M. M. Musayev



Yüklə 3,61 Mb.

səhifə49/171
tarix20.09.2017
ölçüsü3,61 Mb.
1   ...   45   46   47   48   49   50   51   52   ...   171

118 

 

dialektlәrinә  dair,  әsasәn,  türk  әsilli  olmayan  müәlliflәr  tәrәfindәn  yazılan  qrammatika 



kitablarının  sonunda  “Qlossari”  başlığı  altında  daha  çox  tәrcümә  xarakterli  konkret  lüğәt 

bölmәlәri  yer  almışdır.  XIX  yüzildәn  başlayaraq  isә  hәmin  filoloji-leksikoqrafik  әnәnәyә 

söykәnilәrәk türk dillәrinin müqayisәli-etimoloji tәrcümә lüğәtlәri (Будaгoв 1869; Radloff 1881-

1911 vә s.) tәrtib olunmuşdur. Sonralar sözügedәn lüğәtlәrin tәrtib olunması vә yayımlanması işi 

XX yüzildә getdikcә sürәtlәnmişdir. Hәmin әsәrlәrә M. Rәsәnenin (1969-1971) vә C. Klausonun 

(1972)  etimoloji lüğәtlәri dә tipik örnәklәr olaraq göstәrilә bilәr.  

Belәliklә,  Mahmud  Qaşqarlı  ilә  başlayan  konkret  leksikoqrafik  fәaliyyәt  türkoloji 

dilçilikdә  lüğәtçilik  işinin  birinci  vә  әsas  başlanğıc  mәrhәlәsini  tәşkil  etmişdir.  Bu  da  türkoloji 

leksikoqrafiyada  mahiyyәt  etibarilә  müqayisәli-etimoloji  tәrcümә  lüğәtçiliyi  sahәsi  olaraq 

sәciyyәlәndirilә bilәr. 

Türkoloji  lüğәtçiliyin  ikinci  әsas  bölmәsini  tәşkil  edәn  vә  ayrı-ayrı  türk  әdәbi  dillәri 

leksikalarına  dair  tәrtib  olunan  müxtәlif  açıqlamalı  vә  ya  izahlı,  imla,  terminoloji,  dialektoloji, 

tarixi  vә  s.  lüğәtlәr  dә  xüsusi  olaraq  göstәrilmәlidir.  Hәmin  lüğәtlәrin  hazırlanması  işlәri  XX 

yüzilin әvvәlәrindәn, daha konkret olaraq isә I Türkoloji Qurultaydan etibarәn sürәtlәnmişdir. Bu 

lüğәtlәrә,  hәr  şeydәn  öncә,  türk  әdәbi  dillәrinә  dair  tәrtib  olunmuş  izahlı  lüğәtlәr  örnәk  olaraq 

göstәrilә bilәr; Mәsәlәn:  

1. Azәrbaycan dilinin izahlı lüğәti (1964, 1980, 1983, 1987; 2006) 

2. Türkmәn dilinin izahlı lüğәti” (Türkmen Diliniň Sözliği 1962); 

3.  “Qazax  dilinin  izahlı  lüğәti”  (Kazak  tiliniң  Tüsındırme  Sözdığı  1974;  1978;  1980; 

1982; 1983; 1985; 1986);  

4. “Türkiyә türkcәsinin izahlı lüğәti” (Türkçe Sözlük 2005) vә s.  

5. “Özbәk dilinin izahlı lüğәti” (Uzbek Tilinin İzoxli Luğati 1981). 

Yuxarıda  göstәrilәn  digәr  izahlı-açıqlamalı  xarakterli  lüğәtlәrә  dair  isә  “Azәrbaycan 

dialektoloji  lüğәti”  (1999;  2003)  adlı  iki  cildli  әsәri  yeni  tipoqrafik  üsulla  yığılmış  konkret  bir 

leksikoqrafik örnәk olaraq göstәrilә bilәr.  

Sözügedәn  lüğәt  Sovetlәr  Birliyi  zamanı  Azәrbaycan  Milli  Elmlәr  Akademiyası  Nәsimi 

adına  Dilçilik  İnstitutunun  “Dialektolagiya”  şöbәsindә  mәşhur  dilçi,  dialektoloq-türkoloq 

akademik  Mәmmәdağa  Şirәliyevin  rәhbәrliyi  altında  kril  әlifbasında  tәrtib  olunmuşdur.  Ancaq 

әsәr Sovetlәr Birliyi dağıldıqdan sonra Azәrbaycandan Türkiyәyә gәtirilmiş vә Türk dil Qurumu 

tәrәfindәn Ankarada latın әlifbası ilә yayımlanmışdır.  




119 

 

Türk  әdәbi  dillәrinin  qohum  olmayan  dillәrlә  müxtәlif  sinxronik  tәrcümә  lüğәtlәrinin 



tәrtib  olunması  işlәri  dә  türkoloji  lüğәtçiliyin  çox  böyük  praktik  әhәmiyyәtә  vә  qәdim  bir 

linqvistik  әnәnәyә  sahib  olan  әsas  sahәlәrindәn  üçüncüsüdür.  Sözügedәn  elmi-praktik  lüğәtlәrә 

örnәk olaraq aşağıdakı leksikoqrafik mәnbәlәr göstәrilә bilәr:  

1. Azәrbaycanca-rusca lüğәt 1965;  

2. “Qırğızca-rusca lüğәt” (Kırgızça-Orusça Sözdük 1965);  

3. “Türkmәncә-rusca lüğәt” (Türkmençe-Rusça Sözdük 1968);  

4.“Karaimcә-rusca-polyakca lüğәt” (Кaрaимcкo-руccкo-пoльcкий cлoвaрь 1974);  

5. Rusça-Türkçe Sözlük 1972; Türkçe-Rusça Sözlük 1977;  

6. Rusca-Azәrbaycanca lüğәt 1982; 1975; 1978;  

7. “Rusca-türkmәncә lüğәt” (Rusça-Türkmenje Sözdük 1981, 1987);  

8. “Qaraçay-balkarca-rusca lüğәt” (Karaçay-Malkar-Orus Sözlük 1989) vә s.  (Musaoğlu 

2004b:276-282).  

 Belәliklә,  türkoloji  lüğәtçilikdә  XI  yüzildәn  bәri  tәrtib  olunmuş  müxtәlif  lüğәtlәri  vә 

bütün  leksikoqrafik  mәnbәlәri  mәzmun,  forma  vә  linqvistik  yöntәm  baxımından  mahiyyәt 

etibarilә dörd qrupda tәsniflәndirmәk mümkündür: 

1. Müqayisәli olaraq tәrtib olunmuş etimoloji-tәrcümә lüğәtlәri;  

2.  Hәr  hansı  bir  türk  әdәbi  dilinә  dair  tәrtib  olunmuş  açıqlamalı-tәsviri  vә  ya  müxtәlif 

izahlı-tәsviri lüğәtlәr;  

3.  Qohum  olmayan  dillәrlә  qarşılıqlı  olaraq  tәrtib  olunmuş  dillәrarası-sinxronik  tәrcümә 

lüğәtlәri;  

4.  Bir-birinә  yaxın  vә  әn  yaxın  qohum  olan  türk  dillәrinә  dair  müqayisәli-tutuşdurmalı 

yöntәmlә tәrtib olunmuş sinxronik mәzmunlu uyğunlaşdırmalı-açıqlamalı lüğәtlәr. 

Sözügedәn  müqayisәli  sәciyyәli  etimoloji  vә  sinxronik  tәrcümә,  açıqlamalı-tәsviri  vә 

dillәrarası-sinxronik tәrcümә lüğәtçilik işlәri türkoloji dilçilikdә bu gün dә bütün sürәti ilә davam 

etdirilmәkdәdir.  Bir-birinә  yaxın  vә  әn  yaxın  qohum  olan  türk  dillәrinә  dair  müqayisәli-

tutuşdurmalı yöntәmlә tәrtib olunmuş sinxronik mәzmunlu uyğunlaşdırmalı-açıqlamalı lüğәtlәrә 

gәldikdә isә aşağıdakıları söylәmәk lazımdır. 

Mәlum  olduğu  kimi,  1990-cı  illәrdә  bütün  Avrasiya  coğrafiyasında  vә  Türk  dünyasında 

dil ortamı, siyasәti vә ümumiyyәtlә dil quruculuğu işlәri büsbütün dәyişdi. Türk әdәbi dillәrinin 

bir çoxu birinci vә ya ikinci dil olaraq rәsmi dövlәt dili statusu әldә etdi. Bütün dünyada türk vә 



120 

 

ya  türklük  xarakterli  diaspor  hәrәkatı  getdikcә  genişlәndi  vә  ayrı-ayrı  qurum  vә  quruluşları  ilә 



müәssisәlәşdi.  Türk  cümhuriyyәtlәri  vә  topluluqları  arasındakı  siyasi,  iqtisadi  vә  kulturoloji 

әlaqәlәr artdı vә böyük bir miqyasda da qloballaşdı. Avrasiya coğrafiyasında vә bütün dünyada 

ortaq  bir  türkcә  vә  ya  türk  dilindә  danışmaq  vә  ya  ünsiyyәt  saxlaya  bilmәk  ehtiyacı  yarandı. 

Bütün  bunların  nәticәsindә  müqayisәli  sәciyyәli  sinxronik-etimoloji  tәrcümә  lüğәtlәrinin 

uyğunlaşdırmalı-açıqlamalı sahәsi türkoloji lüğәtçilikdә ayrıca bir müstәqil leksikoqrafik sahә vә 

ya  dördüncü  leksikoqrafik  istiqamәt  olaraq  müәyyәnlәşdi.  Hәmin  sahәyә  dair  bәzi  yeni 

leksikoqrafik işlәr hәyata keçirildi vә Türkiyә türkcәsindә konkret lüğәtlәr yayımlandı. Bunlardan 

aşağıdakılar  örnәk  olaraq  göstәrilә  bilәr  (Karşılaştırmalı  Türk  Lehçeleri  Sözlüğü  1991; 

Türkmence-Türkçe  Sözlük  1995;  Tatarca-Türkçe  Sözlük  1997,  Türkçe-Tatarca  Sözlük  1998; 

Altayça-Türkçe Sözlük 1999; Türkçe-Kırgızca Sözlük 2005 vә s.).  

 

2.1.4.1.1. Türkcә uyğunlaşdırmalı-açıqlamalı lüğәtlәr 

Türk dillәri leksikasının konkret sinxronik-leksikoqrafik tәsviri, hәr şeydәn öncә,  oğuz-

karluq-qıpçaq  vә  qırğız-yenisey  dil-dialekt  qruplarında  yer  alan  çağdaş  türk  әdәbi  dillәrinin 

funksional  olaraq  işlәnilmәsi  ilә  bağlıdır.  Çünki  belә  bir  leksikoqrafik  tәsvir  sözügedәn  әdәbi 

dillәrin  hәm  bir  dil-danışıq  alışqanlığı  olaraq  normalaşan  vә  variantlaşan,  hәm  dә  dil-danışıq 

özәlliklәri ilә canlı bir şәkildә mәcazilәşәn vә qәliblәşәn leksikonuna görә aparılır.  

Türk  dillәrinin  sözügedәn  leksikasına  dair  bu  günә  qәdәr  görülәn  uyğunlaşdırmalı-

açıqlamalı leksikoqrafik işlәr dә elә oğuz-karluq-qıpçaq vә qırğız-yenisey dil-dialekt qruplarında 

yer  alan  әdәbi  dillәr  haqqında  hazırlanan  lüğәtlәrlә  davam  etdirilir.  Türk  әdәbi  dillәrinә  dair 

sözügedәn leksikoqrafik işlәr üst vә alt kateqoriyaları ilә iki qrupa bölünür:  

1.  Çağdaş  ümumtürk  dili  leksikasını  mәcazilәşәn  sabit  söz  birlәşmәlәri  vә  deyimlәşәn 

(frazeologizmlәşәn)  dil-danışıq  qәliblәri  ilә  ehtiva  edәn  vә  ikidәn  çox  әdәbi  dilli  ümumi 

müqayisәli vә uyğunlaşdırmalı-açıqlamalı sinxronik lüğәtlәr: 

1.1.Türkcә ilә qohum olmayan dllәrin sinxronik xarakterli iki vә ya üçdilli lüğәtlәri;  

1.2. Sinxronik xarakterli uyğunlaşdırmalı-açıqlamalı türk әdәbi dillәri lüğәtlәri;  

2.  Özәl  xarakterli  vә  müqayisәli  olaraq  türk  dillәrinә  vә  ya  bir  türk  әdәbi  dilinә  dair 

uyğunlaşdırmalı-açıqlamalı sinxronik lüğәtlәr:  

2.1.  Atalar  sözlәri,  deyimlәr  (frazeologizmlәr),  yeni  sözlәr,  terminlәr,  alınma  sözlәr 

lüğәtlәri;  





Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   171


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə