M stan nəz rl nəzrl ocağinin üÇ



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə52/54
tarix01.07.2018
ölçüsü0,78 Mb.
#52744
1   ...   46   47   48   49   50   51   52   53   54

1846-cı ilin may ayında Qafqaz canişini general-knyaz M.S.Vorontsov 
raportla imperator I Nikolaya bildirir ki, Loru dərəsindəki kəndlərin Sadıq bəy 
Yadigarovun
27
 ixtiyarında qalmasına icazə versin. Canişin qeyd edir ki, bu 
torpaqlar general A.P.Yermalov dövründə, 1819-cu ildə əlahəzrət tərəfındən 
Yadigaroğlu Sadıq bəyə bağışlanmışdır. Daha sonra canişin M.S.Vorontsov yazır: 
“Əvvəllər (1839-1841-ci illər nəzərdə tutulur - Ş.N.) Körpülü kəndində erməni 
qaxtağanlarının müvəqqəti məskunlaşmasına baxmayaraq, gürcü çarları II  rakli və 
Georgi tərəfindən bu kəndin Sadıq bəy Yadigarova bağışlanması haqqında ona 
fərman təqdim olunmuşdu. Bununla bərabər, çarlar ətrafdakı xristian və 
Azərbaycan kəndlərini də onlara bağışlamışdı və indiyədək də həmin kəndlər 
tamamilə Yadigarovların ixtiyarındadır”.
28
 
Həmin il dekabrın altısında imperator M.S.Vorontsova cavab məktubunda 
yazır ki, Loru nahiyəsindəki torpaqların Gürcüstanda yaşayan əsilzadə 
Yadigarovların ixtiyarında qalmasına etiraz etmir. 
Bəli, ayrı-ayrı rəsmi arxiv sənədlərində qaxtağan ermənilərin 1839-cu ildə 
indiki Körpülü ərazisində müvəqqəti məskunlaşması barədə məlumat var. 
...1839-cu ildə Cəlaloğlu şəhərinin yaxınlığındakı Uzunlar kəndinin iki 
erməni məhəlləsi ətrafdakı türk kəndlərinin təzyiqindən köçüb Sadıq bəy 
Yadigarovun tabeliyində olan torpaqda məskən salıblar. Xəyaloğlu talasında və o 
tay Qabaqdöş deyilən təpədə özlərinə dam-daş tikib yaşayan qaxdağan 
ermənilərinin getdikcə artdığını görən Sadıq bəy bərk narahatlıq keçirirdi. 
1841-ci ildə Şıxlı-Salahlı ərazisində bərk quraqlıq olduğundan Çubuxlu 
yaylağından qayıdan beş məhəllə Sadıq bəyin icazəsi ilə indiki Körpülüdən bir az 
aşağıda, Debet çayının sağ sahilindəki Quruçay adlı yerdə məskunlaşırlar. Həmin 
ili Təkəli kəndinin sahibi 
Mustafa bəy Yadigarovun [general-mayor Əsədulla bəy Yadigarovun (1844-1901) 
atasıdır] başçılığı ilə Sadaxlı və Borçalınınsay-seçmə igidlərinin köməyi ilə 
Xəyaloğlu talasında və Qabaq döşdə müvəqqəti məskun olan qaxdağan erməniləri 
döyüb qovurlar. Sınıq körpünün yanından qopub gəldiklərinə görə kəndə Körpülü 
adımı verib oturaq həyat keçirirlər. Onlar birinci və ikinci Şıxlı kəndlərindəki 
sələr, Sarvəllilər, Nəzirlər, Omarağalılar və Aşıqlar məhəllələrindən idilər. Aradan 
yüz əlli ildən çox keçsə də, bu məhəllələrin birinci və ikinci Şıxlıda qan və süd 
qohumları qalır. 
 
* * * 
 
Ötən əsrin yetmişinci illərində Azərbaycan Dövlət Universitetində təhsil 
alırdım. Hər il yay və qış tətillərində kəndə gedəndə ağsaqqal müəllim Məmiş 
Ə
hməd oğlu ilə görüşər, bir stol arxasında saatlarla, günlərlə üzbəüz oturardıq. 
Zəngin məlumatlı Məmiş əmi kəndin tarixindən, nüfuzlu nəsillərdən danışar, mən 
də qeydlər götürərdim. Bu söhbətlərində o, çox vaxt yüz bir yaşında vəfat etmiş, 
                                                 
27
 Bu, sovetleşməyə qədər yaşayan Sadıq bəy Yadigarov deyil, onun adı qoyulan 
ə
misidir. - Ş.N. 
28
 Bax: «KoIonialğnaə politika Rossiyskoqo üarizma v Azerbaydjane» kitabı, II cild, 
səh. 104, 1937-ci il nəşri. 


mərhum bibisi Zeynəb xanımın Nəzir qızının (1857-1958) xatirələrinə əsaslanırdı. 
Beş şagird dəftərində elədiyim qeydləri, əhvalatları bu günədək qoruyub 
saxlamışam. Bunlar nəsillər, kəndimizin ayrı-ayrı şəxsiyyətləri haqqında qocaman 
müəllim Məmiş Əhməd oğlu Nəzirovun yaddaşından mənə əvəzsiz yadigardır. 
Ş
air təbiətli, zəngin söz ehtiyatlı Məmiş əmi şer də yazardı. Amma nə onları 
dərc etmək üçün təşəbbüs göstərməz, nə də şairliyi ilə öyünməzdi. Yalnız gənclərin 
toy məclisində arıq qamətini şax tutar, gur və məğrur səslə özünün “Mahir” 
təxəllüsü ilə yazdığı qoşmaları, gəraylı və divaniləri var səsilə oxuyardı. Şerin 
ahəngindən məst olan məclis əhli dönə-dönə onun sağlığına badə qaldırardı. 
Təvazökar şair Mahir isə sərt, bir az da ötkəm səslə: 
- Dostlar, - deyərdi, - gəlin unutmayaq ki, biz cavanların xeyir-duasına 
gəlmişik. Onların sağlığına badə qaldırmalıyıq, onlara xoşbəxtlik diləmək 
borcumuzdur... Nə yapışmısınız bu qoca müəllim babadan - deyə zarafat edərdi. 
1972-ci ildə söhbət elədiyim Məmiş Əhməd oğlunun yaddaşından bir parça: 
Babamız Nəzir Abdulla oğlu Şıxlı kəndinin Sarıvəlli məhəlləsində təxminən 1820-
25-ci illərdə anadan olub. Müfli Məhəmməd əfəndi Molla Osman oğlu Vidadovun 
(1805—1872; XVIII əsrin iki klassik şairi - Molla Vəli Vidadinin oğul, Molla 
Pənah Vaqifin isə qız nəvəsidir - Ş.N.) məktəbində dini təhsil almışdır. Hələ gənc 
yaşlarında o, iti ağlı və fərasəti ilə eldə, obada nüfuz qazana bilmişdir.  stər ümumi 
kənd işlərində, istərsə də bəzi ailə və nəsillər arasında olan mübahisəli məsələlərin 
yoluna qoyulmasında onun müdrik məsləhətləri gərəkli olmuşdur. Rəhmətlik 
Zeynəb mamam danışardı ki, Yadigarovlar öz torpaqlarından bizim kəndə payı 
məhz atam Nəzirin xətrinə veriblər. O, Mustafa bəy və  srafil bəy Yadigarovla çox 
yaxın dost olub. Sonralar bu dostluğu Sadıq bəylə Nəzirin qardaşı oğlu Süleyman 
katda Alı oğlu davam etdirmişlər. 
Nəzir babamın həyat yoldaşı Daş Salahlı qızı Salya xanım olub. O, məşhur 
mülkədar Məmməd koxanın xalası idi. Cavan ikən vəfat edən Salya xanımdan iki 
qız övladı qalır. Nəzir bir müddət evlənmir. Bir gün yaylaqdan qayıdan Nəzirdən 
qaynanası soruşur ki, niyə evlənmirsən, bu qədər dul yaşamaq olmaz, bu, şəriətlə 
də günahdır. Cavansan, mən qaynana kimi sənə icazə verirəm... 
- Mən o vaxta qədər dul qalacağam ki, kiçik qızım Fatma xanım ərə gedəsi 
olsun. 
- Nəzir, oğlum, onda gərək ən azı iki il gözləyəsən. 
-  ki il nədi, lap dörd-beş il də gözlərəm, təki mənim qızlarım analıq üzü 
görməsin, yad qapazı yeməsinlər. 
Sonralar Fatma xanımla evlənən Nəzir Abdulla oğlunun üç oğlu, üç qızı - 
Ə
hməd, Əsgər, Mahmud, Zeynəb, Yetər və Cəvahir adlı övladları olur. 
Gürcüstan Mərkəzi Dövlət Arxivinin sənədləri şahidlik edir ki, Süleyman 
katda Alı oğlu 1849-cu ildə Körpülüdə anadan olub. O, ayrı-ayrı illərdə iki dəfə - 
Ləmbəli, Şınıx, Qalaça və Körpülü kəndlərinin katdası seçilib. Onun anası Kirənc 
Muğanlı kəndindən olan dəli Əhmədin qızı Salya xanım idi. Həmin illərdə Körpülü 
Borçalı qəzasının tabeliyində olsa da, nə Süleyman katda, nə də kəndin əhalisi 
Ş
ıxlı və Daş Salahlı kəndlərilə əlaqələrini kəsməmişlər. Xüsusilə, həmyaşıdı 
Məmməd koxa Mahmud oğlu (1859-1933) ilə Süleyman katda arasında qohumluq 
və dostluq möhkəm olmuşdur. El şairi Mirzə Səmədin, Şıxıoğlu Vəkilin və Məmiş 


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə