69
dilinin fonetikasına dair yazılmış әsәrlәrdә dә bir istisna tәşkil etmir. Mәsәlәn, F. E. Korşun
“Türk dilindә “Baldak” sözü vә saitlәrin uzanması” (1909), V. Y. Vladimirtsovun vә N. N.
Poppenin “Monqol-türk әcdad dildә vokalizmә dair” (1924), V. B. Boqoroditskinin “Tatar
dilçiliyinә giriş” (1934: 5-18) adlı әsәrlәrinin adlarında sözügedәn xüsus müşahidә olunur.
Sonuncu әsәr türkoloji dilçiliyin tarixindә böyük önәmә sahibdir. Hәmin әsәrdә türk
dillәrinin fonetik quruluşu ilk dәfә olaraq eksperimental üsulla, yәni müxtәlif fonetik cihazlar
vasitәsilә öyrәnilmәyә başlanılmışdır. Bununla da türk dillәri sәs sisteminin labaratoriyada
müxtәlif sәs ölçümü cihazları ilә eksperimental olaraq öyrәnilmәsinin yolu açılmışdır. Bundan
sonra türk dillәri fonetik quruluşunun, fonetik vә fonoloji sәs sisteminin eksperimental üsulla
öyrәnilmәsi dilçilikdә geniş vüsәt almışdır. Belәliklә, türk dillәrinin sәs quruluşu hәm digәr yaxın
vә uzaq qohum dillәrlә (Вaйчурa 1962), hәm dә qohum olmayan dillәrlә (Veyselli 2008)
müqayisәli-kontrastiv aspektdә eksperimental olaraq da öyrәnilmişdir.
XX yüzilin 40-cı illәrindәn etibarәn türk dillәrinin fonetik-fonoloji sәs quruluşuna vә
kombinator fonem dәyişmәlәrinә dair müqyisәli-tarixi vә tәsviri-linqvistik yöntәmlәrlә aparılan
araşdırmaları dillәrin vә konkret dil materiallarının seçiminә görә iki qrupa ayırmaq mümkündür.
Birinci qrup araşdırmalarda yenә dә hәr hansı konkret bir türk dilinin fonetik quruluşu әsas alınır.
Ancaq hәmin dilin vә çox zaman da onun dialektlәrinin fonetik sistemi ümumtürkoloji aspektdә
digәr türk dillәrindәki uyğun yeni vә qәdim dil faktlarının da fonetik araşdırılmaya cәlb olunması
ilә müqayisәli-tarixi yöntәmlә işıqlandırılır. Araşdırmanın müqayisәli-tarixi yöntәmlә aparıldığı
çox zaman әsәrin adında konkret olaraq göstәrilir. Mәsәlәn, C. Q. Kiekbayevin “Başqırd dilinin
fonetikası. Tәsviri vә müqayisәli-tarixi araşdırma tәcrübәsi” (1959) vә Ş. X. Akbayevin
“Tatar” adı ilә adlandırılırdı. Digәr tәrәfdәn isә XVI-XIX yüzillәrdә baş verәn böyük rus-türk qarşıdurması vә
yüzillik müharibәlәri türklәri böyük Osmanlı İmperatorluğunun qurucu komponenti olaraq da Avrasiya
coğrafiyasında bir lider durumuna gәtirmişdi. Bunun nәticәsindә Avrasiya coğrafiyasında yaşayan türk xalqları
hәmin zamanlardan etibarәn çox tәbii olaraq hәm dә “Türk” adı vә ya etnonimi ilә adlandırılmışdır. Belәliklә,
“Türk-tatar, tatar-türk” vә hәmin vaxtlarda bunlara paralel olaraq bir dә “Turkî” şәklindә ifadә olunan “türk-türklük-
türk dünyası” qavramı”nın ümumi bir adlandırılması vә ya konkret olaraq qavramlaşdırılması ortaya çıxmışdır. Daha
sonralar hәmin qavram daha bitәrәf bir sözlә vә ya sözlәrlә ifadә olunmuşdur. Xalq vә ya millәt adı anlamında:
тюрok и тюрки ‘türk vә türklәr’. Onların dili anlamında isә: ingiliscә
turkic, rusca
тюркcкий язык ‘türkcә, türk
dili, ümumtürk dili” vә s.’ (Zakiyev 2002: 280). “Türk” etnonimi bu gün dә Türkiyә vә Türkmәnistan
cümhuriyyәtlәrinin hәm ölkә-dövlәt olaraq adlarında, hәm dә xalq vә millәt olaraq dillәrinin adlandırılmalarında
mühafizә olunmaqdadır. Әn çox XIX yüzildә vә XX yüzilin әvvәlәrindә Azәrbaycan türkcәsindә, elәcә dә Mirzә
Kazım bәyin yuxarıda göstәrilәn әsәrinin adında da işlәdilәn “Türk-tatar tәbiri” isә hәmin qavram-adlandırma
ifadәsinin çox bariz bir nümunәsidir. Әslindә Mirzә Kazım bәyin әsәrinin tam adı da belәdir: “Türk-tatar dilinin
ümumi qrammatikası. Azәrbaycan lәhcәsi ilә.”
70
“Qaraçay-balkar dilinin dialektlәrinin fonetikası: müqayisәli-tarixi araşdırma tәcrübәsi” (1963)
adlı әsәrlәri vә hәmin әsәrlәrin adları buna bariz nümunә olaraq göstәrilә bilәr.
V. Hatiboğlunun “Türk Kelimelerinin Önsesleri” (1962) adlı Türkiyә türkcәsindә
yazdığı әsәrindә isә türkoloji dilçilikdә çox mübahisәli olan bir fonetik hadisә işıqlandırılmışdır.
Daha doğrusu, söz başında, yәni anlautda fonemlәrin işlәnilmәsi, bir-birilә dәyişmәsi, onların
tarixi inkişafı, düşmәsi, artırılması vә s. mәsәlәsi araşdırılmaya türk dillәrindәn gәtirilәn konkret
dil örnәklәri ilә cәlb olunmuşdur. Burada nәzәrdә tutulan vә araşdırılan dil isә hәr hansı konkret
bir türk dili deyil, bütövlükdә türkcәdir, yәni ümumtürk dilidir.
Sözügedәn dönәmdә türk dillәrinin müasir fonetik quruluşuna vә ümumi sәs sisteminә
dair әsasәn müqayisәli-tarixi vә tәsviri-linqvistik yöntәmlәrlә qәlәmә alınan linqvistik
araşdırmalarda әn azı iki türk dilinin materialı konkret olaraq müqayisәli-tutuşdurmalı
araşdırmaya cәlb olunmuşdur. Q. K. Vernerin “Tuva vә tofalar dillәrindә farinqalizasiyanın
mәnşәyi problemi” (1972) vә R. Q. Axmetyanovun “Tatar vә Çuvaş dillәrinin müqayisәli
öyrәnilmәsi. Fonetika vә Leksiska” (1978) adlı әsәrlәrindә bir-birilә eyni linqvistik coğrafiyada,
ancaq fәrqli yarımqruplarda yer alan türk dillәrinin fonetik sәs sistemi öyrәnilmişdir.
Sözügedәn dönәmdә işıq üzü görәn digәr fonetik araşdırmalarda vә monoqrafiyalarda
isә ümumtürk dilinin fonetik quruluşu vә ya sәs sistemi әsas etibarilә müxtәlif türk dillәrindәn
gәtirilәn konkret dil örnәklәrinә dayanılaraq öyrәnilmişdir. Burada hәm sinxronik (Emre 1949;
Мeльникoв 1962), hәm dә diaxronik olaraq aparılan araşdırmalara tәsadüf edilir. Diaxronik
sәciyyәli araşdırmaların böyük bir qisminin (Räsänen 1949; Исследования по сравнительной
грамматике тюркских языков 1955; Биишeв 1963 vә s.) bu vә ya digәr şәkildә müqayisәli-
tarixi yöntәmlә aparıldığını söylәmәk mümkündür.
Belәliklә, XX yüzilin sonuna doğru müqayisәli türkoloji dilçilikdә tarixi-müqayisәli,
linqvistik-coğrafi vә linqvistik-tipoloji dilçilik yöntәmlәrinin dә müәyyәn ölçülәrdә zәngin dil
materiallarına tәtbiq olunması ilә ümumtürk dilinin bir çox fonetik-fonoloji probleminә açıqlıq
gәtirilmişdir. Hәmin fonetik-fonoloji sәciyyәli problemlәrә, hәr şeydәn öncә, aşağıda
göstәrilәnlәr aid edilә bilәr:
–Türk dillәrindә saitlәrin vә samitlәrin sinxronik vә diaxronik olaraq oxşar vә fәrqli sәs
mәxrәclәrindә işlәnilmәsi, onların sayı, qrafiki, transkripsiyası vә transliterasiyasının ifadә
şәkillәri;