M ü Ə L l I f V ə Ə s ə r L ə r I h a q q I n d a



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə14/108
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34202
1   ...   10   11   12   13   14   15   16   17   ...   108

Növlərin əsl mənşəyi
43
formaların qalıqları ilə zəngin olmalıdır. Bu həqiqət Darvin tərəfindən də qəbul 
edilmişdir və Darvin “Növlərin mənşəyi”ndə bunu belə açıqlamışdır:
Əgər  nəzəriyyəm  doğrudursa,  növləri  bir-birilə  əlaqələndirən  saysız-
hesabsız  ara  keçid  növlər  mütləq  yaşamalıdır...  Onların  yaşadığına  dair 
dəlillər isə ancaq fosil qalıqları arasında tapıla bilər.
39
Bu  sətirləri  yazan  Darvin  bu  ara-keçid  formalarının  fosillərinin  heç  cür 
tapılmadığını da bilirdi. Bunun öz nəzəriyyəsi üçün böyük problem olduğunu 
da görürdü. Ona görə “Növlərin mənşəyi” kitabının “Nəzəriyyənin qarşısında 
duran çətinliklər” (Difficulties on theory) adlı bölməsində belə yazmışdı:
Əgər  həqiqətən  növlər  digər  növlərdən  tədrici  inkişafla  törəmişdirsə,  nə 
üçün  saysız-hesabsız  ara-keçid  formaya  rast  gəlmirik?  Nə  üçün  bütün 
təbiət  qarmaqarışıq  deyil,  tam  nizam  halındadır?  Saysız-hesabsız  ara 
keçid  forması  olmalıdır,  lakin  nə  üçün  yer  üzünün  sayıla  bilməyəcək 
qədər çox olan təbəqələrində onları tapmırıq? Nə üçün hər geoloji forma 
və  hər  təbəqə  bu  cür  ara-keçid  formaları  ilə  dolu  deyil?  Geoloji 
cəhətdən 
yaxşı 
dəyərləndirilmiş dövr müəyyən edilməmişdir və bəlkə də bu mənim 
nəzəriyyəmə qarşı irəli sürüləcək ən böyük etiraz olacaqdır.
40
Darvinin bu böyük problem qarşısında irəli sürdüyü yeganə açıqlama isə o 
dövrdəki fosillərin kafi olmaması idi. Fosillər hərtərəfli şəkildə təhlil edildikdə 
itmiş ara formaların mütləq tapılacağını iddia etmişdi.
Ara keçid formaları problemi və sabitlik
Təkamülçü  paleontoloqlar  Darvinin  bu  iddiasına  əsaslanaraq  XIX  əsrin 
ortalarından etibarən dünyanın hər tərəfində qızğın fosil araşdırmaları apardılar 
və  ara  keçid  formalarını  axtardılar.  Lakin  bütün  səylərinə  baxmayaraq,  bu 
ara-keçid  formalarına  heç  vaxt  rast  gəlmədilər.  Aparılan  qazıntılarda  və 
araşdırmalarda əldə edilən bütün tapıntılar təkamül nəzəriyyəsinin iddialarının 
əksinə,  canlıların  yer  üzündə  birdən-birə,  tam  və  qüsursuz  şəkildə  ortaya 
çıxdıqlarını göstərdi.
Təkamülçü  paleontoloq  Robert  Karol  fosil  tapıntılarının  darvinistlərin 
ümidlərini boşa çıxardığını etiraf etməyə məcbur olmuşdur:
Darvinin  ölümündən  bəri  100  ildən  çox  davam  edən  qızğın  fosil  yığma 
fəaliyyətlərinə  baxmayaraq,  fosil  qeydləri  hələ  də  onun  gözlədiyi  saysız-
hesabsız ara-keçid halqaları ilə bağlı səhnə üzə çıxarmır.
41
Başqa bir təkamülçü paleontoloq K.S.Tomson yeni canlı qruplarının fosil 
qeydlərində çox ani surətdə üzə çıxdıqlarını bildirir:
Əsas canlı qrupu ortaya çıxdıqda və fosil qeydlərində ilk dəfə göründükdə 
əcdadı və ya təkamül qohumu olduğu fərz edilən qruplarda görünməyən 
yeni xüsusiyyətlərlə birlikdə üzə çıxır. Morfologiya və funksiyalarındakı bu 


HƏYATIN GERÇƏK MƏNŞƏYİ
44
radikal fərqlərin çox sürətlə üzə çıxdığı görünür.
42
Bioloq Frensis Hiçinq isə “Zürafənin boynu: Darvinin səhvi nədə idi?” (The 
neck of the giraffe: where Darwin went wrong) adlı kitabında belə yazır:
Əgər  fosillər  tapırıqsa  və  əgər  Darvinin  nəzəriyyəsi  doğrudursa,  onda 
qayalarda müəyyən qrup məxluqun daha kompleks başqa qrup məxluqa 
doğru  kiçik  dəyişikliklərlə  təkamül  keçirdiyini  göstərən  qalıqlar  üzə 
çıxmalıdır.  Nəsildən-nəslə  inkişaf  edən  bu  “kiçik  dəyişikliklər”  olduqca 
yaxşı qorunmalıdır. Ancaq vəziyyət heç də belə deyil. Əslində bunun tam 
əksi  doğrudur.  Darvinin:  “saysız-hesabsız  ara  forma  olmalıdır,  amma 
bunları nə üçün yer üzünün saysız-hesabsız təbəqələrində tapa bilmirik?”, 
-deyərkən  şikayətlənməsi  kimi.  Darvin  fosil  qeydlərindəki  bu  “qeyri-
adi  çatışmazlığın”  sadəcə  daha  artıq  fosil  qazıntısı  aparmaqla  əlaqədar 
olduğunu  düşünmüşdü.  Amma  nə  qədər  yeni  fosil  qazıntıları  aparılsa 
da,  tapılan  növlərin  demək  olar  ki,  hamısının  istisnasız  bu  gün  yaşayan 
heyvanlara çox bənzədiyi üzə çıxmışdır.
43
Fosil qeydləri canlı növlərinin həm bir anda və tamamilə fərqli quruluşda 
meydana  gəldiklərini,  həm  də  çox  uzun  geoloji  dövrlər  boyu  dəyişmədən 
sabit  qaldıqlarını  göstərir.  Harvard  Universitetindən  paleontoloq  və  məşhur 
təkamülçü Stefen Cey Quld bu həqiqəti 1970-ci ilin sonlarında belə qəbul edir:
Fosilləşmiş növlərin əksərinin tarixi pilləli təkamüllə ziddiyyət təşkil edən 
iki fərqli xüsusiyyət ortaya qoyur:
1. Sabitlik. Əksər növlərdə dünyada mövcud olduğu  müddət ərzində heç 
bir dəyişiklik baş verməmişdir. Fosil qeydlərində ilk dəfə meydana gəldikləri 
andakı  formaları  nədirsə,  qeydlərdən  izləri  silindiyi  andakı  formaları  da  o 
cürdür. Morfoloji (forma) dəyişiklik əsasən məhduddur və müəyyən istiqaməti 
yoxdur.                                                                 . 
Fosil qeydlərində 
Darvinin irəli sürdüyü 
kimi mərhələli bir 
inkişaf yoxdur. Müxtəlif 
canlı növləri özlərinə xas 
bədən quruluşları ilə bir 
anda meydana gəlmişlər.


Növlərin əsl mənşəyi
45
2. Ani şəkildə ortaya çıxma. Bir növ hər hansı lokal bölgədə əcdadlarından 
pilləli şəkildə dəyişikliklərə uğrayaraq mərhələ-mərhələ meydana gəlmir, bir 
anda və “tamamilə formalaşmış” şəkildə ortaya çıxır.
44
Sonrakı tədqiqatlar fosil qeydlərində görülən sabitlik və ani şəkildə ortaya 
çıxma həqiqətini daha çox gücləndirdi. Stefen Cey Quld və Nayls Eldric 1993-cü 
ildə: “geoloji tarix boyu növlərin çoxu ya nəzərə çarpacaq dərəcədə dəyişməmiş, 
ya da heç bir aydın istiqaməti olmayan morfoloji cəhətdən cüzi dalğalanmalar 
baş  vermişdir”,  -  deyə  yazdılar.
45
  Robert  Karol  1997-ci  ildə  “əsas  qrupların 
çoxunun geoloji baxımdan çox qısa müddətdə əmələ gələrək müxtəlifləşdiyini 
və  əsaslı  morfoloji  və  ya  qidalanma  tipli  dəyişikliklər  olmadan  daha  uzun 
müddət həyatını davam etdirdiyini” qəbul etməyə məcbur olmuşdur.
46
Burada “ara forma” anlayışının tam şəkildə nə məna verdiyini bildirməliyik. 
Təkamül  nəzəriyyəsinin  iddia  etdiyi  ara  formalar  iki  canlı  növü  arasında 
qalan, lakin əksik və yarım orqanlara malik olan canlılardır. Ancaq bəzən ara 
forma anlayışı səhv başa düşülür və əslində ara forma xüsusiyyəti daşımayan 
canlılar ara forma kimi qəbul edilir. Məsələn, bir canlı qrupunun digər canlı 
qrupuna  aid  xüsusiyyətlərə  malik  olması  ara  formaya  aid  xüsusiyyət  deyil. 
Avstraliyada  yaşayan  ördəkburun  məməli  olmasına  baxmayaraq,  sürünənlər 
kimi yumurtlayaraq çoxalır. Bundan başqa, ördək burnuna bənzəyən dimdiyi 
var. Elm adamları ördəkburun kimi canlılara “mozaik canlı” adını vermişlər. 
Mozaik  canlıların  ara  forma  olmadığı  Stefen  C.Quld  və  Nayls  Eldric  kimi 
qabaqcıl təkamülçü paleontoloqlar tərəfindən də qəbul edilir.
47
Fosillərin kafiliyi
Görəsən,  ara  forma  fosillərinin  yoxluğu  qarşısında  Darvinin  140  il  əvvəl 
müdafiə etdiyi “ara formalar indi yoxdur, amma yeni tədqiqatlarla tapıla bilər” 
arqumenti hələ də etibarlıdır? Başqa sözlə, aparılan bütün fosil tədqiqatlarının 
nəticəsinə  baxaraq  ara  formalarının,  əslində,  heç  vaxt  yaşamadıqları  qəbul 
edilməlidir, yoxsa yeni araşdırmaların nəticələri gözlənilməlidir?
Bu  suala  veriləcək  cavabı,  əlbəttə,  əlimizdəki  fosil  qeydlərinin  zənginliyi 
müəyyən edir. Paleontoloji faktlara baxdıqda isə fosil qeydlərinin həddindən 
artıq zəngin olduğunu görürük. Dünyanın müxtəlif bölgələrindən əldə edilmiş 
milyardlarla fosil nümunəsi var.
48
 Bu fosillərə baxaraq 250 min müxtəlif canlı 
növü  müəyyən  edilmişdir  və  bunlar  hal-hazırda  yaşayan  1.5  milyon  növə 
həddindən  artıq  bənzərdir.
49
  (Hal-hazırda  yaşayan  bu  1.5  milyon  növün  1 
milyonu həşəratlardır). Bu qədər zəngin fosil mənbəyinə baxmayaraq, heç bir 
ara forma tapılmasa da, yeni qazıntılarda ara formaların tapılacağı mümkün 
hesab edilir.
Qlazqo  Universitetindən  paleontologiya  professoru  T.Nevil  Corc  bu 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə