86
cümlәlәr, istәrsә dә mürәkkәb cümlәlәr ümumtürk dilindә bir-biri ilә paralel olaraq işlәnilmişdir.
Bunu türkoloji dilçilikdә aparılan son araşdırmalarda mürәkkәb cümlәlәrin daha protodil
sәviyyәsindә işlәnildiyinin göstәrilmәsi dә sübut etmәkdәdir (Şeka 2009: 127).
Türk dillәrinin sintaktik quruluşunun inkişafına dair türkoloji dilçilikdә irәli sürülәn bәzi
fikirlәr çağdaş dilçiliyin işığında hәr yönü ilә öyrәnildikdә bu gün artıq özünü doğrultmur. Bunlar
әsas etibarilә nominativ quruluşdan predikativ quruluşa doğru inkişaf, feli tәrkiblәrin
transformasiyaya uğraması, tabesiz mürәkkәb cümlә komponentlәrinin müstәqilliyini itirmәsi vә
flektiv dillәrin tәsiri ilә türk dillәrindә mürәkkәb cümlә quruluşlarının formalaşması kimi
mülahizәlәrdәn ibarәtdir. Bütün bu fikir vә mülahizәlәr klassik vә yeni türk әdәbi dillәri, dialekt
vә danışıq şәkillәri materiaları ilә retrospektiv, prospektiv vә interospektiv aspektlәrdә saf-çürük
edildikdә hәr hansı ciddi bir tәnqidә dözmür. Belәliklә, ümumtürk dilinin sintaktik quruluşunun
tarixi inkişaf mәrhәlәlәrinin vә tәmayüllәrinin düzgün müәyyәnlәşdirilmәsi üçün, onun klassik vә
yeni әdәbi dillәri, dialektlәri vә canlı diskursiv şәkillәri çağdaş linqvistik yöntәmlәrlә
öyrәnilmәlidir.
2.1.3.1.1. Mürәkkәb cümlәlәrin konseptual-struktur tәsniflәndirmәsi
Türkoloji dilçilikdә indiyә qәdәr türk dillәri sintaksisinin әn mübahisәli mövzusunu
“tәrkib vә budaq cümlә mәsәlәsi” tәşkil etmişdir. Sözügedәn problemә dair mübahisәlәr, artıq
200 ildir ki, türkoloji dilçilikdә davam edir. Bәs bu problemin әsl linqvistik-filoloji mahiyyәti
nәdәn ibarәtdir? Nә üçün sözügedәn problemlә bağlı mübahisәlәr bu gün dә hәlә öz canlılığını
qoruyur? Sözügedәn problemin çözümlәnmәsinin dilimizin tәdrisindә nә kimi elmi-praktik
әhәmiyyәti vardır? Bütün bunlar vә mürәkkәb cümlә sintaksisi ilә bağlı digәr mübahisәli xüsuslar
haqqında M. M. Musayevin “Türk әdәbi dillәrindә mürәkkәb cümlә sintaksisi” (2011) adlı dәrs
vәsaitindәn daha geniş vә tәfәrrüatlı mәlumat ala bilәrsiniz. Burada isә sadәcә mәsәlәnin әsas
mahiyyәtinә vә mürәkkәb cümlәnin sözügedәn kitabda verilәn yeni tәsnifinә qısaca olaraq
toxunmaq istәyirik.
Türk dillәrinә dair qrammatika kitabları vә lüğәtlәr, yuxarıda vә aşağıda da göstәrildiyi
kimi, XI yüzildәn başlayaraq öncә әrәb, sonra isә Hind-Avropa dilçilik mәktәbi әnәnәlәrinә görә
yazılmışdır. XIX yüzilә qәdәr yazılan qrammatika kitablarında, әsasәn, müәyyәn fonetik
mәlumatlar vә geniş morfoloji açıqlanmalar yer tutmuşdur. Qrammatika kitablarının sonunda çox
zaman haqqında danışılan dillәrin leksikonuna aid qısa lüğәtlәr dә verilmişdir. Yalnız XIX
87
yüzildәn etibarәn klassik Hind-Avropa dilçiliyi әnәnәlәrinә görә yazılan qrammatika kitablarında
“Sintaksis” bәhsi vә müvafiq surәtdә “Mürәkkәb cümlә” mövzusu ayrıca olaraq işlәnilmişdir.
Hәmin mövzu isә, yuxarıda da göstәrildiyi kimi, iki yüz il boyunca türkoloji dilçiliyin әn
mübahisәli mәsәlәlәrindәn birinә çevrilmişdir. Mübahisә asılı komponentin, yәni budaq
cümlәnin predikativ
18
mәrkәzinin qrammatik baxımdan formalaşması ilә bağlıdır. Yәni hәmin
mәrkәz vә ya xәbәr hansı feillә ifadә olunmalıdır? Şәxsә, zamana vә kәmiyyәtә görә tәsriflәnәn
feillәmi vә ya tәsriflәnmәyәn feli sifәt, feli bağlama vә mәsdәrlәrlәmi?
Biz hәmin suala birmәnalı olaraq belә cavab veririk: mürәkkәb cümlә dilin qrammatik
sistemindә sadә geniş cümlәlәrlә vә mürәkkәb sintaktik bütövlәrlә bir sintaktik sistemin ayrı-ayrı
müstәqil vahidlәrindәn birini tәşkil edir. Sadә geniş cümlәlәrin cümlә üzvlәri feli sifәt, feli
bağlama, mәsdәr tәrkiblәri vә qoşmalı birlәşmәlәrlә ifadә oluna bilәr.
Ancaq, sözügedәn tәrkiblәr vә yarımpredikativ sәciyyәli müxtәlif söz qrupları dilin
üzdәki aqqilütinativ-diferensial ifadәsi baxımından türk dillәrindә budaq cümlә olaraq işlәnilә
bilmәz.
Hәmin genişlәnmiş cümlә üzvlәri dilin “dәrindәki” sintaktik quruluşuna vә ya
mәzmununa görә müyәyәn predikativlik vә modallıq münasibәtlәri ifadә edir. Ancaq, onların
predikativ mәrkәzlәri, yәni feli sifәtlәr, feli bağlamalar vә mәsdәrlәr şәxsә vә kәmiyyәtә görә
tәsriflәnәn vә ya “verbum-finitum”da işlәnilәn feillәr deyidir. Hәmin feillәr nә tәsriflәnәn bir
qrammatik formadadır, nә dә yeni düzәltmә leksik vahidlәrdir. Onlar, yuxarıda göstәrildiyi kimi,
müәyyәn “yan leksik anlam” ifadә edәn “qrammatik gövdә”lәrdәn (Seçdirmәlәr bizimdir- M. M.)
ibarәtdir. Sözügedәn tәrkiblәri formalaşdıran feli sifәt, feli bağlama vә mәsdәrlәrin şәkilçilәri
leksik-qrammatik mәzmun ifadә edәn formadüzәldici morfoloji әlamәtlәrdir.
Azәrbaycanda vә digәr Türk Cümhuriyyәtlәrindә daha 1950-ci illәrdәn başlayaraq ali vә
orta mәktәb praktikasında tәrkiblәr budaq cümlә kimi deyil, sadә cümlәnin genişlәnmiş üzvlәri
olaraq öyrәdilir. Yalnız Türkiyә tәhsisl sistemindә vә әsas etibarilә Avropa türkoloji dilçilik
әnәnәsindә tәrkiblәr vә müxtәlif qoşmalı birlәşmәlәr, әsasәn, mürrәkkәb cümlә bәhsi içәrisindә
işıqlandırılır. Vә bu zaman da mürәkkәb cümlәnin sәrhәdlәri itir. Bununla bәrabәr, postmodern
Türk cümhuriyyәtlәrindә ana dilinin tәdrisi hәlә dә tabeli vә tabesiz, bağlayıcılı vә bağlayıcısız
18
Predikat” termini latın dilindәn alınmış alınmış olub ‘praedicatum’sözündәndir, lüğәvi mәnası “söylәnmiş,
deyilmiş” demәkdir. Hәmin söz hәm dilçiliyә, hәm dә mәntiq elminә mәxsus olan bir termindir vә ifadә edilәn hәr
hansı bir hökmün dәyişilmәz üzvüdür.