M stan nəz rl nəzrl ocağinin üÇ



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə1/54
tarix01.07.2018
ölçüsü0,78 Mb.
#52744
  1   2   3   4   5   6   7   8   9   ...   54


ŞƏ
M STAN    NƏZ RL
 
NƏZRL
 
OCAĞININ  
ÜÇ ŞA R
 
 
 
“Azərbaycan Milli Ensiklopediyası” 
ə ş r i y y a t   –   p o l i q r a f i y a   B i r l i y i  
B a kı — 2 0 0 2  
 
 
 
 
 


 
 
 
 
ƏLL FDƏ
 
Dünən bu gün üçün bir yadigardır. 
 
 Səməd Vurğun 
 
Öz qohum - qardaşını unutma, ailə və 
 tayfanızın qocalarına hörmət elə!» 
 
“Qabusnamə“dən 
  
Tarixin amansız, sərt qanunları var. Onu nə unutmaq olar, nə də təhrif 
etmək. Unutsan gələcək nəsl səni lənətləyər, üstəlik də düşmən yanında gözü 
kölgəli olarsan. Allahın varlığını hiss etməyib olmuşları təhriflə yazsan, bu 
dünyada vicdanın, o dünyada isə ruhun rahatlıq tapmaz. 
Bir nəslin tarixi şəxsi tarix deyil. O millətin tarixinin zərrəsidir. Damlalardan 
ümman yarandığı kimi, kiçik fakt və hadisələrdən də tarix yaranır. 
Nəslimin tarixini yazmaq məni çoxdan düşündürürdü. Onun yetirdiyi 
çoxsaylı ziyalı oğul və qızları keçmiş və bu günkü fəaliyyətləri ilə mənə onları 
tarixləşdirmək hüququ veriblər. 
Beş yüz evli Körpülü kəndində ilk məktəb direktoru, ilk həkim, ilk alim, ilk hərbçi, 
ilk ali təhsilli mühasib, ilk yazıçı bizim nəslin nümayəndələri olub. Maarifçi 
babalarım, əmilərim, dayılarım bizə qızıldan saray qoyub dünyasını dəyişməyiblər. 
Onlar bizə elm və bilik xəzinəsi bir də ən vacibi yaxşı ad qoyub gediblər. 
Bəzən düşünürsən ki, niyə mən babamın babasını taınmamalıyam. Niyə 
dünyanın böyük dövlətləri altı yüz, yeddi yüz əvvəl yaşamış ulularının haqqında 
yazır və təxmini də olsa babalarının portretlərini çəkdirib tarixi şəxsiyyət kimi 
yaşadır. Biz isə yüz, iki yüz il əvvəl yaşamış nənə və babalarımızı tanımırıq. Niyə 
nəslimizin şəcərəsini tərtib edib onu gələcək nəslə yadigar qoymayaq? Bu 
unutqanlıq haqqını bizə kim verib? Əlbəttə, bütün bunlar tənbəlliyimizdən və 
etinasızlığımızdan yaranan mənfi keyfiyyətlərdir. 
Mərd babalarımızın yaxşı əməllərini, torpaq təəssübkeşliyini, qəhrəmanlığını 
yaşatmaq müstəqil Azərbaycanımızda bizə qismət olub. Tarixi faktlar göstərir ki, 
1918-1920-ci illərdə də ilk Azərbaycan Cümhuriyyətinin qurucuları, sərkərdələri 
nəcib, əsilzadə nəsillərin oğul və qızları olub. 
Zamanın abı - havası qara buludları ölkəmizin üstündən qovub apardı. Bütün 
sərt qadağalar, yersiz təhrif və təriflər də o qara buludlarla uçub getdi.  ndi günəş 
ş
imaldan yox, mavi Xəzərimizin qırçınlı ləpələrinin arxasından doğur. Daha 
ulularımız haqqnıda küncdə - bucaqda, məclislərdə səsimizi qısa - qısa danışmırıq. 
Bu gün yazılan hər bir sağlam nəslin tarixi, canı və qanı ilə millətinə xidmət edib 


dünyasını dəyişmiş oğulun, qızın fəvaliyyəti ümum Azərbaycan tarixinin 
səhifəsinə daxil olmalıdır 
Nəzirli nəslinin yetirdiyi üç şairdən - Molla Əsgər Nəziroğlunun, Məmiş 
Nəzirlinin və Günyaz Nəzirlinin şerlərini çap üçün hazırlayanda istər - istəməz hələ 
Sovet qadağaları dövründə qələmə aldığım “Loru dərəsinin faciəsi” sənədli 
povestini də yada saldım. Bu sənədli əsər bir başa nəslimin tarixinə bağlı olduğuna 
görə, qələm dostlar;ın məsləhətilə onu da “Nəzirli ocağnın üç şairi” kitabıma daxil 
etdim. Əsər bitməmiş olsa da, inanıram ki, ümumoxucu rəyi mənim üçün gərəkli 
olacaq. 
 
  
El şairi Mirzə Səməd 
Daşsalahlının  
“Dağlar” şerindən: 
 
Nəzirli bulaqda lalə - nərgizlər, 
Armudludan gəlir şirin avazlar. 
Ürküşür sonalar, çığrışır qazlar, 
Zəmzəmə bənzəyir göllərin, 
dağlar. 
 
 
EL ŞA R  MOLLA ƏSGƏR NƏZ ROĞLU 
 
Bu gün elin yaddaşında Molla Əsgər kimi yaşayan el şairi Nəziroğlu Əsgər 
hərfi mənada başa düşülən kimi mollalıq eləməyib. Kamil dini təhsil alan Əsgər 
1880-ci ildə Loru nahiyəsinin Yuxarı Körpülü kəndində anadan olub.  kinci Şıxlıda 
məşhur maarifçi Molla Bilalın sinfində təhsil almışdır. O Bilal ki, onun müəllimlik 
təcrübəsi nəinki çar və Musavat dövründə, hətta sovetlər vaxtı belə bütün  ttifaqda 
tanınıb. Məhz maarifçilik fəaliyyətinə görə Molla Bilalın xidmətləri o vaxtlar hər 
kəsə qismət olmayan Lenin ordeninə layiq görülüb. 
Xalq şairi Osman Sarıvəlli Bilal Əhmədovun əvəzsiz xidmətini 1952-ci ildə 
yazdığı on səkkiz bəndlik “Bilal müəllim” adlı şerində nəzmə çəkib: 
 
 
 
 
 
Bilal müəllimin gözü önündən 
Keçir mühəndislər, keçir həkimlər, 
Cavan müəllimlər, cavan ustalar, 
Yaxşı aqronomlar, yaxşı ustalar. 
 
Deyir öz - özünə: - Bizim məktəbi 
Son illər bitirmiş bu şən cavanlar. 
Xoşbəxtəm, bunların tərbiyəsində 
Mənim də azacıq bir zəhmətim var. 
 


Ş
airin təvazökarlıqla dediyi Molla Bilalın azacıq müəllimlik zəhmətindən 
Nəziroğlu Əsgərə də səxavətlə pay düşüb. Sovetlər dövründə müəllimlik 
fəaliyyətini davam etdirə bilməyən Molla Əsgər kənd təsərrüfatında briqadir, 
ferma müdiri və başqa məsul vəzifələrdə işləyib. 1931-ci ildə quruluşun tuthatut 
vaxtı var - yoxu olan bir cüt kotanı və mal - qarasını kolxoza bağışlayıb. 
Müqəddəs Quranı əzbər bildiyinə və eldə, obada o vaxtın (1937-ci ildə) 
təbiri ilə desək, ziyalı və zəkalı molla kimi tanındığına görə kolxozdan xaric edilib. 
Məcbur olub ki, gecələrin birində oğlu Seyfəddinlə birlikdə Debet çayı sahilindəki 
Səngər dağının yanında müqəddəs Quranı torpağa tapşırsın. Onda bu saf insan 
üzünü Allahın dərgahına tutub qudurğan kənd sovet sədrinin ünvanına nifrətlə 
demişdi: 
- Ey gözəgörünməz Tanrı, müqəddəs Quranla belə rəftarıma görə məni 
bağışla. Səndən bircə diləyim var, müqəddəs Quranı bu günə saldıranı tezliklə 
məhv elə. 
Bir ay keçər - keçməz qaçaqlar həmin kənd sovet sədrini Quran basdırılan 
yerdən on beş - iyirmi metr aralıda, çayın sahilində ağaca sarıyıb güllələyiblər. 
Molla Əsgər Nəziroğlu elin yaddaşında bədahətən şer qoşan təbli şəxsiyyət 
kimi indi də yaşayır. Onun: 
 
 
 
 
 
 
 
 
 
A günü qara fəhlə, 
Ə
ppəyi para fəhlə, 
Niyə məlul durmusan? 
Samanı dara fəhlə 
 
- şeri bu gün də dillər əzbəridir. 
Onun lirik qoşmalarında,  gözəlləmələrində qədim Türk torpağı olan Loru 
nahiyəsindəki Ləlvər və Lejən dağları, Çubuxlu yaylağı, Yekəyal, Gendərə, 
Allahverdi mis mədənləri ilhamla tərənnüm olunur. 
 
* * * 
 
Totalitar sovet rejiminin molla kimi “gözümçıxdıya” saldığı Əsgər Nəzir 
oğlu xalqımıza başucalığı gətirən layiqli övladlar yetişdirmişdir. Onun böyük oğlu 
Nadir Nəzirov qırx ildən çox Yuxarı Körpülü kənd məktəbinin direktoru olmuşdur. 
Bu gün elmin , maarifin, kənd təsərrüfatının müxtəlif sahələrində ad - san 
qazanmış hər bir Körpülü sakini haqlı olaraq iftixarla deyir ki, mən görkəmli 
maarifçi Nadir Nəzirovun yetişdirməsiyəm. Əsl maarifçi və saf şəxsiyyət ömrü 
yaşamış Nadir Nəzirov qüsursuz xidmətlərinə görə Əməkdar Maarif xadimi adına 
layiq görülmüşdür. 
Neft təsərrüfatı sahəsində görkəmli mütəxəssis kimi tanınan texnika elmləri 
namizədi Seyfəddin Nəzirov uzun illər SSR  Neft Sənayesi Nazirliyində şöbə rəisi 
kimi məsul vəzifədə çalışmışdır. 
Ə
lli ilə yaxın Qazax rayon uşaq xəstəxanasın baş həkimi işləyən Osman 
Nəzirovun şəfalı əlləri Gəncə və Borçalı ərazisində yüzlərlə insana həyat bəxş 


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə