M. M. Musayev



Yüklə 3,61 Mb.

səhifə65/171
tarix20.09.2017
ölçüsü3,61 Mb.
1   ...   61   62   63   64   65   66   67   68   ...   171

156 

 

rekonstruksiyonları ilә ümumtürk dili tarixinin indiyә qәdәrki әn әhatәli elmi araşdırma istiqamәti 



olaraq qiymәtlәndirilә bilәr.    

Bu  kontekstdә  çağdaş  Avrasiya  türkcәlәri  tәşәkkülü  tarixlәrinin  hәr  birinin  ayrı-

ayrılıqda  sinxronik  vә  diaxronik  olaraq  tәsvir  olunması  sözügedәn  müqayisәli  vә  müqayisәli-

tarixi işlәri tamamlamaqdadır. Türk dillәrinin hәm müqayisәli vә müqayisәli-tarixi yöntәmlә bir 

bütün  dil  olaraq  araşdırılması,  hәm  dә  onların  ayrı-ayrılıqda  tәsviri  vә  tarixi-müqayisәli 

yöntәmlәrlә işıqlandırılması nәticә etibarilә ümumtürk dili tarixinin öyrәnilmәsi mәnasına gәlir. 

Sözügedәn elmi-linqvistik istiqamәtlәrdә aparılmış olan dilçilik işlәrindә әn önәmli xüsuslardan 

birini  isә  ümumtürk  dili  tarixinin  dövrlәşdirilmәsi  mәsәlәsi  tәşkil  edir.  Ümumtürk  dili  tarixinin 

dövrlәşdirilmәsi  mövzusuna  dair  söylәnilәn  fikirlәri  vә  aparılan  konseptual  qavramlaşdırmaları 

yuxarıda  göstәrilәn  elmi-linqvistik  istiqamәtlәrә  bağlı  olaraq  әsas  etibarilә  iki  qrupa  ayırmaq 

mümkündür. 

Birincisi, ümumtürk dilini dialektlәri, şivәlәri, qәdim vә yeni әdәbi dillәri ilә bir bütün 

dil  olaraq  qavramlaşdıranlar  gәlir.  Әlbәttә,  onların  qavramlaşdırmalarında  yer  alan  açıqlamalar 

müәyyәn  terminoloji  müxtәliflik  vә  linqvistik  fәrqliliklәri  dә  ehtiva  edir.  Ancaq  bütün  bunlar 

Әhmәd  Cәfәroğlunun  ana  xәtlәri  ilә  müәyyәnlәşdirdiyi  ümumtürk  dili  tarixi-xronoloji 

dövrlәşdirmәlәri  ilә  eyni  bir  istiqamәtdә  birlәşir.  Sözügedәn  dövrlәşdirmә  isә  konkret  olaraq 

aşağıdakı ümumi xronoloji sıralanma ilә müәyyәnlәşir: 

1.

 

İlk türk vә ya milatdan öncәki Altay-Monqol dönәmi



2.

 

Ana türk-hun dönәmi vә ya  әn qәdim türk dili: I-VI yüzillәr; 



3.

 

Qәdim türk dili: göytürkcә, uyğurca; VI-X yüzillәr; 



4.

 

Orta türk: Qaraxanlıca, Xarәzmcә vә s. XI-XIV yüzillәr; 



5.

 

Yeni türk: Osmanlıca, Cağatayca vә s. XV-XIX yüzillәr



6.

 

Çağdaş türk dillәri: XIX-XX yüzillәr (Caferoğlu 1984).  



Ümumtürk  dilinin  sözügedәn  dövrlәşdirmәsi  müxtәlif  әlifbalarda  yazılmış  yazılı 

abidәlәrin,  türkcә  olan  hәr  cür  mәtnlәrin  vә  dialekt-şivә  faktlarının  materialları  ilә  sinkretik 

olaraq müәyyәnlәşdirilmişdir.  

İkincisi,  ümumtürk  dilinin  tarixini  bir-birilә  qohum  olan  ayrı-ayrı  türk  dillәrinә  görә 

dövrlәşdirәnlәr  vә  ya  konseptual  olaraq  hәmin  müstәvidә  qavramlaşdıranlar  gәlir.  Sözügedәn 

qavramlaşdrma  ümumtürk  dili  tarixinin  hәr  bir  türk  dili  vә  ayrı-ayrılıqda  onların  әdәbi  dillәri 

tarixlәri  istiqamәtlәrindә  öyrәnilmәsi  ilә  müәyyәnlәşmәkdәdir.  Başqa  bir  sözlә,  türk  dillәri  vә 




157 

 

dialektlәrinin  başlanğıc  vә  sonrakı  inkişafının  tarixlәri  bir-birilә  qohum  olan  dillәrin  vә  әdәbi 



dillәrinin tarixlәri olaraq dövrlәşdirilmәkdәdir. Belә ki, müxtәlif türk dillәrinin başlanğıc tarixlәri 

hәm  qohum  dillәr,  hәm  dә  әdәbi  dillәr  tarixlәri  olaraq  әsas  etibarilә  XI  yüzilә,  bәzәn  dә  XIV 

yüzilә qәdәr vahid bir qәdim türk dili әsasında dövrlәşdirilmәkdәdir. Sözügedәn tarixlәr VIII, XI-

XIII-XIV,  XV-XVI,  XIX  vә  s.  yüzillәr  olaraq  da  göstәrilmәkdәdir.  Mәsәlәn,  qәdim  uyğur  dili 

(VIII  yüzil), qәdim özbәk dili  (XI  yüzil), qәdim Azәrbaycan dili  (XIII-XIV  yüzil), qәdim tatar 

dili (XV yüzil), qәdim qazax dili (XVI yüzil) vә s. kimi. Bunlar özünәmәxsus olan nәzәri leksik- 

qrammatik  parametrlәri  vә  konkret  әdәbi  dil  mәtnlәri  ilә  müәyyәnlәşdirilir.  Bunun  nәticәsindә 

ümumtürk dilinә dair iki dil tarixi vә әdәbi dil tarixi anlayışı vә ya konseptual qavramlaşdırması 

meydana  çıxır:  hәr  bir  milli  dilin  tarixi  vә  onun  әdәbi  dilinin  tarixi.  Buna  uyğun  olaraq  da 

aşağıdakı  tarixi-filoloji  kateqoriyalaşdırmalar  sıralanır:  1.  Milli  dilin  tarixi  qrammatikası;  2. 

Әdәbi  dilin  tarixi  qrammatikası;  3. Әdәbi  dil tarixi  (Hydyrow 1959:  113-156;  Abdurahmanov., 

Şukurov 1973: 19; Сыздыкова 1984: 20; Tenişev 1988: 75).   

 Sovetlәr  Birliyi  dağıldıqdan  sonra,  ayrılıqda  türk  dillәrinin,  bütövlükdә  isә  ümumtürk 

dilinin  tarixindә  yeni  bir  tarixi  dönәm  başladı.  Belә  bir  vәziyyәt  ümumtürk  dili  tarixinin  istәr 

vahid bir dil, istәrsә dә iki qohum dillәr tarixi olaraq dövrlәşdirilmәsindә başlanğıcda, hәr şeydәn 

öncә,  elmi-populyar  xarakterli  fikirlәrin  irәli  sürülmәsi  ilә  dә  müәyyәnlәşmәkdәdir.  Bu 

fikirlәrdәn  biri  kimi  ayrılıqda  hәr  bir  böyük  türk  boyunun,  daha  doğrusu,  boy  birlәşmәlәrinin 

dilinin vә ya Ana Oğuzca, Ana Qıpçaqca, Ana Bulqarca, Ana Altayca komponentlәrinin Qәdim 

Türk dilindәn әvvәlki Ana Türkcә kontekstindә birlәşdirilmәsindәn ibarәtdir.  

 Sovetlәr  Birliyindә  “Az  i  Ya”  әsәri  ilә  (Musaoğlu  2002:  179-184)  mәşhurlaşan  vә 

ümumtürk dili leksiksına dair irәli sürdüyü cәsarәtli fikirlәri ilә tanınan Oljas Süleymanovun da 

türk  dillәri  tarixinin  dövrlәşdirilmәsinә  dair  maraqlı  fikirlәri  vardır.  Onun  әsas  dünya 

mәdәniyyәtlәri,  dillәri  vә  yazıları  kontekstindә  ümumtürk  dilinin  tarixinә  dair  gerçәklәşdirdiyi 

dövrlәşdirmәsi  vә  buna  uyğun  olan  tәsniflәndirmәsi  konkret  dil  faktlarına  vә  dil  sәviyyәlәrinin 

linqvistik  inkişafına  vә  dәyişmәlәrinә  söykәnmir.  Buna  baxmayaraq,  sözügedәn  dil  tarixi 

dövrlәşdirmәsi  vә  türk  dillәrinin  ona  uyğun  olaraq  aparılan  tәsniflәndirmәsi  böyük  maraq 

doğurur. Oljas Süleymanov ümumtürk dili vә ya türk dillәri tarixinin fәrqli bir dövrlәşdirilmәsi 

vә әdәbi dillәrinin tәsniflәndirilmәsini aşağıdakı kimi gerçәklәşdirmişdir:   

“1. Ana türkcә 

1.1.Ana oğuzca 






Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   171


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə