M. M. Musayev



Yüklə 3,61 Mb.

səhifə60/171
tarix20.09.2017
ölçüsü3,61 Mb.
1   ...   56   57   58   59   60   61   62   63   ...   171

146 

 

tipoloji  dilçilik  yöntәmlәri  ilә  yazılmışdır  (Муcaeв.,  Пoкрoвcкaя.,  Ceвoртян.,  Гaджиeвa., 



Юлдaшeв.,  Бacкaкoв.,  Кoвшoвa.,  Тeнишeв.,  Лeвитcкaя.,  Иcxaкoвa.,  Aшнин  1972:  3-19; 

Кoнoнoв 1974: 5-12;  Кoнoнoв., Тeнишeв., Фaзылoв 1981:3-22). 

 Sintaktik  quruluşa  dayalı  dilçilik  metodları  ilә  bәrabәr,  dilçilikdә  funksiyaya, 

konseptuallığa  vә  informasiya  texnolgiyalarına  söykәnәn  yeni  linqvistik  yöntәmlәr  dә  ortaya 

çıxmışdır.  Onların  türk  әdәbi  dillәrinә  bu  vә  ya  digәr  şәkildә  tәdbiq  edilmәsi  isә,  yuxarıda 

göstәrildiyi  kimi,  türkoloji  dilçiliyin  son  inkişaf  dövrlәrindә  özünü  göstәrir.  Bu  baxımdan  bәzi 

müәlliflәrin  universal  sәciyyәli  sistematik  linqvistik  yöntәmlәrlә  yazılan  bәzi  әsәrlәrindәn 

(Эргувaнлы 1987: 299-310; Юxaнcoн 1987: 398-425; Uzun 2000) keçәn әsrdә bir elmi-metodik 

vasitәçilik rolunun oynanılması gözlәnilirdi. Bu rol türkoloji dilçilkdә әnәnәvi dilçiliklә koqnitiv-

informativ  sәciyyәli  linqvistik  yöntәmlәrin  tәtbiqi  arasında  bir  keçid  mәrhәlәsinin  vә 

bağlantıların yaradıla bilmәsindәn ibarәt idi. 

Qeyd  olunmalıdır  ki,  belә  bir  vәzifә  göstәrilәn  dilçilik  әsәrlәrindә  yerinә  yetirilә 

bilmәmişdir.  Çünki,  sözügedәn  linqvistik  әsәrlәrdә  türk  dillәrinin  özünәmәxsus  olan  bir  çox 

önәmli fonetik, qrammatik, leksik vә leksikoqrafik özәlliyi lazımi sәviyyәdә dәrk olunmamışdır. 

Bunlar, hәr şeydәn öncә, ümumtürk dilinin әsas vә kömәkçi morfemlәrinin postpozisiyonda bir-

birinә artırılması,  sözlәrin  söz  yaradıcılığı  әsnasında  birlәşә bilmәsi vә sәslәrin  interpozisyonda 

qaynaşa  bilmәsi  ilә  geçәklәşәn  funksionallıqla  şәrtlәnir.  Söz  birlәşmәlәri,  cümlә  vә  mürәkkәb 

sintaktik  bütövlәrdә  isә  söz  sırasının  simmetrik  vә  asimmetrik  sәciyyәli  sıralanması  da  hәmin 

әsәrlәrdә  ümumtürk  dilinin  lazımi  sәviyyәdә  dәrk  olunmayan  özәlliklәrindәndir    (Musaoğlu 

2004ç: 30-32). Sözügedәn dönәmdә türk әdәbi dillәri vә dialektlәri bir çox halda dilçilik elminin 

ümumi  qayda-qanunlarına  әsasәn  işıqlandırılmır.  Onların  obyektiv  olaraq  deyil,  çox  vaxt 

ümumtürk dilinә qohum olmayan ayrı-ayrı xarici dillәrin araşdırılması yöntәmlәri ilә subyektiv 

olaraq  öyrәnilmәk  istәndiyi  müşahidә  olunur  (Musaoğlu  2004c:2145-2147).  Bu  isә  türkoloji 

dilçiliyә aid  aparılan  әnәnәvi,  yeni  vә  әn  yeni  linqvistik  işlәrin arasında sistemli  vә düzgün bir 

bağlantının  qurulmasını  böyük  bir  ölçüdә  bu  gün  dә  әngәllәmәkdәdir.  Sözügedәn    әngәllәrin 

ortadan qaldırılması isә türkoloji dilçiliyә dair linqvistik sәciyyәli aparılan bütün işlәrin bir yerdә 

qiymәtlәndirilmәsi,  yanlışlıqların  vә  tutarsızlıqların  obyektiv  olaraq  müәyyәnlәşdirilmәsi  ilә 

mümkün ola bilәr.  

Türkoloji  dilçiliyә  dair  işlәr  lap  әvvәldәn  әnәnәvi  xarakterli  müxtәlif  linqvistik 

yöntәmlәrin türk әdәbi dillәri vә dialektlәrinin materiallarına bir yerdә tәtbiq olunması ilә yerinә 




147 

 

yetirilmişdir. XX yüzildә dә әsas etibarilә öncәki yüzildә başladılmış olan dil vә qrammatika üzrә 



aparılan  işlәrin  hәyata  keçirilmәsi  vә  getdikcә  genişlәndirilmәsi  bu  vә  ya  digәr  şәkildә  davam 

etdirilmişdir. Bu baxımdan türk әdәbi dillәri vә dialektlәrinin bir çoxunun qrammatika kitabları 

daha  XX  yüzilә  qәdәr  yazılmamışdı.  Sadәcә,  yuxarıda  göstәrildiyi  kimi,    Türkiyә  (Osmanlı) 

Azәrbaycan, tatar, yakut (saha), Altay, qazax, Çuvaş vә tuva türkçәlәrinin qrammatika kitabları 

ayrıca  olaraq  bu  vә  ya  digәr  şәkildә  yayımlanmışdı.  XX  yüzildә  isә  bir  çox  türk  dilinin 

qrammatik quruluşuna dair ilk kitablar hazırlanmışdır. Bunlardan bәzilәrinin adını,  yuxarıda da 

göstәrildiyi kimi,  türk dillәrinә aid yazılmış örnәk kitablar olaraq aşağıda çәkmәk olar: 

1. “Qumuq dilinin qrammatikası” vә “Başqırd dilinin qrammatikası” (Дмитриeв 1940; 

1948); 

2.    “Qaraqalpaq dili” (Бacкaкoв 1951; 1952);  



 3.  “Oyrot  dilinin  qrammatikası”,  “Şor  dilinin  qrammatikası”  vә  “Xakas  dilinin 

qrammatikası” (Дырeнкoвa 1940; 1941; 1948); 

4.  “Karaim dilinin qrammatikası” (Муcaeв 1964); 

 5. “Qaqauz dilinin qrammatikası” (Пoкрoвcкaя 1964); 

6. “Sarı uyğur dilinin quruluşu” vә “Salar dilinin quruluşu”(Тeнишeв 1976a; 1976b);    

XX yüzilә qәdәr türk әdәbi dillәri vә dialektlәrinin әsas etibarilә fonetikası, qrammatik 

quruluşu,  hәmin  quruluşun  müxtәlif  linqvistik  özәlliklәri  vә    lüğәtçilik  sahәsi  öyrәnilmişdir. 

Bununla bәrabәr, göytürk, әrәb vә uyğur yazısı ilә yazılan qәdim әdәbi abidәlәrin vә әsәrlәrin dili 

vә  mәtnlәrinin  oxunmasına  dair  dә  çox  iş  görülmüşdür.  XX  yüzildә  isә  durum  fәrqlidir.  Bu 

yüzildә  artıq  bütövlükdә  türk  әdәbi  dillәrinin  vә  ayrılıqda  onların  hәr  birinin  funksional  olaraq 

işlәnilmә  sahәlәrinin  öyrәnilmәsi  gündәmә  gәlmişdir.  Belә  ki,  danışıq  dili  vә  dialektologiyaya 

dair müxtәlif işlәr görülmüşdür. Türk әdәbi dillәrindә yazan mәşhur yazıçıların hәr birinin dili vә 

üslubu  öyrәnilmişdir.    Buna  bağlı  olaraq  ayrı-ayrı  türk  әdәbi  dillәrinin  tarixlәri  vә  ümumi  dil 

tarixi kateqoriyaları müәyyәnlәşdirilmişdir. Türkoloji dilçilikdә ümumi onomastika, frazeologiya, 

semantika,  leksikologiya  vә  leksikoqrafiya  sahәlәri;  müstәqil  fonetika,  fonologiya,  qrammatika 

şöbәlәri  vә  dilin  öyrәnilmәsindә  özünü  ayrıca  olaraq  göstәrәn  nitq  mәdәniyyәti  istiqamәti 

formalaşmışdır. Bütün bunlarla bәrabәr, türk dillәrindә yazılan vә yuxarıda göstәrilәn digәr fәnlәr 

kimi milli filologiya fakültәlәrindә keçilәn “Dilçiliyә giriş” vә “Ümumi dilçilik” kimi kitablar da 

ortaya çıxmışdır.  Yuxarıda sözügedәn türkoloji fәnlәrә dair müxtәlif türk әdәbi dillәrindә qәlәmә 





Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   171


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə