M. M. Musayev



Yüklə 3,61 Mb.

səhifə57/171
tarix20.09.2017
ölçüsü3,61 Mb.
1   ...   53   54   55   56   57   58   59   60   ...   171

139 

 

-Әvәzliklәr,  zәrflәr,  feli  sfәtlәr,  felin  mәchul  vә  qayıdış  şәkillәri,  mәsdәrlәr,  felin  әmr 



şәkli, inkarlıq kateqoriyası, felin keçmiş vә gәlәcәk zamanları; 

-Tәsirli vә tәsirsiz feillәr, sual şәkillәri, şәrt әdatı vә digәr әdatlar, kәmiyyәt kateqoriyası,  

mübtәda vә xәbәr vә s. 

-Bağlayıcılar,  söz  yaradıcılığı  vә  ya  isimdәn  feil  düzәldilmәsi,  nida  vә  s.  (Atalay  1945: 

75-131). 

Kitabın  qrammatika  bölmәsi  әrәb  dilçiliyi  mәktәbi  әnәnәlәrinә  әsasәn  nitq  hissәlәrinin 

isim//feil//әdat  tәsnifilәndirilmәsi  kontekstindә  yazılmışdır.  Bununla  bәrabәr,  hәmin  bölmәdә 

sadәcә isimlәr, feillәr vә әdatlar deyil, demәk olar ki, bütün nitq hissәlәrinin ayrı-ayrı morfoloji, 

bәzәn dә sintaktik özәlliklәri haqqında sistemsiz olaraq mәlumat verilmişdir.  

 

2.2.1.6. 



“El-Kavânînü’l-Külliyye 

Li-Zabti’l-Lügati’t-Türkiyye” 

(Türk 

dili 

qaydalarının tәsbit olunması vә bütünü) adlı әsәr 

XV yüzilin әvvәllәrindә Qahirәdә yazılan bu әsәrin müәllifi elm alәminә mәlum deyildir. 

Әsәrin tәk әlyazması İstanbulda Süleymaniyyә kitabxanasının Seyid Әli Paşa bölmәsindә, 2659 

nömrәli kataloqda saxlanılır. Hәmin nüsxә 1928-ci  ildә Fuad Köprülünün “Ön söz”ü ilә Kilisli 

Rüfәt  Bilgә  tәrәfindәn  Tirkiyyat  İnstitutunda  yayınlanmışdır.  Kilisli  Rüfәt  yayınında  mәtnin 

orijinalını  olduğu  kimi  vermişdir.  Macar  tәdqiqatçısı  S.  Teleqdi  Kilisli  Rüfәtin  nәşrinә 

әsaslanaraq  әsәrdәki  bәzi  qrammatik  bilgilәri  vә  içindәkilәri  Alman  dilinә  tәrcümә  edәrәk  çap 

etdirmişdir  (Hacıeminoğlu  1997:  17;  Toparlı,  Çögenli,  Yanık  1999:  3).  Әn  son  olaraq  M.  Sadi 

Çögenli  ilә  Nevzat  Yanık  sözügedәn  әsәrin  әrәbcә  mәtnini  türk  dilinә  tәrcümә  etmişdir.  R. 

Toparlı  isә  әsәrin  Türk  dilinin  qrammatikasına  uyğun  bir  şәkildә  redaktәsini  edәrәk  Türk  Dil 

Qurumunda yayınlatmışdır (El-Kavânînü’l-Külliyye Li-Zabti’l-Lügati’t-Türkiyye 1999). 

Kitabda әsas nitq hissәlәri kimi isim vә feillәrlә bәrabәr, şәkilçilәr dә öyrәnilmişdir. Türk 

dilindә sözügedәn nitq hissәlәrindәn әn işlәk olanının feil olduğu vurğulanmış vә kitabın birinci 

bölmәsindә felin şәkillәri vә ayrı-ayrı şәkilçilәri üzәrindә durulmuşdur (El-Kavânînü’l-Külliyye 

Li-Zabti’l-Lügati’t-Türkiyye 1999: 5; 6-34). Kitabın ikinci bölmәsindә isim vә onunla hәmhüdut 

kateqoriyalar, mәsәlәn әvәzlik, mübtәda, tamamlıq, izafәt hadisәsi, söz birlәşmәlәri vә bunlarla 

bağlı olaraq da tabe söz tabe edәn söz münasibәtlәri öyrәnilmişdir (1999: 35-84). Kitabın üçüncü 

bölmәsindә  isә  -r

-t

4



,  -dır

4

  leksik-qrammatik  morfoloji  әlamәtinin  vә  -r



4

  geniş  zaman,  -ma

inkarlıq vә -sa



2

 şәrt şәkilçilәrinin feil sistemindәki yeri örnәklәrlә göstәrilmişdir (1999: 85-96).  




140 

 

 



2.2.1.7.  “Ed-Dürretü’l-Mudiyye  Fi’l-Lügati’t-Türkiyye”  (Türk  dilinin  parlaq  incisi) 

adlı  әsәr  Mәmlüklәr  Sultanlığı  dövründә  (1250-1517)  Türk  dilini  öyrәtmәk  mәqsәdilә  әrәbcә-

türkcә  bir  lüğәt  olaraq  yazılan  kitablardan  biridir.  Bu  әsәrin  orijinal  әlyazması  Florensiyadakı 

“Medicea  Bibliotheca  Laurenziana”da  “Orient  130”  nömrәsi  ilә  qeyd  olunmuşdur.  A. 

Zaynçkovski  1963-cü  ilin  sentyabr  ayında  Venedikdә  keçirilәn  II  Millәtlәrarası  Türk  Sәnәtlәri 

Konqresindә iştirak etmәk üçün İtaliyaya getdiyi vaxt orada Şәrq әlyazmalarına baxarkәn hәmin 

әsәri tapmışdır. O, hәmin әsәri 1965-ci ildә Varşavada “Rocznik Orientalistyczny” jurnalında iki 

mәqalә  halında  yayınlatmışdır  (Hacıeminoğlu  1997:  17).  Bununla  bәrabәr,  A.  Zaynçkovskinin 

Qıpçaq  Türkcәsi  әsasında  sözügedәn  lüğәtә  dair  yazdığı  digәr  araşdırmaları  da  vardır  (Ed-

Dürretü’l-Mudiyye  Fi’l-Lügati’t-Türkiyye  2003:  9-109).  Sözügedәn  әsәri  Türk  dilindә  “Ön 

söz”ü, “Biblioqrafiya”sı, “Qıpçaqca-Türkcә” lüğәti vә “İndeks”i ilә bir  mükәmmәl kitab olaraq 

Rәcәb Toparlı çapa hazırlamış vә Türk Dil Qurumunda yuxarıda göstәrilәn adı ilә yayınlatmışdır 

(2003).   

 

2.2.2. Hind-Avropa dilçilik mәktәbi әnәnәlәrinә görә aparılmış linqvistik işlәr 

Ümumtürk  dilinә  vә  ya  türk  dillәrinә,  özәlliklә  dә  Osmanlı  türkcәsinә  dair  sözügedәn 

dilçilik mәktәbi әnәnәlәrinә әsasәn daha XV-XVIII yüzillәrdә latın, italyan, fransız, alman vә s. 

Avropa dillәrindә kitablar yazılmışdır. Hәmin kitabların mәtnlәri çox vaxt latın hәrflәri vә uyğun 

transkripsiya  ilә  hazırlanmışdır.  “Bu  metinler  Osmanlı  devleti  ile  daha  çok  ticari  ve  siyasi 

ilişkilerde  bulunan  devletlerin  mensubiyetinde  olan  kimselerin  XV.  yüzyıldan  itibaren 

hazırladıkları sözlük ve gramer kitablarından ibarettir (Kartallıoğlu 2011: 26). 

Ancaq  Hind-Avropa  dilçilik  mәktәbi  әnәnәlәrinә  görә  ayrı-ayrı  konkret  türk  dillәri  vә 

dialektlәrinә dair daha mükәmmәl qrammatika kitablarının yazılmasına vә digәr hәr cür linqvistik 

xarakterli  araşdırmaların  sistemli  olaraq  aparılmasına  türkoloji  dilçilikdә  XIX  yüzildәn  etibarәn 

başlanılmışdır. 

Avropada türkcә haqqında ilk qrammatika kitablarından birini Hieronymus Meqiser adlı 

Ştuqqartlı  bir  alman  latın  dilindә  yazmışdır.  Sözügedәn  әsәr  Avropanın  klassik  qrammatika 

kitablarının  tәrtip  olunma  prinsiplәrinә    әsasәn  hazırlanmış  vә  1612-ci  ildә  yayımlanmışdır. 

Kitabda  türkcәnin  әrәb  vә  fars  dillәrindәn  fәrqli  dil  özәllәklәri  müәyyәnlәşdirilmiş  vә  nitq 

hissәlәri qrammatik kateqoriyalara  әsasәn aşağıdakı sıralanma ilә tәsvir olunmuşdur:  






Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   171


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə