M ü Ə L l I f V ə Ə s ə r L ə r I h a q q I n d a



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə7/108
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34202
1   2   3   4   5   6   7   8   9   10   ...   108

Qısa Tarix
21
orqanlar”, “embrioloji rekapitulyasiya” və “homologiya” kimi məfhumlar da 
yeni elmi kəşflər qarşısında bir-bir əsasını itirdi. Bütün bu mövzuları kitabın 
sonrakı bölmələrində hərtərəfli şəkildə təhlil edəcəyik.
Böhran içində olan  nəzəriyyə
Darvinizmin irəli sürüldüyü gündən bəri qarşılaşdığı problemlərin buraya 
qədər qısa şəkildə xülasəsini verdik. Bu maneələrin nə qədər böyük olduğunu 
bir  azdan  araşdıracağıq.  Bu  kitabdakı  məqsədimiz  təkamül  nəzəriyyəsinin 
bəzi insanların hesab etdiyi və ya göstərməyə çalışdığı kimi, açıq elmi həqiqət 
olmadığını göstərməkdir. Əksinə, təkamül nəzəriyyəsi ilə elmi kəşflər müqayisə 
edildikdə böyük ziddiyyət meydana gəlir. Populyasiya genetikası, müqayisəli 
anatomiya, paleontologiya, molekulyar biologiya və biokimya kimi bir çox fərqli 
sahədə təkamül nəzəriyyəsi “böhran” içindədir.
Bu  tərif  avstraliyalı  biokimyaçı  və  darvinizmin  tanınmış  tənqidçisi  prof. 
Maykl Denton tərəfindən verilmişdir. Denton 1985-ci ildə nəşr edilən “Təkamül: 
böhran içində nəzəriyyə” (Evolution: a theory in crisis) adlı kitabında nəzəriyyəni 
müxtəlif elm sahələrinin işığında təhlil etmiş və bu nəticəyə gəlmişdir ki, təbii 
seçmə  nəzəriyyəsi  canlıların  mənşəyini  açıqlaya  bilmir.
6
  Denton  darvinizmi 
başqa düşüncə tərzinin doğruluğunu göstərmək üçün tənqid etməmiş, sadəcə 
nəzəriyyəni  elmi  kəşflərlə  müqayisə  etmişdir.  Son  20  il  ərzində  hələ  bir  çox 
elm adamı təkamül nəzəriyyəsinin elmi əsassızlığı haqqında çox mühüm elmi 
əsərlər yazmışlar.
Bu  kitabda  təkamül  nəzəriyyəsinin  düşdüyü  bu  böhranı  təhlil  edəcəyik. 
Bəlkə bəzi oxucular onlara izah edilməsinə baxmayaraq, təkamül nəzəriyyəsinə 
inanmaqdan əl çəkməyəcəklər. Ancaq yenə də bu kitabı oxumaları, heç olmasa 
inandıqları  nəzəriyyənin  elmi  kəşflər  qarşısındakı  əsl  mövqeyini  görmələri 
baxımından faydalı olacaq.
                                               


22
     
D
ARVİNİZMİN
 MEXANİZMLƏRİ
T
əkamül  nəzəriyyəsinə  əsasən  canlılar  təsadüflərlə  əmələ  gəlmiş  və 
yenə  təsadüflərlə  inkişaf  etmişdir.  Bundan  təqribən  3.8  milyard  il 
əvvəl dünyada heç bir canlı yox ikən əvvəlcə canlı hüceyrələr, sonra 
çoxhüceyrəli  kompleks  canlılar  əmələ  gəlmiş  və  getdikcə  daha  mürəkkəb 
növlər ortaya çıxmışdır. Başqa sözlə, darvinizmə əsasən təbiətdəki bəzi amillər 
sadə cansız elementlərdən çox kompleks və qüsursuz dizayna malik canlılar 
meydana gətirmişdir.
Bu iddianı nəzərdən keçirərkən, əvvəla, təbiətdə həqiqətən belə bir gücün 
olub-olmadığına baxmaq lazımdır. Daha açıq desək, bu cür təkamülü həyata 
keçirəcək təbii mexanizmlər varmı?
Bu  gün  təkamül  nəzəriyyəsi  adlandırdığımız  neodarvinist  model  bu 
məsələ ilə bağlı iki əsas mexanizm irəli sürür: “təbii seçmə” və “mutasiya”. 
Nəzəriyyənin  əsas  iddiası  belədir:  “Təbii  seçmə  və  mutasiya  bir-birlərini 
tamamlayan  iki  mexanizmdir.  Təkamül  xarakterli  dəyişikliklərin  mənbəyi 
canlıların  genetik  quruluşunda  meydana  gələn  təsadüfi  mutasiyalardır. 
Mutasiyaların  səbəb  olduğu  xüsusiyyətlər  təbii  seçmə  mexanizmi  vasitəsilə 
seçilir, beləliklə, canlılar təkamül keçirirlər”.
Bu  ssenarini  bir  az  təhlil  etdikdə  isə,  əslində,  ortada  konkret  “təkamül 
mexanizminin” olmadığını görərik. Çünki nə təbii seçmə,  nə də mutsiyalar 
növlərin təkamül keçirmələri və bir-birlərinə çevrilmələri iddiasına ən kiçik 
töhfə verməmişlər.
Darvinizmin  əsasında  təbii  seçmə  məfhumu  dayanır.  Darvinin  nəzəriyyəsini 
irəli sürdüyü kitabının başlığında da vurğulanan iddia budur: Növlərin mənşəyi, 
təbii seçmə yolu ilə.


Darvinizmin mexanizmləri
23
Təbii seçmə
Təbii  seçmə  təbiətdə  daimi  həyat  uğrunda  mübarizə  olması  və  həyatda 
qalanların  həmişə  “güclü  və  təbii  şərtlərə  uyğun”  canlılara  çevrilməsi 
fərziyyəsinə  əsaslanır.  Məsələn,  yırtıcı  heyvanların  təhlükəsinə  məruz  qalan 
maral sürüsündə əsasən sürətlə qaça  bilən marallar həyatda qalar. Bir müddət 
sonra isə bu maral sürüsü sürətlə qaçan fərdlərdən ibarət olar.
Ancaq bu proses nə qədər uzun davam etsə də, maralları başqa canlı növünə 
çevirməz. Zəif marallar aradan çıxar, güclülər həyatda qalar, amma nəticədə 
maralların genetik məlumatında dəyişiklik olmadığı üçün “növ dəyişikliyi” baş 
verməz. Marallar nə qədər təbii seçməyə məruz qalsalar da, maraldan başqa 
canlıya çevrilməzlər.
Maral nümunəsi bütün növlər üçün etibarlıdır. Təbii seçmə vasitəsilə sadəcə 
populyasiya içindəki şikəst, zəif və ya ətraf mühitin şərtlərinə uyğunlaşmayan 
fərdlər xaric edilir. Yeni canlı növləri, yeni genetik məlumat və ya yeni orqanlar 
üzə çıxarmır, yəni canlılar təkamül keçirmirlər. Darvin də bu həqiqəti: “faydalı 
dəyişikliklər baş vermədikcə təbii seçmə heç bir şey edə bilməz”, - deyərək 
qəbul etmişdir.
7
 Elə bu səbəbdən neodarvinizm genetik məlumatı dəyişdirən 
amil kimi mutasiya mexanizmini təbii seçmənin yanına əlavə etməyə məcbur 
olmuşdur. 
Mutasiyaları bir az sonra nəzərdən keçirəcəyik. Ancaq əvvəlcə, təbii seçmə 
anlayışını bir az da ətraflı təhlil edək və ziddiyyətlərini görək.
Həyat uğrunda mübarizə
Təbii  seçmə  nəzəriyyəsinin  ən  əsas  fərziyyəsi  təbiətdə  həyat  uğrunda 
amansız  mübarizənin  olması  və  hər  canlının  sadəcə  özünü  düşünməsidir. 
Darvin bu fikri ortaya atarkən ingilis klassik iqtisadçı Tomas Robert Maltusun 
nəzəriyyələrindən təsirlənmişdi. Maltus qida mənbələrinin riyazi ardıcıllıq ilə 
artdığını, insanların isə həndəsi ardıcıllıq ilə çoxaldığını izah etmiş və ona görə 
insanların həyat uğrunda labüd amansız mübarizə apardıqlarını irəli sürmüşdü. 
Bundan  əlavə  Maltus  həddindən  artıq  əhali  artımının  qıtlıq  və  xəstəlik  kimi 
amillərlə tənzimləndiyini iddia etmişdi. Darvin isə insanlar arasındakı bu həyat 
uğrunda  amansız  mübarizəni  təbiətə  də  tətbiq  etmiş  və  “təbii  seçmənın”  bu 
mübarizənin nəticəsi olduğunu iddia etmişdi.
Lakin  daha  sonra  aparılan  tədqiqatlar  təbiətdə  Darvinin  fərz  etdiyi  kimi 
mütləq həyat uğrunda mübarizə olmadığını göstərdi. İngilis zooloq V.C.Uayni 
Edvardsın  heyvan  sürüləri  üzərində  1960-70-ci  illərdə  apardığı  uzun  elmi 
tədqiqatlar heyvan sürülərinin çox maraqlı şəkildə artımlarını tənzimlədiklərini 
və qida üçün rəqabətin qarşısını aldıqlarını üzə çıxardı. 
Heyvan  sürüləri  artımlarını  əllərində  olan  qida  mənbələrinə  əsasən 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə