M. M. Musayev



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə62/171
tarix20.09.2017
ölçüsü3,61 Mb.
#871
1   ...   58   59   60   61   62   63   64   65   ...   171

150 

 

çevrildiyi  müşahidә  olunur.  Türk  dillәrinin  qrammatikasına  dair  aparılan  linqvistik 



kateqoriyalaşdırmalar klassik Avropa qrammatikasının modellәri ilә  dilin hәm quruluşuna, hәm 

dә sisteminә görә müәyyәnlәşdirilmişdir. Bu kontekstdә dilin qrammatik sistemindә yer alan vә 

onun alt qrammatik şәbәkәsini tәşkil edәn hal, mәnsubiyyәt, tәklik-çoxluq, müәyyәnlik vә qeyri-

müәyyәnlik,  tәsdiq-inkar,  növ,  şәkil,  şәxs,  zaman  vә  s.  kateqoriyalaşdırmaları  uyğun  morfoloji 

әlamәtlәrinә  görә  tәsniflәndirilmişdir.  Üst  qrammatik  kateqoriyalaşdırmalar  olaraq  isә 

aşağıdakılar müәyyәnlәşdirilmişdir: 

-İsim,  sifәt,  әvәzlik,  zәrf,  say,  feil,  yardımçı  ad,  әdat,  qoşma,  bağlayıcı,  nida  vә  s.  nitq 

hissәlәri;  

-Tәyini söz birlәşmәlәri, feli tәrkiblәr vә digәr söz qrupları;  

-Cümlә vә xәbәr formaları; sadә, mürәkkәb cümlәlәr vә mürәkkәb sintaktik bütövlәr.   

Üst  qrammatik  kateqoriyalaşdırmalar  türkoloji  dilçilikdә  daha  çox  sintaktik  vә  qismәn 

dә  mәtnlinqvistik  özәliklәri  ilә  işıqlandırılmışdır.  Söz  yaradıcılığı  ümumi  dilçilikdә  hәm 

morfologiya  vә  leksikologiyada  (Aлпaтoв  2004:103),  türkoloji  dilçilikdә  isә  daha  çox 

qrammatikanın bir bölmәsi olaraq öyrәnilmişdir (Кoнoнoв., Тeнишeв., Фaзылoв 1981:5). Buna 

baxmayaraq, ümumtürk dilinә mәxsus olan normativ, tәsviri vә funksional sәciyyәli mükәmmәl 

bir qrammatika kitabının türkoloji dilçilikdә artıq hazırlanıldığı hәlәlik söylәnilә bilmәz.  

Çünki  istәr  Türkiyәdәki  tәnzimat  vә    bütövlükdә  Türk  dünyasındakı  XIX  yüzil  vә  ya 

respublika dönәmi öncәsi vә istәrsә dә sonrası türkoloji dilçilik işlәri lap әvvәlindәn latın mәnşәli 

Avropa qrammatikasına әsaslanmışdır. Başqa bir ifadә ilә hәmin işlәr sadәcә  әrәb, slavyan-rus, 

fransız  vә  ingilis  dilçiliyi  әnәnәlәrinә  deyil,  hәm  dә  çox  vaxt  söz  konusu  dillәrin  qrammatik 

qayda-qanunlarına söykәnmәmişdir. Türkcәyә vә ya türk әdәbi dillәri vә dialektlәrinә dayanan vә 

onlara  görә  inkişaf  etdirilәn  orijinal  bir  linqvistik  metodologiya  vә  ya  dilçilik  mәktәbi 

olmamışdır. 

Bu  kontekstdә  türk  dilinә  görә  orijinal  bir  metodologiyanın  formalaşdırılması  üçün 

qrammatikaya  dair  qavramların  (konseptlәrin)  vә  kateqoriyaların  әsas  komponentlәri  ilә 

sistematik  olaraq  yenidәn  qavramlaşdırılması  vә  detalları  ilә  kateqoriyalaşdırılması  işlәri 

başlanılmalıdır. Mәsәlәn:  

A. Türk әdәbi dillәri vә dialektlәrindә söz yaradıcılığının növlәri onların tәrkibini tәşkil 

edәn  konseptual-leksik  komponentlәrin  linqvistik-qrammatik  göstәricilәri  ilә  müәyyәnlәşir. 

Bunların  bir-birindәn  leksik-qrammatik  fәrqlәri  vә  ya  algılanmaya  görә  müәyyәnlәşәn  fәrqlilik 




151 

 

dәrәcәlәri  konseptual  olaraq  müәyyәnlәşdirilmәlidir.  Onda  türk  dillәrindә  mürәkkәb  söz  vә 



onların bitişik vә ya ayrı yazılması problemi dә hәll olunacaqdır.  

B.  İsmin  hal,  mәnsubiyyәt,  tәklik-çoxluq;  felin  şәkil,  tәrz,  növ  kateqoriyaları; 

tәsriflәnmәyәn feli sifәt, feli bağlama, mәsdәr vә digәr kәlmә qruplanmaları, bütövlükdә cümlәlәr 

türkoloji dilçilikdә yenidәn tәsniflәndirilmәlidir. Bunlara bağlı olaraq predikativlik-modallıq üst 

vә  alt  sәviyyәlәrinin  leksik-qrammatik  göstәricilәri  konseptual  olaraq  modellәşdirilmәlidir. 

Yalnız  o  zaman  tәrz  kateqoriyasının  dilin  leksik-qrammatik  sistemindәki  yeri;  sadә,  mürәkkәb 

cümlәlәrin  vә  mürәkkәb  sintaktik  bütövlәrin  türkcә  mәtndәki  sәrhәdlәri  açıq  olaraq 

müәyyәnlәşdirilә bilәr.   

 

2.2.3.3. Leksikologiya, leksikoqrafiya vә frazeologiya sәviyyәsinin öyrәnilmәsi 

Sözügedәn  dil  sәviyyәsi  birinci  vә  ikinci  dәrәcәli  nominativ  adlandırmaları  ilә  

bütövlükdә  söz  problemi  ilә  bağlı  olan  mәsәlәlәri,  ayrılıqda  isә  söz  yaradıcılığını  vә  dildәki 

frazeologizmlәşmә hadisәsini әhatә edir. Söz yaradıcılığı prosesi türk dillәrindә, hәr şeydәn öncә,  

şәkilçilәrin  sözlәrin  kök  vә  gövdәlәrinә  artırılması  vә  müxtәlif  sözlәrin  vә  qoşa  sözlәrin 

birlәşәrәk bir mürәkkәb söz әmәlә gәtirmәsi ilә gerçәklәşir. Dildә söz yaradıcılığının qrammatik-

morfoloji  formalaşma  ilә  dә  bağlı  olaraq  isimdәn  feil,  feildәn  isim,  isimdәn  isim,  feildәn  feil 

düzәldilmәsi  hadisәlәri  ortaya  çıxır.  Bütün  bunlar  vә  sintaktik  şәkillәnmәlәri  ilә  növ, 

mәnsubiyyәt, tәklik-çoxluq, feli sfәt vә feli bağlama funksionallığının kateqoriyalaşdırmaları hәm 

qrammatik,  hәm  dә  leksik  parametrlәri  ilә  öyrәnilir.  Bununla  bәrabәr,  qovuşma,  uyuşma  vә 

birlәşmә  semantik  diferensiallaşma  dәrәcәlәri  ilә  gerçәklәşәn  frazeologizmlәşmә  hadisәsi  dә 

sözügedәn dil sәviyyәsindә işıqlandırılır (Bayramov 1978: 5-27). 



2.2.3.3.1.  Leksikologiya  türkoloji  dilçilikdә  bir  linqvistik  şöbә  vә  ya  fәnn  olaraq  türk 

әdәbi dillәri vә dialektlәrinin leksikasına dair aparılmış olan struktur-semantik işlәrin 1960-1970-

ci  illәrdә  sürәtlәnmәsi  ilә  formalaşmışdır.  Hәmin  dilçilik  işlәrindә,  hәr  şeydәn  öncә,  leksik 

vahidlәrin  müxtәlif  mövzular  üzrә  üst  vә  alt  semantik  qrupları  vә  uyğun  leksik-semantik 

kateqoriyalaşmaları  müәyyәnlәşdirilmişdir.  Ayrı-ayrı  türk  әdәbi  dillәrindә  әrәb,  fars,  monqol, 

Qafqaz,  Fin-Uqor  vә  digәr  Hind-Avropa  dillәrindәn,  özәlliklә  rus  dilindәn  alınaraq  işlәnilәn 

alınmaların  unifikasiyası  vә  kodifikasiyası  işlәri  aparılmışdır.  Türk  әdәbi  dillәri  vә 

dialektlәrindәn digәr qohum olmayan dillәrә, özәlliklә dә slavyan dillәrinә alınan dil alınmaları 

isә  leksikologiya  vә  etimologiya  elmlәri  baxımlardan  öyrәnilmişdir.  Leksikologiyaya  dair 



Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə