M. M. Musayev



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə80/171
tarix20.09.2017
ölçüsü3,61 Mb.
#871
1   ...   76   77   78   79   80   81   82   83   ...   171

199 

 

–XIX yüzilin ortalarından vә ya tәnzimat dönәmindәn etibarәn başlayan dildә yenilәnmә 



hәrәkatı vә buna bağlı olaraq da bir milli-әdәbi dil sәviyyәsindә müstәqil inkişafı; 

–Cümhuriyyәt  dövründә  gerçәklәşdirilәn  dil  inqilabı  vә  türk  dilinә  söykәnәn 

aqqilitünativ vә mürәkkәb söz düzәltmә sәciyyәli söz yaradıcılığı prosesi ilә qavramlaşdırma vә 

kateqoriyalaşdırma işlәri vә ya cidd-cәhdlәri; 

–Bütün rәsmi vә rәsmi olmayan dil-danışıq vә ya ünsiyyәt sahәlәrindә tәk bir әdәbi dilin 

işlәnilmәsinin funksional imkanlarına vә linqvistik özәlliklәrinә sahib olunması. 

Bütün bunlarala bәrabәr, Türkiyә türkcәsi әn çox çağdaş filologiya elminin bilinci vә ya 

dilçilikdә ortaya  çıxan  yeni  linqvistik nәzәriyyәlәrә, metodologiyalara vә  yöntәmlәrә bәlәdliklә 

kifayәt  qәdәr  araşdırılmamışdır.  O,  tәәssüflәr  olsun  ki,  indiyә  qәdәr  әn  çox  әnәnәvi  dilçilikdәn 

türkologiyaya miras qalmış klassik metodlarla öyrәnilmişdir. Bunun nәticәsindә türkoloji dilçilik 

elmi  dilçilikdәki  çağdaş  inkişaf  tәmayüllәrindәn,  nәzәriyyә  vә  yöntәmlәrindәn  müәyyәn  qәdәr 

ayrı qalmışdır.  

Yuxarıda göstәrildiyi kimi, digәr türk dillәrinә dair Sovetlәr Birliyi dövründә görülmüş 

olan dilçilik işlәrindә sözügedәn xüsus bir qәdәr başqa şәkildә dә qiymәtlәndirilә bilәr.  

Ancaq  hәmin  dillәrdә  dә  çağdaş  dilçiliyin  nәticәlәrindәn  kifayәt  qәdәr  yararlanıldığını 

vә  yöntәmlәrinin  isә  lazımi  sәviyyәdә  vә  bilincli  olaraq  tәtbiq  edildiyini  söylәmәk  mümkün 

deyildir. Bu da istәr bütün Türk dünyasında, istәrsә dә Türkiyәdә dil vә cәmiyyәt, dil vә etnik-

demoqrafik  mübadilә  kimi  әlaqәlәri  digәr  sosial  elmlәrin  imkanları  ilә  öyrәnәn  sosiolinqvistik 

araşdırmaların  ortaya  çıxmasına  vә  yayğınlaşdırılmasına  mane  olmuşdur.  Halbuki,  Türkiyәdә 

sosiolinqvistik  sәciyyәli  araşdırmaların  indiyә  qәdәr  yerinә  yetirilmiş  olması,  digәr  Avrasiya 

türkcәlәrinin  işlәnilmә  vә  funksional  özәlliklәrinin  müәyyәnlәşdirilmәsi  vә  dil-danışıq  sahәlәri 

daralmalarının  öyrәnilmәsi  baxımından  çox  yararlı  olardı.  Bu  baxımdan  çağdaş  Hind-Avropa 

dilçiliyindәki  linqvistik  әnәnәyә  dayanaraq  türk  dilinin  İrandakı  sosiolinqvistik  durumunun 

öyәrәnilmәsi (Bosnalı 2007: 11-124) çox sevindiricidir.   

 

1.2.2. Türkoloji dilçilikdә konseptual-funksional qrammatika anlayışı    

Öncә funksional qrammatika anlayışı vә ya alt qavramının nә olduğuna diqqәt yetirәk.  

Bu alt qavram vә ya qavrayış (konsept) konkret bir qrammatika sahәsi vә ya növü yerindә dilin 

mәtn,  cümlә,  cümlә  birlәşmәlәri,  müxtәlif  morfoloji-sintaktik  quruluşlar  vә  s.  kimi  dil-nitq 

vahidlәri  vә  diskurslarının  qarşılıqlı  funksiyalarını  vә  onların  işlәnilmә  qaydalarını  ehtiva  edir. 



200 

 

Funksional  qrammatikada  müxtәlif  dil  sәviyyәlәrindәn  tәşkil  olunan  linqvistik  sistem  quruluş 



(struktur) qurucu komponentlәrinin semantik vәzifәlәrinin qarşılıqlı birliyi әsasında işıqlandırılır. 

Mәlum  olduğu  üzrә,  dil  materiallarının  tәsvir  olunmasında  funksional  qrammatikanın 

yaradılmasının  metodologiyasını  tәşkil  edәn  prinsiplәrdәn  biri  olaraq  başlanğıcda  әnәnәvi 

şәkildәn,  yәni  konkret  dil  vasitәsindәn  funksiyaya  vә  mәnaya  yönәlmә  yöntәmi  әsas  götürülür. 

Bu  yöntәm  funksiyadan  şәklә,  yәni  konkret  bir  dil  vasitәsinә  yönәlmәyi  qәbul  edәn  yönümә 

uyğun hala gәtirilәrәk işlәdilir. Dilin işlәnilmә sisteminin sinxronik tәsvirindә hәr iki yönüm vә 

yöntәmin  qarşılıqlı  olaraq  bir-birinә  uyğunlaşdırılması  ilә  tәtbiq  olunması  isә  dilçilikdә  daha 

sonrakı dönәmlәrdә hәyata keçirilmişdir (Бондарко 1984;1987; ЛЭС 1990). 

 Ümumtürk  dilinin  linqvistik-kommunikativ  sistemi,  hәr  şeydәn  öncә,  saitlәrin  vә 

samitlәrin  qarşılıqlı  sәs  uyumuna,  sözdüzәldici,  sözdәyişdirici  vә  formadüzәldici  şәkilçilәrin 

aqqilütinativ  sırasına  vә  “kәlmә  mürәkkәblәşmәli”  yönümlü  söz  yaradıcılığına  görә 

müәyyәnlәşdirilir. Göstәrilәn sistem qrammatikal, aspektual vә konseptual olaraq qurulur. Cümlә 

üzvlәrinin  mübtәda-tamamlıq-xәbәr  sıralı  simmetrik  vә  daha  geniş  bir  müstәvidәki  tәyin- 

mübtәda-tәyin-tamamlıq-zәrflik-xәbәr  sәciyyәli  genişlәnәn  asimmetrik  sıralanmasının  da  rolu 

burada yox deyildir.  

 Çağdaş türk әdәbi dillәrinin sinxronik dil-işlәnilmә sisteminin yuxarıda göstәrilәn yönüm 

vә  yöntәmlәrin  funksional  qrammatika  metodologiyasının  әsas  prinsiplәrinә  әsasәn  qarşılıqlı 

olaraq müәyyәnlәşdirilmәsi ilә tәsvir olunması mürәkkәb cümlә sintaksisinin öyrәnilmәsinә daha 

uyğundur.  Bu,  ümumtürk  dilinin  sәs  uyumu,  aqqilütinativ  vә  standart  sintaktik  quruluşu  ilә 

Avropa  İttifaqı vә gәlәcәk Avrasiya çoxdillilik ortamında dәyişәn dil tәdrisi vә tәlimi dәyәrlәri 

(Templer  2002)  arasında  da  ziddiyyәt  tәşkil  etmәyәcәkdir.  Bununla  bәrabәr,  elm  vә 

informatikanın  inkişafının  dәyişmә  sürәtinә  görә  әmәlә  gәlәn  funksional  anlam  sahәlәri, 

mәrkәzlәri  vә  çalarlarının  sinxronik-kommunikativ,  mәtnlinqvistik  vә  konseptual  olaraq 

mühәndis dilçiliyi ilә tәsvir olunması şәrtlәndirilәcәkdir. 

Qrammatika  anlayışını  ifadә  edәn  sözün  (yunan.  Grammatike  –  “gramma”  sözündәn 

düzәldilmişdir) lüğәvi mәnası “hәrf, yazmaq” demәkdir. Konseptual olaraq bir üst ana qavram vә 

ya başlıq (sәrlövhә) mәzmununu bildirir. Bu qavramı ehtiva edәn alt qavramlar vә ya başlıqlar isә 

dilçilikdә  әnәnәvi  olaraq  göstәrilәn  morfologiya,  sintaksis,  söz  yaradıcılığı,  qismәn  yeni  olaraq 

müәyyәnlәşdirilәni isә mәtn sintaksisi vә qrammatikası sahәlәrindәn ibarәtdir. Dilçilikdә nisbәtәn 

yeni elmi sahә olan fonomorfologiya vә ya morfofonologiya da bura daxil edilir. 




Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə