M. M. Musayev



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə8/171
tarix20.09.2017
ölçüsü3,61 Mb.
#871
1   ...   4   5   6   7   8   9   10   11   ...   171

21 

 

vә dünya sistemi mütәnasibliyinin mühafizә olunmasında qavramaların rolu vә linqvistik olaraq 



adlandırılması ilә isә bilvasitә әlaqәlidir. Dünyanın dil xәritәsini tәşkil edәn universal qavramlar 

vә  milli  sәciyyәli  fonetika,  fonologiya,  morfologiya,  sintaksis,  leksika,  leksikoqrafiya  vә 

frazeologiya  üst  kateqoriyaları  konkret  linqvistik  göstәricilәrlә  bilinir.  Bunlar  eyni  zamanda 

mücәrrәd  konseptual  quruluşlarla  ifadә  edilәn  qavram  vә  komponetlәri  ilә  dә  tәsbit  olunur. 



Belәliklә, hәm konkret dil göstәricilәri, hәm dә konseptual faktorlarla ifadә edilәn anlayışlar 

linqvistik  qavramlar  olaraq  tәrif  edilir.  Sözügedәn  kateqoriyalardan  hәr  biri  bir  çox  dildә 

konkret  qrammatik  göstәricilәri  ilә  işarәtlәnir.  Bәzәn  isә  müxtәlif  dillәrdә  qrammatik 

kateqoriyaların konkret qrammatik göstәricilәri olmur. Mәsәlәn, bir çox dildә leksik, sintaktik vә 

morfoloji  göstәricilәrin  birinci  vә  sonrakı  funksiyaları  ilә  kompleksiv  olaraq  ifadә  edilә  bilәn 

ümumi  aspektuallıq  linqvistik  qavramı  vә  buna  bağlı  olaraq  müәyyәnlәşdirilәn  tәrz  alt  kate-

qoriyası vә  ya alt qavramı vardır. Aspektuallıq faktoru bu vә  ya digәr şәkildә türk dillәrindә dә 

vardır.  Ancaq  bir  çox  dünya  dilindә  olduğu  kimi  ümumtürk  dilindә  aspektullağın  konkret  bir 

kateqoriya  olaraq  morfoloji  göstәricilәri  yoxdur  (Musaoğlu,  Kirişçioğlu  2008;  Musayev  2011: 

22-26).  

 

4. Türkologiya vә türkoloji dilçilik qavramları 

Avrasiya mәkanında yaşayan türk xalqlarının hәr birinin özünәmәxsus bir şәkildә dәrk 

edilәn dil, әdәbiyyat, folklor, mifologiya, tarix vә etnoqrafiya qavrayışları vardır. Bunlar hәmin 

xalqlara aid olan milli-mәnәvi anlayışlar vә ya xüsusi sosial kateqoriyalar kimi dә dәrk olunur.  

Hәmin  qavrayışlardan  vә  ya  әsas  milli  dәrketmә  komponentlәrindәn  ümumtürk  dili  vә 

ya  türkcә,  ortaq  türk  tarixi  vә  mәdәniyyәti  qavramları  yaranır.  Türkologiyada  bütün  bunlar 

günümüzdә  artıq  әn  ümumi  şәkildә  koqnitiv  dәrketmә  xarakterli  yeni  elmi  yönümlәr  vә 

kompüter-mühәndis dilçiliyi yöntәmlәrinin tәtbiq olunması ilә bir-birinә bağlı vә ierarxik olaraq 

açıqlana bilәr. 

Bәs  türkologiya  elmi  nә  zaman  ortaya  çıxmışdır,  bir  müstәqil  humanitar  elm  sahәsi 

sәviyyәsindә linqvistik  vә digәr elmi-praktik  parametrlәri  ilә nә zamandan etibarәn tam olaraq 

müәyyәnlәşmişdir? 

Türkologiya başlanğıcda XI yüzildәn etibarәn türk әdәbi dillәri vә dialektlәrinin әn çox 

әrәb, fars, rus, alman, fransız vә s. xarici dillәrdә araşdırılması, tәdris vә tәsnifinә dair müxtәlif 

elmi-praktik işlәrin görülmәsi nәticәsindә  ortaya çıxmışdır. Tәbii ki, türk xalqlarının әdәbiyyatı, 




22 

 

folkloru,  tarixi,  etnoqrafiyası  vә  s.  dair  aparılan  müxtәlif  araşdırmalar,  yazılan  mәqalәlәr  vә 



kitablar  da  sözügedәn  ümumi  fәnnin  formalaşmasında  tәsirsiz  qalmamışdır.  Orxon-yenisey  vә 

digәr qәdim vә yeni türk yazılı abidәlәrinin öyrәnilmәsi isә türkologiyanın inkişafına çox güclü 

tәkan  vermiş  vә  XIX  yüzildә  sözügedәn  humanitar  elm  sahәsi  bütün  klassik  elmi-praktik 

parametrlәri  ilә  tam  olaraq  müәyyәnlәşmişdir.  Türkologiyanın  bir  elm  sahәsi  olaraq 

formalaşmasında istәr tarixi türk lәhcәlәri vә әdәbi dillәrinә, istәrsә dә çağdaş türk әdәbi dillәri 

vә dialektlәrinә dair aparılan araşdırmaların rolu müәyyәnlәşdirici olmuşdur. Buna görә dә çox 

vaxt  ayrılıqda  da  “Türkoloji  dilçilik”  deyilәndә  ümumilikdә  “Türkologiya”  qavramı  başa 

düşülmüşdür. Halbuki, “Türkoloji dilçilik” ümumi “Türkologiya fәnni”nin qollarından birdir.  



Türkdilli  xalqların  dilini,  tarixini,  әdәbiyyatını,  folklorunu,  mifologiyasını  vә  qәdim 

müqәddәs  (qutsal)  inanclarını,  bәlli  bir  ölçüdә  incәsәnәtini,    adәt-әnәlәrini,  etnoqrafiyasını  vә 

davranış  şәkillәrini  vә  s.  öyrәnәn  sosial  elmlәrin  bütünü  türkologiya  fәnninndә  ehtiva  olunur. 

Türkologiyanın  araşdırma-öyrәnilmә  sahәlәrindәn  ümumtürk  dilinin  dilçiliyin,  tarixinin  tarix 

emlinin  vә  ümumilikdә  mәdәniyyәtinin  fәlsәfәnin,  sosiologiyanın  vә  semiotikanın  işığında 

öyrәnilmәsinin  zәruri  olduğu  danılmazdır.  Çağdaş  elmşünaslıqda  semiotikanın  semiosfera  vә 

semiozis  anlayışalarıyla

6

  müstәqil  bir  elm  sahәsi  olaraq  müәyyәnlәşmәsi  dә  ümumi 



türkologiyanın  vә  onu  tәşkil  edәn  elm  sahәlәrinin  hәm  dә  semiotik  baxımdan  öyrәnilmәsini 

şәrtlәndirmәkdәdir. Günümüzdә isә hәlәlik daha çox ümumtürk dili vә onu tәşkil edәn türk әdәbi 

dillәri,  dialektlәri  vә    danışıq  şәkillәrinin  koqnitiv  dilçilik  vә  kompüter  linqvistikası  yönüm  vә 

yöntәmlәri  ilә  öyrәnilmәsi  gündәmә  gәlmәkdәdir.  Bu,  yaşadığımız  bilgi  vә  informasiya 

texnologiyaları әsrinin tәlәbidir vә qaçınılmazdır.  

Türkologiya  elmi  Qәrbdә  vә  Rusiyada  missionerlik  vә  ya  Avrasiyanın  әlçatmaz 

yerlәrinin öyrәnilmәsi vә mәnimsәnilmәsi әsnasında formalaşmışdır. Bir elm sahәsi olaraq әn çox 

türk  dialektlәrinә,  qәdim  vә  yeni  türk  әdәbi  dillәrinә  dair  aparılan  sinxronik  vә  diaxronik 

sәciyyәli  dilçilik  işlәrinә  görә    bilinir.  Bu  baxımdan  XIX  yüzildә  qәlәmә  alınan  Mirzә  Kazım 

bәyin “Türk-tatar dilinin ümumi qrammatikası”(1846), İlminiski vә hәmkarlarının “Altay dilinin 

qrammatikası (1869), Radlovun “Türk dialektlәrinin lüğәti tәcrübәsi” (1888-1911) vә s. klassik 

                                                 

6

  Semiozis  (yunan.  sema  ‘işarә’)  işarә  prosesi  demәkdir  vә  işarәlәrin  yaratma,  qurma,  hәrәkәt  vә  açıqlama 



özәlliklәrini ehtiva edir. Semiosfera (yunan. sema ‘işarә’, sphaira ‘şar’) isә işarәlәrin qlobal sahәsi vә әhatә dairәsi, 

mәkan vә zamanda mövcud olan işarәlәri vә dil әlaqәlәrinin bütününü ehtiva edәn semiotik mәkandır (Стариченок 

2008: 539-540). Aşağıda sözügedәn anlayışlara dair daha geniş mәlumat verilәcәkdir. 

 

 




Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə