M. M. Musayev



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə67/171
tarix20.09.2017
ölçüsü3,61 Mb.
#871
1   ...   63   64   65   66   67   68   69   70   ...   171

161 

 

linqvistik tәhlilә  sinkretik olaraq  cәlb olunmalıdır. Hәr bir  çağdaş Avrasiya  türkcәsi  vә  ya türk 



әdәbi  dili  konseptual-filoloji  xarakterli  ümumtürk  dili  kontekstindә  özünәmәxsus  müәyyәn  bir 

milli-tarixi  formalaşma  prosesi,  dil-danışıq,  folklorik,  dialekt  vә  şivә  özәlliklәri  ilә  

seçilmәkdәdir. Ümumtürk dilinin tarixi vә ya ayrı-ayrı konkret türk dillәrinin tarixi deyincә hәm 

dialekt  vә  şivә  mateialları,  hәm  dә    folklorik  vә  digәr  әdәbi  mәtnlәrin  öyrәnilmәsi  nәzәrdә 

tutulur. Qәdim vә  orta klassik türk әdәbi dilllәri, çağdaş Avrasiya türkcәlәri vә  ya әdәbi dillәri 

deyincә  isә,  hәr  şeydәn  öncә,  yazılı  mәtnlәr  vә  konkret  dil-danışıq  faktları  ağla  gәlir.  Bu 

baxımdan  hәr  hansı  bir  türk  dilinin  vә  ya  әdәbi  dilininin  tarixi  vә  onun  qrammatikasının 

komponentlәri,  hәr  şeydәn  öncә,  ümumtürk  dili  tarixi  qavramının  bir  alt  qavramları  vә  ya 

başlıqları olaraq qiymәtlәndirilmәlidir. Hәr hansı bir türk dilinin әdәbi dilinin tarixi isә hәm dә 

elә onun tarixi demәkdir.   

Belәliklә, ümumtürk dilinin tarixi inkişafını hәm yazısız Ana türk dönәmi, hәm dә yazılı 

klassik  vә  çağdaş  türk  әdәbi  dillәri  özәlliklәrinin  retrospektiv,  prospektiv  vә  interospektiv 

görünümü aspektlәrindә işıqlandırılması ilә  aşağıdakı şәkildә dövrlәşdirmәk mümkündür.  

1. Ana vә ya әcdad türk dönәmi (pra- vә prototürk) 

1.1. İlk türk dönәmi (bizim eradan әvvәl I-IV vә ya I-VI yüzillәr; Altay dönәmi); 

1. 2. Ön türk vә ya I-VI yüzillәr Hun dönәmi

1.3.  Qәdim    türk  dönәmi  (göytürkcә,  uyğurca;  Qaraxanlıca,  Xarәzmcә  vә  s.;  VI-XIV 

yüzyillәr); 

2.

 

Orta türk dönәmi (Osmanlıca vә Çağatayca; ayrı-ayrı regional türk lәhcәlәri, danışıq 



vә ya әdәbi dillәri; XV-XIX yüzillәr); 

3.

 



Yeni vә әn yeni türk dönәmi (qohum vә bir-birinә әn yaxın qohum olan türk dillәri 

vә ya әdәbi dillәri; XIX-XXI yüzillәr).   



 

Birinci hissәyә dair yoxlama sualları vә tapşırıqlar 

1.  Türkologiyanın  tarixindә  alman  әsilli  rus  türkoloqu  V.  Radlovun  hansı  filoloji-

linqvistik  vә  leksikoqrafik  xidmәtlәri  olmuşdur?  Bәs  bütövlükdә  türkologiyanın  vә  ayrılıqda 

türkoloji  dilçiliyin  tarixi  indiyә  qәdәr  әn  çox  V.  Radlovla  әlәqaәlәndirilәn  hansı  ümumi  tezislә 

öyrәnilmişdir?  İndi  müasir  filologiyada  türkoloji  dilçiliyin  tarixi  yenә  dә  V.  Radlovun  elmi 

fәaliyyәti  ilә  әlaqlәndirilәn  ümumi  tezislә  öyrәnilirmi?  Әgәr  türkoloji  dilçiliyin  tarixi  sadәcә 




162 

 

sözügedәn  ümumi  tezislә  öyrәnilmirsә,  onda  hansı  tarixi  hadisә  vә  elmi-linqvistik  gәlişmәlәrә 



görә işıqlandırılır? 

2. Türkoloji dilçiliyin tarixi inkişafı hansı böyük mәrhәlәlәrә vә hәmin mәrhәlәlәrә görә 

müәyyәnlәşәn  uyğun  konkret  dönәmlәrә  ayrılır?  Sözügedәn  dilçiliyin  tarixindә  hansı  dilçilik 

mәktәbi  әnәnәlәri  özünü  göstәrmişdir?  Daha  doğrusu,  mövcud  qrammatika  kitabları  vә  digәr 

dilçilik araşdırmaları әsas etibarilә hansı dilçilik mәktәbi әnәnәlәrinә görә yazılmışdır? Fikrinizi 

ayrı-ayrı  türkoloji  dilçilik  әsәrlәrinә  vә  ya  qrammatika  kitablarına  dair  gәtirdiyiniz  konkret 

örnәklәrlә ifadә edin.  

3.  Türkoloji  dilçilikdә  indiyә  qәdәr  tәsviri-normativ  metodla  bәrabәr,  müqayisәli 

dilçiliyin  müqayisәli-tarixi  vә  tarixi-müqayisәli  xarakterli  araşdırma-öyrәnilmә  yöntәmlәrindәn 

daha  çox  istifadә  olunmuşdur.  Hәmin  yöntәmlәr  arasındakı  fәrq  әsas  etibarilә  nәdәn  ibarәtdir? 

Türkoloji  dilçiliyin  tarixindә  sözügedәn  dilçilik  yöntәmlәri  ilә  yazılmış  hansı  әsәrlәri  örnәk 

olaraq göstәrә bilәrsiniz?  

4.  Türk  dillәrinә  dair  tarixi-müqayisәli,  müqayisәli-tarixi  vә  tәsviri-normativ 

yöntәmlәrlә  hazırlanan  dilçilik  әsәrlәri  әn  çox  hansı  dillәrdә  vә  kimlәr  tәrәfindәn  yazılmışdır? 

Hәmin әsәrlәrә dair konkret örnәklәr göstәrin? 

5. Yeni linqvistik yönüm vә yöntәmlәr türkoloji dilçilikdә nә zamandan etibarәn tәtbiq 

olunmağa  başlanılmışdır?  Hәmin  yönüm  vә  yöntәmlәrlә  yazılan  әsәrlәrdә  bütövlükdә 

filologiyanın  vә  ayrılıqda  türkoloji  dilçiliyin  hansı  ümumi  vә  konkret  linqvistik  mәsәlәlәrinә 

toxunulmuşdur?  

6. Türkologiyanın tarixindә müqayisәli-tarixi türkoloji dilçiliyin әsasını kim qoymuşdur? 

Bәs  onunla  eyni  bir  dönәmdә  hansı  türkoloqun  әsәrlәrindә  türkoloji  dilçilik  bir  elmi  istiqamәt 

olaraq  formalaşmışdır?  İlk  mәrhәlәdә  sözügedәn  müqayisәli-tarixi,  tarixi-müqayisәli  vә  tәsviri 

türkoloji dilçilik araşdırmlarından sonra türk dillәrinin öyrәnilmәsindә konkret olaraq hansı  yeni 

elmi-praktik istiqamәtlәr ortaya çıxmışdır? Hәmin istiqmәtlәri göstәrә bilәrsinizmi? 

7. Türkoloji dilçilikdә hansı linqvistik sahәlәr vә ya dil şöbәlәri indiyә qәdәr müqayisәli 

vә ya müqayisәli-tarixi yöntәmlәrlә daha geniş vә әtraflı surәtdә öyrәnilmişdir? Bәs türk dillәrinә 

dair  bәdii  mәtnlәr  türkoloji  dilçilikdә  müqayisәli-tutuşdurmalı  yöntәmlә  araşdırmaya  cәlb 

olunmuşdurmu? Mәsәlәn, Azәrbaycan dilindә yazılan hansı dәrs vәsaitindә bәdii-tarixi mәtnlәrin 

mәtn dilçiliyi baxımından konseptual-linqvistik tәhlili aparılmışdır? 



163 

 

8.  XX  yüzilin  axırlarında  türk  müqayisәli  dilçiliyinin  başlıca  araşdırma-öyrәnilmә 



yöntәmlәri  vә  aspektlәri  әsas  etibarilә  hansı  linqvistik  tәşәkküllәrdәn  vә  ya  istiqamәtlәrdәn 

ibarәtdir?  Bәs  türkoloji  dilçiliyin  tarixindә  ümumtürk  foneminin  müxtәlif  kombinator  sәs 

mövqelәrindә fonoloji vә mofonoloji sәs dәyişmәlәrini müqayisәli dilçiliyin müqayisәli-tarixi vә 

tarixi-tipolji yöntәmlә öyrәnәn Azәrbaycanlı dilçi, tәnqidçi-filoloq kim olmuşdur? 

9. Fonetik sәs sisteminin araşdırma-öyrәnilmә yönümlәri ilә ünsiyyәt-danışıq modelinin 

üst-üstә  düşәn  әsas  qurucu  komponentlәri  hansılardır?  Bәs  türk  dillәrinin  fonetik  quruluşunun 

eksperimental üsulla öyrәnilmәsi nә zaman, harada vә kim tәrәfindәn başladılmışdır? Sözügedәn 

eksperimental  xüsus  türkoloji  dilçiliyin  tarixindә  ilk  dәfә  olaraq  hansı  türkoloji  әsәrdә  hәyata 

keçirilmişdir? Belәliklә dә müqayisәli türkoloji dilçilikdә tarixi-müqayisәli, linqvistik-coğrafi vә 

tarixi-tipoloji  dilçilik  yöntәmlәrinin  tәtbiq  olunması  ilә  türk  dillәrinin  hansı  fonetik-fonoloji 

problemlәrinә açıqlıq gәtirilmişdir? 

10.  Әcdad  dildә  vә  ya  pra-  vә  prototürkdә  fonemlәrin  ilkin  arxetipik  şәkillәrini 

canlandıran fundamental әsәrlәr ümumi müqayisәli vә müqayisәli-tarixi dilçilikdә әsas etibarilә 

nә  zaman  ortaya  çıxmışdır?  Hәmin  әsәrlәr  hansılardır,  onların  әlinizdәki  dәrslikdә  verilәn  vә 

verilmәyәn qısa siyahısını tәrtib edin. 

11.  Bütövlükdә  türklük  qavramının  alandırılması  vә  ayrılıqda  isә  türk  etnik-mәdәni 

kimlik adı vә ya semiotik işarәsi elmi-kütlәvi әdәbiyyatda XIX yüzildәn etbarәn hansı adlarla vә 

ya söz-terminlәrlә  ifadә edilmişdir? Bunları konkret olaraq göstәrә bilәrsinizmi? Bәs türklük vә 

türk  qavramının  adlandırılmasında  vә    ya  semiotik  olaraq  işarәlәnmәsindә  XIV-XIX  yüzillәr 

Avrasiya  coğrafiyasında  baş  verәn  hansı  tarixi-siyasi  hadisәlәr,  müxtәlif  hәrәkatlar  vә  elmi-

mәdәni әlaqәlәr tәsirli olmuşdur? Bütün bunları konkret olaraq ayrı-ayrı faktlarla göstәrin. 

12.  XX  yüzil  boyunca  vә  günümüzdә  türkoloji  dilçilikdә  tәtbiq  olunan  tәsviri,  

müqayisәli-tarixi, tarixi-müqayisәli vә tarixi-tipoloji dilçilik yönüm vә yöntәmlәrinin arasındakı 

filoloji-linqvistik xarakterli başlıca fәrqlәr nәdәn ibarәtdir? Hәmin fәrqlәri sözügedәn yönüm vә 

yöntәmlәrlә yazılan әsәrlәrdәn gәtirilәn konkret linqvistik tәsbitlәrlә vә açıqlanmalarla göstәrin.   

13.  “Türk  dillәrinin  müqayisәli-tarixi  qrammatikası.  Morfologiya”  (1986)  adlı  әsәrindә 

mübahisә  doğuran  linqvistik  açıqlanmalar  hansılardır?  Hәmin  açıqlanmalar  әlinizdәki  dәrslikdә 

necә  qiymәtlәndirilmişdir?  Bәs  ümumiyyәtlә  müqayisәli  vә  müqayisәli-tarixi  türkoloji  dilçilik 

әsәrlәrindә ümumtürk dili morfologiyasının әn çox hansı problemlәrinә açıqlıq gәtirilmişdir? XX 

yüzilin  70-ci  illәrindәn  etibarәn  ümumtürk  dili  morfologiyasına  dair  A.  M.  Şerbakın  hansı 




Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə