M. M. Musayev



Yüklə 3,61 Mb.

səhifə29/171
tarix20.09.2017
ölçüsü3,61 Mb.
1   ...   25   26   27   28   29   30   31   32   ...   171

71 

 

–Söz  әvvәlindә  (anlautda)  vә  ortasında  (inlautda)  kar  vә  cingiltili  samit-fonem 



dәyişmәlәri,  onların  fonetik  vә  fonoloji  qanunauyğunluqlarının  sinxronik  vә  diaxronik  olaraq 

müәyyәnlәşdirilmәsi; 

–Fonetik  qanunlar  vә  hadisәlәrin  sinxronik  vә  diaxronik  sәciyyәli  dil  materiallarına 

dayanılaraq bir-birindәn fәrqlәndirilmәsi, bunula da onların hamısının müәyyәn bir tarixi özәlliyә 

sahib olduğunun konkret dil faktları ilә  göstәrilmәsi;  

–Saitlәrin  ilkin  vә sonrakı  uzanma hadisәsi,  bunun vә bәzi  digәr fonetik hadisәlәrin, o 

cümlәdәn diftonqların türk dillәrindә işlәnilmәsinin qohum olmayan xarici dillәrin tәsirlәrinә dә 

bağlanılması meyllәri; 

–Әcdad dildә vә ya pra- vә -prototürkdә neçә, hansı sayda vә nә qәdәr sait sәs-fonemin 

işlәnilmәsinә bağlı olaraq onların sәkkiz, doqquz, on iki vә ya sәkkiz qısa, sәkkiz dә uzun saitdәn 

ibarәt olduğunun iddia edilmәsi;       

 –Әcdad  dildә  vә  ya  pra-  vә  -prototürkdә  neçә  vә  nә  qәdәr  samit  sәs-fonemin 

işlәnilmәsinә bağlı olaraq onların birinci tarixi mәrhәlәdә 11-12, ikinci tarixi mәrhәlәdә isә 17-18 

sayılarında işlәnilmәsinin iddia olunması vә s.  

Yuxarıda  göstәrilәn  problemlәrin  çözümlәnmәsinә  açıqlıq  gәtirәn,  özәlliklә  dә  әcdad 

dildә  vә  ya  pra-  vә  prototürkdә  fonemlәrin  ilkin  arxetipik  şәkillәrini  canlandıran  fundamental 

әsәrlәr  dә  XX  yüzilin  70-ci  illәrindәn  sonra  meydana  çıxmışdır.  Sözügedәn  әsәrlәrin 

yazılmasında  müqayisәli-tarixi  vә  ya  sırf  müqayisәli  çәrçivәli  türkoloji  dilçilik  yöntәmi  artıq 

sözün tam mәnasında hәyata keçirilmişdir.    

Hәmin әsәrlәr A. M Şerbakın “Türk dillәrinin müqayisәli fonetikası” (1971) vә keçmiş 

Sovetlәr  Birliyi  Elmlәr  Akademiyası  Dilçilik  İnstitutunun  Türk-Monqol  dillәri  sektorunda 

yaradıcı müәllif heyyәti tәrәfindәn kollektiv olaraq hazırlanan “Türk dillәrinin müqayisәli-tarixi 

qrammatikası. Fonetika” (1984) kitablarından ibarәtdir. 

A. M. Şerbakın sözügedәn monoqrafik әsәrindә türk dillәrinin sait  vә samit kәmiyyәtli 

fonemlәrinin  әsas  fonetik-fonoloji  әlamәtlәrinin  vә  artikulyasiyon-tәlәffüz  özәlliklәrinin  geniş 

müqayisәli-linqvistik  tәsviri  verilmişdir.  Sözügedәn  әsәrdә  әcdad  dilin  funksional  vә  fonoloji 

sistemi  bütövlükdә  canlandırılmış,  çox  zәngin  vә  konkret  dil  faktlarına  söykәnilәrәk  pra-  vә 

prototürk fonemlәrinin fonetik tәşәkkülü tәsvir olunmuşdur. Bununla bәrabәr, kitabın “İlkin uzun 

saitlәrin  mәnşәyi”  vә  “Türk  saitlәrinin  inkişafı”  kimi  xüsusi  bölmәlәrindә  prototürk  fonetik 



72 

 

sistemi  Ural-Altay  dillәri  xaricindә  ayrıca  bir  müqayisәli-tipoloji  kontekst  olaraq 



cananlandırılmış vә bununla bağlı problemlәrә toxunulmuşdur.  

Çox  seçkin  vә  dönәmin  mәşhur  türkoloqlarından  ibarәt  yaradıcı  müәlliflәr  heyyәti 

tәrәfindәn  hazırlanan  “Türk  dillәrinin  müqayisәli-tarixi  qrammatikası.  Fonetika”  (1984)  kitabı 

“Giriş”(E. R. Tenişev) vә dörd fәsildәn ibarәtdir:  

–I fәsil: saitlәr (L. S. Levitskaya, L. A. Pokrovskaya, A. A. Yuldaşev); 

–II fәsil: samitlәr (N. Z. Qadjieva, E. R. Tenişev, K. M. Musayev, N. A. Baskakov); 

–III fәsil: vurğu (V. D. Arakin); 

–IVfәsil: fonomorfologiya (N. A. Baskakov, A.A. Kovşova).  

Bu  kitabda  әcdad  dil  türkcәnin  vә  ya  pra-  vә  prototürkün  fonetik  quruluşunun 

rekonstruksiyası aparılmışdır. Bununla bәrabәr, sözügedәn kitabda türkcәnin fonetik quruluşunun 

tәşәkkülü  qәdim  vә  yeni  türk  dillәri  vә  dialektlәrinin  materiallarına  görә  tәfәrrüatlı  olaraq 

öyrәnilmişdir.  Belәliklә,  istәr  pratürkdә,  istәrsә  dә  prototürkdә  kar  samitlәrin  başlanğıcda  çox 

intensiv  olaraq  işlәnildiyi,  ancaq  türk  dillәrinin  sonrakı  inkişaf  mәrhәlәlәrindә  isә 

cingiltilәşmәnin getdikcә yayğınlaşdığı göstәrilmişdir.  

Mәlum  olduğu  kimi,  türk  dillәrindә  sözün  başında  b  fonemi  dilin  tarixi  inkişafı 

әsnasında ortaya  çıxır. Sözün ortasında isә  cingiltili, novlu  g, ğ (Є), z fonemlәri tәşәkkül  tapır. 

Belә  örnәklәr  türk  dillәrindә  sözügedәn  fonetik  hadisәnin  bariz  göstәricilәri  olaraq 

qiymәtlәndirilә bilәr.  

 

2.1.2. Morfologiya 

 Müqayisәli  türkoloji  dilçilikdә  türk  dillәrinin  morfologiyasına  dair  yazılmış  olan 

fundamental  araşdırmaların  tәhlilinә  keçmәdәn  öncә,  aşağıda  “morfem”  vә  “morfologiya” 

terminlәrinin  linqvistik  olaraq  nәyi  ifadә  etdiyi  üzәrindә  durulmuşdur.  Bunlara  bağlı  olaraq  da 

tarixi-müqayisәli vә ya müqayisәli-tarixi, tarixi-tipoloji vә tәsviri dilçilik yöntәmlәrinin bildirdiyi 

qavrayış vә mәzmuna dair qısa mәlumat da verilmişdir. 

 

 2.1.2.1. “Morfem” vә “morfologiya” terminlәri haqqında  

 “Morfem”  sözü  yunan  dilindәn  alınmış  bir  kәlmә  olub,  lüğәvi  mәnası  “morphé” 

‘forma,  şәkil’  demәkdir.  Morfem  dilin  әsas  vahidlәrindәn  biridir.  O,  çox  vaxt  dilin  әn  kiçik 

işarәsi  kimi  dә tәsbit edilir. Sözügedәn dil vahidi  müәyyәn bir qavrayışı ifadә etmәkdә  vә  yer 




73 

 

aldığı “Morfologiya” fәnni içәrisindә isә daha kiçik vahidlәrә bölünmәkdәdir (ЛЭC 1990: 312).  



Türk dillәrindә morfemlәr leksik-funksional olaraq, әsasәn, iki qismә bölünür: 

1.

 



Anlamlı vә ya әsas morfemlәr;  

2.

 



 Kömәkçi vә ya asılı morfemlәr.  

Birincilәrә  kök  vә  gövdә  (kök  vә  şәkilçidәn  ibarәt  olan  düzәltmә  söz)  morfemlәr 

daxildir. İkincilәrә isә әsas etibarilә şәkilçilәr daxil edilir. Tәbii ki, belә bir tәsniflәndirmә şәrti 

olaraq  qәbul  edilmәkdәdir.  Belә  ki,  kömәkçi  vә  ya  asılı  morfemlәr  yalnız  şәkilçilәrdәn  ibarәt 

deyildir.  Yәni,  kömәkçi  nitq  hissәlәri,  özәlliklә  dә  әdatlar  bütövlükdә  kömәkçi  vә  ya  asılı 

morfemlәr olaraq da qiymәtlәndirilә bilәr.  

Şәkilçi morfemlәr leksik-qrammatik funksiyalarına görә üç hissәyә bölünür:  

–Sözdüzәldici  vә  ya  leksik  şәkilçilәr:  isimdәn  isim,  feildәn  isim,  isimdәn  feil  vә  s. 

düzәldәn şәkilçilәr;  

–Sözdәyişdirici vә ya qrammatik şәkilçilәr: isimlәrdә hal, feillәrdә zaman, şәkil, şәxs vә 

s. şәkilçilәri;  

–Formadüzәldici vә ya leksik-qrammatik şәkilçilәr: felin növ, feli sifәt, feli bağlama vә 

s. qrammatik kateqoriyalarını formalaşdıran şәkilçilәr (Musaoğlu 2002: 230-258; 2008b; 2008c). 

Sözdәyişdirici  vә  formadüzәldici  şәkilçilәr  kәlmә  köklәrinә  vә  gövdәlәrinә  artırılaraq 

sözün şәklini vә ya formasını әmәlә gәtirir. Hәr hansı bir qrammatik formada müәyyәnlәşdirilәn 

sözlәr  isә  cümlәnin  konkret  bir  üzvü  kimi  meydana  çıxır.  İsimlәrdә  “cәm  vә  hal”,  feillәrdә  isә 

“şәxs, zaman vә şәkil” formaları qrammatik kateqoriyalar olaraq müәyyәnlәşdirilir. Sözün leksik-

qrammatik  şәkillәnmәsindә  isә  gövdәnin  şәkli  vә  mәnası  qrammatik  planda  dәyişir.  Vә  ortaya 

çıxan yeni gövdә leksik deyil, daha çox qrammatik bir mәnanı ifadә edir.  

Belәliklә, qrammatik gövdә vә ya şәkil quruluşuna aşağıdakı kateqoriyalar mübahisәsiz 

olaraq daxil edilә bilәr:  

–İsimlәrdә: mәnsubiyyәt kateqoriyası; 

 –Sifәtlәrdә: müqayisә vә kiçiltmә dәdrәcәlәri kateqoriyaları (alman dilindә: komparativ, 

Osmanlı türkcәsindә: derecei-itfal);  

–  Feillәrdә:  felin  növ,  mәsdәr,  feli-sifәt  vә  feli  bağlama  kateqoriyaları.  Sözdüzәltmә 

prosesindә isә  şәkilçilәr kökә vә  gövdәyә artırılaraq yeni sözlәr düzәldir.  






Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   171


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə