M. M. Musayev



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə42/171
tarix20.09.2017
ölçüsü3,61 Mb.
#871
1   ...   38   39   40   41   42   43   44   45   ...   171

103 

 

çalışır (“Kommunist” qәzeti, 30 iyun 1983-cü il, s. 4); Mәn üç ildir növbәyә yazılmışam  (Anar. 



Beşmәrtәbәli evin altıncı mәrtәbәsi, 1962, s. 8); Yaşı әllini haqlamış Qasım bәy bir ildәn artıq 

idi  ki,  bütün  ölkәni  әlәk-vәlәk  etmiş,  Әrdәbildә  “qeybә”  çıxan  Heydәr  oğlu  İsmayılı  tapa 

bilmәmişdi (F. Kәrimzadә. Xudafәrin körpüsü. 1982, s. 228). 

Azәrbaycan  dilindә  göstәrilәn  subordinativ-subyekt  xüsusi-mürәkkәb  polipredikativ 

vahidlәrin elә quruluşlarına da tәsәdüf edilir ki, onlarda әsas komponent parselyasiyaya uğrayır. 

Yarımçıq  cümlә  quruluşunda  özünü  büruzә  verәn  hәmin  qoşulma-parselyat    konstruksiyalar 

qoşulduğu bazis-cümlә ilә birlikdә artıq söylәm//cümlә deyil, frazadanböyük vahid//mәtn  tәşkil 

edir;  mәs.;  Murad  nә  gәzir  ölüb  gedib.  Çoxdandı;  Nәnәm  yazıq  yaman  gündәdir.  Üç  ildi 

(Danışıqdan.) 

 Dilçilik  әdәbiyyatında  indiyә  qәdәr  hәr  cür  qoşulma-parselyat  konstruksiyaların 

qoşulduğu  bazis-cümlәlәrlә  әlaqәsi  daha  çox  cümlә  sintaksisisi  sәviyyәsindә  izah  edilmişdir 

(Sadıqov 1980; Aлиев 1985; Kazımov 1989). Ancaq әsas vә ya asılı komponentlәrdәn kәnara 

çıxan  bu  cür  hissәlәrin  әvvәlkilәrlә  sintaktik  әlaqәsi  tәkcә  mürәkkәb  cümlәlәrin  tәrәflәri 

arasındakı bağlayıcılıq hadisәsi olaraq izah edilә bilmәz. 

 Bu  hadisә  hәm  dә  frazadanböyük  vahid//mәtn  formalaşmasının  tәzahürlәrindәn  biri 

kimi  özünü  ğöstәrir.  Belәliklә,  mürәkkәb  cümlә  sәviyyәsindә  ösünü  büruzә  verәn  “qoşulma 

cümlәlәr”  (Cәfәrzadә  1976;  1977)  hәm  yarımçıq,  hәm  dә  bütöv  sintaktik  quruluşlarda  olur. 

Hәmin  sintaktik  konustruksiyalar  bütövlükdә  mürәkkәb  cümlәlәrin  vә  frazadanböyük 

vahidlәrin  üslübi-sintaktik  normaları  olub,  dil  sisteminә  daxildir.  Parselyativ-qoşulma 

konstruksiyalar  isә  bilavasitә  nitq  fәaliyyәtindә  meydana  çıxır.  Onlar  qoşulduğuğu  baziz-

cümlәlәrlә birlikdә üslübi-sintaktik variantlar olub, daha çox “yarımçıq” sintaktik qurluşlarda 

özünü ğöstәrir. 

b) Әsas komponentin predikativ mәrkәzi “elә gәlir, elә (belә) çıxır, belә görünür” vә 

s. feli frazeoloji birlәşmәlәrlә ifadә edilir. Asılı tәrәf әsas hissәnin mübtәdası yerindә işlәnir vә 

ona “ki” bağlayıcisi ilә bağlanır; mәs.: Azәrb. Onların danışığından elә (belә) çıxırdı ki, “qara 

kağız”ı  ğәlәnlәrin  çoxusu  sonradan  sağ-salamat  qayıdıb  ğәlir  (“Azәrbaygan  qadını”  jurnalı, 

1983, №5, s.15); Mәnә elә gәlir ki, sәnin müәllim dostların içәrisindә әn sәdaqәtlisi vә sәni 

әn çox istәyәn Nazir müәllimdir (A. Babayev. Bir parça hәyat,1971, s. 67); Böylә görünür ki, 

aşinasәn (M. Füzüli. Seçilmiş әsәrlәri,1988, s.188); türk. Cülbahara öylә geliyordu ki, canını 




104 

 

ver Memo dese, Memo sevncden aklını yitirecekti. ‘Gülbahara elә gәlirdi ki, Memoya canını 



ver dese, sevincdәn ağlını itirәcәkdi’(O. Kemal. Ağrıdağı Efsanesi,1978, s.7). 

Göstәrilәn  feli  frazeoloji  birlәşmәlәrin  әsas  komponentlәrindәn  “görünür,  ola 



bilsin”ifadәlәri müstәqil sintaktik mövqedә işlәnәrәk, Azәrbaycan dilindә müәyyәn modallıq 

münasibәtlәri  bildirәn  ara  sözlәr  kimi  dә  özünü  göstәrir  (Seyidov  1958:  55).  Bağlayıcının 

fakultativliyi  dә  burada  istisna  olunmur;  mәs.:  Görünür,  zәngәzurlu  Qaçaq  Hәcәri  hәddәn 

ziyadә şişirdirlәr, әlahәzrәt  (S. Rәhimov. Qafqaz qartalı,1971, s. 41); Onlar da, görünür ki, 

mәnim  tәlәbәlәrim kimi dәrs qurtaranda sevindiklәrindәn quş kimi  uçurlar (A. Babayev. Bir 

parça  hәyat.  1972,  s.  5);  Ancaq,  ola  bilsin  ki,  sәnin  buralı  olmağının  da  tәsiri  var  (İ. 

Әfәndiyev. Seçilmiş әsәrlәri, 1959, s. 178) 

Dilçilik  әdәbiyyatında  qeyd  olunur  ki,  “elә  ğәlmәk”  birlәşmәsi  Azәrbaycan  dilindә 

frazeoloji  vahid  deyildir.  Rus  dilindәki  “мне  кажется”  (vә  ya  başqa  misallarda  “ему 

казалось”)  konstruksiyasının  kalkasıdır”  (Bayramov  1978:  19).  Qaqauzcada  göstәrilәn 

subordinativ-subyekt  konstruksiyalarının  rus  dilindәki  adekvat  quruluşa  daha  uyğun  şәkildә 

işlәnmәsi  dә  bu  baxımdan  müәllifin  fikrini  sanki  tәsdiqlәyir.  Hәmin  dildә  bu  tip  MC 

komponentlәri әsasәn “ani” vә “sansın” bağlayıcıları ilә әlaqәlәnir; mәs.: Şansora gelärdi, ani 

(sansın) kemençä öter heptan kusursuz. ‘Ona elә gәlirdi ki,  sanki kamança qüsursuz çalır’(D. 

Kara Çoban. Tamannık,1977, s.125). 

Ğöründiyi  kimi,  әsas  komponentdә  konkretlәşdirici  “elә,  belә”  zәrf-әvәzliklәri 

işlәnmәmişdir. Bu da qaqauz türkcәsinin sintaktik qurumuna dilxarici tәsirlәrin nәticәsi kimi 

izah oluna bilәr. Burada sanki sözlәr dә rus dilindә olduğu kimi sıralanmışdır. Müqayisә edin: 

Kostiya gelerdi “Koстe kaзaлocь”; Sidorа gelerdi” Сидору kaзaлocь” örnәklәrindә dә olduğu 

kimi. 


Bununla  belә,  Azәrbaycan  türkcәsindә,  elәcә  dә  digәr  türk  әdәbi  dillәrindә  xüsusi-

mürәkkәb polipredikativ vahidlәrin normativ-sintaktik quruluşları kimi bütün üslubi-sintaktik 

variantları da onların öz daxili resursları hesabına  formalaşır. Ekstralinqvistik tәsirlәr burada 

yalnız  ayrı-ayrı  cümlә  quruluşlarının  işlәnilmә  tezliyindә  özünü  göstәrir.  Mәhz  belә  bir 

intensivlik biri digәri ilә tәmasda olan, lakin qohum olmayan dillәrin sintaktik quruluşundakı 

bir  sıra  universaliyaların  ekstralinqvistik  dil  faktorları  kimi  izah  edilmәsinә  sәbәb  olmuşdur. 

Rus  dilindә  ayrı-ayrı  frazeoloji  birlәşmәlәr  türk  dillәrinә  kalka  olunub,  bәzi  subordinativ-

subyekt mәnalı mürәkkәb cümlәlәrin әsas komponentlәrinin predikativ mәrkәzlәrinin ifadәçisi 




Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə