M. M. Musayev



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə53/171
tarix20.09.2017
ölçüsü3,61 Mb.
#871
1   ...   49   50   51   52   53   54   55   56   ...   171

128 

 

1. Türk dillәrindә felin ayrıca olaraq tәrz kateqoriyası yoxdur. Sadәcә bәzi feillәrin bәlli 



bir  ölçüdә  aspektuallıq  anlamı  ifadә  edәn  müәyyәn  qrupları  vardır.  Türk  dillәrindә  feillәrdәki 

sözügedәn anlamı bәzi sözdüzәldici şәkilçilәr, tәrkibi feillәr vә müәyyәn keçmiş zaman şәkliçlәri 

ifadә etmәkdәdir; 

2.  Türk  dillәrindә  felin  tәrkibi  feillәrlә,  müәyyәn  sözdüzәldici  şәkilçilәrlә  vә  keçmiş 

zaman  şәkilçilәri  ilә  formalaşan  tәrz  kateqoriyası  vardır  (Вoпрocы  грaммaтики  тюркских 

языков…, 1958:247-248). 

Aspektuallıq  vә  ya  felin  tәrz  kateqoriyası  faktına  vә  onun  dilin  qrammatik  sәviyyәsindә 

ifadәsinә bağlı olaraq әldә edilәn birinci nәticә türkoloji dilçilikdә dövrünә görә o zamanlar yeni 

bir elmi-metodik kәşf sәciyyәsi daşıyırdı. İkinci nәticә isә türkoloji dilçilikdә daha “Altay dilinin 

qrammatikası” (1869) әsәrindәn etibarәn mövcud idi. Belәliklә, 1950-ci illәrin sonu vә 1960-cı 

illәrdәn  etibarәn  sözügedәn  fenomen,  yuxarıda  da  göstәrildiyi  kimi,  artıq  sadәcә  qrammatika 

sәviyyәsindә  deyil,  öncә  leksik  vә  sintaktik  olaraq,  günümüzdә  isә  kontekstual  vә  konseptual 

baxımlardan da işıqlandırılmaqdadır (Musaoğlu, Kirişçioğlu 2008c: 32-54). 

Mürәkkәb cümlәnin sәrhәdlәrinin müәyyәnlәşdirilәmәsi ilә bağlı olaraq әldә edilәn ikinci 

nәticә isә daha Mirzә Kazım bәyin “Türk-tatar dilinin ümumi qrammatikası” (1846) adlı әsәrinin 

yayımlanmasından etibarәn mövcuddur

25



 Mürәkkәb  cümlәyә  dair  Mirzә  Kazım  bәyin  feli  tәrkiblәrin  budaq  cümlә,  feli  sifәt,  feli 



bağlama  vә  mәsdәrlәrin  isә  budaq  cümlәnin  xәbәri  yerindә  işlәnilmәsi  fikrindәn,  sözügedәn 

konfransda  bir  nәticә  olaraq  bәhs  olunmuşdur.  Belә  ki,  hәmin  konfransda  da  mürәkkәb 

cümlәlәrin budaq cümlәlәrinin türk dillәrindә feli sifәtlәrlә vә feli bağlamalarla ifadә edilә bildiyi 

göstәrilmişdir (Вoпрocы грaммaтики тюркских языков…, 1958:246-248). Әslindә sözügedәn 

fikir  vә  onun  türk  dillәrinin  tәlim  vә  tәdrisi  sistemindә  bu  vә  ya  digәr  şәkildә  tәtbiq  olunması 

ümumtürk  dilinә  qohum  olmayan  xarici  dillәrin,  özәlliklә  dә  rus  dilinin  sintaktik  quruluşunun 

tәsiri nәticәsindә meydana çıxmışdır. 

Konfransda  ikinci  mövzuya  dair  әldә  edilәn  birinci  әsas  nәticәyә  görә  isә  mürәkkәb 

cümlәnin  baş  vә  budaq  cümlәlәrinin  xәbәri  sadәcә  tәsriflәnәn  feillәrlә  ifadә  olunur.  Şәxsә  vә 

kәmiyyәtә  görә  tәsriflәnmәyәn  feli  sifәtlәr,  feli  bağlamalar  vә  mәsdәrlәr  isә  budaq  cümlәlәrin 

                                                 

25

  Mirzә  Kazım  bәyin  “Türk-tatar  dilinin  ümumi  qrammatikası”  (1846)  adlı  әsәrindәn  aşağıda  qısaca  olaraq  bәhs 



olunacaqdır. 

 

 




129 

 

xәbәri olaraq qәbul edilmir. Feli sifәt, feli bağlama vә mәsdәrlәrlә tәşkil olunan feli tәrkiblәr әsas 



etibarilә  mürәkkәb  cümlәlәrin  deyil,  sadә  geniş  cümlәlәrin  mürәkkәb  üzvlәri  yerindә 

tәsniflәndirilir (Вoпрocы грaммaтики тюркских языков…, 1958: 79-128; 176-245; 246-248).  

Belәliklә, Sovet türkologiyasında 1950-ci illәrdәn etibarәn mürәkkәb cümlә sintaksisinin 

öyrәnilmәsindә  vә  ümumiyyәtlә  sintaksis  kursunun  tәhsil  sistemindә  öyrәdilmәsi  ilә  әlaqәdar 

olaraq yeni bir dövr başlanılmışdır.  

Türkiyә  türkologiyasında  isә  sözügedәn  feli  tәrkiblәr  vә  bunun  kimi  polipredikativ 

sәciyyәli digәr kәlmә qrupları hәlә dә mürәkkәb cümlәlәrin budaq cümlәlәri olaraq öyrәnilmәkdә 

vә  tәdris  olunmaqdadır  (Hengirmen  1999:  56-361).  Ancaq  Leyla  Karahan  mürәkkәb  cümlә 

haqqındakı  sözügedәn  araşdırmalardan  yararlanmayaraq  tәsriflәmәyәn  felillәrin  hәr  hansı  bir 

cümlәnin xәbәri olmadığını Türkiyә türkcәsi materialları ilә dә göstәrmişdir (Karahan 1995).   

2.

 

Dialektologiya,  dil  tarixi  vә  qәdim  türk  dilinә  dair  yazılan  әsәrlәr  dә  türkoloji 



dilçiliyin  önәmli  elmi  nailiyyәtlәrindәn  hesab olunmaqdadır. Hәmin әsәrlәr ayrı-ayrı türk әdәbi 

dillәrindә,  rus  dilindә  vә  digәr  xarici  dillәrdә  yazılmışdır.  XX  yüzildә  yazılmış  sözügedәn 

monoqrafik,  toplu  vә  kollektiv  fundamental  türkoloji  dilçilik  әsәrlәrinә  örnәk  olaraq  ilk  öncә  

aşağıdakı kitabların adını çәkmәk olar: 

2.1. N. İ. Aşmarin. “Nuxa şәhәri türk xalq şivәlәrinin ümumi icmalı” (1926);  

 2.2. S. E. Malov. “Qәdim türk dili yazısının abidәlәri” (1951);  

2.3. M. R. Fedotov. “Çuvaş dilinin tarixi” (1961); 

2.4. Ә. Dәmirçizadә. “Azәri әdәbi dili tarixi” (1967); 

2.5. İ. A. Batmanov “Qәdim türk dili yazısı yenisey abidәlәrinin dili” (1959); 

2.6. M. Ş. Şirәliyev. “Azәrbaycan dialektologiyasının әsasları” (1968); 

2.7. N. K. Antonov. “Qәdim türk dili: V-VII yüzillәr (1970); 

2.8. Z. B. Muxamedova. “XI-XIV yüzillәr türkmәn dili tarixinә dair araşdırmalar” (1973);  

2.9. T. İ. Hacıyev. “Azәrbaycan әdәbi dili tarixi: tәşәkkül dövrü” (1976); 

2.10. V. Әbülqasımov “XIX yüzilin ikinci yarısında qazax әdәbi dili” (1976);  

2.11. Ә. Cәfәroğlu. “Türk dili tarixi” (1984);  

2.12. P. Sızdıkova. “XVIII-XIX yüzillәr qazax әdәbi dilinin tarixi” (1984); 

2.13. H. İ. Mirzәzadә. “Azәrbaycan dilinin tarixi qrammatikası” (1990);  

2.14. M. M. Cәfәrzadә. “Azәrbaycan dilinin dialekt sintaksisi” (1990);  

2.15. E. A. Qrunina. “Türk dilinin tarixi qrammatikası” (1971);  



130 

 

2.16. N. Hacıeminoğlu. “Qaraxanlı türkcәsi” (1996); ”Xarәzm türkcәsi”(1997); 



2.17. “Azәrbaycan dialektoloji lüğәti” (1999; 2003); 

2.18.  O.  Süleymanov.  “Tarixә  qәdәrki  türklәr.  Qәdim  türk  dillәri  vә  yazıları  haqqında” 

(2002);  

2.19. Ә B. Әrcilasun. “ Başlanğıcdan iyirminci yüzilә qәdәr türk dilinin tarixi” (2004) vә 

s.  

 

Sovet  türkologiyasında  ümumtürk  dilinin  tarixinә  vә  dialektlәrinә  dair  yazılmış  uyğun 



әsәrlәrdә  hәr  bir  türk  әdәbi  dili  özünün  funksional  üslubları,  dialektlәri  vә  şivәlәri  ilә  birlikdә 

müstәqil  bir  dil  sәviyyәsindә  xarakterizә  olunmuşdur.  Bunun  әksinә  XX  yüzildә  vә  günümüzә 

qәdәr  Türkiyәdә  dil  tarixi,  dialektologiya  vә  bütövlükdә  türk  dilinә  dair  yazılmış  әsәrlәrdә  isә 

türkcә qavramı fәrqli bir şәkildә açıqlanmışdır.  Türk dili vә ya türkcә çox vaxt müxtәlif qolları 

vә ya әdәbi dillәri vә tarixi lәhcәlәri ilә bir bütün dil olaraq sәciyyәlәndirilmişdir.  

3.  XX  yüzildә  vә  günümüzә  qәdәr  müasir  әdәbi  dil  vә  söz  yaradıcılığı;  leksika, 



leksikologiya, leksikoqrafiya vә frazeologiya; toponimika vә üslubiyyat kimi ayrı-ayrı müstәqil 

filoloji-linqvistik sahәlәrә dair türkoloji dilçilikdә  yazılan әsәrlәrә isә aşağıdakıları örnәk olaraq 

göstәrmәk mümkündür:  

3.1. M. V. Balakaev. Qazax әdәbi dili (1987);  

3.2. Ә. Dәmirçizadә. Azәrbaycan dilinin üslubiyyatı (1962); 

3.3. S. Cәfәrov. Müasir Azәrbaycan dili: leksika (1970); 

3.4. N. A. Bayramov. Azәrbaycan dili frazeologiyasının әsasları (1978); 

3.5. N. Xudiyev. Radio, televizor vә әdәbi dil (2001) vә s. 

 Qeyd  olunmalıdır  ki,  üçüncü  qrupda  yer  alan  türkloloji  dilçilik  әsәrlәri  dә  Sovetlәr 

Birliyinin  mәlum  ideoloji  sisteminә  әsasәn  tәtbiq  olunan  dil  quruculuğu  proqramlarının  elmi-

metodik istiqamәtlәrinә uyğun olaraq hazırlanmışdır. Hәmin әsәrlәr XX әsrdә Sovetlәr Birliyinin 

müәyyәn filoloji qurumlarında konkret olaraq tәrtib olunan plan-prospektlәrdәki direktivlәrә görә 

yazılmışdır. Belә ki, hәmin әsәrlәrdә dә daha çox rus dilinә görә vә rus dilindә müәyyәnlәşdirilәn 

әdәbi,  üslubi,  qrafik,  frazeoloji  vә  toponimik-linqvistik  qayda-qanunlar  әsasında  türk  әdәbi 

dillәrinin normaları vә normalaşdırmaları müәyyәnlәşdirilmişdir. Mәsәlәn, onların әlifbalarıdakı 

müxtәlif düzәltmәlәr, unifikasiya vә kodifikasiyasa problemlәri vә ya әdәbi dillәrdәki әn müxtәlif 

inkişaf istiqamәtlәri vә s.  

 



Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə