M. M. Musayev



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə25/171
tarix20.09.2017
ölçüsü3,61 Mb.
#871
1   ...   21   22   23   24   25   26   27   28   ...   171

63 

 

Bir-birinә  qohum  vә  әn  yaxın  qohum  türk  dillәrinin  istәr  tәdrisindә,  istәrsә  dә 



müqayisәli  olaraq  öyrәnilmәsindә  sözügedәn  araşdırmalarda  irәli  sürülәn  yöntәmlәrdәn  dә 

türkoloji dilçilikdә kifayәt qәdәr faydalanıldığını söylәmәk daha mümkün deyildir. Vә ya onların 

bütövlükdә  faydalanıla  bilәn  bir  hala  gәtirildiyini  dә.  Halbuki  türkoloji  dilçilikdә  informasiya 

texnologiyaları dövrünün tәlәblәrinә uyğun olaraq lazımi elmi-metodoloji inkişaf meyllәrinin vә 

praktik vәrdişlәrin tәmin olunması vә müxtәlif türk dillәrinә dair hәm ayrı-ayrı, hәm dә hәr cür 

müqayisәli  olaraq  davam  etdirilәn  araşdırmalarda  işlәnilәn  modern  dilçilik  yöntәmlәrinin 

ümumtürk  dili  materialları  ilә  hәyata  keçirilә  bilir  bir  hala  gәtirilmәsi  Avrasiya  türkcәlәrinin 

bundan  sonra  müqayisәli-tutuşdurmalı  vә  -tәsviri  olaraq  aparılacaq  modern  araşdırılmasında 

faydalı ola bilәr.   

 

2.1.  Qohum  vә  әn  yaxın  qohum  türk  dillәrinә  dair  müqayisәli  fonetik,  fonoloji, 



qrammatik, leksikoloji, leksikoqrafik, frazeoloji vә mәtnlinqvistik araşdırmalar 

Türk dillәrinin sözügedәn  bir çox şöbәsi  müqayisәli olaraq  geniş  bir ölçüdә  daha XIX 

yüzilin  ortalarından  etibarәn  öyrәnilmişdir.  Yalnız  fonologiya  vә  özәlliklә  dә  ona  bağlı  olaraq 

müәyyәnlәşdirilәn  fonomorfologiya  vә  ya  morfofonologiya  bölümü  türkoloji  dilçilikdә  bütün 

parametrlәri ilә hәrtәrәfli olaraq XX yüzilin son qәrinәsindәn etibarәn öyrәnilmәyә başlanılmışdır 

(Зaкиeв 1984: 35-43).  

Bu  kontekstdә  frazeologizmlәrin  dil-nitq  sәviyyәlәrinin  müxtәlif  türk  dillәri 

materiallarına  görә  müqayisәli  olaraq  öyrәnilmәsi  dә  hәlәlik  başlanğıc  vә  ya  nәzәri  açıqlanma 

mәrhәlәsindәdir. Türkoloji dilçilikdә frazeologizmlәrin hәm  nәzәri, hәm  dә praktik olaraq ilkin 

açıqlanma durumunu әks etdirәn linqvistik işlәrdә çox zaman bu vә ya digәr bir türk әdәbi dilinin 

materialları әsas alınmışdır. Mәsәlәn, S. N. Muratovun (1961) monoqrafiyasında başqırd, M. M. 

Mirzәlievanın  (1995)  monoqrafiyasında  Azәrbaycan  dili  materialları  digәr  türk  әdәbi  dillәrinә 

dair  frazeoloji  örnәklәrlә  müqayisә  edilәrәk  öyrәnilmişdir.  Әhmәdovanın  (2003)  kitabında  isә 

Azәrbaycan vә Türkiyә türkçәlәri materiallarına müqayisәli olaraq yer verilmişdir.   

 M.  F.  Çernovun  bir  mәqalәsindә  (1978)  frazeologizmlәrin  “Sovet  türkologiyası”nda 

öyrәnilmәsindәn bәhs edilmişdir. O, “frazeologiya vә frazeologizmlәr hadisәsi”ni (1982) vә “feli 

idiomatik  birlәşmәlәrin  frazeoloji  tәbiәti”ni  (1985)  çuvaş  dili  materiallarına  әsasәn 

müәyyәnlәşdirmyә  cәhd  etmişdir.  E.  A.  Umarovun  (1970),  Z.  Q.  Uraksinin  (1981)  vә  J.  M. 

Quzeevin  (1984)  mәqalәlәrindә  türk  dillәri  frazeologiyasının  leksikoqrafik  problemlәrindәn  söz 



64 

 

açılmış vә türk frazeoloji  lüğәtlәrinin  bir çox tәrtibi  prinsipi örnәklәrlә göstәrilmişdir. Xertekin 



(1976)  mәqaәsindә  isә  türk  vә  monqol  dillәrindә  özünü  göstәrәn  frazeoloji  paralellәrdәn  bәhs 

olunmuşdur.  

Mәtn dilçiliyi araşdırmaları türkoloji dilçilikdә indiyә qәdәr sadәcә inkişaf etmiş qәdim 

(Uzun  1995)  vә  yeni  türk  әdәbi  dillәrinә  (Закиeв  1963),  Azәrbaycan  türkcәsinә  (Mәmmәdov 

2001;  Novruzova  2002;  Kazımov  2004:  428-468  vә  s.)  vә  onların  dil  materiallarına  görә 

aparılmışdır.  

Bu  araşdırmalardan  bәzilәri  Kitabi-Dәdә  Qorqud  dastanları  vә  digәr  türk  folklorik 

mәtnlәrinin  mәtnlinqvistik  tәhlilinә  hәsr  olunmuşdur  (Üstünova  1998;  Musaoğlu  2003;  2008a). 

Yuxarıda göstәrilәn mәqalәlәrdә vә  monoqrafik işlәrdә әn çox mәtn dilçiliyinin ümumi vә xüsusi 

mәsәlәlәrindәn bәhs edilmişdir.  

Sözügedәn linqvistik diskursda indiyә qәdәr söylәnilәn konkret elmi fikirlәrin bir çoxu 

K.  Abdullayevә  mәxsusdur.  O,  1970-ci  illәrdәn  başlayaraq  mәtn  dilçiliyinә  dair  tezislәr, 

mәqalәlәr,  proqramlar  vә  kitablar  yazmış  (Abdullayev  1978;  1980;  1982)  vә  Azәrbaycan  dili 

materialları  әsasında  mәtn  dilçiliyi  anlayışını  nәzәri  vә  praktik  baxımdan  qavramlaşdırmışdır. 

Sadә  vә  mürәkkәb  sintaktik  bütövlәrin  sәhәdlәri,  mәtnin  tәrkibini  tәşkil  edәn  formal  vә  mәna 

kateqoriyaları onun “Azәrbaycan dili sintaksisinin nәzәri problemlәri” (1999: 175-260) adlı dәrs 

vәsaitindә  konkret  olaraq  göstәrilmişdir.  Bütün  bunlarla  bәrabәr,  istәr  mürәkkәb  sintaktik 

bütövlәrin,  istәrsә  dә  mikro-  vә  makromәtnlәrin  türk  dillәri  materialları  әsasında  müqayisәli-

tutuşdurmalı vә müqayisәli-tipoloji araşdırılması işi isә türkoloji dilçilikdә yalnız son zamanlarda 

gündәmә  gәtirilmişdir.  Bu  iş  M.  M.  Musayevin  “Türk  әdәbi  dillәrindә  mürәkkәb  cümlә 

sintaksisi” (2011) adlı kitabında yerinә  yetirilmişdir. Hәmin dәrs vәsaitindә ümumtürk mәtninin 

konseptual-linqvistik mahiyyәtindәn vә konkret olaraq da mәtnlinqvistik-sintaktik özәlliklәrindәn 

bәhs edilmişdir.  

Sözügedәn  kitabda  istәr  nәsrlә,  istәrsә  dә  şeirlә  söylәnilәn  vә  yazılan  bәdii  mәtnlәrin 

simmetrik  vә asimmetrik xarakterli linqvistik oxşarlıqları vә fәrqliliklәri  üzәrindә ayrıca olaraq 

durulmuşdur.  Hәmin  oxşarlıqlar  vә  fәrqliliklәr  müxtәlif  Azәrbaycan-türk  әdәbi  qaynaqlarından 

gәtirilәn  bәdii  mәtn  örnәklәri  ilә  müqayisәli-tutuşdurmalı  olaraq  gösәrilmişdir  (Musayev  2011: 

269-336).  

Türk  dillәrinә  dair  әnәnәvi  müqayisәli-tarixi  dilçilik  yöntәmi  ilә  aparılan  linqvistik 

araşdırmalarda  fonetik,  qrammatik,  leksik  vә  lekskoqrafik  dil  özәlliklәri  vә  faktlarının  tarixi 




Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə