M. M. Musayev



Yüklə 3,61 Mb.

səhifə4/171
tarix20.09.2017
ölçüsü3,61 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   171

12 

 

Sözügedәn qavramlaşdırma hadisәsi müasir koqnitiv elmә vә türkoloji dilçiliyin uyğun 



şöbәlәrinә  görә  öyrәnilir.  Buna  bağlı  olaraq  dәrslikdә  türkokoloji  dilçiliyin  dünәni  vә  bu  günü 

retprosperspektivel (keçmişә, indiyә vә gәlәcәyә görә) vә interospektivel (milli mentalitetә  vә ya 

“milli-mәnәvi  öz”ә  bağlı  adәt-әnәnәlәrә  vә  s.  görә)  olaraq  araşdırılır.  Daha  doğrusu,   

retrospektiv, prospektiv  vә perspektiv

2

 olaraq  aparılan elmi-nәzәri  açıqlanma  sinkretik  sәciyyәli 



qavram,  qavramlaşdırma,  qavramlaşdırılma,  kateqoriya  vә  kateqoriyalaşdırma  işlәmlәrinin 

aparılmasına  yol  açır.  Belә  bir  araşdırma-öyrәnilmә  üsulu  özü  ilә  birlikdә  yeni  yönüm  vә 

yöntәmlәri

3

  gәtirir  ki,  bunlar  da  koqnitiv  vә  informasiya  texnologiyaları  dilçiliyinin 



nailiyyәtlәrindәn  istifadә  etmәklә  müәyyәnlәşdirilir.  Aşağıda  hәm  koqnitiv  dilçiliyin,  hәm  dә 

                                                 

2

  Müxtәlif  dil-nitq  kateqoriyalarına  dair  dil  vahidlәri  koqnitiv-konseptual  olaraq  gәlәcәyә  görә  perspektiv,  indiyә 



görә prospektiv, tarixi keçmişә görә isә retrospektiv aspektlәrdә araşdırılmaqdadır. Sosial elmlәrdә konkret hadisә vә 

predmetlәr,  tarixi  gedişatlar  bütövlükdә  retprosperspektivel  vә  ayrılıqda  interospektivel  bir  müstәvidә 

dyәrlәndirilәrәk kompleksiv bir şәkildә birlәşdirilmәkddir. Belә bir kontekstdә frazeologizmlәrin ayrıca bir növü vә 

ya  digәr  dil-nitq  vahidlәri  dә    daha  çox  “müqayisәsiz  sәciyyәli”  özbәöz  olan  milli  mentalitetә,  etnoqrafiyaya, 

demoqrafiyaya,  folklora,  mifologiyaya  vә  s.  görә,  hәr  şeydәn  öncә,  interospektiv  aspektdә    öyrәnilmәkdәdir. 

Yuxarıda  göstәrilәn  aspektlәrin  bütününә  görә  türkoloji  dilçilikdә  yeni  bir  araşdırma-öyrәnilmә  konteksti 

formaşdırılmışdır: prospektiv, retrospektiv, perspektiv vә interospektiv müstәvi. Sözügedәn yönüm koqnitiv dilçiliyin 

әsas linqvistik prinsiplәrindәn biri olaraq da  qiymәtlәndirilә bilәr (Musaoğlu 2002: 319-320; Musaoğlu, Hasanova 

2006b). 

Sosial  elmlәrin  intellektual  kontekstin  mahiyyәtini  dillә  әks  etdirәn  dәrk  etmәyә  (idraka),  şüura  vә  tәfәkkürә 

әsasәn tәdricәn dәyişdiyi, inkişaf etdiyi vә getdikcә dә hәmin prosesdә bir-biri ilә qovuşduğu müasir elmşünaslıqda 

müşahidә olunmaqdadır. Müasir dilçiliyin әsas inkişaf meyli isә milli-mәnәvi dәyәrlәrә vә canlı vә cansız alәmә dair 

faktorlara görә müxtәlif üst vә alt qavramların vә kateqoriyaların yeni bir konseptual-kateqorial kontekstdә bir-biri 

ilә  bağlı  olaraq  qavramlaşdırılması  vә  kateqoriyalaşdırılması  ilә  müәyyәnlәşir.  Hәmin  qavramlaşdırmalar  vә 

kateqoriyalaşdırmalar  müasir  elmşünaslıqda  böyük  tәkamül  dәyişikliklәri  keçirdәn  vә  artıq  bütövlükdә    koqnitiv 

xarakterli  sosial  elmlәrin  ayrı-ayrı  sahәlәrinә  dair  inkişaf  etdirilәn  vә  formalaşdırılan  yeni  elmi-tәtbiqi  metodlarla 

aparılır.  Şübhәsiz  ki,  yeni  bir  konseptual-kateqorial  kontekstdә  gerçәklәşәn  bütün  qavramlaşmalar  vә 

kateqoriyalaşmalar,  hәr  şeydәn  öncә,  tәbii  insan  dilindә  öz  әks-sәdasını  tapır,  yәni  sözün  әsl  mәnasında  dildә 

simvollaşır,  sistemlәşir,  mücәrrәdlәşir  vә  konkretlәşir.  Buna  görә  dә  dәyişәn,  yenilәşәn  sosial  elmlәrin  başında, 

bizcә, dilçilik gәlir. Dilçilik elminin isә bu gün tәdqiq vә tәdbiq olunan sahәlәri getdikcә genişlәnir.  Daha doğrusu, 

hәmin  elm  sahәsinin  yuxarıda  göstәrilәn  retrospektiv,  prospektiv,  perspektiv  vә  interospektiv  araşdırma  aspektlәri 

orijinal  konseptual-semantik  yönümlәri  vә  informasiya  texnologiyaları  vә  kompüter  dilçiliyi  proqram  tәminatları 

sistemlәri  ilә  ortaya  çıxır.  Ümumi  müqayisәli  dilçiliyin  bu  gün  hәmin  sistemlәrlә  tәkmillәşdirilәn  müqayisәli-

qarşılaşdırmalı vә -tutuşdurmalı yöntәmlәri isә  yenidәn müәyyәnlәşdirilir. 

 Türkoloji  dilçilikdә  müxtәlif  sistemli  dillәrin  vә  türk  dillәri  materiallarının  müqayisәli  olaraq  öyrәnilmәsi 

nәticәsindә müqyisәli-qarşılaşdırmalı (kontrastiv) vә müqayisәli-tutuşdurmalı (konfrontativ) yöntәmlәr bu gün artıq 

çox açıq bir şәkildә müәyyәnlәşdirilә bilmәkdәdir.  

Müqayisәli dilçilikdә prospektiv+retrospektiv=perspektiv+inrerospektiv sәciyyәli binar aspektlәr vә ya artıq ierarxik 

xarakterli  tәk  bir  araşdırma-öyrәnilmә  istiqamәti  ortaya  çıxmaqdadır.  Hәmin  istiqamәtdә  sinxronik-diaxronik 

sәciyyәli  tәdqiqatların  davam  etdirilmәsi  tarixi-müqayisәli  vә  ya  müqayisәli-tarixi  dilçiliyin  pra-  vә  protodil  dil 

sәviyyәlәrinin canlandırılması işlәrinin nәticәlәndirilmәsinә dә yol açmaqdadır. 

Belәliklә,  türkologiyada  tarixi-müqayisәli  vә  ya  müqayisәli-tarixi  dilçilik  bu  gün  artıq  ümumi  bir 

prospektiv+retrospektiv=perspektiv+interospektiv  aspektdә  müqayisәli-qarşılaşdırmalı  vә  -tutuşdurmalı  linqvistik 

yönümü  ilә  konseptual  olaraq  müәyyәnlәşdirilә  bilmәkdәdir.  Frazeologizmlәr  konseptual-kateqorial  xarakterli 

qavramlaşdırmaların vә kateqoriyalaşdırmaların ümumi vә xüsusi prinsiplәrinә görә sinxronik-prospektiv, diaxronik-

retrospektiv vә diaxronik-interospektiv sәviyyәlәrdә tәsniflәndirilmәkdәdir (Musaoğlu, Hәsәnova 2006a). 

3

 “Yönüm vә yöntәm” sözlәrinin sinonimlәri olaraq Azәrbaycan dilindә “istiqmәt vә metod” sözlәri dә işlәnilir. 




13 

 

informasiya  texnologiyaları  vә  ya  kompüter  linqvistikasının  iş  prinsiplәrinin  türkoloji  dilçiliyin 



problemlәrinin hәll olunmasındakı potensialından yeri gәldikcә bәhs olunacaqdır.  

 

2. Ümumtürk mәdәniyyәtinin koqnitiv-konseptual layihәsi 



 Türkdilli  corafiyada  yer  tutan  Anadolu-Rumeli,  Azәrbaycan,  türkmәn,  qazax,  qırğız, 

özbәk,  qaraqalpaq,  uyğur,  tatar,  başkırd,  çuvaş,  saha  (yakut),  tuva,  karaim,  qaqauz,  qaraçay-

balkar,  qumuq,  noqay,  altay,  salar,  xakas  tarixi  etnik-milli  kimliklәri  ümumtürk  mәdәniyyәti 

kontekstinin  әsas  komponentlәri  olaraq  özünü  göstәrir.    hәmin  komponentlәr  “Türk 



dünyası”qavramının tәrkibini tәşkil edir. 

Sözügedәn mәdәniyyәtin bütününü tәşkil edәn etnik-milli әsas vә buna bağlı olaraq da 



türklük  fenomeni;  dünyadakı  türk  xalqlarının  әnәnәvi  vә  yeni  dinlәri  vә  inancları,  adәt-

әnәnәlәri,  hәyat  tәrzlәri  vә  davranış  şәkillәri,  әdәbiyyat  vә  musiqi  növlәri  ilә  bir  yerdә 

öyrәnilmәkdәdir. Bütün bunlar; hәm ayrılıqda, hәm dә bütövlükdә müxtәlif türk әdәbi dillәri vә 

dialektlәri ilә ümumtürk dili olaraq dәrk olunmaqdadır.  

Türklük  fenomeninin  türk  dili,  türk  dünyası  vә  mәdәniyyәti  ilә  sözügedәn 

qavramlaşdırılması 

sivilizasiyaların 

universal-interaktiv 

qovşağında, 

“bilgi 


çağı”nın 

ehtiyacılarının  yerinә  yetirilmәsiylә  vә  onun  hәrәkәtverici  qüvvәlәrinin  göz  önündә  tutularaq 

qloballaşmanın  sürәtinә  uyğunlaşdırılmasıyla  öyrәnilmәkdәdir.  Belә  bir  konseptual-koqnitiv 

araşdırmanın  vә  ya  ayrı-ayrı  türk  xalqları  mәdәniyyәtlәri  sivilizasiyası  açıqlanmasının  aşağıda 

verilәn layihәlәndirmәyә әsasәn aparıla bilәcәyini fikirlәşirik:  

1. Sivilizasiya: Әsas komponentlәri  

1.1. Dünya sivilizasiyaları 

1.1.1. Şәrq sivilizasiyası  

1.1.2. Qәrb sivilizasiyası  

1.1.3. Türk sivilizasiyası vә ya mәdәniyyәti 

2. Türk sivilizasiyasının komponentlәri 

2.1. Türkcә vә ya ümumtürk dili 

2.1.1 Tarixi: Әcdad Türkcә (prototürk, pratürk, qәdim türk dili) Orta Türkcә (cağatayca, 

osmanlıca), Yeni Türkcә, Әn Yeni Türkcә vә ya çağdaş türk dillәri vә lәhcәlәri 

2.1.2. Türk dillәri, dialektlәri vә çağdaş әdәbi dillәri  

2.1.2.1. Türkiyә türkcәsi 





Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   171


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə