M. M. Musayev



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə58/171
tarix20.09.2017
ölçüsü3,61 Mb.
#871
1   ...   54   55   56   57   58   59   60   61   ...   171

141 

 

1. İsimlәrin hallanması;  



2. Sifәtin müqayisә dәrәcәlәri;  

3. İsimlәrin düzәldilmәsi vә ya söz yaradıcılığı;  

4. Say adları;  

5. Әvәzliklәr; 

6. Feil; 

7. Feillәrin tәsriflәnmәsi; 

8. Mәlum növ  (passivum);  

9. Feillәrin düzәldilmәsinә dair qeydlәr

10. Feli sifәtlәr; 

11. Zәrflәr; 

12. Әdatlar; 

13. Bağlayıcılar; 

14. Nidalar. 

Sözügedәn qrammatika kitabında 220 atalar sözü vә deyim dә  yer almaqdadır ( Dilaçar: 

1971).  

Belәliklә,  XIX  yüzildәn  etibarәn  türk  dili  haqqına  Hind-Avropa  dillәrinin  qayda-

qanunlarına  әsasәn  müxtәlif  qrammatika  kitabları  sistemli  olaraq  yazılsa  da,  әrәb  dilçilik 

mәktәbinin  әnәnәlәri  türkoloji  dilçilikdә  XX  yüzilin  әvvәllәrinә  qәdәr  davam  etmişdir.  Hәmin 

dövrdә Hind-Avropa dilçilik mәktәbi әnәnәlәri baxımından türk dilindә yazılmış ilk qrammatika 

kitablarından biri olmaq etibarilә Hüseyn Cahidin  “Türkcә sәrf vә nәhv” adlı әsәri diqqәti çәkir. 

Hәmin  kitab  özündәn  sonrakı  türkcә  yazılan  qrammatika  kitablarının  hazırlanmasında  ciddi  bir 

elmi mәnbә rolunu oynamışdır (Cahit 2000: 9). 

 

2.2.2.1.  XIX  yüzil  vә  XX  yüzilin  ilk  qәrinәsindә  әnәnәvi-tәsviri  dilçilik  yöntәmi  ilә 

yazılmış dil vә qrammatika kitabları 

Sözügedәn  dövrdә  Avropada,  Osmanlı  İmeratorluğunda  vә  çar  Rusiyasında  hәm  әrәb, 

hәm  dә  latın  mәnşәli  dilçilik  mәktәbi  әnәnәlәrinә  әsasәn  qrammatika  kitabları  yazılmış  vә 

müxtәlif  etimoloji  lüğәtlәr  tәrtib  olunmuşdur.  Türk  yazılı  abidәlәrinin  kәşf  olunması  vә  deşifrә 

olunaraq  oxunması  işi  isә  bütün  dünyada  hәmin  dövrün  başlıca  filoloji-tarixi  hadisәlәridәn  biri 

kimi  qiymәtlәndirilmişdir    (Кoнoнoв  1982:  12-108).  Bununla  bәrabәr,  renesans  dönәmindәn 




142 

 

sonrakı  dünyada  dilçilikdә  gerçәklәşәn  yeni  elmi-filoloji  axınların  da  türkoloji  dilçiliyin 



inkişafına  çox  böyük  tәsiri  olmuşdur.  Mәhz  hәmin  tәsir  nәticәsindә  türk  әdәbi  dillәri  vә 

dialektlәri  haqqında  rus,  fransız  vә  alman  dillәrindә  yazılmış  daha  әhatәli  elmi-filoloji  әsәrlәr 

meydana  çıxmışdır. Belә ki,  türkoloji  dilçilikdә  müxtәlif dilli  etimoloji  lüğәtlәr tәrtib olunmuş, 

geniş  hәcmli  tәsviri  xarakterli  qrammatika  kitabları  yazılmış  vә  digәr  çox  önәmli  linqvistik 

araşdırmalar aparılmışdır (Будагoв 1869, 1871;  Radloff 1882;  Aшмарин 1903;  Катанoв 1903; 

Deny 1921).   

Sözügedәn türkoloji dilçilik әsәrlәri, yuxarıda da göstәrildiyi kimi,  başlanğıcda әn çox 

tatar dili, türk-tatar dili, türk dili terminlәri ilә vә ya keçmiş Çar Rusiyasında yaşayan müxtәlif 

türkdilli xalqların әdәbi dillәri vә dialektlәrinin adları ilә adlandırılmışdır. Rusiyanın elmi-filoloji 

mәrkәzlәrindә  hazırlanan  türkoloji  dilçilik  әsәrlәri  әsas  etibarilә  rus  dilindә  qәlәmә  alınmışdır. 

Qәrbi Avropada türk dillәri vә dialektlәrinә dair aparılan linqvistik işlәr isә  daha çox alman vә 

fransız dillәrindә yazılmışdır. Bununla bәrabәr, XIX yüzilin sonları vә XX yüzilin әvvәllәrindәn 

etibarәn sözügedәn әsәrlәr müxtәlif türk әdәbi dillәrindә dә işıq üzü görmәyә başlamışdır. Belә 

ki,  Osmanlı,  Azәrbaycan,  qazax-qırğız,  özbәk  (cağatay)  vә  tatar  türkcәlәrindә  dә  müxtәlif 

mәzmunlu türkoloji dilçilik әsәrlәri vә daha çox qrammatika kitabları yayımlanmışdır  (Kononov 

1982: 109-129; Deny 1921; Cahit 2000 vb.). 

Sözügedәn  әsәrlәrdә  әn  çox  türkoloji  dilçiliyin  fonetika,  qrammatika,  leksika, 

leksikoqrafiya  vә  dil  tarixinә  aid  olan  aşağıdakı  ümumi  vә  özәl  mövzuları  tәsviri  vә  tarixi-

müqayisәli yöntәmlәrlә işlәnilmişdir: 

-Türk dili qrammatikasının әsas sәviyyәlәri vә ya şöbәlәri; 

-Fonemlәrin,  morfemlәrin,  söz  birlәşmәlәrinin  vә  qruplarının,  cümlә  quruluşlarının 

fonetik vә fonoloji, morfoloji vә sintaktik özәliklәrinә görә müәyyәnlәşdirilmәsi

-  Lüğәt  tәrkibinin  vә  ya  sözlәrin,  frazeologizmlәrin,  atalar  sözlәri  vә  mәsәllәrin  leksik 

vә leksikoqrafik olaraq tәsvir olunması; 

-Qәdim türk dili abidәlәrinin vә ya mәtnlәrinin tәsbit olunması, oxunması, araşdırılması 

vә hәrtәrәfli olaraq öyrәnilmәsi. 

Sözügedәn  dövrdә  türkoloji  dilçiliyә  dair  müxtәlif  müәlliflәr  vә  yaradıcı  kollektivlәr 

tәrәfindәn hazırlanan vә yayımlanan kitabların içәrisindә Mirzә Kazım bәyin “Türk-tatar dilinin 

ümumi  qrammatikası”  (1846),  Otto  Böthlinqkin  “Yakut  dili  haqqında”  (1851),  “Altay  dilinin 

qrammatikası” (1869) vә P. M. Melioranskinin  Qazax-qırğız dilinin  qısa qrammatikası” (1894-



143 

 

1897)  adlı  әsәrlәri  xüsusi  bir  yer  tutur.  Çünki  hәmin  kitablar  yuxarıda  sözügedәn  qrammatik 



mövzuların öz dövründә müqayisәli vә tәsviri olaraq hәrtәrәfli öyrәnilmәsinә görә öncәki uyğun 

әsәrlәrdәn  seçilir.  Türk  dillәrinin  fonetik  quruluşunun  әsas  özәliklәri  ilk  dәfә  olaraq  hәmin 

әsәrlәrdә  işıqlandırılmışdır.  Mәsәlәn,  saitlәrin  vә  samitlәrin  sıralanması,  ahәng  qanunu,  dodaq 

ahәngi,  assimilyasiya,  vurğu,  hecalanma  kimi  fonetik  qanunlar  vә  hadisәlәr  haqqında  geniş  vә 

sistematik mәlumat “Altay dilinin qrammatikası” vә P. M. Melioranskinin “Qazax-qırğız dilinin 

qısa  qrammatikası”  kitablarında  yer  almışdır.  Ümumtürk  morfeminә,  söz  birlәşmәsi  vә  cümlә 

quruluşlarına  dair  ümumi  linqvistik  tәsvirlәr  vә  nitq  hissәlәrinin  tәsnifi  “Altay  dilinin 

qrammatikası”, “Qazax-qırğız dilinin qısa qrammatikası” kitablarında,  Mirzә Kazım bәyin vә O. 

Böthlinqkin yuxarıda göstәrilәn әsәrlәrindә öyrәnilmişdir.  

  

2.2.2.1.1.  Mirzә  Kazım  Bәyin  “Türk-tatar  dilinin  ümumi  qrammatikası. 



Azәrbaycan lәhcәsi ilә” (1846) adlı kitabı 

Mirzә Kazım bәyin sözügedәn qrammatika kitabı üç bölmәdәn ibarәtdir:  

1. Әlifba, hәrflәrin tәlәffüzü vә nitq hissәlәri olaraq isim, sifәt, say vә әvәzlik;  

2. Feil, qoşma, zәrf, bağlayıcı, nida;  

3.  Söz  birlәşmәsi  vә  digәr  söz  qrupları  vә  hәr  cür  söz  vә  cümlә  birlәşmәlәri  vә  ya 

sintaksis.  

Bu  әsәrdә  öz  dövrünün  Osmanlı  türkcәsi  morfologiyası  vә  sintaksisinin  quruluşu 

Azәrbaycan türkcәsi  vә tatar türkcәsnin  vә onların müxtәlif dialektlәrinin uyğun dil sәviyyәlәri 

ilә  müqayisәli  olaraq  örnәklәrlә  çox  geniş  tәsvir  olunmuşdur.  Kitab,  tәbii  ki,  Hind-Avropa 

dilçiliyi  әnәnәlәrinә  görә  tarixi-müqayisәli  vә  tәsviri-linqvistik  yöntәmlәrlә  yazılmışdır.  Ancaq 

Mirzә Kazım bәy bir şәrqşünas vә öyrәndiyi dillәrin bilavasitә daşıyıcısı olduğu üçün sözügedәn 

kitabında qәrb vә şәrq filologiyası әnәnәlәrindәn bir yerdә uğurla istifadә edә bilmişdir. Әsәrdә 

Fransız dilçisi  Joberin qrammatika vә sintaksis  modeli  әsas  götürülmüşdür

27

.  Ancaq  sözügedәn 



modelin  türk  dillәrinin  sintaktik  quruluşunun  tәsvir  olunmasında  әsas  götürülmәsi  sonralar 

türkoloji  dilçililikdә  yanlış  tәsniflәndirmәlәrә,  uzun  vә  mәzmunsuz  mübahisәlәrә  yol  açmışdır. 

                                                 

27

 Ancaq Joberin cümlәlәrin sintaktik quruluşuna dair nәzәri görüşlәri ümumtürk dilinin bәzi qrammatik qaydalarının 



Mirzә  Kazım  bәy  tәrәfindәn  tәsvir  edilmәsindә  yetәrli  olmamışdır.  Çünki  Joberin  görüşlәri  bir  flektiv  dil  olan 

fransızcanın  sintaktik  quruluşuna  görә  irәli  sürülmüşdü  vә  hәm  flektiv,  hәm  dә  aqqilütinativ  quruluşlu  dillәrin 

materiallarına әsaslanmırdı. Bir sözlә, hәmin görüşlәr tipoloji-müqayisәli sәciyyә daşımırdı.  

 

  




Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə