M. M. Musayev



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə63/171
tarix20.09.2017
ölçüsü3,61 Mb.
#871
1   ...   59   60   61   62   63   64   65   66   ...   171

152 

 

fundamental  dilçilik  işlәri  günümüzә  qәdәr  hәm  sinxronik,  hәm  dә  diaxronik  olaraq  davam 



etdirilmişdir.  Dilin  leksik  tәrkibi  onun  әdәbi-funksional  müstәvidә  işlәnilmәsi  problemlәri  ilә 

bağlı olaraq işıqlandırılmışdır. Sözün tәbii quruluşu vә anlamlarına bağlı olaraq türk әdәbi dillәri 

vә dialektlәrinin leksikasına dair türk mәnşәli vә alınma leksik tәbәqәlәr müәyyәnlәşdirilmişdir. 

Bununla bәrabәr, dildәki  ümumi  inkişaf vә dәyişmәlәrә  görә quruluş vә  semantik  mütәnasiblik 

tәsbit edilmiş, çoxmәnalı sözlәrin vә digәr baş sözlәrin leksik-semantik inkişaf özәlliklәri diqqәt 

mәrkәzindә  olmuşdur.  Termin  problemi  vә  terminlәrlә  bağlı  olan  qavramların  qarşılıqlarının 

yaradılması  vә  ya  mövcud  olanların  türk  әdәbi  dillәrindә  düzәldilmәsi  vә  kodlaşdırılması 

gündәmdә hәmişә öz aktuallığını saxlamışdır. Vә türk onomastikasına dair dә bütövlükdә bir çox 

iş  görülmüşdür  (Aшнин.,  Бacкaкoв.,  Гaджиeвa.,  Кoрмушин.,  Лeвитcкaя.,  Муcaeв., 

Пoцeлуeвcкий.,  Тeнишeв.,  Чeчeнoв  1982;  Бacкaкoв  1986).  Nәticәdә  bir-birilә  qohum,  yaxın 

qohum vә әn yaxın qohum olan türk dillәrinin sosial-mәdәni xarakterli dil әlaqәlәrinin keçmişә, 

indiyә,  gәlәcәyә  vә  “milli  öz”ә  görә  daha  geniş  bir  diskursiv  aurada  öyrәnilmәsinin  yolu 

açılmışdır. 

Türkoloji  dilçilik  işlәrinin  indiyә  qәdәr  әsas  etibarilә  әnәnәvi-tәsviri,  tarixi-müqayisәli  

vә  müqayisәli-tarixi  linqvistik  yöntәmlәrlә  aparıldığı  artıq  hamıya  çox  yaxşı  mәlumdur.  Ancaq 

leksik vahidlәrin konseptual olaraq dәrinlәmәsinә öyrәnilmәsindә bu gün artıq yalnız sözügedәn 

әnәnәvi  sәciyyәli  dilçilik  metodlarının  tәtbiq  olunması  qәnqәtbәxş  deyildir.  Hәmin  әnәnәvi 

yöntәmlәrin tәtbiqi ilә hәm әdәbi dil, hәm dә ümumi dil tarixi baxımından “Әn Yeni Türk Dili 

dönәmi”  ilә dәyәrlәndirәn ümumtürk dili fenomeninin çağdaş araşdırma-öyrәnilmә şәrtlәri bir-

birinә uyğun gәlmir. Buna görә dә nominativ adlandırmalı leksik vahidlәrin vә ad köçürülmәsi ilә 

gerçәklәşәn  frazeologizmlәrin  öncә  konseptual  konponentlәrinin  göstәricilәri  vә  ilk  örnәklәri 

tәsbit  edilmәlidir.  Bundan  sonra  isә    onların  qavramlaşdırılması  vә  leksik-leksikoqrafik 

quruluşları vә frazeologizmlәşmә dәrәcәlәri ilә kateqoriyalaşdırılması lazımdır. 

Türkoloji  dilçiliyin  leksika  vә  leksikologiya  bölmәsindә  bu  günә  qәdәr  linqvistik-

leksikoqrafik olaraq görülәn әsas işlәrdәn biri xarici dillәrdәn türk әdәbi dillәrinә keçәn alınma 

sözlәrә qarşılıqların tapılması vә ya düzәldilmәsi olmuşdur. Hәmin qarşılıqlar daha çox müxtәlif 

türk  dili  mәnbәlәrindәn,  dialektlәrdәn,  ağızlardan  alınmış  vә  ya  dilin  daxili  imkanları  hesabına 

sintetik  vә  analitik  üsullarla  düzәldilmişdir.  Qeyd  olunmalıdır  ki,  xarici  dillәrdәn  ümumtürk 

dilinә keçәn sözlәrә leksik qarşılıqların tapılması vә düzәldilmәsi işi әn çox Türkiyә türkcәsindә 

aparılmışdır. Hәtta digәr türk әdәbi  dillәrindә “nәnә” vә “baba” kimi  işlәnilәn vә ümumiyyәtlә 




153 

 

ümumtürk dili leksikasında var olan sözlәrin qarşılıqları Türkiyә türkәcәsindә Avropa dillәrindәn 



kalka  yolu  ilә  alınaraq  “babaanne”  vә  “büyükbaba”  şәklindә  düzәldilmişdir.  Vә  ya  çağdaş 

Türkiyә türkcәsindә Hind-Avropa dillәrinin sintaktik modellәrinә uyğun olaraq “ilxı”  yerinә “at 

sürüsü, “yüyәn”  yerinә isә “at  başlığı” da işlәnilir. Digәr türk әdәbi  dillәrindә  işlәnilәn bir çox 

alınma  sözlәrin  leksikoqrafik  modellәri  çox  zaman  öz  әsillәrinә  uyğun  olaraq,  heç 

dәyişdirilmәdәn,  yәni  kodifikasiya  vә  unifikasiya  olunaraq  işlәnilmişdir.  Mәsәlәn,  qrammatika, 

morfologiya,  sintaksis,  faks  vә  s.    sözlәr.  Ancaq  hәmin  sözlәr  çağdaş  Türkiyә  türkcәsindә  “Dil 

bilgisi, şәkil bilgisi, söz dizimi vә bәlgәgeçәr” şәkillәrindә dә işlәnilir. Әqrәbalıq, yaxın vә uzaq 

qohumluq,  heyvandarlıq  vә  s.  bildirәn  sözlәr,  ifadәlәr  vә  terminlәr  digәr  türk  әdәbi  dillәrinin 

leksikasında bu gün dә öz yerini qoruyub saxlamaqdadır. Belәliklә, müxtәlif alınma sözlәr vә ya 

ifadәlәr hәm hәrfiyyәn, hәm olduğu kimi, hәm dә kalka yolu ilә vә semantik olaraq türk dillәrinin 

sәs  quruluşuna  vә  qrammatik  özәlliklәrinә  uyğunlaşdırılmış  vә  leksikoqrafik  olaraq 

kodlandırılmışdır.  Bu  kontekstdә  türk  dillәrini  bir-birilә  qohum  vә  yaxın  vә  әn  yaxın  qohum 

әdәbi  dillәr  vә  dialektlәr  olaraq  formalaşdıran  leksikoloji,  leksikoqrafik  vә  digәr  oxşar 

kateqoriyalaşdırmalara  dair  türkcә  olaraq  gәlişdirilәcәk  metodologiyaya  uyğun  bir  koqnitiv  vә 

leksikoqrafik  prinsip  müәyyәnlәşdirilmәlidir.  Mәsәlәn,  Türkiyә  türkcәsindә  hәm  dil  daxili,  hәm 

dә  dil  xarici  faktorların  tәsirilә  diferensiallaşan  tәyini  söz  birlәşmәlәrindәn  mürәkkәb  sözlәrin 

әmәlә  gәlmәsi  prosesi  müәyyәnlәşdirilәcәkdir.  Hәmin  prinsipә  görә  dә  türk  әdәbi  dillәri  vә 

dialektlәrindә ayrıca bir sintaktik-leksikoqrafik kateqoriyalaşma işi tәsbit olunmalıdır. Sözügedәn 

kateqoriyalaşma  işi  Türkiyә  türkcәsindә  işlәnilәn  “söz  dizimi,  sözdizimi,  sözdizim;  dil  bilimi, 

dilbilimi,  dilbilim;  Türklük  bilimi,  Türklükbilimi,  Türkbilim//Türklükbilim”  örnәklәrinә  vә  digәr 

oxşar qrammatik gәlişmәlәrә vә dәyişmәlәrә görә dә aparıla bilәr (Musaoğlu 2002: 178).    



2.2.3.3.2.  Leksikoqrafiyaya  dair  aparılan  linqvistik  xarakterli  işlәrin  tarixi  türkoloji 

dilçilkdә  Mahmud  Qaşqarlının  “Divani-lüğәt-it  türk”  adlı  әsәrinә  qәdәr  uzanıb  gedir.  Bu  şöbә 

әslindә türkoloji dilçiçilyin әn inkişaf etmiş sahәlәrindәn biri olaraq da diqqәti cәlb edir. Müxtәlif 

lüğәtlәrin tәrtibi prinsiplәrinin inkişaf etdirilmәsi türk leksikoqrafiyasında bu gün dә tam sürәtlә 

davam  etdirilmәkdәdir.  1990-cı  illәrdәn  etibarәn  türk  leksikoqrafiyasında  türk  әdәbi  dillәri  vә 

dialektlәrinin,  yuxarıda  da  göstәrildiyi  kimi,  tәrtib  olunmasında  yeni  bir  elmi-linqvistik 

mәrhәlәyә qәdәm qoyulmuşdur. İndi artıq, yuxarıda göstәrilәn digәr lüğәtlәrlә bәrabәr, yeni tipli 

türkoloji  lüğәtlәr  dә    tәrtib  olunmaqdadır.  Bunlar  hәm  ümumi  müqayisәli  türk  dillәri  lüğәtlәri, 

hәm  dә  özәl  atalar  sözlәri,  frazeologizmlәr,  terminlәr  lüğәtlәrindәn  ibarәtdir  (Musaoğlu  2002: 



Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə