M. M. Musayev



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə61/171
tarix20.09.2017
ölçüsü3,61 Mb.
#871
1   ...   57   58   59   60   61   62   63   64   ...   171

148 

 

alınan  monoqrafiyalara,  dәrs  kitablarına  vә  vәsaitlәrinә  örnәk  olaraq  aşağıdakı  kitabların  adını 



çәkmәk olar: 

1.

 



H. Baylıyev. “Müasir türkmәn dilinin qrammatikasının qısa kursu” (1948); 

2.

 



M. N. Xıdırov. “Türkmәn dilinin tarixindәn materiallar” (1962); 

3.

 



S. Cәfәrov. Müasir Azәrbaycan dili: leksiska” (1970); 

4.

 



Q. Әbdürrәhmanov., A. Rüstәmov. Qәdim türk dili” (1982);  

5.

 



B. Әbülqasımov. XIX әsrin ikinci yarısında qazax әdәbi dili” (1976); 

6.

 



A. A. Axundov. “Ümumi dilçilik: dilçiliyin tarixi, nәzәriyyәsi vә metodları” (1988); 

7.

 



E. Aqmanov. “Qazax dilinin tarixi sintaksisi” (1986); 

8.

 



N. Cәfәrov. “Azәrbaycan türkcәsinin millilәşmә tarixi” (1955); 

9.

 



N. Xudiyev. “Radio, televiziya vә әdәbi dil” (2001) vә s.  

Ana  dillәrindә  sistematik  olaraq  tәlim  vә  tәdris  işlәri  aparılmayan  türk  dillәrinә  dair 

keçmiş Sovetlәr Birliyindә yayımlanmış әsәrlәr isә әsas etibarilә rus dilindә yazılmışdır (Муcaeв 

1964; Рaccaдин 1978). 

Türk milli әdәbi dillәrindә hәm nәzәri, hәm dә tәtbiqi türkoloji dilçilik işlәrinin müxtәlif 

yerlәrdә yazılmağa vә yayımlanmağa başlanıldığı ümumi tarix türkologiya elmindә  әsas etibarilә 

XVIII-XIX yüzillәr olaraq qәbul edilir (Banguoğlu 1998: 144). Daha doğrusu, sözügedәn tarixin 

biblioqrafik olaraq göstәrilmәsi işi әn çox türk әdәbi dillәrinin XIX yüzildәn etibarәn formalaşan 

müxtәlif  funksional  üslublarının,  özәlliklә  dә  hәmin  dillәrdә  bәdii  üslubların  gerçәklәşmәsi 

prosesinә dayanır. Buna baxmayaraq, müxtәlif türk әdәbi  dillәrinin ayrılıqda başlanğıc tarixlәri 

vә  bütövlükdә  tәşәkkül  prosesinin  mәrhәlәlәri  XV-XVIII  yüzillәrә  vә  hәtta  XI-XIV  yüzillәrә 

qәdәr  dә  götürülür  (Hydyrow  1959;  Cыздыкoвa  1984:  20).  Bununla  bәrabәr,  XV  yüzilә  qәdәr 

yazılmış vә yayımlanmış olan әsas yazılı abidәlәrimizin vә müxtәlif әdәbi әsәrlәrimizin fonetik, 

qrammatik,  leksikoloji  vә  leksikoqrafik  özәlliklәri  arasında  çox  da  böyük  fәrqlilklәrin  olmadığı 

da  bir  hәqiqәtdir.  Buna  görә  dә,  fikrimizcә,    qәdim  (VI-XI  yüzillәr)  vә  orta  (XI-XIV  yüzillәr) 

türk dili olaraq adlandırılan mәrhәlәlәrin әslindә ümumi vә ortaq bir әdәbi dil kontekstindә dәrk 

olunması  daha  doğrudur.  Çünki,  türk  dillәrinin  bir-birindәn  çox  da  fәrqli  olmayan  linqvistik 

özәlliklәrlә  XIV  yüzilә  qәdәr  ümumi  bir  әdәbi  dil  әnәnәsinә  sahib  olduğu  mәşhur  türkoloqlar 

tәrәfindәn dә ifadә olunur (Бacкaкoв 1986: 42; Hacıeminoğlu 1996: 2). Türkdilli coğrafiyadakı 

tarixi  әsәrlәrimizin  hәr  hansı  bir  türk  boyunun  olmadığı  göstәrilir.  Hәmin  әsәrlәrin  bütün 




149 

 

türklәrin  ümumi  sәrvәti  olduğu  vә  türk  boylarının  müxtәlif  xalqlar  olaraq  isә    XV  yüzildәn 



etibarәn formalaşdığı digәr bir elmi mәnbәdә  dә vurğulanır (Муxaмeдoвa 1973: 7-13).  

Belәliklә,  türkologiyada  başından  bәri  öncә  әnәnәvi,  sonra  isә  müәyyәn  bir  ölçüdә 

struktur vә sistematik xarakterli linqvistik yöntәmlәrlә yazılmış araşdırmalar vә müxtәlif dilçilik 

işlәri  vardır.  Bütün  bunları  XX  yüzildәki  elmi-praktik  istiqamәtlәri,  tәtbiqi  yönlәri  vә  ya  әsas 

mövzuları ilә aşağıdakı şәkildә qruplaşdırmaq mümkündür. 

 

2.2.3.1. Fonetika vә fonologiyaya dair görülәn işlәr  

Ümumtürk dilinin hәm dialektlәr üstü әdәbi dillәrinә, hәm dә dialektlәrinә vә şivәlәrinә 

dair fonetik işlәr 1920-ci illәrdәn başlayaraq bir çox türkoloji mәrkәzdә eksperimental metodla da 

davam  etdirilmişdir.  Türk  әdәbi  dillәri  vә  onun  dialektlәrinin  saitlәr  vә  samitlәr  sistemi,  ahәng 

qanunu, sәs uyumu, assimilyasiya, dissimilyasiya, metateza, proteza, vurğu, intonasiya, heca vә 

digәr fonetik qanunlar vә hadisәlәr türkoloji dilçilikdә çox geniş işıqlandırılmışdır. Bütün bu işlәr 

hәm  әnәnәvi  xarakterli  fonetik-fonoloji  araşdırma  üsulları  ilә,  hәm  dә  labaratoriyalarda  tәtbiq 

edilәn  yeni  eksperimental  yöntәmlәrlә  yerinә  yetirilmişdir.  Türk  dillәri  vә  dialektlәrindәn  hәr 

hansı  birinin  işlәnilmәsinә  bağlı  olaraq  müәyyәnlәşәn  fonemlәrin  dil  sistemindәki  konkret 

fonoloji  vәzifәlәri  vә  pozisiya  dәyişmәlәri  sinxronik  vә  diaxronik  aspektlәrdә  tәdqiqata  cәlb 

olunmuşdur.  Sözügedәn  araşdırma-öyrәnilmә  işlәri  daha  çox  tәsviri,  müqayisәli-tarixi  vә 

müqayisәli-tipoloji  yöntәmlәrlә  gerçәklәşdirilmişdir  (Муcaeв.,  Пoкрoвcкaя.,  Ceвoртян., 

Гaджиeвa., Юлдaшeв., Бacкaкoв., Кoвшoвa., Тeнишeв., Лeвитcкaя., Иcxaкoвa., Aшнин 1972: 

5-6;  Kononov  1974b:  3;  Aшнин.,  Бacкaкoв.,  Гaджиeвa.,  Кoрмушин.,  Лeвитcкaя.,  Муcaeв., 

Пoцeлуeвcкий., Тeнишeв., Чeчeнoв 1982:7).  

 

2.2.3.2.  Qrammatika:  morfologiya,  sintaksis  vә  söz  yaradıcılığı  sәviyyәsinin 

öyrәnilmәsi 

Söz  yaradıcılığı  türk  dillәri  vә  dialektlәrindә  bütövlükdә  aqqilitünativ  vә  analitik 

üsullarla,  ayrılıqda  isә  felin  növ,  ismin  mәnsubiyyәt,  tәklik-çoxluq  vә  s.  semantik-funksional 

xarakterli  formadüzәldici  leksik-qrammatik  şәkilçilәri  ilә  gerçәklәşir.  Hәmin  proses  türkoloji 

dilçilikdә hәm  paradiqmatik-sintaktik, hәm  dә sintaqmatik-leksik özәlliklәri ilә  qarşılıqlı olaraq 

öyrәnilir.  Bu  baxımdan  ümumtürk  dili  qrammatikasına  dair  XX  yüzildә  görülmüş  işlәrdә 

әvvәlkilәrә görә araşdırma-öyrәnilmә sahәlәrinin genişlәndiyi vә getdikcә sistematik bir quruluşa 



Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə