  kontekstdә  sadәcә  bir  neçә  türk  dilinin,  o  cümlәdәn  Azәrbaycan 

türkcәsinin  başlanğıcda  dialektoloji  atlası  hazırlanmışdır.  Bununla  bәrabәr,  Avrasiya 

türkcәlәrinin dil coğrafiyasına söykәnәn önәmli ümumilәşdirici әsәrlәr dә yazılmışdır (Гaджиeвa 

1975;  1979).  Sovetlәr  Birliyindә  çoxcildli  “Türk  dillәrinin  etimoloji  lüğәti”nin  (1974;  1978; 

1980;  1989;  1997;  2000;  2003)  tәrtib  olunmasına  başlanılmışdır.  Avropada  vә  Türkiyәdә  türk 

dillәrinin  tәkcildli  etimoloji  lüğәtlәri  yayımlanmışdır  (Clauson  1972;  Eren  1999).  Yuxarıda 

göstәrilәn vә mahiyyәtinә görә XIX  yüzilin sonlarından etibarәn  türkoloji dilçilikdә hәdәflәnәn 

bir  iş  olaraq  “Türk  dillәrinin  müqayisәli-tarixi  qrammatikası”(Сравнительно-историческая 

грамматика тюркских языков 1984; 1986; 1988; 1997; 2002; 2006) adlı fundamental әsәr artıq 

tamamlanmışdır.  Sözügedәn  kitabın  dördüncü  cildindә  pra-  vә  prototürkdә,  yәni  әcdad  dildә 

işlәnilmiş 1000 sözün rekonstruksiyası aparılmışdır.  Beşinci cilddә türk dillәrinin daxili sistemi 

müqayisәli-tarixi  dilçilik  yöntәmi  ilә  bәrabәr,  eyni  zamanda  dil  sәviyyәlәri  vә  vahidlәrinin 

linqvistik  dil  coğrafiyası  müstәvisindәki  araşdırmaları  kontekstindә  dә  hәm  fonetik,  hәm  dә 

morfoloji  özәlliklәrinә  görә  işıqlandırılmışdır.  Ümumtürk  dilinin  linqvistik  әsaslarının 

müәyyәnlәşdirilmәsinә bağlı olaraq daha Sovetlәr Birliyi dönәmindә  başladılan, qәdim vә yeni 

türk әdәbi dillәri vә dialektlәrinin bütününü ehtiva edәn tәsviri-tarixi vә sosiolinqvistik sәciyyәli 

dilçilik  әsәri  dә  XX  yüzili  sonunda  yayımlanmışdır  (Языки  mира.  Тюркские  языки,  1997). 

Qәdim  vә  çağdaş  türk  dillәri  sözügedәn  әsәrdә  hәm  dünya,  hәm  dә  Ural-Altay  dillәri 

kontekstindә,  tipoloji-sosiolinqvistik  özәlliklәri  ilә  sinxronik  vә  diaxronik  olaraq  tәsvir 

olunmuşdur. Buna görә dә hәmin kitab ensiklopedik-linqvistik xarakterili bir yayındır.  




Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə