M. M. Musayev



Yüklə 3,61 Mb.

səhifə50/171
tarix20.09.2017
ölçüsü3,61 Mb.
1   ...   46   47   48   49   50   51   52   53   ...   171

121 

 

2.2. Feil vә isim, omonim, sinonim vә antonim sözlәr lüğәtlәri;  



2.3.    İkidilli,  üçdilli  vә  çoxdilli  fәrqli  kәlmәlәr,  şәkilcә  eyni  vә  mәnaca  müxtәlif  olan 

sözlәr (Türkiyә türkcәsindә: yalançı eşdәyәrlәr) vә s. lüğәtlәri

23



Türkcәnin  klassik  türkoloji  metodlarla  tәrtib  edilәn  etimoloji-tәrcümә  lüğәtlәrindә  türk 



dillәrindәn  verilәn  sözlәrin  qarşısında  onların  әcnәbi  dillәrdәn  birindә  tәrcümәsi  dә  yer  alırdı. 

Mәsәlәn, Mahmud  Qaşqarlının  yuxarıda  göstәrilәn  lüğәtindә türkcә sözlәrin  tәrcümәsi әrәb, V. 

Radlovun lüğәtindә rus vә alman, C. Klausonun lüğәtindә isә ingilis dillәrindә verilmişdir. 

Bu  gün  uyğunlaşdırmalı-açıqlamalı  lüğәtlәrdә  hәr  hansı  bir  әcnәbi  dildә  (rus,  alman, 

ingilis  dillәri  kimi)  türk  әdәbi  dillәrinin  leksikasında  yer  alan  sözlәrin,  deyimlәrin  vә  ya 

mәcazilәşmiş dil-danışıq vahidlәrinin tәrcümlәrinin verilmәsinә ehtiyac yoxdur. Çünki ümumtürk 

dili  artıq  özü  getdikcә  genişlәnәn  dil-diaspor  hәrәkatı  ilә  dә  Avrasiya  vә  bütün  dünya 

coğrafiyasında bir ortaq dil olma yolunda çox sürәtlә irәlilәmәkdәdir. 

  Sözügedәn  dilin  müxtәlif  anlam-mәna  sahәlәrini  ifadә  edә  bilәn  sabitlәşәn  söz 

birlәşmәlәri, sintaktik predikativlәri, qәliblәşmiş cümlәlәri vә s. kimi leksik-qrammatik tәbәqәlәri 

vardır.  Bunlar  daha  çox  oxşar  vә  qismәn  dә  fәrqli  cәhәtlәri  ilә  seçilir  ki,  uyğunlaşdırmalı-

açıqlamalı  lüğәtlәrdә  linqvistik  olaraq  tәsvir  edilmәlidir.  Çağdaş  türk  dillәrindә  normalaşan, 

variantlaşan,  qәliblәşәn  leksik-qrammatik  vahidlәr,  söz  birlәşmәlәri,  cümlәlәr  vә  s. 

uyğunlşdırmalı-açıqlamalı  lüğәtlәrdә  әnәnәvi  türkologiyadakı  kimi  sadәcә  türkcәnin  bilinәn 

sondan şәkilçi sıralanmalı prinsipinә görә tәsvir olunmamalıdır.  Sözügedәn lüğәtlәrdә sözlәr vә 

dil-ifadә baxımından mәcazilәşәrәk kәlmәlәşәn dil vahidlәri çağdaş türk әdәbi dillәrindәki digәr 

bütün söz yaradıcılığı poensiaının da nәzәrә alınması ilә müәyyәnlәşdirilmәlidir. Başqa bir sözlә, 

ümumtürk dilindә analitik,  yәni  sözlәrin  birlәşmәsi  ilә  vә fonomorfoloji, yәni  morfemlәrdә sait 

vә  samitlәrin  yerlәrinin  dәyişmәsi  vә  ya  sürüşmәsi  ilә  dә  söz  yaradıcılığının  mövcud  olduğu 

unudulmamalıdır (Musaoğlu 2004b: 276-279).   

Türk  dillәri  leksikonunun  müqayisәli  olaraq  leksikoqrafik  tәsviri  işinin  aparılması 

açıqlamalı  vә  sinxronik-tәrcümә  sәciyyәli  lüğәtlәrin  tәrtib  olunması  ilә  XI  yüzildә  başlamışdır. 

XIX  yüzildәn  etibarәn  türkoloji  lüğәtçilik  yeni  bir  inkişaf  mәrhәlәsinә  girmiş,  XX  yüzilin 

                                                 

23

 Dәrs vәsaitinin üçüncü hissәsindә “Türkcә-Azәrbaycanca uyğunlaşdırnalı-açıqlamalı lüğәt”in tәrtibi prinsiplәri vә 



özәl  xarakterli  “Atalar  sözlәri  vә  deyimlәr,    şәkilcә  eyni  vә  mәnaca  müxtәlif  olan  sözlәr  (Türkiyә  türkcәsindә: 

yalançı  eşdәyәrlәr)  vә  feil  uyğunlaşdırmalı-açıqlamalı  lüğәtlәrinә  dair  örnәklәr  3-cü  “Әlavә”dә  yer  almaqdadır 

(Әlavә 3: 3.1; 2.2; 3.3; 3.4).  

 

  




122 

 

sonlarına doğru  müxtәlif müqayisәli  etimoloji-tәrcümә lüğәtlәri  tәrtib olunmuşdur.  XXI  yüzilin 



başlarında  isә  artıq  türk  dillәrinin  aqqilütinativ  sisteminin  analitiklik,  sintetiklik,  simmetriklik, 

asimmetriklik  özәlliklәrinә  görә  hazırlanan  uyğunlaşdırmalı-açıqlamalı  lüğәtlәrinin  tәrtib 

olunmasına böyük ehtiyac vardır (Musaoğlu 2004b: 281-282).  

 

2.2. Türk dillәrinin әnәnәvi-tәsviri dilçilik yöntәmlәri ilә öyrәnilmәsi 



 

Türk  dillәrinin  әnәnәvi-tәsviri  dilçilik  yöntәmlәri  ilә  öyrәnilmәsi  başlanğıcda  әn  çox 

Türkiyә vә ya Oğuz türkcәsi, Osmanlı vә Cağatay türkcәlәrinә dair XI-XVIII yüzillәrdә yazılmış 

olan tәsviri-normativ xarakterli qrammatika kitablarının yayımlanması ilә bağlı olmuşdur. Hәmin 

kitablar  latın  mәnşәli  Hind-Avropa  dillәrinin  “Sanskrit”in  araşdırılması  ilә  formalaşan  klassik 

filologiyaya dayalı әrәb dilçilik mәktәbi әnәnәlәrinә görә hazırlanmışdır (Musaoğlu 2009: 5-8). 

Qrammatika kitabları başlanğıcda daha çox tәsviri dilçilik metodu ilә, XIX yüzildәn etibarәn isә 

hәm  tәsviri,  hәm  dә  tәsviri  vә  tarixi-müqayisәli  dilçilik  yöntәmlәri  ilә  qәlәmә  alınmışdır.  Türk 

dillәri  vә  dialektlәrinә  dair  müxtәlif  dil  araşdırmaları  vә  qrammatika  kitabları  Türkcә,  Tatarca, 

Oyrotca,  Osmanlıca  vә  Çar  Rusiyasında  işlәnilәn  digәr  Avrasiya  türkcәlәrinin  adları  ilә  isә, 

әsasәn, XIX yüzildәn etibarәn daha geniş bir miqyasda yazılmışdır. Bu әsәrlәrdәn ilk növbәdә rus 

dilindә yazılan qrammatika kitabları diqqәti daha çox cәlb edir. Mәsәlәn, İ. İ. Qiqanovun “Tatar 

dilinin  qrammatikası”  (1801)  adlı  әsәri  tatar  dilinin  ilk  qrammatika  kitabı  olaraq  bilinir  (Eren 

1998: 164). M. İvanovun “Tatar qrammatikası” (1842) adlı kitabı da tatar dilinin ilk qrammatika 

kitablarındandır.  Mirzә  Kazım  bәyin  “Türk-tatar  dilinin  ümumi  qrammatikası”(1846), 

missionerlәrin  yazdığı  “Altay  dilinin  qrammatikası”(1869)  vә  P.  M.  Melioranskinin  “Qazax-

qırğız  dilinin  qısa  qrammatikası”  (1894;1897)  adlı  kitablarını  da  sözügedәn  әsәrlәrә  dair  tipik 

örnәklәr olaraq göstәrmәk olar.  Otto von Bötlinqkin  “Yakut dili haqqında: qrammatika, mәtn vә 

lüğәt”  (1851)  adlı  mәşhur  kitabı  isә  alman  dilindә  yazılmış  olub  sonradan  rus  dilinә  tәrcümә 

edilmişdir.    

 

 Әnәnәvi-tәsviri  dilçilik  yöntәmlәri  ilә  ayrı-ayrı  türk  әdәbi  dillәrinin  vә  dialektlәrinin 



faktik dil materiallarına görә hәrtәrәfli olaraq öyrәnilmәsi türkoloji dilçilikdә XX yüzil boyunca 

davam  etdirilmişdir.  Dilçiliyin  bu  sahәsindә,  yuxarıda  da  göstәrildiyi  kimi,  bütövlükdә  dil, 

ayrılıqda isә dialektologiya, dil tarixi, әdәbi dil vә söz yaradıcılığı; leksikologiya, leksikoqrafiya 

vә frazeologiya; toponimika vә üslubiyyat kimi filoloji-linqvistik sahәlәr öyrәnilmişdir. Bununla 

bәrabәr,  türk  dillәrindә  dilçiliyә  giriş  vә  ümumi  dilçilik  әsәrlәri  (Ahanov  1965;  Aksan  1995; 





Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   171


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə