M. M. Musayev



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə78/171
tarix20.09.2017
ölçüsü3,61 Mb.
#871
1   ...   74   75   76   77   78   79   80   81   ...   171

193 

 

Dördüncüsü  sözügedәn  araşdırmalarda  tәdbiq  edilәn  linqvistik  yöntәmlәrin  bir  ümumi 

metodologiya  olaraq  müәyyәnlәşdirilmәsi  istiqamәtindә  türk  dillәrindә,  özәlliklә  dә  Türkiyә 

türkcәsindә  bir  çox  linqvistik  terminin  türkcә  olaraq  qarşılıqları  yaradılmışdır  (Berge  1989). 

Hәmin  növ  terminlәr  әnәnәvi  türkoloji  kontekstdә  türk  dillәrinә  uyğunlaşdırılmış  vә 

kodlaşdırılmışdır (Исхакова 1987). Bu gün hәmin linqvistik terminlәrin ifadә etdiyi qavramların 

köhnә  әnәnәvi  qrammatik  istiqamәtlәrdә  aparılmış  olan  tәdqiqatlarda  işlәnilәn  terminlәrlә 

açıqlanması artıq mümkün deyildir vә ya sadәcә bir qismi onlarla işlәnilә bilәn bir sәviyyәdәdir. 

Çünki  sözügedәn  terminlәr  bütövlükdә  dilçilik  elminin  inkişafına  bağlı  olaraq  aparılan  ümumi 

linqvistik  müşahidәlәrә  vә  kameral  işlәrә  bağlı  olaraq  yaradılmaqdadır.  Onlar  yenidәn 

tәsniflәndirilәn, ümumi özәlliklәri vә tәfәrrüatları ilә şәkillәndirilәn linqvistik qavramlaşdırma vә 

kateqoriyalaşdırmalara әsasәn dәqiqlәşdirilmәkdә vә kodlaşdırılmaqdadır. Mәsәlәn, Azәrbaycan 

dilindә “sintaqm” vә “sintaqmatik üzvlәnmә”,  Türkiyә türkcәsindә isә onların qarşılıqları olaraq 

“sözcә”  vә  “sözcәlәmә”  terminlәri  kimi.    Bizim  Türkiyәdә  yayımlanan  “Türkolojinin  Çeşitli 

Sorunları  Üzerine  Makaleler-İncelemler”  adlı  kitabımızda  türkcә  olaraq  işlәtdiyimiz 

“tekbirleşimli (subordinativ), tambirleşimli (koordinativ), çiftbirleşimli (korrelyativ), parselyatik, 

retprosperspektif,  (2002:  105;  315-320)    kimi  terminlәrlә  ifadә  olunmuş  qavramlar  vә 

kateqoriyalar  da  bu  qәbildәndir.    Bunun  kimi  Hind-Avropa  dillәrindә  әnәnәvi  vә  yeni  dilçilik 

istiqamәtlәrindә aparılmış olan araşdırmalarda işlәnilәn linqvistik terminlәr arasında da müәyyәn 

fәrqlәr özünü göstәrmәkdәdir (ЛЭC 1990: 603-626; 627-650).  

Belәliklә,  keçәn  әsrin  70-ci  illәrindәn  başlayaraq  türkoloji  dilçilikdә  yeni  linqvistik 

yönüm  vә  yöntәmlәrlә  aparılan  araşdırmalar  vә  ayrı-ayrı  türk  dillәrinә  dair  görülәn  konkret 

praktik  işlәr  günümüzdә  artıq  müәyyәn  bir  elmi-metodoloji  sәviyyәyә  gәlib  çatmışdır.  Hәmin 

araşdırmalar  vә  ya  elmi-praktik  işlәr  әsas  etibarilә  semantik,  funksional,  riyazi,  sosiolinqvistik, 

statistik,  korpus,  mәtnlinqvistik,  koqnitiv-konseptual  vә  s.  digәr  yeni  araşdırma-öyrәnilmә 

yönümlәri  vә  yöntәmlәri  ilә  aparılmışdır.  Aşağıda  sözügedәn  araşdırmalardan  bu  vә  ya  digәr 

şәkildә bәhs olunacaqdır. 

 

1.2.1. Türkoloji dilçilikdә riyazi vә sosiolinqvistik istiqamәtlәr 




194 

 

XX yüzildә hәm riyazi, hәm dә ictimai elmlәrin yöntәmlәri ilә dillәrin sinkretik olaraq 



araşdırılması  vә  öyrәnilmәsi  prosesi  getdikcә  sürәtlәnmişdir.  Riyazi-linqvistik  yöntәmlәrlә 

aparılan  tәtbiqi  dilçilikdә  әn  çox  mәtnlәrin  avtomatik  tәrcümәsi  vә  müxtәlif  dil-danışıq 

çevirilәrinin  avtomatiklәşdirilmәsi  problemlәrinin  hәll  olunması  üzәrindә  durulmuşdur. 

Sosiolinqvistik yöntәmlәrlә aparılan araşdırmalarda isә әn çox dil vә cәmiyyәt, dil vә etnoqrafiya, 

etnolinqvistika, dil vә mәdәniyyәt әlaqәlәri, ikidillilik vә çoxdillilik ortamları işıqlandırılmışdır.  

 

1.2.1.1. Riyazi-linqvistik araşdırmalar 




195 

 

Modern linqvistik yöntәmlәr vә ya yeni bir türkoloji dilçilik nöqteyi-nәzәri ilә aparılan 



araşdırmaların  sürәtlәndirilmәsi  hәmişә  bәlli  bir  ölçüdә  riyazi-linqvistik  istiqamәtin  filologiya 

elmindәki ümumi inkişafına bağlı olmuşdur. Dil mühәndisliyinin vә  ya riyazi dilçiliyin әsasları 

XX yüzilin 20-ci illәrindә qoyulmuşdur. Dillәrin hәm filoloji-linqvistik, hәm dә riyazi-hesablama 

yöntәmlәri ilә bir yerdә öyrәnilmәsi XX yüzilin 50-ci illәrindәn bәri elmşünaslıqda tәtbiqi riyazi- 

linqvistik  bir  metodologiya  olaraq  müәyyәnlәşmişdir.  Söz  konusu  metodologiya  vә  ona  bağlı 

tәtbiqi  metodlarla  görülәn  işlәrdә  XX  yüzilin  60-cı  illәrindәn  bәri  öncә  elektronik  hesablama 

maşını  ilә  (ЛЭC  1990:  14-15;  397),  sonraları  isә  kompüterlә  müxtәlif  tәrcümә-çeviri 

proseslәrinin  avtomatiklәşdirilmәsi  işlәri  canlandırılmışdır.  Bütövlükdә  koqnitiv  elmә, 

linqvistikaya, informasiya texnologiyalarına söykәnәn kompüter-mühәndis dilçiliyinin әsaslarını 

da  böyük  bir  ölçüdә  XX  yüzilin  50-ci  illәrindәn  bәri  getdikcә  inkişaf  edәn  riyazi-linqvistik 

istiqamәtdә  görülmüş  konkret  işlәr  tәşkil  edir.  İndi  hәm  koqnitiv,  hәm  dә  kompüter-mühәndis 

dilçiliyi  ilә  funksional-linqvistik  bir  istiqamәtdә  aparılan  işlәr  sadәcә  mәtn  tәrcümәsinin 

avtomatiklәşdirilmәsi  proseslәrinin inkişaf etdirilmәsi vә nәticәlәndirilmәsi işlәmlәrindәn ibarәt 

deyildir. Çünki, getdikcә sürәtlәnәn linqvistik qloballaşma nәticәsindә ortaq ünsiyyәt vasitәlәrinә 

çevrilәn  bәzi  inkişaf  etmiş  dillәrin  işlәnilmәsi  vә  öyrәdilmәsi  işlәmlәri  koqnitiv  vә  kompüter-

mühәndis  dilçiliyi  yöntәmlәri  ilә  dә  aparılır.  Başqa  sözlә,  indi  artıq  hәm  mәtn  dәstәkli  dilin 

(langue),  hәm  dә  diskur  ortamlı  danışıq  dilinin  (parole)  ortaq  dünya  dillәri  materialları  ilә 

avtomatiklәşdirilәrәk  vә  informasiyalaşdırılaraq  bütün  dünyada  işlәnilmәsi  söhbәtin  mözusuna 

çevrilmişdir. Ortaq vә  regional sәciyyәli dillәrin sözügedәn dil materialları ilә birlikdә müәyyәn 

bir ölçüdә tәrcümә nәzәriyyәsi vә әdәbi mәtn uyğunlaşdırması praktikası kontekstlәrindә tәdrisi 

vә  tәlimi  dә  bu  gün  gündәmә  gәlmәkdәdir.  Sözügedәn  elmi-praktik  sәciyyәli  işlәr  1960-cı 

illәrdәn bәri bu vә ya digәr şәkildә türkoloji dilçilikdә dә öz әksini tapmışdır. Sovetlәr Birliyindә 

hәmin  işlәr  daha  çox  nәzәri  әsaslara  dayanmaqla  әsas  etibarilә  aşağıdakı  istiqamәtlәrdә  hәyata 

keçirilmişdir: 

–Mәtnin avtomatik analizi vә sintezi;  

–Linqvistik tәdqiqatların avtomatiklәşdirilmәsi;  

–Struktural-tipoloji tәdqiqatların aparılması (Муcaeв… 1972: 16-18).  



Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə