M. M. Musayev



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə95/171
tarix20.09.2017
ölçüsü3,61 Mb.
#871
1   ...   91   92   93   94   95   96   97   98   ...   171

233 

 

әlaqәdardır.  İnformasiya  texnologiyaları  vә  kompüter  linqvistikası  fәaliyyәtlәri  türk  dillәrindә 



tәrcümә deyil, çeviri vә ya әdәbi mәtn uyğunlaşdırması mәntiqi ilә aparılmalıdır. 

1990-cı  illәrdәn  bәri



  çeviri  vә  ya  әdәbi  mәtn  uyğunlaşdırması  qavramı

  türkoloji  dilçilikdә 

yeni bir filoloji sahә vә ya linqvistik fәnn sәviyyәsindә, özәlliklә dә daha çox praktik istiqamәtdә 

öyrәnilmәkdәdir. Burada әn çox diqqәti çәkәn türk әdәbi dillәri arasında çeviri-tәcrübә proqram 

yazılımları  proyektlәrinin  hazırlanmasının  gündәmә  gәtirilmәsindәn  ibarәtdir.  Bu  baxımdan 

Bilkәnd  Üniversitetindә  İlyas  Çiçәklinin  cümlәlәrin  çevirisinә  dayalı  Türkcә-Tatarca  bir  çeviri 

sistemi  (

http://www.tdk.gov.tr

.  27.12.2008;22.10)  vә  Azәrbaycanda  Atatürk  Mәrkәzi, 

Azәrbaycan  Milli  Elmlәr  Akademiyası  Nәsimi  adına  Dilcilik  İnstitutu,  İnformasiya 

Texnologiyaları  İnstitutu  vә  “İn  Ko  Tek”  İnformasiya-Kommunikasiya  Birliyinin  

“Azәrbaycanca-Türkcә vә Türkcә-Azәrbaycanca avtomatik çeviri sistemlәrinin yaradılması”  adlı 

bir proyekt hazırladığı bilinmәkdәdir (Әhmәdov 2007). 

Kompüterdә  türk  әdәbi  dillәri  arası  linqvistik  araşdırmaların  vә  buna  uyğun  praktik 

işlәrin  aparılması,  eyni  zamanda  elektronik  çeviri  yazılımı  proqramlarının  hazırlanması  işi 

türkoloji dilçilikdә hәlәlik öünün başlanğıc mәrhәlәsindәdir. Bәs avtomatik vә ya maşın çevirisi 

vә buna uyğun proqram yazılımı qavramının açıqlanmasını necә başa düşmәk olar? Bu qavramın 

ayrı-ayrı alt başlıqlarının vә uyğun kateqoriyalarının müәyyәnlәşdirilmәsinә dair görülәcәk olan 

әsas konkret işlәr hansılardır?  

 Kompüterdә  yazılmış  hәr  hansı  bir  mәtnin  әvvәlcәdәn  seçilmiş  dillәrin  materialları 

әsasında  elektronik  lüğәtlәri  vә  dәqiq  olaraq  tәsbit  olunmuş  qrammatik  qaydaları,  sözlәrdә 

çoxanlamlılığı  vә  omonimliyi  göstәrәn  konkret  alqoritmlәr  cәdvәllәri  müәyyәnlәşdirilir. 

Sözügedәn  qavram  bütövlükdә  belә  bir  elektronik  alqoritmlәr  yazılımı  sistemi  ilә  bir  türk 

dilindәn digәrinә aparılan çeviri işini ifadә edir. Belә bir tamamlanmış iş hәlәlik, tәәssüflәr olsun 

ki,  yoxdur.  Әldә  olan  işlәr  isә  sadәcә  bәzi  cümlә  vә  sözlәrin  avtomatik  olaraq  bir  türk  dilindәn 

gigәrinә çevrilmәsi vә ya elektronik lüğәt örnәklәrinin hazırlanmasından ibarәtdir. Bu baxımdan 

әn  konkret  işlәrdәn  biri  olaraq  Әhmәd  Yәsәvi  Universiteti,  Türk  Dil  Qurumu  vә  Türkiyә 

Cümhuriyyәti  Mәdәniyyәt  Nazirliyinin  internetdә  yayınladığı  “Türk  dillәri  elektronik  lüğәti” 

diqqәti  çәkir.  Әhmәd  Bican  Әrcilasunun  Türk  Cümhuriyyәtlәrindәn  olan  türkoloqlarla  birlikdә 

tәrtib  etdiyi  “Müqayisәli  türk  dillәri  lüğәti”  adı  ilә  adlandırılan  vә  yeddi  min  sözü  ehtiva  edәn 

kitab  1992-ci  ildә  Türkiyә  Cümhuriyyәti  Mәdәniyyәt  Nazirliyi  tәrәfindәn  yayınlanmışdır. 



234 

 

Aşağıda hәmin lüğәtin internetdә hazırlanmış elektronik yayınından “okul, dayı vә kol” sözlәrinin 



çevirilәri göstәrilmişdir.  

 

 



Belәliklә, türk dillәrindә uyğun bir avtomatik çevirinin yazılım proqramı sistemi yalnız 

dil-danışıq eyniliklәri, fәrqliliklәri, variantları, şәkilcә eyni vә mәnaca fәrqli olan sözlәrin anlam- 

ifadә özәlliklәrinin kompüter alqoritmlәrinin tәrtib olunması ilә gerçәklәşdirilә bilәr.    

Türk әdәbi dillәrinin eyniliklәri әn çox eynilikdәki fonetik, morfoloji, imla fәrqliliklәri 

vә xarici dillәrdәn alınmış bәzi leksik vahidlәrin qarşılıqlarının işlәnilmәsilә seçilmәkdәdir. Bu, 

Azәrbaycan  dilindәki  “Әli  bir  müәllimdir”  cümlәsinin  digәr  türk  әdәbi  dillәrinә  edilmiş 

çevirilәrindәn dә açıq bir şәkildә görünmәkdәdir. Türk. Ali (bir) öğretmen (dir); Türkmәn: Aly 

bir  mugallymdyr;  Özbәk:  Ali  (bir)  o‘qituvchi;  Uygur:  Éli  bir  okutkuçi;  Qazax:  Әли  (бир) 

mұғaлим;  Qırgız:  Ali  mugalim;  Tatar:  Aли  (бeр)  укытучы;  Başqurd:  Aли  уkытыусы;  Xakas: 

Ali  ügremçi  poladır  vә  s.  Yuxarıda  göstәrilәn  leksik  müxtәliflik  vә  bununla  bәrabәr  türkmәn 

dilindә yer alan uzun saitlәr (değil yerinә de:l), Türkiyә türkcәsindә felin sürәrlik mürәkkәb şәkli 

(gidedur-,  çıkagel-  vә  s.)  vә  ya  geniş  zaman  şәklinin  (-r,-ar,  (I)r/ur:  ağla-r,  bak-ar  vә  s.) 

işlәnilmәsi  kimi  hadisәlәr  hәmin  әdәbi  dillәrdәki  dil-danışıq  fәrqliliklәrindәn  bәzilәridir. 

Müәyyәn  bir  anlamın  ifadәsi  ilә  seçilәn,  ancaq  müxtәlif  leksik  vahid  vә  qrammatik  şәkillәrlә 

müәyyәnlәşәn dil-danışıq variantları isә  әn çox  qәlib sözlәr, atalar sözlәri vә deyimlәrdә vә  ya 

frazeologizmlәrdә  müşahidә  olunur.  Mәsәlәn,  düşmәk//düşmek  frazeologizm  qurucu  sözü  ilә 




235 

 

düzәlәn  “Düşәr  düşmәzi  olar”  deyimi  Azәrbaycan  türkcәsindә,  “Düşmez  kalkmaz  bir  Allah” 



deyimi  Türkiyә  türkcәsindә  orijinal  şәkillәri  ilә  yer  almaqdadır.  Qazax  türkcәsindә  yer  alan 

Berewdiki  birewge  qızday  kerinedi.  ‘Birisinin  arvadı  diğerine  qız  kibi  görünür’  deyiminin 

Türkiyә  türksәcәsindәki  variantı  isә  “Komşunun  tavuğu  komşuya  kaz,  karısı  kız  gibi  görünür” 

şәklindәdir

 “Düşmәk,  subay,  kişi”  kimi  leksik  vahidlәr  türk  dillәrindә  şәkilcә  eyni,  mәnaca  fәrqli 

sözlәrә  örnәk  göstәrilә  bilәr.  Bunların  da  Azәrbaycan  vә  Türkiyә  türkcәlәrindә  “A”  hәrfi  ilә 

başlayanlarının  lüğәti  dәrsliyimizin  III  hissәsindә  yer  almaqdadır.  Tәxmini  olaraq  aparılmış 

statistik hesablamalarımıza әsasәn türk dillәrindә sözügedәn leksik vahidlәrin sayı tәxminәn on 

minә qәdәrdir.  

  

 

2.3.2. Çeviri yazılımı proqramları vә bunlarla bağlı görülәn linqvistik işlәr 

Türk  әdәbi  dillәri  arası  uyğun  çeviri  yazılımı  proqramlarının  hazırlanması  üçün,  hәr  şeydәn 

öncә,  kompüterdә  dil-danışıq  eyniliklәri,  fәrqliliklәri  vә  variantlarının  ümumtürk  dilinin  fonetik, 

qrammatik,  leksik  vә  leksikoqrafik  qaydalarına  әsasәn  ilkin  vә  sonrakı  alqoritmlәri 

müәyyәnlәşdirilmәlidir.  Ayrıca  çoxmәnalı,  omonim,  sinonim  vә  nәhayәt  şәkilcә  eyni  vә  mәnaca  fәrqli 

sözlәrin ümumi polisemantik kontekstdә elektronik lüğәtlәri tәrtib olunmalıdır. Yalnız bundan sonra türk 

әdәbi dillәri arası konkret çeviri yazılımı proqramları gerçәklәşdirilә bilәr. Çeviri yazılımı proramlarının 

hazırlanması  işi  kompüter  vә  ümumiyyәtlә  informasiya  texnologiyaları  vasitәsilә  müәyyәn  linqvistik 

işlәrin  görülmәsini  dә  gündәmә  gәtirmәkdәdir.  Türk  әlifbaları,  dil-danışıq  özәlliklәri,  sәs  dәyәrlәri 

әsasında ümumtürkcә millәtlәrarası fonetik transkripsiya cәdvәli; yazı-danışıq eyniliklәri, fәrqliliklәri vә 

variantalarının  sxemlәri;  şәkilcә  eyni  vә  mәnaca  fәrqli  sözlәr  sinxronik  olaraq  tәsvir  olunmalıdır. 

Sözügedәn sinxronik tәsvirin yer aldığı çağdaş bir stolüstü funksional qrammatika kitabı hazırlanmalıdır. 

Hәmin funksional qrammatika kitabı hәr hansı bir inkişaf etmiş türk әdәbi dillәrindәn birindә yazıla bilәr.   

Bu  gün  dünyada  müxtәlif  dillәrin  tәdris  olunması,  öyrәnilmәsi  vә  qlobal  dil  siyasәtinin 

qurulması  fransızca  dövlәt  vә  ingiliscә  ünsiyyәt  dili  әnәnәsinә  dayanmaqdadır.  Avropa  mәrkәzli  dil-

işlәnilmә modellәşmәsi isә göstәrilәn hәr iki әnәnәni bir bütün halına gәtirmәkdәdir. Bu modellәşmә “dil 

hafizәsi bankı”nda әvvәlcәdәn hazır olan söz formalarının seçilәrәk işlәnilmәsilә gerçәklәşәn ünsiyyәtә vә 

ya kommunikasiyaya әsasәn qurulmaqdadır. Türk dillәrindә isә söz şәkli göstәrilәn işlәnilmә formasından 

fәrqli olaraq müxtәlif söz kök-gövdәsi vә şәkilçilәrin ifadә etdiyi funksiya vә mәna sahәlәrinin müәyyәn 

bir ardıcıllıqla reallaşan sırası ilә gerçәklәşmәkdәdir. Mәsәlәn, rus dilindә “в его творчестве” vә ingilis 

dilindә “in his works” sözlәri ilә söz sırasına әsasәn bir konkret anlam bildirilir. Türk dillәrindә isә hәmin 

anlam  tәk  bir  “yaradıcılığındakı”  leksik  vahidinin  “yarat”  söz  kök-gövdәsi  vә  -ıcı,  -lıq,  -ın,  -dakı 




Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə