M. M. Musayev



Yüklə 3,61 Mb.

səhifə52/171
tarix20.09.2017
ölçüsü3,61 Mb.
1   ...   48   49   50   51   52   53   54   55   ...   171

125 

 

әsasında  yazılmışdır.  Hәmin  kitab  Türkiyәdә  bu  günә  qәdәr  dilçiliyә  vә  türk  dilinin 



qrammatikasına dair әsas elmi mәnbәlәrdәn biri olaraq işlәdilmәkdәdir.  

1.1.11. Zeynәb Qorxmazın “Türkiyә türkcәsinin qrammatikası: morfologiya” (2003) adlı 

әsәri  isә  Türkiyәdә  türk  dilinin  morfologiyasına  dair  yazılmış  1224  sәhifәlik  çox  böyük  bir 

qrammatika  kitabıdır.  Hәmin  kitab  2000-ci  illәrdә  Türkiyә  türkcәsinin  morfologiyasına  dair 

tәsviri  vә  tarixi-müqayisәli  dilçilik  metodu  ilә  yazılaraq  yayımlanmış  olan  sanballı  bir 

monoqrafik әsәr olaraq da diqqәti cәlb edir.  

1.2. Digәr qәdim vә yeni türk әdәbi dillәrinә dair keçәn әsrdә ümumi vә xüsusi qrammatik 

mövzularda yazılmış olan fundamental xarakterli türkoloji dilçilik әsәrlәrindәn isә aşağıdakıların 

adlarını çәkmәk olar:  

1.2.1.  N.  K.  Dmitrievin  “Qumuq  dilinin  qrammatikası”  (1940)  vә  “Başqırd  dilinin 

qrammatikası” (1948);  

1.2.2.N.  P.  Dırenkovanın  “Oyrot  dilinin  qrammatikası”  (1940),  “Şor  dilinin 

qrammatikası”  (1941)  vә  “Xakas  dilinin  qrammatikası:  fonetika  vә  morfologiya”  (1948)  adlı 

kitabları  1940-cı  illәrdә  yazılmışdır.  Bu  kitablar  1920-1930-cu  illәrdә  әdәbi  dil  normaları, 

variantları  vә  dil-danışıq  alışqanlıqları  yenidәn  formalaşan  vә  yazıları  öncә  latın,  sonra  isә  kril 

әlifbalarında dәyişdirilәn türk dillәrinin ilk elmi-normativ qrammatikalarından sayılır. 

1.2.3. A. Von Qabainin “Qәdim türk dilinin qrammatikası” (1941, 1950 vә  1974 nәşrlәri) 

vә  


1.2.4.  C.  Brockelmanın  “Orta  Asiya  türk  әdәbi  dillәrinin  qrammatikası”  (1954)  adlı 

kitablarında  qәdim  vә  orta  әsrlәr  türk  әdәbi  dillәrinin  qrammatik  quruluşu  işıqlandırılmışdır. 

Hәmin kitablarda türk әdәbi dillәrinin qrammatik quruluşu  Hind-Avropa vә özәlliklә dә Alman 

türkoloji dilçiliyi әnәnәlәri әsasında tәsviri vә tarixi-müqayisәli metodlarla öyrәnilmişdir.  

1.2.5. Talat Tekinin “Orxon türkcәsinin qrammatikası” (1968-ci il ingiliscә vә 2003-cü il 

türkcә nәşrlәri) vә  

 1.2.6. A. N. Kononovun “VII-VIII yüzillәr türk runik abidәlәrinin dilinin qrammatikası” 

(1980)  adlı  kitabları  da  qәdim  türk  dilinin  qrammatik  özәlliklәrinә  dair  yazılmış  әsәrlәr  olaraq 

tәsviri vә tarixi-müqayisәli dilçilik yöntәmlәri ilә yazılmışdır.   

1.2.7. L.N. Xaritonovun “Yakut dilindә felin tәrz (aspekt) formaları” (1960) adlı kitabında 

tәrz  ifadә  edәn  düzәltmә,  analitik,  sәs  tәqlidi  vә  deyimlәşmiş  (frazeologizmlәşmiş)  feillәrdәn 

bәhs  olunmuşdur.  Hәmin  feillәrlә  ifadә  olunan  müxtәlif  hәrәkәt  vә  vәziyyәtlәrin  bitmişliyi, 




126 

 

sürәkli olaraq davam etdiyi vә bitmәmişliyi formalarının statik vә  ya dinamilk sәciyyәli olması 



ilә  iş-hәrәkәtin  yerinә  yetirilmәsi  prosesisi  öyrәnilmişdir.  Әsәrdә  felә  mәxsus  vә  ya  ona  bağlı 

olan  leksik,  morfoloji  vә  sintaktik  müstәvidәki  sözdәyişdirici  vә  formadüzәldici  әlamәtlәrlә 

psixoloji-koqnitiv  olaraq  ifadә  olunan  aspektuallıq  fenomeni  konkret  bir  tәrz  kateqoriyası 

sәviyyәsindә  araşdırılmışdır.  Bununla  da  türk  әdәbi  dillәri  vә  dialektlәrindә  xüsusi  qrammatik 

mövzuların  monoqrafik  olaraq  öyrәnilmәsi  tarixindә  felin  tәrz  kateqoriyasına  dair  XX  yüzildә 

yazılmış әn әhatәli klassik türkoloji dilçilik araşdırmalarından biri meydana çıxmışdır. Sözügedәn 

әsәr  zәngin  yakut  dili  materialları  әsasında  tәsviri  vә  tarixi-müqayisәli  yöntәmlәrlә  yazılmışdır 

(Musaoğlu, Kirişçioğlu 2008: 44).    

1.2.8. A. N. Kononov “Müasir özbәk әdәbi dilinin qrammatikası” (1960);   

1.2.9.  F.  Q.  İsxakov.,  A.  A.  Palmbax  “Tuva  dilinin  qrammatikası:  fonetika  vә 

morfologiya” (1961);  

1.2.10. P. Azımov, X. Baylıyev “Türkmәn dilinin qrammatikası” (1961);  

1.2.11. “Azәrbaycan dilinin morfologiyası” 1961;   

1.2.12. “Qırğız dilinin qrammatikası”  (1964);  

1.2.13.  L.  A.  Pokrovskaya  “Qaqauz  dilinin  qrammatikası:  fonetika  vә  morfologiya” 

(1964);    

1.2.14. “Özbәk dilinin qrammatikası” (1969); 

1.2.15. M. Hüseynzadә “Müasir Azәrbaycan dili” (1973);  

1.2.16. “Noqay dilinin qrammatikası” (1973);  

1.2.17. “Xakas dilinin qrammatikası” (1975).  

1.2.18. “Başqırd dilinin qrammatikası” (1981);  

1.2.19. “Müasir yakut dilinin qrammatikası” (1982); 

1.2.20.  Ә.  Z.  Abdullayev,  Y.  M.  Seyidov,  A.  Q.  Hәsәnov  “Müasir  Azәrbaycan  dili” 

(1985);  

1.2.21. M. P. Amzorov “Şor dilinin qrammatikası” (1992); 

1.2.22.  “Türkmәn  dilinin  qrammatikası”  (1999).  Sözügedәn  kitablar  1960-cı  illәrdәn 

etibarәn  türk  dillәrinin  elmi  qrammatikasına  dair  rus  dilindә  vә  müxtәlif  türk  dillәrindә  Sovet 

dövrü  dil  quruculuğu  siyasәti  vә  direktivlәri  istiqamәtindә  yazılmış  olan  fundamental 

әsәrlәrdәndir.  Hәmin  kitablar  çağdaş  türk  әdәbi  dillәrinin  sinxronik  tәsvirinә  hәsr  olunmuşdur.  

Buna görә dә onlar әsas etibarilә elmi-tәsviri dilçilik metodu ilә yazılmışdır. Müәlliflәri konkret 




127 

 

olaraq  göstәrilmәyәn  qrammatika  kitabları  isә  yaradıcı  dilçi-türkoloq  müәllif  heyyәtlәri 



tәrәfindәn dönәmin Elmi-Tәtqiqat İnstitutlarında vә Universitetlәrindә hazırlanmışdır.   

1.2.23.  Ә.  Z.  Abdullayevin  “Müasir  Azәrbaycan  dilindә  tabeli  mürәkkәb  cümlәlәr” 

(1974);  

1.2.24.  Q.  A.  Qaydarjinin  “Qaqauz  sintaksisi.  Budaq  cümlәlәrin  nisbi  vә  bağlayıcısız 

tabeliliyi” 1978), “Qaqauz sintaksisi. Budaq cümlәlәrin bağlayıcılı tabeliliyi” (1981); 

1.2.25. N. Nartıevin “Müasir türkmәn dilindә mürәkkәb cümlәnin quruluşu” (1988) vә 

1.2.26. K. M. Abdullayevin “Azәrbaycan dili sintaksisinin nәzәri problemlәri” (1999) adlı 

kitabları isә türk dillәrindә mürәkkәb cümlә vә ümumiyyәtlә sintaksis kursu xüsusunda özәl bir 

qrammatik-sintaktik  mövzuya  hәsr  olunmuş  monoqrafik  sәciyyәli  önәmli  fundamental 

araşdırmalardandır.  Sonuncu  әsәr  hәm  dә  ali  mәktәblәr  üçün  yazılmış  bir  dәrs  vәsaiti  olaraq 

Azәrbaycan dilindә mürәkkәb sintaktik bütövlәrin tәdris sistemindә öyrәdilmәsinin başlanılması 

baxımından da böyük әhәmiyyәt kәsb edir.  

Türkoloji dilçilikdә istәr felin tәrz kateqoriyasına, istәrsә dә mürәkkәb cümlә quruluşuna 

dair  ayrıca  monoqrafik  araşdırmaların  yazılması  heç  dә  tәsadüfi  deyildir.  Çünki,  yuxarıda  da 

göstәrildiyi kimi, ümumtürk dili qrammatikasının XX yüzildә iki başlıca problemi daha qabarıq 

olaraq ortaya çıxmışdır vә bunlar bu günә qәdәr davam edәn çox uzun elmi mübahisәlәrә sәbәb 

olmuşdur. Bunlar isә aşağıdakılardan ibarәtdir:  

1. Türk dillәrindә felin tәrz kateqoriyasının olub-olmaması vә hәmin kateqoriyanın ayrıca 

olaraq leksik, qrammatik vә sintaktik vasitәlәrinin işlәnib-işlәnilmәmәsi mәsәlәsi

2.  Mürәkkәb  cümlә  vә  feli  tәrkib  problemi.  Yәni  feli  tәrkiblәrin  mürәkkәb  cümlәlәrin 

budaq cümlәlәri vә feli sifәtlәrin, feli bağlamaların vә mәsdәrlәrin isә budaq cümlәlәrin xәbәrlәri 

yerindә işlәnib-işlәnilmәmәsi. 

Hәr  iki  qrammatik  problemin  hәlli  türkoloji  dilçilikdә  uzun  müddәt  mübahisә  obyekti 

olmuşdur. Hәtta 24-27 sentyabr 1956-cı ildә Almatıda türk dillәrindә felin tәrz kateqoriyasının vә 

mürәkkәb  cümlәlәrin  sәrhәdlәrinin  müәyyәnlәşdirilmәsinә  dair  SSRİ  miqyasında  böyük  bir 

millәtlәrarası  konfrans  keçirilmişdir.    Moskvadan,  Leninqraddan,  Bakıdan  vә  SSRİ-nin  digәr 

İttifaq  Respublikalarından  vә  bölgәlәrindәn  gәlәn  dilçilәr  vә  türkoloqlar  yuxarıda  göstәrilәn 

qrammatik  problemlәrin  üzәrindә  hәrtәrәfli  olaraq  mübahisә  etmişdir.  Konfransda  sözügedәn 

mövzulara dair aşağıdakı elmi-linqvistik nәticәlәr әldә edilmişdir: 





Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   171


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə