M. M. Musayev



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə48/171
tarix20.09.2017
ölçüsü3,61 Mb.
#871
1   ...   44   45   46   47   48   49   50   51   ...   171

116 

 

Bu gün dünyanın dil xәritәsi konseptual-linqvistik aspektdә ümumi tipoloji prinsiplәrlә 



tәsvir  olunur.  Müxtәlif  dillәrin  tәlimi,  tәdrisi  vә  öyrәnilmәsi  qlobal  dil  siyasәtinә  görә  yenidәn 

qurulur.  Belә  bir  siyasәtin  qurulmasında  vә  müәyyәnlәşdirilmәsindә,  әsasәn,  Avropa  mәrkәzli 

fransızca dövlәt-dil әnәnәsinә vә ingiliscәnin dünyadakı dil-yayılma miqyasına dayanılır. Hind-

Avropa  dillәri  kontekstindә  latın  mәnşәli  vә  yayılma  xarakterli  çağdaş  dil-işlәnilmә 

modellәşdirilmәsi göstәrilәn hәr iki linqvistik vә siyasi sәciyyәli meyarı bu vә ya digәr şәkildә bir 

bütün olaraq ehtiva edir. Sözügedәn modellәşdirmә, hәr şeydәn öncә, dil hafizәsindә yer alan vә 

dil saxlancı vә ya qabiliyyәti bankında әvvәlcәdәn hazır olan söz formalarının ünsiyyәt әsnasında 

vә  ya  konkret  danışıq  ortamlarında  seçilә  bilmәsi  ilә  qurulur.  Daha  doğrusu,    Hind-Avropa 

dillәrindә  kommunikasiya  adresantla  (danışanla)  adresatın  (dinlәyәnin)  dil  hafizәsindә  öncәdәn 

hazır  olan  söz  şәkillәrinin  ünsiyyәt  әsnasında  seçilәrәk  işlәnilmәsilә  reallaşır.  Türkcәdә  vә  ya 

ümumtürk  dilindә  (İng.  Turkic,  Rus.  Тюркcкий  язык)  isә  söz  şәkli  yuxarıda  göstәrilәn  söz 

işlәnilmә  formasından  fәrqli  olaraq  müxtәlif  söz  kökü,  gövdәsi  vә  şәkilçilәrinin  ifadә  etdiyi 

funksiya vә anlam sahәlәrinin ünsiyyәt  әsnasında vә  ya “dolğun  an”dakı (Kamal Abdulla)  ard-

arda düzülüşüylә gerçәklәşir. Mәsәlәn, rus dilindә “в eгo твoрчecтвe”, ingilis dilindә isә “in his 

works”  kimi  işlәnilәn  sözlәrin  söz  sırasına  görә  ifadә  edә  bildiyi  anlam  Türkcәdә 

“yaradıcılığındakı” sözünün “yarat” söz kök-gövdәsi  vә -ıcı, -lıq, -ın, -dakı şәkilçilәri vasitәsilә 

formalaşan  düzülüşüylә  ifadә  edilir.  Türkcәdә  köklәr  vә  şәkilçilәr;  düz,  yan  vә  qrammatik 

anlamlarının  yer  tutduğu  ard-arda  bölünmәyәn  bir  düzülüşlә  sıralanır.  Sözügedәn  düzülüş  dil-

danışıq ortamında konkret bir ünsiyyәt ehtiyacına bağlı olaraq dolğun anda vә ya dil vә düşüncә 

fәaliyyәtinin  gerçәklәşdiyi  aktual  zaman  kәsimindә  reallaşır.  Belәliklә,  flektiv  dillәrdә  söz 

leksikonuna  vә  sәrbәst  sırasına  görә  ünsiyyәt  öncәsi  durum  sәviyyәsindә  müәyyәnlәşәn  söz 

forması türkcәdә ünsiyyәtin dolğun anı vә dil daxili fәaliyyәt fenomeni olaraq xaraterizә olunur. 

Belә bir söz forması dünyanın dil xәritәsini tәşkil edәn üst vә alt qavramların dәrk olunmasını, 

hәr  şeydәn  öncә,  sözdüzәldici  (leksik),  formadüzәldici  (leksik-qrammatik)  vә  sözdәyişdirici 

(qrammatik) şәkilçilәrin  söz kökündәn sonrakı  mәntiqi sıralanmasıyla  gerçәklәşdirir (Musaoğlu 

2009:  19).  Sözügedәn  dil-danışıq  fenomeni  bu  gün  Avrasiya  mәrkәzli  ikinci  bir  dil-

kommunikasiya 

modellәşdirmәsinin  semantik,  struktur  vә  funksional  mexanizminin 

qurulmasında konseptual-koqnitiv dәrk etmә әsasını tәşkil edә bilәr. 

Çağdaş  dünyanın  qavramlar  xәritәsi  dillә  dәrk  edilәrәk  bildirilir  vә  sözlәrlә  ifadә 

olunaraq  üst  vә  alt  qavramlarına  görә  kateqoriyalaşdırılır.  Buna  görә  dә  günümüz  dünyasında 



117 

 

konseptual,  koqnitiv,  linqvistik,  antropoloji,  psixoloji  yöntәmlәrlә,  kompüter  vә  informasiya 



texnologiyaları  vasitәlәri  ilә  müәyyәnlәşdirilәn  ikinci  bir  dil-danışıq  modellәşdirmәsinin 

qurulmasına  çox  böyük  ehtiyac  vardır.  Fikrimizcә,  belә  bir  modellәşdirmә  indiyә  qәdәr 

qrammatik quruluşu etibarilә mәntiqi bir dil kimi sәciyyәlәndirilәn, ancaq hәmin mәntiqi sistemi 

türkoloji dilçilikdә konkret fenomenlәri ilә açılmayan türkcәyә görә qurula bilәr.  

Türkcәnin mәntiqi sistemi sәs uyumuna, aqqilütinativ quruluşuna vә simmetrik-sintaktik 

sıralanmasına söykәnәn konseptual-koqnitiv xarakterli dәrk etmә әsasına görә müәyyәnlәşir. Bu 

mәntiqi  sistemin  açıqlanması  üçün  başlanğıcda  әn  müxtәlif  qavramları  aqqilütinativ  quruluşlu 

sözlәrlә  ifadә  edә  bilәn  ümumtürk  dilinin  әn  azı  200.000  min  sözdәn  vә  uyğun  semantik 

yuvalanmalardan ibarәt  olan leksik vahidlәrinin sinxronik xarakterli uyğunlaşdırmalı-açıqlamalı 

(izahlı) lüğәtinin tәrtib olunması vacibdir. 

 

2.1.4.1. Türkoloji dilçilikdә leksikoqrafik işәr 

Türk  dillәri  vә  dialektlәrinin  leksikasına  dair  ilk  lüğәt,  yuxarıda  da  göstәrildiyi  kimi, 

әrәblәrә  vә  digәr  xarici  vәtәndaşlara  türk  dilini  öyrәtmәk  mәqsәdilә  XI  yüzildә  ilk  olaraq  әrәb 

dilindә


22

 tәrtib olunmuşdur. Bu tarixi yazılı abidә Mahmud Qşqarlının “Divani-lüğәt-it türk” adlı 

әsәri olmuşdur (Dîvân-u Lugâti’t-Türk 1992). Mahmud Qaşqarlının sözügedәn lüğәti müqayisәli-

tutuşdurmalı dilçilik yöntәmi ilә yazılmışdır. Burada müxtәlif türk boylarının dialektlәrindәn vә 

әdәbi  dillәrindәn  kәlmәlәr  verilmişdir.  Hәmin  kәlmәlәrin  qarşısında  mәnaları  göstәrilmişdir. 

Sözlәrin ifadә etdiyi mәnalar açıqlanarkәn deyimlәrdәn, atalar sözlәrindәn vә müxtәlif danışıq vә 

nәzm parçalarından istifadә olunmuşdur. Lüğәtin sinxronik leksikonu o zamankı Türk dünyasına 

aid  olan  әsas  qavramlar  dünyasını  vә  әhatә  etdiyi  geniş  coğrafiyanı  üst  vә  alt  anlam-mәna 

sahәlәri  ilә  bütövlükdә  ehtiva  etmişdir.  Lüğәtdә  ümumtürk  dilinin  leksik  vahidlәrindәn  bәhs 

edilәrkәn  onların  fonetik,  morfoloji,  hәtta  sintaktik  vә  mәtnlinqvistik  özәlliklәri  sistemli  vә  çox 

zaman da sәtraltı olaraq göstәrilmişdir. Bütün bunlara görә dә әsәr bütövlükdә Türk dünyasına vә 

ayrılıqda etnik-mәdini bir bütünlük olan türklüyә dair bir ensiklopedik lüğәt  funksiyasına sahib 

olmuşdur.  Bundan  sonra  XII-XVIII  yüzillәr  boyunca  klassik  türk  әdәbi  dillәrinә  vә  tarixi 

                                                 

22

 Mәlum olduğu kimi, orta әsrlәr Şәrqindә әrәb dili elm, fars dili isә şeir dili hesab olunurdu. Buna görә dә Mahmud 



Qaşqarlı  elmi  әsәrlәrini  әrәb,  Nizami  Gәncәvi  vә  Әfzәlәddin  Xaqani  isә  şeirlәrini  fars  dilindә  yazmışdır.  Әlbәttә, 

dönәmin  digәr  alim  vә  şairlәri  dә  bir  çox  halda  hәmin  yolla  gedәrәk,  türk  dili  ilә  bәrabәr,  әsәrlәrini  әrәb  vә  fars 

dillәrindә dә yazmışdır. Vә hәmin әnәnә XIX yüzilә qәdәr bu vә ya digәr şәkildә davam etmişdir. 

 

 



 


Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə