M. M. Musayev



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə55/171
tarix20.09.2017
ölçüsü3,61 Mb.
#871
1   ...   51   52   53   54   55   56   57   58   ...   171

134 

 

“Müqәddimәtül-әdәb” adlı әsәr mәşhur  tәsfirçi,  leksikoqraf  alim  Zәmahşәrinin (Ebu’l-



Ķāsım  Cārullāh  Mahmud  Bin  ‘Omar  Bin  Muhammed  Bin  Ahmed  Ez-Zamahşari  El-Hvarizmi) 

1127-1144-cü illәrdә yazıb Xarәzmşah Atsıza tәqdim etdiyi әrәbcә praktik bir lüğәtdәn ibarәtdir 

(Zәmahşәri,  Yüce  1993:  5).  Әsәrin  müәllifinin  özünün  yazdığı  әlyazma,  tәәssüflәr  olsun  ki, 

әlimizә gәlib çatmamışdır. Ancaq lüğәtin әsas nüsxәdәn surәti çıxardılan vә fars, türk, monqol vә 

s. dillәrә tәrcümә edilmiş müxtәlif nüsxәlәri bir çox şәhәrin kitabxanasında saxlanılır. Sözügedәn 

lüğәt  türklәrin  әrәb  dilini  öyrәnmәsi  mәqsәdilә  yazılmış  vә  sonralar  türkoloji  dilçilikdә  vә 

leksikoqrafiyada  çox  önәmli  bir  araşdırma-öyrәnilmә  obyektinә  çevrilmişdir.  Bunun  sәbәbi, 

yuxarıda göstәrildiyi kimi, hәmin lüğәtin müxtәlif dillәrә, o cümlәdәn yazıldığı dövrün Xarәzm 

türkcәsinә  tәrcümә  edilmәsi  vә  hәmin  dillәrdә  müxtәlif  açıqlanmalrının  verilmәsi  olmuşdur. 

Lüğәt  haqqında  yazılan  hәmin  elmi-leksikoqrafik  işlәrin  bir  çoxu  yayınlanmışdır  (Zәmahşәri, 

Yüce  1993:  12-23).  Zәmahşәrinin  lüğәti  haqqında  yazılmış  әn  son  elmi-biblioqrafik  mәtn  Nuri 

Yucenin Türkiyә Türkcәsindә “Ebu’l-Ķāsım Cārullāh Mahmud Bin ‘Omar Bin Muhammed Bin 

Ahmed Ez-Zamahşari El-Hvarizmi. Mukaddimetü’l-Edeb” adı altında hazırladığı әsәrdir (1993). 

Әsәrdә  lüğәtin  Xarәzm  türkcәsinә  edilmiş  tәrcümәsi  vә  Şuşter  nüsxәsi  üzәrindә  araşdırma 

aparılmışdır.  

 

2.2.1.2. Beqramalı Kadrinin “Müyyessiretü’l-Ulum” adlı әsәri 

Bu  әsәrlәrdәn  Türkiyә  türkcәsi  haqqında  türkcә  olaraq  yazılan  ilk  qrammatika  kitabı 

Beqramalı Kadrinin hazırladığı “Müyyessiretü’l-Ulum” әsәridir. Hәmin әsәrin әl  yazması 1530-

cu  ildә  Qanuni  Sultan  Süleymanın  sәdrәzәmi  İbrahim  Paşaya  tәqdim  edilmәk  üçün 

hazırlanmışdır. Әsәr 1946-cı ildә ilk dәfә olaraq Türk Dil Qurumunda işıq üzü görmüşdür. Esra 

Karabacak  sözügedәn  qrammatika  kitabının  mükәmmәl  әdәbi-tәnqidi  mәtnini  hazırlamış  vә 

hәmin mәtn 2002-ci ildә Türk Dil Qurumu tәrәfindәn yenidәn yayınlanmışdır.  

 Sözügedәn kitabda öncә sözün ümumi bir tәrifi verilir vә bütün sözlәr isim, feil vә әdat 

olmaqla  üç  yerә  bölünür.  Sonra  isә  “bilmәk”  feli  әsas  alınaraq  sözügedәn  felә  dair  әrәb  dilindә 

olduğu  kimi  örnәklәr  gәtirilir.  Türkcә  bütün  feil  zamanlarının  qrammatik  açıqlanmaları  da  bu 

şәkildә aparılır, şәkilçilәrin tәsdiq vә inkar, mәlum vә mәchul formaları göstәrilir vә hәr birinin 

tәsriflәnmәlәrinә  dair  konkret  nümunәlәr  verilir.  Hәmin  hissәdә  “ism-i  zamân,  ism-i  âlet,  ism-i 

tasgîr, ism-i mensûb, ism-i tafdîl ve fiil-i taaccub üzәrindә ayrıca olaraq durulur. İkinci bölümdә 

isә isimlәr açıqlanır. İsimlәrin növlәri, ismin halları, saylar, әvәzliklәr, zәrflәr, sual әdatları, tәyini 




135 

 

söz birlәşmәlәri vә quruluşları, cümlә tamlayıcıları (determinantlar), zәrflәr, ismi cümlәlәr, işarә 



isimlәri (әvәzliklәri) vә әdatlar işıqlandırılır”( Karabacak 2002: 9).  

Göründüyü  kimi,  sözügedәn  kitab  da  әrәb  diliçiliyi  әnәnәlәrinә  görә  yazıldığından, 

ümumtürk  dilinin  sintaktik  özәlliklәri  nitq  hissәlәrinin  ad//feil//әdat  olaraq  tәsnif  olunduğu 

bölümdә öyrәnilmişdir. 



 

2.2.1.3.  Әbu  Hәyyanın  “Kitâb  al-İdrak  li-lisân  al-Atrâk”  (Türklerin  dil  ve  idrak 

kitabı) adlı әsәri 

Fuad  Köprülü  demişdir  ki,  Әbu-Hәyyanın  sözügedәn  әsәri  türk  filologiyası  tarixindә 

ayrıca  bir  müstәqil  filoloji  mәrhәlә  tәşkil  edir  (Abû-Hayyân  1931:7).  Kitabın  әldә  olan  әn 

mükәmmәl  elmi-tәnqidi  mәtnini  hәmyerlimiz  Әhmәd  Cәfәroğlu  hazırlamış  vә  1931-ci  ildә 

İstanbulda  yayınlatmışdır.  Sözügedәn  yayın  daha  öncәki  bütün  mövcud  nәşrlәr  әsasında  bir 

әdәbi-tәnqidi mәtn olaraq çox diqqәtlә hazırlanmışdır. Әhmәd Cәfәroğlu kitabın öncәki nәşrlәrini 

tәnqidi  şәkildә  öyrәnәrәk  katiplәrin  bir  çox  yanlışını  düzәltmiş  vә  onun  müxtәlif  әl 

yazmalarındakı  әksikliklәri  son  nüsxәdә  müqayisәli  olaraq  ortadan  qaldırmışdır.  Belәliklә,  

türkoloji  dilçiliyin  leksikoqrafik  vә  qrammatik  biblioqrafiyası  tarixindә  ortaya  çox  nadir  bir 

yayın-kitab qoyulmuşdur. 

 Әbu  Hәyyanın  “Kitâb  al-İdrak  li-lisân  al-Atrâk”  adlı  әsәrinin  XIII-XIV  yüzillәrdә 

yazıldığı  ehtimal  olunur.  Kitabın  müәllifi  Әndәlüs  ülәmasından  olan  Әsirәd-din  Әbu-Hәyyan 

Mәhәmmәd-ibn  Yusif-ibn  Әli-ibn  Yusifdir.  Onun  әsli  bәrbәrdir.  O,  1256-ci  ildә  Qrenadada 

anadan  olmuşdur.  Әbu-Hәyyan  bir  neçә  elmi  mәrkәzdә  qrammatika  vә  hәdis  elmlәrini 

öyrәndikdәn sonra Afrika vә Şimali Misirdә qәrar tutmuş vә bir çox әsәrini dә elә orada qәlәmә 

almışdır.  

Әbu  Hәyyanın  yazdığı  bir  çox  elmi  әsәrdәn  әlimizә  on  beşi  gәlib  çatmışdır.  Onlardan 

biri  dә  “Kitâb  al-İdrak  li-lisân  al-Atrâk”  adlı  haqqında  bәhs  edilәn  mәşhur  kitabıdır.  Әbu-

Hәyyanın  özünün  dә  dediyi  kimi,  sözügedәn  әsәr  türk  dilinin  lüğәti,  onun  morfologiya  vә 

sintaksisi (sәrf vә nәhvi) haqqında yazılmışdır. Müәllifin izahatından әsәrin konkret olaraq hansı 

türk dilinә vә  ya o dövrә görә türk dialektinә vә ya lәhcәsinә aid olduğu mәlum olmur. Ancaq 

kitabın lüğәt bölmәsindә Türk dünyasına vә ümumәn türklәrә aid olan boy, lәhcә vә yer adlarının 

işlәnildiyi dә müşahidә edilir. Bunlardan “qıpçaq vә türkmәn” adlarına daha çox,  “tatar, bulqar, 



136 

 

toksuba,  uyğur,  Türküstan”  kimi  türk  qәbilә,  lәhcә  vә  yer  adlarına  isә  daha  az  tәsadüf  olunur 



(Abû-Hayyân 1931: 9).  

Ә. Cәfәroğlunun hazırladığı  Әbu Hәyyana aid olan “Kitâb al-İdrak li-lisân al-Atrâk” adlı 

әsәrin sözügedәn yayını “Başlanğıc”, “İxtisarlar”, “Lüğәt”, “Qrammatika” vә әsәrin әrәb әlifbası 

ilә  yazılmış  orijinalından,  yәni  faksimelindәn  ibarәtdir.  “Başlanğıc”da  kitabın  müәllifi,  onun 

müxtәlif  әl  yazmaları,  kitabda  yer  alan  bölmәlәr,  әsәrin  yazılmasının  mәqsәdi  vә  s.  haqqınada 

qısa  mәlumat  verilir.  “İxtisarlar”da  әsәrdә  yer  alan  dillәrin,  lәhcәlәrin  vә  elmi  mәnbәlәrin 

adlarının  qısaltmaları ilә bәrabәr, kitabın  mәtnindә işlәnilәn  bәzi  hәrflәrin transkrip işarәlәri  dә 

yer almışdır.  

 Lüğәt bölmәsi kitabın 131 sәhifәlik әn böyük hissәsini tәşkil edir (Abû Hayyân 1931: 1-

131).  Burada  sözlәr  әlifba  sırası  ilә  düzülmüş  vә  onların  hansı  mәnbәlәrdәn  alındığı  qarşısında 

göstәrilmişdir.  Bir  neçә  mәnası  olan  çoxmәnalı  vә  omonim  sözlәrin  mәnaları  açıqlanmışdır. 

Lüğәtin  leksikoqrafik  tәrkibi,  tәbii  ki,  yazıldığı  dönәmin  ümumişlәk  leksikasını  ehtiva  edir. 

Feillәr  sözügedәn  lüğәtdә  әsas  etibarilә  mәsdәr  formaları  ilә  deyil,  felin  tәsriflәnәn  sadә  vә 

mürәkkәb şәkillәrindә  verilmişdir. Mәsәlәn, ağardı ‘qocaldı’; ‘ağardı, yәni ağ oldu’ (1931:1-2), 



aldandı ‘bu günkü mәnasında’(1931:3), içirdi ‘bu günkü mәnasında’(1931: 37), taŋladı ‘tәәccüb 

etdi’ (1931: 98) vә s. 

Qrammatika  bölmәsi  kitabın  51 sәhifәlik ikinci  böyük  hissәsini tәşkil  edir  (Abû Hayyân 

1931:  135-186).  Hәmin  bölmәdә  ilk  olaraq  türk  dilindә  işlәnilәn  mәnalı  sözlәrin  isimlәrdәn, 

feillәrdәn vә hәrflәrdәn ibarәt olduğu göstәrilir  (Abû Hayyân 1931: 135). Sonra isә ismә vә felә 

mәxsus  olan  morfoloji  özәlliklәr  açıqlanır.  Kitabda  ayrı-ayrı  morfoloji  әlәmәtlәr  çox  vaxt  hәrf 

kimi izah edilir. Mәsәlәn, felin mәchul vә qayıdış növlәrini düzәldәn 



0

n  formadüzәldici  leksik-

qrammatik әlamәtindәn “n” hәrfi vә onun әmәlә gәtirdiyi müstәqil mәnalar kimi danışılır (1931: 

143). Bunun kimi  “s,

0

b, t, d, q, k, ğ, 



0

ş, 


0

l,  v” şәkilçilәri vә  hәmin fonemlәrlә ifadә olunan  bәzi 

morfemlәrin  funksional  sәciyyәli  komponentlәri  dә  müxtәlif  mәnalar  ifadә  edәn  hәrflәr  olaraq 

açıqlanır (1931: 143-150.).  

Kitabda mürәkkәb sözlәrdәn, әvәzliklәrdәn vә zәrflәrdәn dә bәhs edilir (1931: 149-152). 

Feil bәhsi isә kitabda әmr, keçmiş vә gәlәcәk zaman şәkillәri ilә öyrәnilir. Mübtәda vә xәbәrdәn 

ismi vә feli xәbәrlәrdәn, mәsdәrlәrdәn, zaman vә yer zәrflәrindәn, hәtta hal kateqoriyasından da 

kitabın feil bәhsindә  danışılır (1931: 152-167).  Sifәt mövzusu kitabda ayrıca olaraq işıqlandırılır 

vә  istәr  sifәt  bәhsindә,  istәrsә  dә  digәr  bәhslәrdә  inversiyaya  uğramış  cümlәlәrә  dair  örnәklәr 



Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə