M. M. Musayev



Yüklə 3,61 Mb.

səhifə6/171
tarix20.09.2017
ölçüsü3,61 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   171

17 

 

inkişafı әsasında insan biliyinin dil vasitәsilә modellәşdirilmәsini isә informasiya texnologiyaları 



linqvistikası yerinә yetirir (Bilgisayar Destekli Dil Bilimi Çalıştayı Bildirileri 2006). 

Dilçiliyin kateqoriyalara dayalı elmi әsası gözlә görünәn bir şәkildә genişlәnmişdir. Hәll 

edilәcәk problemlәr araşdırıcılardan sadәcә dilçiliyi vә uyğun sahәlәrini deyil, fәlsәfә, dәrketmә 

nәzәriyyәsi,  mifologiya,  folklor,  tarix,  psixologiya,  antropologiya  kimi  digәr  sosial  elmlәri  dә 

daha  dәrindәn  bilmәyi  tәlәb  edir.  Buna  görә  dә,  müxtәlif  dillәrә  dair  ontoloji  sәciyyәli 

araşdırmalarda  tәtbiq  olunan  әn  yeni  linqvistik  yöntәmlәr  konseptual  olaraq  formalaşdırılır  vә 

koqnitiv  linqvistikanın  tәtbiqi  sahәlәri  dә  buna  bağlı  olaraq  genişlәndirilir  (Маслова  2004; 

Андреева 2004).  

Günümüzdә çağdaş izahı ilә insan intellektinә vә bir bütün kimi dәrk edilәn tәcrübәsinә 

dair mücәrrәd vә konkret qavramların birlәşdirilә bilәn alt kateqoriyalarla fәrqli açıqlanmalardakı 

tәsviri  işini  koqnitiv  linqvistika  yerinә  yetirir.  Belә  ki,  insana  mәxsus  sitәm  vә  ya  giley-güzar 

etmәk,  tәәssüf,  niyyәt,  istәk,  sәbәb,  mәqsәd,  dәyәrlәndirmә,  sevgi,  sevinc  kimi  semantik  sahәlәr 

gerçәk  prototiplәri  ilә  müәyyәnlәşdirilir.  Hәmin  kontekstdә  mәhәbbәt-acıma  vә  ya  sevgi-nifrәt 

kimi linqvistik qavramlar konkret diskursiv variantları ilә dә göstәrilir.  

Mәlum  olduğu  üzrә,  dünyanın  konkret  vә  mücәrrәd  obrazları  (mәsәlәn,  su  pәrisi, 

tәpәgöz, kentavr kimi) insan şüurunda dünyanın dil xәritәsi kimi koqnitiv-konseptual xarakterli 

görmә, hiss etmә, dadma, eşitmә vә oxuma dәrketmә vasitәlәri ilә әks olunur. Bütün bunlar insan 

şüurunda vә tәfәkkürdә ilk mәrhәlәdә tәhtәlşüur olaraq müәyyәnlәşir. Hәmin obrazlarla dünyanın 

ümumi  dil  xәritәsi  vә  konkret  dil  kateqoriyaları  arasındakı  ierarxik  әlaqәlәr  isә  günümüzdә 

koqnitiv linqvistikada araşdırılır. Daha doğrusu, sәs, morfem, söz, deyim vә mәtn komponentlәri 

sıralanmaları  dil-danışıq  vahidlәri  olaraq  fonetik,  morfoloji,  sintaktik,  leksik  vә  frazeoloji 

sәviyyәlәri  ilә  yenidәn  kateqoriyalaşdırılır.  Bunun  nәticәsindә  toplum,  fәrd-danışan,  verilәn-

informasiya vә  yozumlayıcı-dinlәyәn kimi diskurs faktorları ilә gerçәklәşәn konseptual sxemlәr 

dә  bu  gün  artıq  konkret  dil  faktları  ilә  qurulur.  Hәtta  daha  geniş  bir  “konseptual  müstәvi”dә 

subyektivlik//obyektivlik  dәyәrlәri  müqayisә  edilir.  Subyektivliklә  әlaqәdar  ayrıca  bir  dil 

mәrkәzçiliyi vә ya “eqoizmi”, bir başqa sözlә hadisә vә faktların dәyәrlәndirilmәsindә  mәzmun 

vә  ifadә  baxımından  digәr  sosial  әsaslarla  müqayisәdә  “dil  daşıyıcısı”na  dayalılıq  nәzәriyyәsi 

yaradılır (Мурясов, Самигуллина, Федорова 2004). 

Koqnitiv  linqvistikada  insan  faktoru  çox  vaxt  çağdaş  sosial  elmlәrin  ümumi  bir  elmi 

araşdırma  әsası  sәviyyәsindә  dә  irәli  çıxarılmaqdadır.  Belә  bir  araşdırma  әsası  isә  insan 



18 

 

intellektinә  söykәnәn  dil  bağlılıqlarının  bundan  sonra  dünyanın  dәrk  edilmәsindә  bir  başlanğıc 



nöqtәsi yerindә araşdırılacağının siqnallarını vermәkdәdir. 

Son  20-30  il  içәrisindә  müәyyәnlәşәn  koqnitiv  linqvistika  yöntәmlәri  ilә  yeni  dil 



gerçәklәri  öyrәnilir.  Bunları  isә  dil  formalaşmaları  ilә  konkret  olaraq  obyektlәşdirilәn  vә  insan 

tәfәkküründә  özәl  quruluşları  ilә  mövcud  olan  çevrәlәri,  çevrәlәnmәlәri,  sәhnәlәri  vә  s.  tәşkil 

edir.  Bu  baxımdan  dilin  bilavasitә  gerçәkliyi  vә  ya  varlığı  deyil,  insan  hafizәsindәki  konseptual 

tablonu әks etdirdiyi dә deyilә bilәr (Гуреев 2005). Bu fikir koqnitiv linqvistikanın tarixindә ilk 

dәfә olaraq 1984-cü ildә ifadә edilmiş vә dilin insan hafizәsindә konseptual olaraq projeksiyalar 

halına  gәtirilmiş  biliklәr  sistemindәn  ibarәt  olduğu  vә  bu  biliklәri  әks  etdirdiyi  göstәrilmişdir  

(Jackendolff 1984).  

 Sözügedәn  mövzular  mahiyyәtcә  yeni  olan  koqnitiv  elm,  koqnitiv  linqvistika  vә 

kompüter-mühәndis  linqvistikası  anlayışları  müstәvisindә  araşdırılır.  Buna  görә  dә,  yuxarıda 

göstәrildiyi  kimi, mәtndә  yeri  gәldikdә “istiqamәt” sözünün  yerinә “yönüm”, “metod” sözünün 

yerinә  isә  “yöntәm”  kәlmәlәri  işlәdilmişdir.  “İstiqamәt”  sözü  әrәb,  “metod”  sözü  isә  fars 

mәnşәlidir.  Ancaq  ikincilәr  türk  mәnşәli  olsa  da,  bütün  bu  kәlmәlәr  hamısı  birlikdә  dilimizdә 

işlәnilәn sinonim sözlәr kimi dә qiymәtlәndirilә bilәr.  

Bәs  koqnitiv  linqvistika  vә  kompüter-mühәndis  linqvistikası  elmi-linqvistik  anlayışları 

vә buna bağlı olaraq da yönüm vә yöntәmlәri nә demәkdir? Bunların mahiyyәti nәdәn ibarәtdir? 

Sözügedәn qavramlar elmşünaslıqda nә zaman ortaya çıxmışdır?  Bütün bunlar mәtndәki ümumi 

elmi tәhkiyә әsnasında izah olunacaqdır. Bununla bәrabәr, biz elmi-terminoloji vә metalinqvistik 

baxımdan mövzuya aşağıda qısaca olaraq özәl bir “açıqlanma” da gәtirmәk istәdik. 

 

 3.1. Koqnitiv elm,  koqnitiv linqvistika vә metalinqvistika qavramları 



Müasir  dövrdә  koqnitiv  xarakterli  elmi  araşdırmalar  vә  onların  nәticәlәrinin  praktik 

fәaliyyәtdә  hәyata  keçirilmәsi  öyrәnmәyә  vә  dәrketmәyә  açıq  olan  demokratik  cәmiyyәtlәrdә 

getdikcә  sürәtlәnmәkdәdir.  Artıq  2000-ci  illәrdәn  etibarәn  sözügedәn  araşdırmalar  Türkiyә 

universitetlәrindә  dә  daha  geniş  olaraq  aparılmaqdadır.  Hәmin  araşdırmalara  dair  elmi 

istiqamәtlәr bakalavr vә magistratura proqramlarında yer almaqda vә dissertasiya mövzuları kimi 

işlәnilmәkdәdir.  Koqnitiv  elmşünaslığın  әsas  araşdırma  obyektlәri,  hәr  şeydәn  öncә, 

aşağıdakılardan ibarәtdir:  

-Elm, bilik-mәlumat vә biliş (cognition) fenomenlәri;  






Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   171


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə