M. M. Musayev



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə3/171
tarix20.09.2017
ölçüsü3,61 Mb.
#871
1   2   3   4   5   6   7   8   9   ...   171

10 

 

qrammatika  kitabları  geniş  tәhlil  olunur.  Bununla  bәrabәr,  Hind-Avropa  dilçilik  mәktәbi 



әnәnәlәrinә әsasәn yazılmış Mirzә Kazım bәyin “Türk-tatar dilinin ümumi qrammatikası” (1846), 

O.  Bötlinqin  “Yakut  dili  haqqında”  (1851)  vә  rus  missionerlәrinin  XIX  yüzildә  qәlәmә  aldığı 

“Altay dilinin qrammatikası” kitablarından da danışılır. XX yüzildә vә günümüzә qәdәr yazılmış 

qrammatika  kitabları  vә  digәr  hәr  cür  türkoloji  dilçilik  işәlәri  işıqlandırılır.  Altı  cildlik  “Türk 

dillәrinin  müqayisәli-tarixi  qrammatikası”  (1984-2006)  adlı  rus  dilindә  yazılmış  kollektiv-

monoqrafik kitab hәlәlik türkoloji dilçiliyin әn böyük tarixi nailiyyәti olaraq qiymәtlәndirilir.   

 Sözügedәn 

dәrslikdә  türkoloji  dilçiliyin  inkişafının  tarixi  xronologiyasının 

müәyyәnlәşdirilmәsi  vә  bu  günkü  gәlişmәlәrinin  isә  yeni  linqvistik  metodlarla  öyrәnilmәsi 

müasir  Azәrbaycanşünaslıqda  hәm  türkologiya,  hәm  dә  dilçilik  tarixi  baxımından  çox  böyük 

әhәmiyyәt kәsb edir.      

Kitabın ikinci hissәsinin “Türkoloji dilçilikdә әnәnәvi vә yeni linqvistik yöntәmlәr” adı 

ilә  adlandırılan  birinci  bölmәsindә  öncә  әnәnәvi  vә  yeni  dilçilik  istiqamәtlәri  vә  metodlarının 

türkoloji  dilçilikdә  bu  gün  paralel  şәkildә  tәtbiq  olunduğu  göstәrilir.  Buna  bağlı  olaraq  1970-ci 

illәrdәn  başlayaraq  türkoloji  dilçilikdә  aparılan  riyazi-  vә  sosiolinqvistik  araşdırmalardan  söz 

edilir,  konseptual-funksional  qrammatika  anlayışı  açıqlanır,  aktual  üzvlәnmәyә  aid  sadә  vә 

mürәkkәb  quruluşlu  cümlәlәrdәn  vә  sintaktik  bütövlәrdәn  örnәklәr  gәtirilir.  Kitabın  ikinci 

hissәsinin “Ümumtürk dili  kontekstindә ana vә  ya ulu  dil, ana dili,  ortaq dil, rәsmi dil vә e-dil 

qavramları”  adı  ilә  adlandırılan  ikinci  bölmәsindә,  hәr  şeydәn  öncә,  sözügedәn  qavramlar  vә 

“Avropa  dil  portfolyosu”(European  Language  Portfolio)  mövzusu  açıqlanır.  Sonra  isә  bütün 

bunlarla  bağlı  olaraq  Azәrbaycan  dilindә  yeni  әdәbi  dil  normaları,  normalaşmaları  vә 

alışqanlıqları, e-dil, türk dillәri arası әdәbi vә avtomatik mәtn çevirilәri vә proqram tәminatı kimi 

mәsәlәlәr  türkoloji  kontekstdә  işıqlandırılır.  Sözügedәn  kitabın  ikinci  hissәsinin  “Türkoloji 

dilçilikdә  bәdii  mәtnin  yeni  yönüm  vә  yöntәmlәrlә  öyrәnilmәsi”  olaraq  adlandırılan  üçüncü 

bölmәsindә isә sadәcә türkologiyada deyil, bütövlükdә ümumi filologiya elmindә çox yeni olan 

filoloji-linqvistik mәsәlәlәr gündәmә gәtirilir. Burada ilk dәfә müqayisәli olaraq Azәrbaycan türk 

әdәbi-bәdii mәtninin koqnitiv-konseptual özәlliklәrindәn, intellektual mahiyyәtindәn, qavramlar 

dünyasından, semiotik sәciyyәli özәl mәtnqurucu işarәlәrindәn danışılır. Bәdii mәtnin çox geniş 

әdәbi-,  üslubi-,  semiotik-,  konseptual-linqvistik  tәhlillәri  konkret  örnәklәrә  әsasәn  kitabın 

sözügedәn bölmәsindә aparılır. Bununla da türkologiya elmindә bәdii mәtnin üslubi, semiotik vә 

konseptual özәlliklәri ilә çox geniş әdәbi-linqvistik tәhlilinin öyrәnilmәsinin yolu açılır. 

Kitabın  “Türkoloji  dilçilikdә  әnәnәvi  vә  yeni  tәcrübәlәr  vә  ya  әlavәlәr”  adı  ilә 

adlandırılan  üçüncü  hissәsindә  öncә  görkәmli  türkoloqların  rus  dilindәn  türk  dilinә  tәrcümә 

olunmuş  mәqalәlәri  yer  almışdır.  Bu  mәqalәlәr  tәlәbәlәrin  türkoloji  dilçiliyin  tarixinә  vә  bu 

gününә  aid  kitabın  әvvәlki  bölmәlәrindә  aldığı  әsas  biliklәri  möhkәmlәndirәcәkdir.  Dәrsliyin 

müәllifi tәrәfindәn tәrcümә edilmiş hәmin mәqalәlәr “Dil Araşdırmaları” (2007 Bahar, Sayı:1, s. 

175-184;  2009  Bahar,  Sayı:  4,  s.  125-134)  dәrgisindә  yayımlanmışdır.  Kitabın  sözügedәn 

bölmәsindә  yer  alan  vә  onun  әvvәlki  bölmәlәrindә  ümumtürk  leksikoqrafiyasına  aid  verilmiş 

elmi-linqvistik  biliklәri  tamamlayan  Azәrbaycanca-Türkcә    uyğunlaşdırmalı-açıqlamalı  lüğәt 

örnәklәri  isә  әsәrin  elmi-praktik  әhәmiyyәtini  önәmli  bir  ölçüdә  artırır.  M.  M.  Musayevin 

“Türkoloji  dilçilik”  adlı  әsәrinin  hәr  bir  hissәsinin  sonunda  ayrıca  olaraq  sual  vә  tapşırıqlar, 

istifadә  olunan  elmi  әsәrlәrin  vә  mәnbәlәrin  çox  geniş  siyahısı  verilir.  Yuxarıda  göstәrilәnlәrlә 

bәrabәr,  kitabın  türkologiya  elmi  sahәsindә  bir  yeni  dәrslik  olaraq  faydalı  olacağını  göstәrәn 

amillәrdәn biri dә elә budur.   

   

Azәrbaycan Milli Elmlәr Akademiyasının müxbir üzvü,  

filologiya elmlәri doktoru, professor Kamal Abdullayev  



11 

 

GİRİŞ 

Türklük  qavramı

1

  vә  ya  qavrayışının  (konseptinin)  sadә  sxematik  çәrçivәsi  ümumtürk 



mәdәniyyәti  komponentlәrinin  mövcudluğu  ilә  müәyyәnlәşir.  Hәmin  komponentlәrdәn  biri  elә 

ümumtürk  dili  (ing.  Turkic,    rus.  Тюркcкий  язык,  Çağatayca  vә  Osmanlıca:  Turkî)  vә  ya 

bütövlükdә  götürüldükdә  çağdaş  türk  dillәridir.  Sözügedәn  qavram  göstәrilәn  әsas  vә  digәr 

konseptual komponentlәri ilә qloballaşan dünya mәdәniyyәtlәri kontekstindә araşdırılmaya cәlb 

olunur. Әsas komponent alt qavramları vә hәmin qavramlara bağlı olan kateqoriyaları ilә birlikdә 

türkologiyanın  ayrıca  bir sahәsi  olan  türkoloji dilçilikdә öyrәnilir.  Bütün  bunlar isә   sözügedәn 

üst  qavramın  komponentlәrinә  görә  koqnitiv-konseptual  olaraq  qavramlaşdırılması  vә 

kateqoriyalaşdırılmasını şәrtlәndirir. 



 

1. Türklük vә türk dili qavramları 

Türklük,  türk  dünyası  vә  türk  mәdәniyyәti  qavramlaşdırılması  müstәvisindә  qarşıya 

çıxan әsas birlәşdirici faktor türk dilidir. Daha doğrusu, türkcә vә ya başqa bir ifadә ilә ümumtürk 

dili  göstәrilәn  müstәvidә  etnik-mәdәni,  sosial-coğrafi,  siyasi-strateji  vә  linqvistik-xronoloji 

özәlliklәri ilә yer tutur. O, sözügedәn qavramların üst vә alt başlıqlar sәviyysindә dәrk olunması 

vә konseptual-kateqorial olaraq öyrәnilmәsini şәrtlәndirir.  

Türklük fenomeni türk dünyası vә türk mәdәniyyәti komponentlәrinә görә bir üst qavram 

vә ya bir ana başlıq (sәrlövhә) olaraq sәciyyәlәndirilә bilәr. Digәrlәri isә sözügedәn qavramın vә 

ya  başlığın  ayrı-ayrı  konkret  sәviyyәlәri  vә  ya  alt  başlıqları  olaraq  qavramlaşdırılır.  Türklük 

qavramı  türk  dünyası  vә  türk  mәdәniyyәti  komponentlәri  ilә  türkologiya  elmindә  öyrәnilir. 

Sözügedәn  qavramlaşdırmanın  tәşәkkülündә  çox  önәmli  bir  rol  oynayan  türk  dili  birlәşdirici 

faktoru isә konseptual komponentlәri ilә türkologiya emlinin şöbәlәrindәn birindә araşdırılmaya 

cәlb olunur ki,  bu şöbә dә türkoloji dilçilikdir.  

                                                 

1

Azәrbaycan  dilindәki  “qavrayış”  sözü  “qavramlaşma”  şәklindә  sözdüzәltmә  vә  “qavramlaşdırma, 



qavramlaşdırılma”  kimi  felin  formadüzәltmә  modellәrindә  çox  da  geniş  işlәnilmir.  Buna  görә  dә  dәrslikdә  hәmin 

sözün  sinonimi  kimi  “qavram”  morfemi  işlәdilir.  Sözügedәn  sözün  leksik  mәnası  dünyanın  dil  xәritәsinin  әsas 

elementi ilә bağlıdır. Daha doğrusu, qavram dünya haqqınada insan biliyinin bir vahididir, dil işarәsinin semantikası 

ilә  müәyyәnlәşir. O, dil  formasında  ifadә  olunan  nәzәriyyәdir, ictimai  şüurdur,  hәyat obrazı faktıdır. Qavramla  vә 

kateqoriya  ilә  bağlı  olaraq  müәyyәnlәşәn  qavramlaşma  vә  kateqoriyalaşma  işlәmlәri  isә  insan  hafizәsindә  gerçәk 

prototiplәri ilә dәrk olunaraq yığılan vә beyindә yenidәn işlәnilәn biliklәrә söykәnmәkdәdir. Hәmin biliklәrin vә hәr 

cür  digәr  mәlumatların  dil  sәviyyәlәri  ilә  ifadәsinә  bağlı  olaraq  özünü  göstәrәn  ümumi  “funksional-semantik 

tablo”nun  “on-line”  olaraq  müәyyәnlәşdirilmәsi  vә  alt  qavramları  vә  kateqoriyaları  ilә  adlandırılması  isә  koqnitiv 

dilçiliyin işidir. 



Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə