M. M. Musayev



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə45/171
tarix20.09.2017
ölçüsü3,61 Mb.
#871
1   ...   41   42   43   44   45   46   47   48   ...   171

109 

 

açır. Belә ki, bir dilin digәr sәviyyәlәrdәn fәrqli olaraq sintaksisi daha böyük bir ölçüdә millidir 



vә onun dәyişmәsi әslindә yeni qohum dillәrin  yaranması demәkdir. Orxon-oğuz  yazılarının da 

sintaktik quruluşu digәr qohum olmayan dillәrә mәxsus qәdim kitabәlәrdәki mәtn sintaksisindәn 

fәrqlәnir vә çağdaş türkcәlәrdә dә mahiyyәtcә böyük bir ölçüdә dәyişilmәz qalır.  

Bu  kontekstdә  N.  B.  Steblevanın  “Gültәkin”  vә    Tonyukuk”  abidәlәrinin  dilindә 

işlәnilәn  sadә  vә  mürәkkәb  cümlәlәrdә  özünü  göstәrәn  sinsemantik  özәllik  haqqında  söylәdiyi 

aşağıdakı fikir çox böyük maraq doğurur:  

Gültәkin  abidәsinin  Böyük  vә  Kiçik  kitabәlәrinin,  hәmçinin  Tonyukukun  şәrәfinә 

yazılmış kitabәnin mәtnlәrini araşdırdıq. Biz belә bir vәziyyәtә diqqәt yetirdik ki, kitabәlәrin hәr 

bir runik sәtri bir cümlә yox, cümlәlәr qrupundan ibarәtdir. Vә  onlar bir fikri ifadә edәn sadә vә 

mürәkkәb  cümlәlәrdәn  tәşkil  olunur.  Kitabәlәrin  mәzmunu  cümlәdәn  cümlәyә  deyil,  cümlә 

qruplәrından cümlә qruplarına açılır, yәni sıralarla verilir” (Стеблева 1965:7).  

 N.  B.  Steblevanın  orxon  abidәlәrinin  dilinin  sintaksisinә  dair  sözügedәn  mülahizәlәri 

çox  böyük  maraq  doğurur.  Әslindә  türk  mәtninin  tipologiyasının,  özәlliklә  dә  әski  türk  şerinin 

vәzn vә qafiyә sisteminin sadә vә mürәkkәb cümlә komponentlәrinin sintaktik paralelizimә görә 

sıralanması  әsasında  öyrәnilmәsi  bir  çox  orijinal  linqvistik  nәticәlәrә  gәlib  çıxmağa  yol 

açmaqdadır.  Bu  barәdә  әsәrin  ikinci  hissәsindә  Dәdә  Qorqud  mәtninin  sintaktik  quruluşundan 

bәhs edilәrkәn daha geniş mәlumat verilәcәkdir. 

Belәliklә,  ilkin  türk-oğuz  dövrünün  vә  onun  әsasında  duran  Orxon-Oğuz  әsaslı  qәdim 

türk dilinin keçib gәldiyi inkişaf mәrhәlәlәri frontal aspektdә retrospektiv, prospektiv, perspektiv 

vә interospektiv baxımlardan bir yerdә öyrәnilmәlidir. Bununla bağlı olaraq mürәkkәb cümlәlәr, 

elәcә dә digәr “predikativ” konustruksiyaların çağdaş sinxronik kәsikdә struktur-semantik vә ya 

artıq  başqa  bir  deyişlә  konseptual-struktur  modellәrinin  müәyyәnlәşdirilmәsi  dә  zәruridir.  Ona 

görә ki, dilin bütün sәviyyәlәrinin, elәcә dә onun mono- vә polipredikativ vahidlәrinin struktur-

semantik  modellәri  dәqiq  tәyin  edilmәzsә,  onda  onun  keçib  gәldiyi  tarixi  inkişaf  yolunu  da 

hәrtәrәfli açıqlamaq olmaz.  

 

2.1.4. Leksika, leksikologiya vә leksikoqrafiya 

A.  “Leksika”  sözü  mәnşәcә  yunan  dilindәn  alınmış  olub  “lexikós”  sözә  aid  olan 

demәkdir.  “Leksika”  termini  hәr  hansı  bir  dildәki  sözlәri  vә  dilin  leksik  tәrkibini  bütövlükdә 

ehtiva edir (ЛЭC 1990: 257). Sözügedәn terminlә dilin leksik tәrkibinin әn müxtәlif tәbәqәlәrinә 



110 

 

daxil olan sözlәrin yeri dilin ümumi semantik-funksional sistemindә lüğәvi mәnaları ilә göstәrilir. 



Bu kontekstdә dilin mәişәt, işgüzar, gündәlik işlәnilәn leksikası, dilin elmi-funksional leksikası, 

bәdii-publisistik leksika, yeni sözlәr vә s. işıqlandırılır. Vә ya İ. Nәsiminin, M. Füzulinin, M. P. 

Vaqifin, M. F. Axundzadәnin, M. Ә. Sabirin, Sәmәd Vurğunun, Bәxtiyar Vahabzadәnin, Anarın, 

Elçinin,  Әkrәm  Әylislinin,  Kamal  Abdullanın,  Ramiz  Rövşәnin,  “Kitabi-Dәdә  Qorqud 

dastanları”  dilinin  leksikası  vә  s.  deyilir  vә  hәmin  leksika  sözügedәn  semantik-funksional 

kontekstdә öyrәnilir.  



Leksika,  hәr  şeydәn  öncә,  dilçiliyin  leksikologiya,  semasiologiya  (leksik  semantikanı 

öyrәnәn linqvistik sahә) onomasiologiya (dildәki bütün adları öyrәnәn linqvistik sahә) kimi ayrı-

ayrı  bölmәlәrindә  öyrәnilir.  Hәr  hansı  bir  dilin  leksikası  gerçәkliyi  ümumi  vә  xüsusi  adları  vә 

mәcazi  adlandırmaları  ilә  bilvasitә  vә  bilavasitә  olaraq  bütövlükdә  ehtiva  edir.  Belә  ki, 

cәmiyyәtdәki hәr cür sosial, xalqın hәyatındakı maddi, mәdәni, etnik-etnoqrafik, demoqrafik vә 

milli-mәnәvi  dәyişmәlәr  dilin  lüğәt  tәrkibindә  bütün  canlılığı  ilә  әks  olunur.  Hәr  bir  dilin 

leksikası  yeni  әşyaları,  faktları,  hadisәlәri,  fenomenlәri,  kәşflәri,  proseslәri  vә  әn  әsası  isә 

qloballaşan dünyanın getdikcә genişlәnәn qavramlar xәritәsini ifadә etmәk üçün fasilәsiz olaraq 

yeni  sözlәrlә  zәnginlәşir.  Belәliklә,  elm  vә  texnologiyanın  inkişafına  bağlı  olaraq,  yeni  özәl 

terminlәrlә  bәrabәr,  yeni  terminoloji  dil  tәbәqәlәri  dә  meydana  çıxır.  Mәhz  hәmin  tәbәqәlәri 

ehtiva edәn yeni sözlәr dil daşıyıcılarının ortalama tәhsil vә mәdәniyyәt sәviyyәsinә bağlı olaraq 

tәdricәn yayğın, yәni hamının gündәlik hәyatda işlәdә bildiyi kәlmәlәrә  çevrilir.   



B.  “Leksikologiya”  sözü  dә  mәnşәcә  yunan  dilindәn  alınmış  olub  “lexikós”  sözә  aid 

olan vә “lógos” ‘oxuma, elm, tәlim’ demәkdir vә dilçiliyin dilin lüğәt tәrkibini öyrәnәn konkret 

bir bölmәsidir. Dilçiliyin leksikologiya bölmәsindә әn çox aşağıdakılar öyrәnilir: dilin әsas vahidi 

olaraq  söz  problemi;  leksik  vahidlәrin  tiplәri  vә  işlәnilmәsi;  dilin  lüğәt  tәrkibinin  quruluşu, 

inkişafı vә zәnginlәşdirilmәsi; leksika vә dilxarici gerçәklik vә s.  (ЛЭC 1990: 259). 

Hәr  hansı  bir  dilin  lüğәt  tәrkibindә  cәmiyyәtin  müxtәlif  tәbәqәlәrinin  sosial  durumu,  

davranış şәkillәri, hәyat tәrzi, sәnәt, peşә, bütövlükdә mәslәk vә intellektual dünyasının bir çox 

özәlliklәri  әks  olunur.  Daha  doğrusu,  cәmiyyәtin  sosial  vәziyyәtinә  vә  sosial  tәbәqәlәşmәsinә 

bağlı olaraq sosial dialektlәr ortaya çıxır. Mәsәlәn, zәnginlәrin vә intellektualların dili, sadә xalq 

dili,  arqo,  jarqon  vә  s.  kimi.  Sosial  tәbәqәlәşmәnin  dillәrindәki  müxtәliflik  dilçiliyin 

sosiolinqvistika vә psixolinqvistika kimi sahәlәrindә öyrәnilir

21

. Bütün bunlarla bәrabәr, bir dilin 



                                                 

21

 Dәrs vәsaitinin ikinci hissәsindә dilçiliyin sosiolinqvistika sahәsindәn ayrıca olaraq bәhs olunacaqdır. 




Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə