M. M. Musayev



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə44/171
tarix20.09.2017
ölçüsü3,61 Mb.
#871
1   ...   40   41   42   43   44   45   46   47   ...   171

107 

 

Köprü öleжeydi, ki may-may yıkıleжek. ‘Körpü elәydi ki, sanki hәmәn uçacaqdı’ (Gaydarji, 



1981, s. 37). 

Asılı  hissәsi  әsas  komponentin  mübtәda-xәbәr  üzvlәnmәsinin  ikinci  tәrәfinә  görә 

müәyyәnlәşәn  subordinativ-subyekt  xüsusi-mürәkkәb  polipredikativ  vahidlәrin  sintaktik 

arxetiplәri  qәdim  türk  dilindә  özünü  ğöstәrir.  Sözügedәn  subordinativ-subyekt  xüsusi-

mürәkkәb  polipredikativ  vahidlәrin  arxetiplәri  qәdim  türk  dilindә  bağlayıcısız    işlәnir  vә 

burada  әsas  komponentin  xәbәri  dә  xәbәrlik  morfoloji  әlamәti  olmadan  özünü  büruzә  verir; 

mәs.;  Körüg sabi antag; Tokuz Oğuz budun üze kagan alurtı. ‘Casusun sözü belәdir ki, dokuz 

oğuz millәtinin  üstündә xaqan oldu’ (M. Ergin.  Orhun Abideleri  1980, s. 92.); ẹrändä ẹri ol 

qamuγ nẹŋkä ẹrk “(настояший ) муж из мужей  тот, кто властен (букв. у кого есть власть) 

над  всеми  вeщaми.”  ‘Kişilәrin  içәrisindә  әr  kişi  odur  ki,  hәr  şeyin  üstündә  hakimiyyәti 

vardır’(  ДТС,  с.179);  kiši  јïlqï  birlä  aδïrtï  bu  ol  /  taδuqa  јarašïq  јesä  aј  oγul.  “O  юноша, 

разница между людьми и скотом заключается в том, что они едят, что  соотвествует их 

природе.”  ‘Ay  oğul,  insanla  qoyun  arasındakı  fәrq  ondan  ibarәtdir  ki,  onların  hәr  birinin 

yediyi öz tәbiәtlәrinә uyğun olur’ (ДТС, с. 240); baγïrsaq ol ol kör kišig ẹδläsä.  “добрый тот, 

кто оказывает внимание людям.” ‘Xeyirxah odur ki, insanlara diqqәt göstәrir’ (ДТС, с.165).  

Azәrbaycan türkcәsindә subordinativ-subyekt mәnalı mürәkkәb cümlәlәrin göstәrilәn 

quruluşunun üslubi-sintaktik variantlarına da rast gәlinir, mәs.; Bir budu ki, eldәn ayıbdı; Heç 

ayıbı  yoxdu,  bir  odu  ki,    balaca  axsıyır  (Danışıqdan  ).  Nitq  fәaliyyәtindә  әsas  hissә  kәnara 

çıxır vә burada qoşanla qoşulanın әlaqәsi frazadanböyük vahidlәrin komponentlәri arasındakı 

bağlılıq  kimi  özünü  göstәrir;  mәs;  Xasiyyәti  pis  olan  bir  arvadla  ömrünü-gününü  çürütmә  – 

sәnә mәslәhәtim budu (Danışıqdan ). 

Dil-nitq  dәyişmәlәri  prosesindә  üslubi-sintaktik  variantların  işlәnilmәsi  ünsiyyәtin 

arxitoktenikasinin  sәciyyәvi  cәhәtlәrindәndir.  Dil  sistemindә  isә  onlar  informasiyavericiliyi 

reallaşdıran  başlıca  aktlarda-  cümlә  vә  mikromәtnlәrdә  verilәn  biliyi  vә  ya  mәlumatı 

aktuallaşdırmağa xidmәt edәn qrammatik-üslubi vasitәlәrdәn biri kimi işlәnilir. 

Xüsusi-mürәkkәb  polipredikativ  vahidlәrin  üslubi-sintaktik  variantları  ilkin  oğuz-türk 

layında  (X-XIV  yüzillәr)  özünü  göstәrir  vә  cağdaş  Azәrbaycan  türkcәsindә  daha  geniş 

yayılmışdır.  Lakin  mürәkkәb  cümlә  quruluşlarının  üslubi-sintaktik  variantlarının  qәdim  türk 

dilindә  dә  işlәnilmәsi  istisna  olunmur.  Әksinә,  qәdim  türk  dilindә  üslubi-sintaktik  variantlar 

sәviyyәsindә  özünü  göstәrәn  bәzi  konstruksiyalar  türk  dillәrinin  sonrakı  inkişaf  mәrhәlәlәrindә 




108 

 

normativ-sintaktik  vahidlәr  sәviyyәsindә  müәyyәnlәşir.  Demәli,  mürәkkәb  cümlә  sintaksisindә 



üslubi-sintaktik variantların formalaşması әdәbi dil әnәnәlәrinin möhkәmlәnmәsi, onun funksio-

nal üslublarının sabitlәşmәsi vә “norma-uzus-variant” sisteminin bütövlükdә müәyyәnlәşmәsi ilә 

şәrtlәnir.  Mürәkkәb  cümlә  üslubi-sintaktik  variantlarının  müxtәlif  türk  әdәbi  dillәrindә  fәrqli 

polipredikativ vahidlәrlә işlәnilmәsi isә daha çox hәr hansı bir dilin sintaktik quruluşu, elәcә dә 

aid olduğu arxetipika ilә bağlıdır. 

Bu baxımdan hәr hansı bir üslubu-sintaktik variantın mürәkkәb cümlә sistemindә uyğun 

normativ  analoq-konstruksiyası  vardır.  Hәmin  ilkin  xüsusi-mürәkkәb  polipredikativ  vahidlәrin 

әksәriyyәti  oğuz-qıpçaq  dil-dialekt  sisteminә  daxil  olan  türkcәlәrin  çoxunda  işlәk  olduğundan, 

mürәkkәb  cümlәlәri  ümumtürk  sәciyyәli  struktur-semantik  konustruksiyalar  kimi  xarakterizә 

etmәk olar. 

Türkoloji dilçilikdә qarşıda duran aktual mәsәlәlәrdәn biri sadә vә mürәkkәb cümlәlәrin 

konseptual-struktur  modellәri  әsasında  sintaktik  arxetiplik  mәsәlәsinin  qoyulması  vә  әn  qәdim 

türk dilindә mürәkkәb cümlә sintaksisi quruluşunun müәyyәnlәşdirilmәsidir. Qәdim türk yazıları 

türk xalqlarının daşlar üzәrinә hәkk olunmuş böyük tarixi olmaqla bәrabәr, hәm dә onların әdәbi-

bәdii  sәnәt  nümunәlәridir.  Bu  gün  çağdaş  türk  әdәbi  dillәrindә  işlәnilәn  xüsusi-mürәkkәb 

polipredikativ vahidlәrin әksәriyyәti hәmin abidәlәrin dilindә dә işlәk olmuşdur. Bu isә dil siste-

minin digәr sәviyyәlәri ilә bәrabәr istәr pratürkdә, istәrsә dә prototürkdә sadә vә mürәkkәb cümlә 

sintaksisi 

vә 

onun 


әsasında 

formalaşan 

әski 

türk 


mәtni 

rekonstruksiyasının 

müәyyәnlәşdirilmәsinin vacibliyi mәnasına gәlir.   

Qәdim  türk,  xüsusilә  dә  orxon-oğuz  yazılarında  mürәkkәb  cümlәlәrin  ritmik 

harmoniyası  vә  hәr  hansı  bir  konkret  fikrin  ifadәsi  ücün  onlardakı  tema-rematik  üzvlәnmә  dә 

diqqәti  çox  çәkir.  Bununla  bağlı  olaraq  yazılı  tarix-abidәlәrin  dilindә  mürәkkәb  cümlәlәrin  vә 

bütövlükdә  sintaktik  konustruksiyaların  konseptual-struktur  tiplәrinin  dәqiq  göstәrilmәsi  zәru-

ridir.  Bütün  bunlar  qәdim  türk  mәtnlәrinin  tipologiyasinın  müәyyәnlәşdirilmәsinә,  elәcә  dә 

hәmin  dillәrin  sonrakı  etnik-coğrafi  vә  inzibati-mәdәni  qruplaşmalarında  formalaşan  dil-nitq 

qanunauyğunluqlarını vә universal-tipoloji keyfiyyәtlәri әtraflı öyrәnmәyә kömәk edәr. 

Orxon-oğuz  yazılarının  tarixi-tipoloji  qaynaqlarının  hәrtәrәfli  araşdırılması  ilә  bәrabәr, 

onların  әdәbi-filoloji  vә  elmi-linqvistik  şәrhinin  verilmәsi  dә  çağdaş  türkologiya  elminin 

qarşısındakı önәmli vәzifәlәrdәndir. Ona görә ki, hәr hansı bir xalqın abidәlәrinin әdәbi-filoloji 

şәrhi vә sintaktik quruluşunun tәsviri onun keçib gәldiyi inkişaf yolunu izlәmәyә daha geniş yol 




Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə