M. M. Musayev



Yüklə 3,61 Mb.

səhifə89/171
tarix20.09.2017
ölçüsü3,61 Mb.
1   ...   85   86   87   88   89   90   91   92   ...   171

221 

 

xarakterik  türk  dillәrindәn  biri  sayılan  qırğız  türkcәsindәn  sintatik  quruluşunun  analitikliyi  ilә 



seçilir.  Bu  isә  onu  göstәrir  ki,  birincilәr  hәlә  qәdim  türk  dövründәn  öncә  Ön  Asiyanın  qonşu 

dillәri ilә yaxın tәmasda olmuşdur. İkincilәrin quruluşundakı sintetiklik isә hәmin dövrdә onların 

Mәrkәzi  vә  Şәrqi  Asiyanın  sintetik  quruluşlu  dillәri  ilә  yanaşı  vә  birlikdә  işlәnilmәsindәn  irәli 

gәlir.  Orxon-Yenisey  epoxasındakı  qәdim  türk  dilinin  bütün  sәviyyәlәrdәki  analitizmi  isә  onun 

bir dövlәt dili kimi güclü informasiyavericiliyә malik olması ilә izah edilir. 

Türk  dillәrinin  oğuz-qıpçaq  dil-dialekt  sistemindә  mürәkkәb  cümlәnin  konseptual-

struktur  modellәri  vә  mürәkkәb  sintaktik  bütövün  quruluşları  formal-paradiqmatik  vasitәlәrlә 

sintaqmatik әlamәtlәrin vahid bir sistem kimi inkişafına әsaslanaraq müәyyәnlәşdirilir. Bununla 

bәrabәr,  sintaktik  tabeliliyin  xarakterindәn  asılı  olaraq  polipredikativ  konstruksiyaların 

düzülüşündә ortaya çıxan çoxmәnalılıq da burada mütlәq nәzәrә alınmalıdır

.  

 

1.3. Modern linqvistik araşdırmalardakı çatışmazlıqlar vә ya tutarsızlıqlar 



Çağdaş  türk  әdәbi  dillәri  materialları  әsasında  1970-ci  illәrdәn  bәri  yeni  linqvistik  yönüm  vә 

yöntәmlәrlә  aparılan  araşdırmalardakı  konseptual  xarakterli  çatışmazlıqlar  vә  ya  tutarsızlıqlar  yuxarıda 

kitabın ayrı-ayrı bölmәlәrindә dә yeri gәldikcә göstәrilmişdir.  Bu çatışmazlıq vә ya tutarsızlıqların başlıca 

sәbәbi  türk  dillәrinә  dair  konkret  dil  hadisәlәrinin  vә  faktlarının  sadәcә  çağdaş  dilçilik  axınları 

istiqamәtindә vә çox zaman da ümumi dilçiliyin qanunauyğunluqlarına görә deyil, ayrı-ayrı flektiv dillәrin 

xüsusi qaydalarına әsasәn öyrәnilmiş olmasıdır. Hәmin linqvistik araşdırmalarda ümumtürkoloji kontekst,  

onun tarixi-xronoloji inkişaf mәrhәlәlәri vә әnәnәvi dilçilik metodları ilә aparılmış tәdqiqatlar, görülmüş 

çox  önәmli  işlәr  çox  vaxt  unudulur  vә  ya  onlara  heç  әhәmiyyәt  belә  verilmir.  Belәliklә  dә,  aşağıdakı 

ümumi nәticәlәr ortaya çıxır:   

Türk dillәrinin özünәmәxsus olan fonetik, qrammatik, leksik,  mәtnlinqvistik, leksikoqrafik vә 



frazeoloji özәlliklәri ümumi dilçilik müstәvisindә çağdaş linqvistik axınlar baxımından lazımi sәviyyәdә 

dәrk  olunmamışdır.  Mәsәlәn,  türk  dillәrindә  sözün  prosodik  modelinin  iki  zirvәliliyi  müqayisәli-

tutuşdurmalı  olaraq  heç  araşdırılmamışdır.  Türk  dillәrindә  vurğu  sözün  son  hecasının  üzәrinә  düşür 

ümumi tezisindәn hәrәkәt edilmişdir. 

– 

Әsas vә  kömәkçi  morfemlәrin, eyni zamanda  müxtәlif sintaktik konstruksiyaların simmetrik 



sәciyyәli  sıralanması  vә  diskurs  ortamında  hәmin  sıralanma  nәticәsindә  gerçәklәşәn  ümumtürkcә 

ünsiyyәtin aqqilitünativ-mәntiqi mahiyyәti dә hәlәlik açıqlanmamışdır.  




222 

 



Türk dillәrindә sintaktik paralelizm, parselyasiya, inversiya, ellipsis kimi dil-nitq hadisәlәrinin 

simmetrik  vә  asimmetrik  mahiyyәtinin  dolğun  elmi-linqvistik  açıqlanması  vә  hәrtәrәfli  kameral-filoloji 

tәsviri dә indiyә qәdәr verilmәmişdir.  

Türk  dillәri  materialları  әsasında  yeni  linqvistik  yönüm  vә  yöntәmlәrlә  aparılmış  olan  bütün 

araşdırmalardakı  çatışmaqlıqlar  vә  tutarsızlıqlar  yalnız  ümumi  türkologiya  vә  dilçilik  elmi  sahәlәrindә 

birgә görülәn konseptual sәciyyәli işlәrlә ortadan qaldırıla bilәr.  

Bunun üçün әnәnәvi, yeni vә әn yeni araşdırma-öyrәnilmә yönümlәri vә yöntәmlәri sistematik-

ierarxik bir bağlılıqla bir-biri ilә sıx birlәşdirilmәlidir. Türkoloji dilçiliyin әsas perspektivlәri dә mәhz belә 

bir  kontekstdә  müәyyәnlәşdirilmәlidir.  Aşağıda  hәmin  әsas  perspektivlәr  istiqamәtindә  aparılan  bәzi 

araşdırmalar vә onlarda gerçәklәşdirilәn filoloji-linqvistik sәciyyәli yeniliklәr üzәrindә uyğun olan iki üst 

vә müvafiq alt başlıqlar altında örnәklәrlә qısaca vә ardıcıl olaraq durulacaqdır.

 

2.  Ümumtürk  dili  kontekstindә  ana  vә  ya  ulu  dil,  ana  dili,  ortaq  dil,  rәsmi  dil  vә  e-dil 



qavramları 

Ana dil (rusca. прaязык, alm. ursprache, fr. langue mére, ing. primitive language) qavramı, hәr 

şeydәn öncә, genetik cәhәtdәn qohum olan müxtәlif dillәrin vә dialektlәrin bütün bir әcdad vә ya ulu dilә 

sahib  olunması  ilә  mövcudluğu  mәnasına  gәlir.  Hәmin  dillәr  vә  dialektlәr  sözügedәn  ulu  dilin  ayrı-ayrı 

qollarından  ibarәt  olur.  Әgәr  onlar  bu  gün  müxtәlif  diskursiv  ortamlarda  canlı  ünsiyyәt  vasitәsi  olaraq 

işlәnirlәrsә, o zaman onların hәr biri eyni zamanda ana dili sәciyyәsini dә daşıyır. Belәliklә, ana dili (alm. 

muttersprache, fr. langue matternelle, ing. native language, mother tongue, rusca. рoднoй язык) anlayışı 

bir adamın anasından öyrәndiyi dil vә buna bağlı olaraq böyük millәtlәr vә toplumların, müxtәlif xalqların 

vә etnik qrupların, hәtta çox kiçik azınlıqların danışdığı vә bir ünsiyyәt vasitәsi kimi toplu olaraq işlәtdiyi 

dil mәnasına da gәlir.  Ana dili  yazısı vә heç bir әdәbi dili olmayan ayrı-ayrı lәhcәlәr vә ya bir neçә yüz 

nәfәrin danışdığı bir danışıq dili dә ola bilәr.  

Bu kontekstdә ümumtürk dili pra- vә prototürk dövründәn bәri qohum, yaxın qohum vә әn yaxın 

qohum  dillәr şәkillәrindә işlәnilәn  vә  bütünlüyünü  bu  gün  dә  müәyyәn  bir  ölçüdә  qoruyub  saxlayan  vә 

yaşayan  böyük  bir  ana  dildir.  Bu  baxımdan  sözügedәn  dilin  ayrı-ayrı  qolları;  Türkiyә  türkcәsi, 

Azәrbaycan  türkcәsi,  türkmәn  türkcәsi,  qazax  türkcәsi,  qırğız  türkcәsi,  özbәk  türkcәsi,  tatar  türkcәsi, 

başqırd türkcәsi vә s. adlarla da adlandırılmaqdadır. O, türkcә, Azәrbaycanca, qazaxca, qırğızca, özbәkcә, 

tatarca, başqırdca vә s. olaraq türk әdәbi dillәrindәn vә hәm dә ana dillәrindәn ibarәtdir. Göstәrilәn әdәbi 

dillәr  bu  gün  öz  ölkәlәrindә  hәm  dövlәtin  rәsmi  dili,  hәm  dә  hәmin  respublikalarda  yaşayan  xalqların 

ortaq dillәri olaraq özünü göstәrmәkdәdir. Mәsәlәn, Türkiyә türkcәsi Türkiyәdә türklәrlә bәrabәr, ermәni, 

yәhudi, rum, kürd, çeçen, çәrkәz kimi müxtәlif xalaqlar tәrәfindәn dә ortaq bir dil olaraq işlәnilmәkdәdir. 

Azәrbaycan türkcәsi Azәrbaycanda Azәrbaycan türklәri vә ya Azәrbaycanlılarla bәrabәr digәr xalqların da 





Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   171


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə