111
lüğәt tәrkibinә dil daşıyıcılarının müxtәlif bölgә dialektlәrinә vә ağızlarına aid olması da öz
tәsirini göstәrir. Bu baxımdan hәmin dilin lüğәt tәrkibindә yerli dil özәlliklәri dә әks olunur. Belә
yerli vә ya regional dil özәlliklәri isә dilçiliyin dialektolgiya sahәsindә öyrәnilir.
Çağdaş türk dillәrinin lüğәt tәrkibinә daxil olan sözlәr mәnşә etibarilә iki qrupa bölünür:
1. Türk mәnşәli sözlәr;
2. Alınma sözlәr.
Türk mәnşәli sözlәr bu günkü türk әdәbi dillәri vә dialektlәrindә bәzi fonetik
dәyişmәlәrlә bu vә ya digәr leksikoqrafik şәkillәrdә işlәnilmәkdәdir. Sözügedәn leksik tәbәqәni
semantik mәzmununa görә üç qrupa bölmәk mümkündür: 1) ad bildirәn sözlәr; 2) keyfiyyәt vә
kәmiyyәt bildirәn sözlәr; 3) hәrәkәt ifadә edәn sözlәr.
Birinci qrupa insan adları, heyvan adları, qohumluq vә әqrәbalıq ifadә edәn sözlәr, bitki
adları, ay, gün, hәftә, il adları vә әn müxtәlif özәl isimlәr vә s. daxildir. Mәsәlәn: adağ ‘ayaq’,
gün, qara, quş, qız, söz, su vә s.
Dilin lüğәt tәrkibindә ikinci qrupa daxil olan sözlәr kәmiyyәt vә keyfiyyәt özәlliklәrini
bildirmәklә, üçüncü qrupa daxil olan sözlәr isә hәr hansı bir hәrәkәti vә fәaliyyәti ifadә etmәklә
seçilir. Mәsәlәn, qәdim türk dilindәn gәtirilәn aşağıdakı sözlәr buna parlaq misal ola bilәr: alp
‘qәhrәman’, edgü ‘yaxşı’, eçi ‘böyük’ vә s.; ay- ‘demәk’, ur- ‘vurmaq’ vә s.
Çağdaş türk әdәbi dillәri vә dialektlәrinin leksikasının digәr qismini isә, yuxarıda da
göstәrildiyi kimi, başqa qohum olmayan dillәrdәn tarixin әn müxtәlif dövrlәrindә vә bu gün dә dil
әlaqәlәri nәticәsindә alınan alınma sözlәr tәşkil edir. Sözügedәn dillәrin leksikası vә
leksikologiyası haqqında yazılmış bütün elmi-linqvistik işlәr isә elmi-praktik baxımdan, әsasәn,
iki qrupa ayrılır:
1) Ayrıca bir türk әdәbi dilinin vә ya dialektinin leksikası vә leksikasındakı müәyyәn bir
semantik anlam-mәna sahәsini tәşkil edәn söz vә kәlmә-ifadә qrupu işıqlandırılır. Hәr hansı bir
türk әdәbi dilinin leksik tәrkibindә omonimlik, sinonimlik, antonimlik, çoxmәnalılıq, yeni sözlәr,
arxaik vә alınma kәlmәlәr çox vaxt hәm leksik, hәm dә leksikoloji baxımlardan bir yerdә vә
hәrtәrәfli olaraq öyrәnilir. Türkoloji dilçilikdә leksika vә leksikologiyaya dair bu sәpgidә vә ya
ayrı-ayrı türk dillәri üzrә yazılmış linqvistik işlәr böyük әksәriyyәti tәşkil edir.
2) Türk dillәrinin leksikologiyasına nisbәtәn onun leksikası türkoloji dilçilikdә
müqayisәli olaraq daha geniş öyrәnilmişdir. Ancaq hәr iki halda türk әdәbi dillәrinin vә ya
112
bütövlükdә Avrasya türkcәlәrinin leksikası vә ya ümumi lüğәt tәrkibi leksikoloji vә semasioloji
özәlliklәrinә görә işıqlandırılmışdır.
Belәliklә, ümumtürk dilinin vә ya türk әdәbi dillәrinin leksik vahidlәri çağdaş türkoloji
bölmәlәrdә әn çox uyğun elmi-praktik işlәrә vә filoloji-linqvistik tәhsil tәcrübәsinә görә
öyrәdilir. Onlar әsas linqvistik parametrlәri ilә indiyә qәdәr dә konkret olaraq göstәrilәn anlam-
mәna sahәlәrinә görә aşağıdakı kimi tәsniflәndirilir:
1. Meteoroloji, tәbiәt hadisәlәri, mәnzәrә vә s. adları;
2. Heyvan, maldarlıq vә s. bildirәn adlar;
3. Bitki, bitkiçilik vә kәnd-fermer tәsәrrüfatına dair adlar;
4. Qohumluq vә әqrәbalıq terminlәri vә insanın bәdәn orqnlarının adları;
5. Ay, gün, hәftә vә s. adları;
6. Kәmiyyәt vә keyfiyyәt ifadә edәn adlar vә ya isimlәr;
7. Antropologiya vә adlar;
8. Sosial әlaqәlәr, ticarәt, maddi mәdәniyyәt, nәqliyyat vә s. anlam-mәna sahәhәlәrini
ifadә edәn sözlәr vә ya adlar;
9. Feillәr mәnalarına görә müxtәlif leksik-semantik kateqoriyalara bölünür:
9.1. Hәrәkәt feillәri: özbәkcә. uçmàk ‘uçmaq’; tatarca. çığu ‘çıxmaq’ vә s.
9.2. Fәaliyyәt vә iş ifadә edәn feillәr: tatarca. yasau ‘düzәltmәk’, yazu ‘yazmaq’;
Türkiyә türkcәsindә. sağmak, sürmek, suvarmak vә s.
9.3. Durum, vәziyyәt vә hal ifadә edәn feillәr: Türkiyә vә Azәrbaycan türkcәlәrindә.
yatmaq//yatmak, oynamaq//oynamak vә s.
9. 4. Duymaq vә ya hiss etmәklә meydana çıxan dәrk etmә feillәri (Verba sentiendi):
Türkiyә vә Azәrbaycan türkcәlәrindә. görmәk//görmek, eşitmәk//işitmek vә ya duymak,
sezmәk//sezmek, dadmaq//tatmak vә s.
9. 5. Görmә feillәri: Türkiyә vә Azәrbaycan türkcәlәrindә. baxmaq//bakmak, seyr
etmәk//seyr etmek vә s.
9. 6. Eşitmә feillәri: Türkiyә vә Azәrbaycan türkcәlәrindә. qulaq asmaq,
dinlәmәk//dinlemek vә s.
9.7. Nitq-danışıq feillәri (Verba dicenti): Türkiyә vә Azәrbaycan türkcәlәrindә. de-;
başqırd. ti-; çuvaş. te-; xakas. ti-; qәdim türk. tä-//ti-, ayt- söylә-, gop et-, danışmaq,
anlatmaq//başa salmaq vә s.
113
Avrasiya türkcәlәri leksikasının yuxarıda sözügedәn tәsniflәndirmә әsasında türkoloji
dilçilikdә müqayisәli olaraq öyrәnilmәsi XX yüzil boyunca davam etmişdir. Bәzi linqvistik
işlәrdә ya eyni bölgәdә yer alan iki türk dilinin (Axмeтьянoв 1978) vә ya digәr qohum olmayan
bölgә dillәri ilә birlikdә qıpçaq türk dillәrinin ümumi leksikası öyrәnilmişdir (Axмeтьянoв
1981;1989). R. Q. Axmetyanovun göstәrilәn son monoqrafik araşdırmasında dil materialları
yuxarıdakı tәsniflәndirmә әsasında “Tәbiәt, insan, cәmiyyәt” ümumi tematik mövzusuna görә
işlәnilmişdir. Daha doğrusu, tәhlil olunan leksik vahidlәr hәmin ümumi tematik mövzunun
aşağıdakı anlam-mәna sahәlәri üzrә tәsniflәndirilmişdir: “1) göy, kosmos, hava; 2) zaman, an,
vaxt, epoxa; 3) relyef, bitki, nәbatat; 4) arıçılıq; 5) geodeziya; 6) maldarlıq; 7) at vә atçılıq; 8)
xәstәlik, gigeniya, müalicә; 9) sosial hәyat; 10) köçmә, yerlәşmә, sakin olma, tikinti, mәnzil, ev;
11) hәrbi tәşkilat, silahlanma; 12) ölçü vә böyüklüyün qiymәtlәndidrilmәsi; 12) sosial tәbәqәlәr”
(Джaвaдoв., Муcaeв 1990:107). Ümumtürk dili mәntiqi vә ya onun bir bütün olaraq
adlandırması әsasında türk dillәrinin ümumi vә xüsusi leksikasının, hәtta ayrı-ayrı leksik
vahidlәrinin türkoloji dilçilikdә müqayisәli vә müqayisәli-tarixi aspektlәrdә öyrәnilmәsi işi isә
XX yüzilin başlarından başlayaraq günümüzә qәdәr davam etmişdir (Кoрш 1909; Иcтoричecкoe
рaзвитиe лeкcики тюркских языков…, 1962; Исследования по сравнительной грамматике
тюркских языков…, 1962; Тюркcкaя лeкcикoлoгия и лeкcикoгрaфия…, 1971; Дaнилoвa
1972; Муcaeв 1975 vә s.). Türk dillәri leksik vahidlәrinin leksik-semantik quruluşu vә
etimologiyası Ural-Altay dillәri leksikasının özәlliklәri ilә hәm eyni kökdәn gәlәn qohum dillәr
sәviyyәsindә müqayisәli-tarixi (Лигeти 1964; Oчeрки cрaвнитeльной лeкcикoлoгии aлтaйcкиx
языков…, 1972), hәm dә eyni kökdәn gәlmәyәn dillәrin әlaqәlәri kontekstndә (Шeрбaк 1966)
qohum olmayan dillәr olaraq müqayisәli öyrәnilmişdir.
Türkoloji dilçilikdә türk dillәri vә dialektlәrinin leksikasının müqayisәli-tarixi yöntәmlә
öyrәnilmәsinә, әcdad dil olan pratürkdә vә prototürkdә ümumtürk vә ya türkcә leksik vahidlәrin
arxetiplәrinin müәyyәnlәşdirilmәsinә dair yazılmış әn böyük fundamental әsәr isә 1997-ci ildә
yayımlanmışdır. Bu әsәr yuxarıda sözügedәn “Türk dillәrinin müqayisәli-tarixi qrammatikası”
(Сравнительно-историческая грамматика тюркских языков 1984; 1986; 1988; 1997; 2002;
2006) kitabının “Leksika” (1997) olaraq adlandırılan dördüncü cildindәn ibarәtdir. Әsәrdә әcdad
türklәrin dialektlәrinin daşıyıcılarının yaşam vә mәşğuliyyәt sahәlәrini tәşkil edәn daxili vә xarici
dünyanı vә tәbiәti adlandıran anlam-mәna sahәlәri vә adların açıqlanmaları yer almaqdadır.
Başqa bir sözlә, әsәrdә әcdad türk dili dövrünә vә maddi mәdәniyyәtinә görә işlәnilәn min sözün
Dostları ilə paylaş: |