M ü Ə L l I f V ə Ə s ə r L ə r I h a q q I n d a



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə6/108
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34202
1   2   3   4   5   6   7   8   9   ...   108

HƏYATIN GERÇƏK MƏNŞƏYİ
18
Genetika problemi
Darvinin nəzəriyyəsini çıxılmaz vəziyyətə salan digər məsələ isə irsiyyət 
oldu. Darvinin nəzəriyyəsini irəli sürdüyü dövrdə canlıların xüsusiyyətlərini 
sonrakı nəsillərə necə ötürdükləri, yəni irsiyyətin necə baş verdiyi tam məlum 
deyildi. Ona görə, irsiyyətin qan yolu ilə ötürülməsi kimi ibtidai düşüncələr 
geniş qəbul edilmişdi.
İrsiyyət  haqqında  bilgi  azlığı  Darvinin  də  nəzəriyyəsini  irəli  sürərkən 
tamamilə  bəzi  səhv  fərziyyələrə  əsaslanmasına  səbəb  oldu.  Darvin  “təkamül 
mexanizmi” kimi təbii seçmənı göstərirdi. Amma təbii seçmə ilə seçilən “faydalı 
xüsusiyyətlər” necə ortaya çıxacaq və nəsildən-nəslə necə ötürüləcəkdi? Darvin 
elə  bu  yerdə  Lamark  tərəfindən  ortaya  atılmış  “qazanılmış  xüsusiyyətlərin 
sonradan  ötürülməsi”  tezisinə  əl  atdı.  Təkamül  nəzəriyyəsini  müdafiə  edən 
tədqiqatçı  Qordon  R.Teylor  “Böyük  təkamül  müəmması”  (The great evolution 
mystery) adlı kitabında Darvinin lamarkizmdən çox təsirləndiyini belə izah edir:
Lamarkizm  qazanılmış  xüsusiyyətlərin  irsi  cəhətdən  ötürülməsi  kimi 
tanınır... Darvinin özü açıq desək, bu cür irsiyyətin baş verdiyinə inanmış və 
hətta  barmaqlarını  itirdikdən  sonra  uşaqları  barmaqsız  doğulan  bir  adamı 
nümunə  göstərib  bu  hadisəni  izah  etmişdir...  Darvin  Lamarkdan  bircə  fikir 
belə götürmədiyini iddia etmişdir. Bu, olduqca gülüncdür, çünki Darvin daima 
qazanılmış  xüsusiyyətlərin  ötürülməsi  fikri  ilə  oynamışdır  və  (ona  görə  də) 
Lamarkdan çox Darvin tənqid edilməlidir. Kitabının (Növlərin mənşəyi) 1859-cu 
il nəşrində “xarici amillərin dəyişməsinin” variasiyalara səbəb olduğunu deyir, 
ancaq  ardınca  da  bu  şərtlərin  variasiyaları  tənzimlədiyini  və  bunu  edərkən 
də təbii seçmə ilə birlikdə hərəkət etdiyini açıqlayır. Hər keçən il (orqanların) 
istifadə edilməsi və ya edilməməsi mövzusuna daha artıq əhəmiyyət vermişdir... 
1868-ci ildə “Əhliləşdirilən heyvan və bitkilərin variasiyaları” (Varieties of animal 
and plants under  domestication) adlı kitabını nəşr etdirdikdə lamarkist irsiyyətə 
dəlil olduğunu hesab edən bir çox nümunə vermişdir... Bəzi oğlan uşaqlarının 
orqanlarının  ön  dərilərinin  nəsillər  boyu  edilən  sünnət  nəticəsində  qısalması 
kimi.
3
Ancaq Lamarkın tezisi əvvəldə də dediyimiz kimi, avstriyalı botanik rahib 
Qreqor  Mendelin  kəşf  etdiyi  irsiyyət  qanunları  tərəfindən  təkzib  edildi.  Belə 
olduqda “faydalı xüsusiyyətlər” anlayışı da əsassız qaldı. Genetika qanunları 
qazanılmış  xüsusiyyətlərin  ötürülmədiyini  və  irsiyyətin  dəyişilməyən  bəzi 
qanunlara əsasən baş verdiyini göstərirdi. Bu qanunlar növlərin dəyişməzliyi 
fikrini  dəstəkləyirdi.  Darvinin  İngiltərədəki  heyvan  bazarlarında  gördüyü 
inəklər nə qədər fərqli kombinasiyalarla cütləşdirilsələr də, növ dəyişməyəcək 
və inək olaraq qalacaqdılar.


Qısa Tarix
19
Qreqor Mendel uzun təcrübə və müşahidələr 
nəticəsində  müəyyən  etdiyi  irsiyyət  qanunlarını 
1865-ci  ildə  elmi  jurnalda  açıqlamışdı. Ancaq  bu 
qanunlar əsrin sonlarında elm dünyasının diqqətini 
çəkdi.  XX  əsrin  əvvəllərində  bu  qanunların 
doğruluğu  bütün  elm  dünyası  tərəfindən  qəbul 
edildi.  Bu  vəziyyət  “faydalı  xüsusiyyətlər” 
anlayışını  Lamarka  əsaslanaraq  izah  etməyə 
çalışmış Darvinin nəzəriyyəsini çıxılmaz vəziyyətə 
saldı.
Burada  ümumi  bir  səhvi  düzəltmək  yerində 
olar:  Mendel  təkcə  Lamarkın  təkamül  modelinə 
deyil,  eyni  zamanda  Darvinin  də  təkamül 
modelinə  qarşı  çıxmışdı.  “İrsiyyət”  jurnalında 
(Journal of heredity) nəşr edilən “Mendelin təkamülə 
və  Darvinə  müxalifəti”  (Mendel’s opposition 
to evolution and to Darwin)  başlıqlı  məqalədə 
bildirildiyi  kimi,  “Mendel  “Növlərin  mənşəyi”  əsəri  ilə  tanış  idi  və  Darvinin 
nəzəriyyəsinə  qarşı  çıxırdı.  Darvin  təbii  seçmə  ilə  ortaq  əcdaddan  təkamül  
keçirmə nəzəriyyəsini irəli sürərkən Mendel xüsusi yaradılışa inanırdı”.
4
Mendelin  kəşf  etdiyi  qanunlar  darvinizmi  çətinliyə  saldı.  Məhz  bu 
səbəblərdən Darvinizmi müdafiə edən elm adamları XX əsrin birinci rübündə 
yeni  təkamül  modeli  qurmağa  çalışdılar.  Beləliklə,  neodarvinizm  meydana 
gəldi.
Neodarvinizmin səyləri
Darvinizm ilə genetika elmini birtəhər uyğunlaşdırmağı qarşısına məqsəd 
qoyan bir qrup elm adamı 1941-ci ildə Amerika Geologiya Dərnəyinin təşkil 
etdiyi bir yığıncaqda toplandılar. G.Ledyard Stebbins və Teodosius Dobjanski 
kimi genetiklərin, Ernst Mayr və Culian Haksley kimi zooloqların, Corc Qeylord 
Simpson və Qlen L.Cepsen kimi paleontoloqların uzun müzakirələrdən sonra 
gəldiyi nəticə darvinizmə yeni forma vermək oldu.
5
Bu  şəxslər  genetika  qanunlarının  ortaya  qoyduğu  “genetik  sabitlik” 
həqiqətinə qarşı hollandiyalı botanik Hüqo de Vries tərəfindən əsrin əvvəlində 
irəli  sürülən  “mutasiya”  anlayışından  istifadə  etdilər.  Mutasiyalar  məlum 
olmayan  səbəblərdən  canlıların  irsiyyət  mexanizmlərində  meydana  gələn 
pozuntular  idi.  Mutasiya  keçirən  canlılar  valideynlərindən  aldıqları  genetik 
məlumatdan başqa bəzi anormal formalara malik olurdular.
Amerika  Geologiya  Dərnəyində  toplanan  elm  adamları  bu  mutasiya 
Mendelin müəyyən etdiyi 
irsiyyət qanunları təkamül 
nəzəriyyəsini çıxılmaz 
vəziyyətə saldı


HƏYATIN GERÇƏK MƏNŞƏYİ
20
anlayışını  mənimsədilər  və  Darvinin  Lamarka  əsaslanaraq  cavablamağa 
çalışdığı  “canlıları  inkişaf  etdirən  faydalı  dəyişikliklərin  mənbəyi  nədir?” 
sualına “təsadüfi mutasiyalar” cavabını verdilər. Darvinin təbii seçmə tezisinə 
mutasiya  anlayışının  əlavə  edilməsiylə  ortaya    çıxan  bu  yeni  nəzəriyyəyə  də 
“Müasir  sintetik  təkamül  nəzəriyyəsi”  adını  verdilər.  Qısa  müddət  ərzində 
bu yeni nəzəriyyə neodarvinizm kimi tanındı və nəzəriyyəni irəli sürənlər də 
neodarvinistlər  kimi tanındılar.
Ancaq  mühüm  bir  problem  var  idi:  mutasiyaların  canlıların  genetik 
məlumatını  dəyişdirməsi  doğru  idi,  lakin  bu  dəyişiklik  daima  mənfi  təsir 
edirdi.  Müşahidə  edilən  bütün  mutasiyalar  şikəst,  xəstə,  zəif  fərdlər  ortaya 
çıxarır, bəzən də birbaşa ölümə səbəb olurdular. Ona görə də neodarvinistlər 
çoxlu təcrübə və müşahidə aparıb canlıların genetik məlumatını təkmilləşdirən 
“faydalı  mutasiya”  nümunələri  əldə  etməyə  çalışdılar.  Meyvə  milçəkləri  və 
digər bəzi növlər üzərində on illərlə davam edən mutasiya təcrübələri keçirildi. 
Ancaq  bu  təcrübələrdə  heç  vaxt  mutasiyaların  canlıların  genetik  məlumatını 
təkmilləşdirməsi faktı müşahidə edilmədi.
Bu  gün  mutasiya  məsələsi  hələ  də  darvinizm  üçün  böyük  müəmmadır. 
Darvinizmin  “faydalı  dəyişikliklərin”  yeganə  mənbəyi  kimi  göstərdiyi 
mutasiyaların  sözün  əsl  mənasında  heç  bir  faydalı  nümunəsi  müşahidə 
edilməmişdir. Bu mövzunu daha sonrakı bölmədə təfərrüatı ilə araşdıracağıq.
Neodarvinist nəzəriyyəni çıxılmaz vəziyyətə salan digər sahə isə fosillər 
oldu.  Fosillər  Darvin  dövründə  belə  nəzəriyyənin  qarşısında  böyük  maneə 
olmuşdu.  Darvin  nəzəriyyəsini  dəstəkləyən  “ara  növ”  canlılara  aid  fosillərin 
olmadığını  qəbul  etmiş,  lakin  yeni  araşdırmalar  nəticəsində  bu  fosillərin 
tapılacağını  irəli  sürmüşdü.  Ancaq  hər  cür  paleontoloji  səyə  baxmayaraq, 
fosillər nəzəriyyənin qarşısında böyük maneə olmağa davam edirdi. Darvinin 
dövründə  nəzəriyyəni  dəstəkləyən  və  böyük  dəlil  hesab  edilən  “rudiment 
    Neodarvinizmin qurucuları: Ernst Mayr, Teodosius Dobjanski və Gulian Haksley


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə