M. M. Musayev



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə59/171
tarix20.09.2017
ölçüsü3,61 Mb.
#871
1   ...   55   56   57   58   59   60   61   62   ...   171

144 

 

Bu,  özünü  әn  çox  müәyyәn  vә  qeyri-müәyyәn  söz  birlәşmәlәrinin  vә  mürәkkәb  cümlәlәrin 



öyrәnilmәsindә göstәrmişdir.  Sözügedәn mübahisәlәr, hәr şeydәn öncә, feli sifәt, feli bağlama, 

mәsdәr vә bәzi qoşmalı sintaktik konstruksiyaların mürәkkәb cümlәlәrin budaq cümlәsi (clause) 

olaraq  müәyyәnlәşdirilmәsilә  bağlı  olmuşdur.  Mirzә  Kazım  bәyin  “Türk-tatar  dilinin  ümumi 

qrammatikası”  adlı  әsәrindә  fonetika  bölmәsi  hәcm  etibarilә  çox  qısadır.  Hәmin  bölmәdә  türk 

dilinin önәmli fonetik hadisәlәri, ahәng qanunu vә dodaq ahәngi mövzularına heç toxunulmamış, 

fonemlәrdәn  hәrflәr  olaraq  bәhs  edilmişdir  (Kononov  1982:  229-231;  301).  Bütün  bunlara 

baxmayaraq, Mirzә Kazım bәyin “Türk-tatar dilinin ümumi qrammatikası” adlı kitabı ümumtürk 

dilinin  fonetikası,  morfologiyası  vә  sintaksisi  haqqında  tәsviri  vә  tarixi-müqyisәli  dilçilik 

yötәmlәrilә  yazılan geniş hәcmli bir әsәr olaraq türkoloji dilçiliyin tarixindә özünәmәxsus bir yer 

tutmaqdadır. 

 

2.2.2.1.2.  Otto  Böthlinqkin  “Yakut  dili  haqqında:  qrammatika,  mәtn  vә  lüğәt” 

(1851) adlı kitabı  

Sözügedәn kitab sadәcә türkologiya fәnni nöqteyi-nәzәrindәn deyil, ümumi müqayisәli 

dilçilik  elmi  baxımından  da  dilçilik  tarixindә  çox  böyük  önәm  daşıyır.  Buna  görә  hәmin  әsәr 

sonrakı dövrlәrdә türkoloji dilçilik sahәsindә dә bir elmi mәnbә rolunu oynamışdır. Bu әsәr, hәr 

şeydәn öncә, yakut dilinin ilk elmi qrammatikasıdır. Әsәrdә ümumtürk dilinin ayrıca bir müstәqil 

qolu olaraq nüәyyәnlәşdirilә bilәn yakut (saha) dilinin fonetik vә qrammatik quruluşunun  geniş 

linqvistik tәsviri verilmişdir. Bununla bәrabәr, kitabda ayrı-ayrı yakutca mәtnlәr vә 4600 sözdәn 

ibarәt  olan  “Yakutca-almanca  lüğәt”  dә  yer  almaqdadır.  Burada  yakut  dilinin  fonetik  vә 

qrammatik  quruluşu  hәm  digәr  türk  dillәri  vә  dialektlәri,  hәm  Ural-Altay  dillәrindәn  sayılan 

monqol  vә  tunqus-mancur  dillәrinin  materialları  ilә  öz  dövrünün  linqvistik  hadisәlәri  vә 

gәlişmәlәri kontekstindә müqayisәli öyrәnilmişdir. Әsәr alman dilindә  yazılmış vә çox sonralar 

rus dilinә tәrcümә olunmuşdur.   



 

2.2.2.1.3. “Altay dilinin qrammatikası” (1869) adlı kitabı haqqında 

Sözügedәn  kitabın  üzәrindә  әsәrin  kimin  tәrәfindәn  yazıldığına  dair  hәr  hansı  bir 

mәlumat verilmәmişdir. Sadәcә kitabın Altay missionerlәri tәrәfindәn hazırlandığı göstәrilmişdir. 

Ancaq hәmin kitabın dilçi N. İ. İlminski, türkoloq V. İ. Verbitski vә bir din xadimi olan M. A. 




145 

 

Nevski  tәrәfindәn  hazırlandığı



28

  türkoloji  dilçilikdә  artıq  çoxdan  tәsbit  olunmuşdur  (Kononov 

1982:  291-  292).  Bu  әsәr  öncәki  oxşar  qrammatika  kitablarından  bir  çox  quruluş  özәlliklәri  vә 

elmi-üslubi  sistematikliyi  ilә  fәrqlәnir.  Saitlәrin  vә  samitlәrin  istәr  artikulyasiyaya,  istәrsә  dә 

fonetik  funksionallığa  görә  sistemli  tәsnifi,  sözdә  vә  cümlә  sıralanmalarındakı  vurğu  haqqında 

biliklәr türkoloji dilçilikdә ilk dәfә olaraq bu kitabda yer almışdır. Nitq hissәlәri burada isim, sifәt 

vә zәrf olaraq sintaktik funksionallığına görә tәsnif olunmuşdur. İç//dış//yan//ön vә s. morfemlәr 

hallana  bilәn  sözlәrlә  işlәnilәn  kömәkçi  adlar  olaraq  müәyyәnlәşdirilmişdir.  Bununla  bәrabәr, 

sözügedәn  qrammatika  kitabında  felin  tәrz  kateqoriyası  üzәrindә  dә  durulmuş,  tәyini  söz 

birlәşmәlirinә  dair  geniş  mәlumat  verilmiş,  feli  sifәt  vә  feli  bağlama  tәrkiblәri  mürәkkәb 

cümlәlәrin komponentlәri olaraq xarakterizә olunmuşdur.    

 

2.2.2.1.4.  P.  M.  Melioranskinin  “Qazax-qırğız  dilinin  qrammatikası”  (1894-1897) 



adlı kitabı haqqında 

Sözügedәn әsәrin birinci cildini “Fonetika vә etimologiya”, ikinci cildini isә “Sintaksis” 

bölmәlәri  tәşkil  edir.  P.  M.  Melioranski  bu  әsәrini  1869-cu  ildә  yayımlanan  “Altay  dilinin 

qrammatikası” kitabı örnәyinә görә hazırladığını göstәrmişdir. Onun istәr bu әsәri ilә, istәrsә dә 

digәr  “Әrәb  filoloqu  türk  dili  haqqında”  (1890),  “Gültәkin  abidәsi  haqqında”(1899)  kimi  digәr 

әsәrlәri ilә türkologiya elminin sonrakı inkişaf dövrlәrindә linqvistik bir kontekstin yaranmasının 

yolu açılmışdır (Kononov 1982: 271-272; 303). 

 

2.2.3. XX yüzildә türkoloji dilçilik әsәrlәri  

Sözügedәn  türkoloji  dilçilik  әsәrlәri  Sovetlәr  Birliyindә,  Avropada,  Amerikada, 

Türkiyәdә  vә  dünyanın  digәr  bölgәlәrindә  әsas  etibarilә  әnәnәvi  dilçilik  metodları  ilә  tәsviri 

olaraq yerinә yetirilmişdir. Bununla bәrabәr, oxşar linqvistik әsәrlәr müxtәlif türk әdәbi dillәri vә 

dialektlәri  vә  bir-birinә  qohum  olmayan  digәr  dillәrin  materialları  ilә  dә  müqayisәli 

hazırlanmışdır. Daha doğrusu, hәmin әsәrlәr müqayisәli-tarixi, müqayisәli-coğrafi vә müqayisәli-

                                                 

28

  Bunların  hәr  üçü  xristian  missioneridir  (Eren  1998:  331).  Onların  yazdığı  bu  kitab  türkoloji  dilçilikdә 



qrammatikaya  aid  bir  çox  mövzunun  ilk  dәfә  olaraq  işıqlandırılması  ilә  bilinmәkdәdir.  Ancaq  göstәrilәn  әsәr,  hәr 

şeydәn  öncә,  öz  dövründә  hәlә  yazısı  belә  olmayan  türk  dialektlәrinin  müstәqil  linqvistik  kontekstdә  ayrıca  dillәr 

olaraq öyrәnilmәk istәndiyi ilә dә diqqәti çәkir. Bu isә o demәkdir ki, sözügedәn әsәrdә bütövlükdә türk dialektlәri 

vә  ayrılıqda  Altay  türkәcәsi  ayrı-ayrı  müstәqil  dillәr  olaraq  işıqlandırılmışdır.  Buna  görә  dә  hәmin  dövrdә  oxşar 

qrammatik  işlәrin  ortaya  çıxması  ilә  bağlı  olaraq  yaranan  “Missionerlik  qrammatikası”  ifadәsi  bu  gün  çox  böyük 

maraq doğurur. Bu baxımdan hәmin ifadә vә ya qavram türkoloji dilçiliyin tarixindә ayrıca olaraq öyrәnilmәlidir. 

 

  



Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə