M. M. Musayev



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə91/171
tarix20.09.2017
ölçüsü3,61 Mb.
#871
1   ...   87   88   89   90   91   92   93   94   ...   171

225 

 

olmayan  dillәrin  işlәnilmә  sferaları;  aralarındakı  ikidillilik,  üçdillilik,  dörddillilik  ortamları  nәzәrә 



alınmalıdır.  Burada  türk  dillәrinin  yaxın  vә  әn  yaxın  qohum  dillәr  olaraq  türk  xalqları  arasındakı  tәdrisi 

mәsәlәsi dә hәmin dillәrin xaricilәrә öyrәdilmәsindәn fәrqlәndirilmәlidir. Bütün bunlarun vә bütövlükdә 

linqvistik qloballaşmanın tәsiri ilә bu gün türkoloji dilçiliyin gündәminә bir çox aktual filoloji-linqvistik 

problemin  öyrәnilmәsi  vә  yeni  araşdırma-öyrәnilmә  perspektivlәrinin  açılımı  xüsusları  da  gәlmәkdәdir. 

Türk  әdәbi  dillәrindә  yeni  yaranan  әdәbi  dil  normaları,  normalaşmaları  vә  alışqanlıqlarının,  e-dil 

anlayışının,  e-türkcә  vә  e-azәrbaycanca  qavramlarının,  tәrcümә  vә  әdәbi  mәtn  uyğunlaşdırmaları 

proseslәrinin,  Avrasiyada  rusca-türkcә  vә  türkcә-rusca  ikidillilik  ortamlarının  öyrәnilmәsi  dә  hәmin 

xüsuslardandır.  



 

2.2. Yeni әdәbi dil normaları, normalaşmaları vә alışqanlıqları 

 Ayı-ayrı türk әdәbi dillәrinin leksikonuna, danışıq sintaksisisinә, diskurs vә mәtn sәviyyәlәrinә 

bu gün yaxın vә әn yaxın qohum dillәrin, qohum olmayan xarici dillәrin vә ümumiyyәtlә  inkişaf edәn vә 

dәyişәn sosiolinqvistik faktorların ciddi tәsiri müşahidә olunur. Hәmin tәsir sözügedәn dillәrdә müxtәlif 

leksik  vә  qrammatik  yeniliklәr,  bәzәn  dә  qәlәti-mәşhur  sәciyyәli  gәlişmәlәr  olaraq  da  özünü  göstәrir. 

Әslindә  çağdaş  türk  dillәrindә  özünü  göstәrәn  hәmin  gәlişmә  vә  dәyişmәlәr,  hәr  şeydәn  öncә,  müxtәlif 

sosiolinqvistik  vә  ekstralinqvistik  tәsirlәrin  nәticәsindә  gerçәklәşәn  yeni  әdәbi  dil  normaları  vә 

normalaşmalarından başqa bir şey deyildir. Bu normaların gerçәklәşmәsi danışıq alışqanlığı vә ya vәrdişi, 

ayrıca  olaraq  da  dil-nitq  yenilәnmәsi  nәticәsindә  getdikcә  normalaşan  dil-nitq  variantlarının  işlәnilmә 

sıxlıqları  ilә  müşahidә  olunur.  Sözügedәn  sıxlıqlar,  hәr  şeydәn  öncә,  dәyişmәz  vә  ya  uzun  müddәtli 

dönәmlәrdә  dәyişәn  dil  normalarının  variantları  kimi  dә  işlәnilir.  Bunlar  dildәki  ierarxik,  sistematik  vә 

ardıcıl inkişafı tәmin edәn fonem, morfem, sintaksem, leksem, frazem vә tekstem kimi dil; sintaqm, söylәm 



vә diskurs olaraq da nitq vahidlәrinin statistik, struktur-semantik vә konseptual-koqnitiv tәsvirinә әsasәn 

öyrәnilir.  Dil  variantlarının  funksional  işlәnilmә  sahәlәrinin  vә  ya  mәzmun  vә  ifadә  özәlliklәrinin 

müәyyәnlәşdirilmәsi  işi  isә  “diskurs-mәtn  yaradıcılığına,  bu  yaradıcılığın  vә  ya  prosesin”  (Seçdirmә-

M.M.) gerçәklәşdiyi gündәlik danışılan dilә vә kütlәvi informasiya vasitәlәrinә vә variantların konseptual-

koqnitiv olaraq dәrk olunmasına vә sosiolinqvistik ortamına әsasәn aparılmalıdır.  Yeni sözlәr, ünsiyyәt-

işlәnilmә  tәrzlәri,  deyimlәr  vә  qәlib-ifadәlәr;  asimmetrik  gәlişmәlәr  vә  dәyişmәlәr  müxtәlif  dil-danışıq 

variantları  olaraq  Avrasiya  türkcәlәrindә  әn  çox  1970-ci  illәrdәn  başlayaraq  özünü  göstәrir.  Hәmin 

variantlar  insanlarda  gündәlik  olaraq  gerçәklәşәn  әqli  dәrk  olunmaya  vә  ümumәn  dә  şüura  söykәnәn 

danışıq dilindә yuxarıda göstәrilәn “verici-göndәrilәn-alıcı kommunikativ dövrәsi”nә (Musayev 2011: 

275) әsasәn müәyyәnlәşdirilir.  Gәlinәn nöqtәdә sözügedәn variantalar vә ya yeni dil-danışıq normaları bu 

gün artıq koqnitiv-funksional vә informasiya-kommunikativ ünsiyyәt vasitәsi kimi sәciyyәlәndirilә bilәn 

e-dildә işlәnilmәkdә, seçilmәkdә vә dilimizә girmәkdәdir.  




226 

 

Әlbәttә, sözügedәn әdәbi dil normaları vә onların müxtәlif variantları bütün çağdaş türk әdәbi 



dillәrindә  bu  vә  ya  digәr  şәkildә  müxtәlif  linqvistik  vә  ekstralinqvistik  tәsirlәrin  nәticәsindә 

işlәnilmәkdәdir.  Tәbii  ki,  bunların  müqayisәli-tutuşdurmalı  olaraq  öyrәnilmәsi  dә  türkoloji  dilçiliyin  әn 

aktual  problemlәrindәn  biridir.  Ancaq  burada  indilikdә  görülәcәk  әsas  iş  isә  türk  әdәbi  dillәrindә 

sözügedәn  әdәbi  dil  normalaşmalarının  әsas  istiqamәtlәrinin,  dil-danışıq  normalarının  vә  onların 

variantlarının  sinxronik  olaraq  müәyyәnlәşdirilmәsindәn  ibarәtdir.  Mәhz  bu  baxımdan  aşağıda 

Azәrbaycan dilindә yeni yaranan bәzi dil-danışıq alışqanlıqları vә müxtәlif xarakterli alınmaları üzәrindә 

durulur. 

 

2.2.1. Azәrbaycan dilindә yeni dil-danışıq alışqanlıqları vә alınmaları  

XX  yüzilin  son  qәrinәsindәn  etibarәn  dünyada  yeni  siyasi,  iqtisadi,  etnoqrafik,  demoqrafik  vә 

kulturoloji bir qlobal düzәn gerçәklәşmәyә başlamışdır. Bu proses Sovet İttifaqının dağılması vә Avrasiya 

coğrafiyasında yeni müstәqil dövlәtlәrin, muxtar respublikaların vә federal gәlişmәlәrin meydana çıxması, 

Avropa İttifaqının genişlәnmәsi, Çinin dünyaya açılması vә nәhayәt Yaxın Şәrqin yenidәn şәkillәnmәsi vә 

“Әrәb  baharı”  ilә  özünü  göstәrir.  Belә  bir  düzәnin  gerçәklәşmәsi  dünyada  özü  ilә  bәrabәr  yeni  bir  dil-

ünsiyyәt ortamı vә fәrqli sosiolinqvistik şәrtlәr dә gәtirmişdir. Bir çox dil; rәsmi dövlәt dili statusu vә ya 

müәyyәn bir miqyasda isә yeni işlәnilmә, tәrcümә oluna vә ya çevrilә bilmә sferaları әldә etmişdir. Ortaq 

ünsiyyәt vasitәsi olan dillәrin, özәlliklә dә ingilis, ispan, çin dillәrinin vә latın әsaslı әlifbaların işlәnilmә 

funksionallığı vә sahәlәri genişlәnmişdir. Dünyada danışılan bir çox dil artıq sadәcә kütlәvi informasiya 

vә tәlim-tәrbiyә vasitәlәri vә ya diplomatik әlaqәlәr vasitәsilә yayılmır. Hәmin dillәrin funksionallığının 

genişlәnmәsi  hәm  dә  daşıyıcılarının  dünyanın  iqtisadi  olaraq  inkişaf  etmiş  vә  etmәkdә  olan  vә  üçüncü 

dünya  ölkәlәrindә  yayılması  ilә  dә  özünü  göstәrir.    Bunun  nәticәsindә  yeni  dil-işlәnilmә  vә  tәrcümә-

çevrilmә bölgәlәrinin tәşәkkül tapması ilә fәrqli sosiolinqvistik şәrtlәrin yaranmasına yol açılır. Bir-birinә 

әn  yaxın  qohum  dillәr  olan  Avrasiya  türkcәlәri  arasındakı  әlaqәlәr  dә  yeni  bir  әdәbi  vә  danışıq  dili 

işlәnilmәsi vә çevrilmәsi müstәvisindә inkişaf etmәyә başlamışdır.  

 Belә  bir  konseptual  kontekstdә  1950-ci  illәrdәn  başlayaraq  Azәrbaycan  dilindә  dilimizin  öz 

daxili imkanları hesabına yaranan yeni ifadә vasitәlәrinin, özәlliklә dә ayrı-ayrı yeni sözlәrin işlәnilmәsi 

prosesi getdikcә sürәtlәnmәkdәdir. Müstәqillik illәrindәn öncә vә sonra işlәnilmәyә başlayan hәmin yeni 

sözlәrә dair artıq xarakterik leksikoqrafik örnәklәr dә göstәrilә bilәr.  

Mәsәlәn: ilğım, şәfqәt bacısı, nәfәslik, işıqfor,  әylәc, dincәliş, soyuducu, taleyüklü, yetәrsay, 

çalarçimәrlik vә s.   

Elm  vә  texnikanın  inkişafı,  millәtlәrarası  yeni  iqtisadi,  siyasi,  mәdәni  sahәlәrin  vә  әlaqәlәrin 

yaranması nәticәsindә Hind-Avropa mәnşәli onlarla yeni sözün bu gün dilimizdә işlәnildiyi dә müşahidә 

olunmaqdadır.  Mәsәlәn:  Nostalji  vә  ya  nostalgiya,  konsorsium,  konsensius,  mentalitet,  aura, 




Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə