M. M. Musayev



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə97/171
tarix20.09.2017
ölçüsü3,61 Mb.
#871
1   ...   93   94   95   96   97   98   99   100   ...   171

238 

 

1980-ci  illәrdәn  etibarәn  isә  mәtn  dilçiliyi,  qrammatikası,  quruluşu  vә  sintaksisi    vә  ya  mәtnin 



hәm  fonetik-fonoloji  vә  morfonoloji,  hәm  dә  qrammatik-leksik,  leksik-leksikoqrafik  vә 

farazeoloji-semantik  vә  funksional  özәlliklәri  mәtn-diskurs,  intertekstual  vә  interdiskursiv 

kontekstlәrdә bir bütün olaraq araşdırılmaqdadır (

Гальперин

 1981). Bu isә özәlliklә mәtn dilçiliyi 

vә  sintaksisinin  türkoloji  dilçilikdә  ayrıca  bir  linqvistik  sahә  olaraq  müәyyәnlәşdirilmәsini 

şәrtlәndirmәkdәdir.  Әslindә  ilk  öncә,  mürәkkәb  sintaktik  bütövlәr,  frazafövqü  vә  ya 

cümlәdәnböyük vahidlәr vә bunlarla bağlı olaraq da mәtn sintaksisi, mәtn qrammatikası vә mәtn 

quruluşu    anlayışları  ortaya  çıxmışdır.  1980-ci  illәrdәn  etibarәn  isә  әn  çox  “mәtn  dililçiliyi” 

termininin  işlәnilmәsi  yayğınlaşmışdır.  Bu  baxımdan  terminoloji  adlandırmada  mәtn  dilçiliyi 

termin-anlayışı üst qavram, “mәtn qrammatikası”, “mәtn quruluşu” vә “mәtn sintaksisi” termin-

anlayışları  onun  alt  qavramları,  “sintaktik  bütövlәr,  mürәkkәb  sintaktik  bütövlәr,  frazafövqü 

vahidlәr”  vә  s.  isә  onların  altındakı  alt  qavramlar  vә  ya  başlıqlar  vә  yarımbaşlıqlar  olaraq 

müәyyәnlәşdirilә  bilәr.  Dәrsliyimizin  bu  bölmәsindә  әsas  etibarilә  Azәrbaycan  türk  bәdii 

mәtninin sintaktik-kommunikativ özәlliklәri üzәrindә durulur.   

Türkoloji dilçilikdә vә onun müstәqil bir şöbәsi olan Azәrbaycan dilçiliyindә sözügedәn 

filoloji  qavrama  aid  yuxarıda  göstәrilәn  adlandırma  sәciyyәli  terminlәrdәn  daha  çox  “mәtn 

sintaksisi”  termini  işlәdilir

  (Novruzova  2002

).  Bu  bir  tәrәfdәn,  aşağıda  da  göstәrildiyi  kimi, 

sözügedәn  problemin  başlanğıcdan  etibarәn  türkoloji  dilçilikdә  daha  çox  “mürәkkәb  sintaktik 

bütov”  vә  “cümlәdәnböyük  vә  ya  frazafövqü    vahidlәr”  adlı  sintaktik  sәciyyәli  termin-

anlayışlarla işıqlandırılması, digәr tәrәfdәn isә Azәrbaycan dilçiliyindә sintaksisin vә özәlliklә dә 

mürәkkәb cümlә sintaksisinin  ümumi türkoloji dilçilik aurası baxımından çox geniş bir ölçüdә 

tәdqiq olunması vә buna bağlı olaraq da mövzunun sövq-tәbii bir şәkildә metalinqvistik sәciyyәli 

yönümdә açıqlana bilmәsiylә dә izah edilә bilәr. 

XX  yüzilin  40-50-ci  illәrindә  MSB-nin  bir  ortaq  öyrәnilmә  obyekti  olaraq  tәdqiqinә  

dair  Avropa vә rus dilçiliyindә әldә edilәn uğurlar keçmiş Sovetlәr Birliyindә yaşayan türkdilli 

xalqların  da  dil  materialları  әsasında  bu  vә  ya  digәr  filoloji-linqvistik  istiqamәtlәrdә  yeni  elmi 

tәdqiqatların  aparılmasına  güclü  tәkan  vermişdir.  XX  yüzilin  60-cı  illәrindә  Kazan 

Universitetinin professoru M. Z. Zәkiyev mәtn sintaksisi sahәsindә uğurlar qazanan ilk tәdqiqatçı 

türkoloqlardandır.  Onun  “Tatar  dilinin  sintaktik  quruluşu”  (1963)  adlı  әsәri    bu  baxımdan 

fundamental  tәdqiqat  işi  sayıla  bilәr.  Müәllif  kitabın  böyük  bir  bölmәsini  mürәkkәb  sintaktik 

bütövlәrin  quruluşuna  vә  onun  tәrkibindәki  cümlәlәrin  әlaqәlәnmәsi  mәsәlәsinә  hәsr  etmişdir. 




239 

 

Tatar  türkcәsinin  materialları  әsasında  mәtn  üzәrindә  araşdırmalar  aparan  müәllif  MSB-nin 



sәrhәdlәri,  hәcmi,  semantik  xüsusiyyәtlәri,  mәtndә  әlaqәlәndirici  vasitәlәri  haqqında  әtraflı 

mәlumat  vermişdir.  Tәdqiqatçıya  görә,  MSB-ni  tәşkil  edәn  cümlәlәr  arasındakı  bağlılığı  vә  ya 

ierarxik  münasibәtlәri,  onları  bağlayan  mәtnlinqvistik  vasitәlәri  әtraflı  öyrәnmәk  türkoloji 

dilçiliyin  әsas  mәsәlәlәrindәn  biridir.  Müstәqil-bәrabәrhüquqlu  cümlәlәr  arasındakı  bağlılığı 

öyrәnmәk  üçün  lazım  olan  tәlәblәrә  әlaqәli  nitqin  hansı  hissәsi  cavab  verirsә,  MSB-nin  dә 

hüdudları ondan asılı olaraq müәyyәnlәşir (

Закиев 1963)

Türk  әdәbi  dillәrindә  mәtn  sintaksisinә  dair  tәdqiqatlar,    başlıca  olaraq  mәtnin 



qrammatikası  vә  semantikası,  mәtn  vә  üslubiyyat  istiqamәtlәrindә  aparılan  araşdırma  işlәrinin 

mövzusu  olmuş  vә  әn  çox  da  mәtnin  komponentlәrinin  bir-biri  ilә  bağlanması,  bağlayıcı 

vasitәlәri,  sәrhәdlәri  vә  hәcmi  kimi  mәsәlәlәri  öyrәnilmişdir.  Türkoloji  dilçilikdә  isә  mәtn 

dilçiliyi  terminlәrinin  dәqiqlәşdirilmәsinә  cәhd  göstәrilmişdir.  Türk  әdәbi  dillәri  materialları 

әsasında  mәtn  sintaksisinә  aid  araşdırmalar  әsasәn  ayrı-ayrı  yazıçıların  yazdığı  bәdii  mәtnlәr 

üzәrindә aparılmışdır. Bunun әsas sәbәbi bәdii mәtnlәrin üslub zәnginliyi vә bәdii әsәrlәrdә fәrdi 

mәtn  quruculuğunun  daha  rәngarәng  formalarının  mövcudluğu  ilә  әlaqәlidir.  Lakin  türk  әdәbi 

dillәrinә dair qәdim  yazılı abidәlәrin mәtnlәri vә folklor mәtnlәri dә zaman-zaman mәtn dilçiliyi 

baxımından tәdqiqat mövzusu olmuşdur.   

Mәtn şifahi vә ya  yazılı olaraq gerçәklәşir. Klassik  filologiyada daha çox yazılı olaraq 

gerçәklәşәn  mәtnlәr  öyrәnilmişdir.  Yazılı  abidәlәrimizin  tәnqidi  mәtnlәri,  hәr  şeydәn  öncә, 

әdabiyyatşünaslıq  elmi  vә  onun  tәrkib  hissәlәri  olan  әdәbiyyat  tarixi,  әdәbiyyat  nәzәriyyәsi  vә 

әdәbi  tәnqidin  elmi  prinsiplәri  baxımından  hazırlanmışdır.  Vә  daha  çox  әdәbiyyat  tariximizin 

içәrisindә  yer  tutan  vә  dәyәrlәndirilәn  bu  elm  sahәsi  filologiyamızda  tekstologiya  termini  ilә 

adlandırılmışdır. Mәtn nәzәriyyәsi kimi bilinәn ümumi elm sahәsindә isә istәr әdәbiyyatşünaslıq 

vә  mәtn  dilçiliyi,  istәrsә  dә  üslubiyyat  vә  semiotika  arasındakı  fәnlәrarası  әlaqәlәr 

işıqlandırılmışdır. Müasir mәtn dilçiliyindә isә müәyyәn bir ierarxik bütövlüyә malik olan mәtnin 

quruluş  qaydaları  vә  hәmin  qaydalara  әsasәn  müәyyәnlәşdirilәn  semantik-funksional  әlaqәlәr 

öyrәnilir.  Mәtn  araşdırmaları  bir  elm  sahәsi  olaraq  bütövlükdә  filologiyanın  içәrisindә  yer  alır 

(ЛЭC 1990: 507).  

Semiotkada  hәr  cür  sistemli,  ardıcıl  vә  mәnalı  işarәlәr  vә  ya  kommunikativ 

şәkillәnmәlәrlә bәrabәr; müәyyәn bir tәdbir, mәrasim, rәqs, yuxu, oyun vә s. kimi fәrdi, kütlәvi 

vә  etnik-milli  fәaliyyәtlәr  vә  ya  fenomenlәr  dә  ayrı-ayrı  mәtnlәr  olaraq  tәrif  edilir.  Burada 



Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə