M ü Ə L l I f V ə Ə s ə r L ə r I h a q q I n d a



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə8/108
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34202
1   ...   4   5   6   7   8   9   10   11   ...   108

HƏYATIN GERÇƏK MƏNŞƏYİ
24
tənzimləyirdilər. Artım aclıq və yoluxucu xəstəliklər 
kimi  “zəifləri  aradan  çıxaran”  faktorlarla  deyil, 
heyvanlardakı instinktiv nəzarət mexanizmləri ilə 
tənzimlənirdi. Yəni heyvanlar artımlarını Darvinin 
güman etdiyi kimi amansız rəqabət yolu ilə deyil, 
çoxalmalarını məhdudlaşdıraraq tənzimləyirlər.
8
Bitkilər belə Darvinin irəli sürdüyü “rəqabət 
yolu ilə seçmə” nümunəsi ilə deyil, artım nəzarətilə 
çoxalırdılar.  Botanik  A.D.Bredşounun  apardığı 
müşahidələr bitkilərin çoxalarkən cücərdiyi sahədə 
“bitki sıxlığına” görə hərəkət etdiklərini, sahədəki 
bitki  sıxlığı  artdıqda  çoxalmanı  azaltdıqlarını 
sübut  etdi.

Digər  tərəfdən  qarışqalar,  bal  arıları 
kimi  canlı  icmalarında  rast  gəlinən  fədakarlıq 
nümunələri  darvinist  həyat  uğrunda  mübarizə 
anlayışının tam əksini göstərirdi.
Son  illərdəki  bəzi  tədqiqatlar  fədakarlıq 
davranışının  hətta  bakteriyalarda  da  mövcud  olduğunu  üzə  çıxarmışdır. 
Beyinə və ya sinir sisteminə malik olmayan, ona görə düşünmə qabiliyyətinə 
malik olmayan bu canlılar virus hücumuna məruz qaldıqda digər bakteriyaları 
xilas etmək üçün intihar edirlər.
10
Bu nümunələr təbii seçmənın əsas fərziyyəsi olan “həyat uğrunda mütləq 
mübarizə”  məfhumunu  əsassız  edir.  Təbiətdə  rəqabətin  olması  doğrudur, 
amma  bu  rəqabətlə  bərabər  çox  açıq  görünən  fədakarlıq  və  həmrəylik 
nümunələri də var.
Müşahidə və təcrübələr
Təbii  seçmə  ilə  təkamül  nəzəriyyəsi  yuxarıda  bildirdiyimiz  nəzəri 
əsassızlıqla bərabər əslində konkret elmi kəşflər qarşısında çıxılmaz vəziyyətə 
düşmüşdür.  Bir  nəzəriyyənin  elmilik  dəyəri  müşahidə  və  təcrübələr 
qarşısındakı  uğuru  və  ya  uğursuzluğu  ilə  ölçülür.  Təbii  seçmə  ilə  təkamül 
nəzəriyyəsi isə müşahidə və təcrübələr qarşısında tamamilə məğlub olmuşdur.
Darvindən bəri təbii seçmə vasitəsilə canlıların təkamül keçirdiyinə dair 
tək  bir  tapıntı  belə  üzə  çıxmamışdır.  Məşhur  təkamülçü  olan  ingilis  Təbiət 
Tarixi Muzeyinin baş paleontoloqu Kolin Paterson bu həqiqəti belə qəbul edir:
Kimsə təbii seçmə mexanizmlərilə yeni növ əldə edə bilməmişdir. Kimsə 
belə bir şeyə qismən də olsa, nail ola bilməmişdir. Bu gün neodarvinizmin 
ən çox müzakirə edilən mövzusu da budur.
11
Fransanın  ən  məşhur  zooloqlarından  olan  35  cildlik  “Traité de zoologie” 
Darvin həyat uğrunda  
mübarizə muddəasını 
inkişaf etdirərkən Tomas  
Maltusdan təsirlənmişdi. 
Lakin müşahidə və 
təcrübələr Maltusu haqsız 
çıxardı.


Darvinizmin mexanizmləri
25
ensiklopediyasının  redaktoru  və  Fransa  Elmlər Akademiyasının  (Académie 
des  Sciences)  keçmiş  rəhbəri  Pier  Pol  Qrasse  isə  “Canlı  orqanizmlərin 
təkamülü”  (Evolution of living organisms)  adlı  kitabının  “Təkamül  və  təbii 
seçmə” bölməsini belə bitirmişdir:
C.Haksli və digər bioloqların təkamülün təbii seçmə mexanizmi vasitəsilə 
hazırladığı  nəzəriyyəsi  demoqrafik  həqiqətlərin,  genotiplərin  regional 
dalğalanması  və  coğrafi  səpələnmələrin  müşahidəsindən  başqa  şey 
deyil.  Nəzərdən  keçirilən  növlərin  əksəriyyəti  on  min  illər  ərzində  heç 
dəyişmədən qalmışdır. Şərtlərlə əlaqədar meydana gələn dalğalanmalar 
genlərin əvvəlcədən dəyişməsilə bərabər nəzərdən keçirildikdə təkamülə 
dəlil göstərilə bilməz və bunun ən gözəl dəlili milyonlarla il ərzində heç 
bir dəyişikliyə uğramadan yaşayan fosillərdir.
12
Təkamül nəzəriyyəsini müdafiə edən bioloqların “təbii seçmənın müşahidə 
edilmiş nümunəsi” kimi göstərdikləri bir neçə nadir hadisəyə baxdıqda isə 
əslində onların təkamül nəzəriyyəsinə dəlil olmadığını asanlıqla görərik.
Sənaye inqilabı kəpənəklərinin
gerçək hekayəsi
Təkamülçü mənbələrə nəzər saldıqda İngiltərədəki sənaye inqilabı dövrü 
kəpənəklərinin təbii seçmə ilə təkamül keçirmə tezisinə nümunə göstərildiyini 
görmək olar. Dərsliklərdə, jurnallarda, hətta akademik mənbələrdə bu mövzu 
təkamülün ən aydın və müşahidə edilmiş nümunəsi kimi təqdim edilir.
Lakin əslində bu nümunənin təkamüllə heç bir əlaqəsi yoxdur. Əvvəlcə, bu 
nümunəni qısa şəkildə təsvir edək: deyilənə görə, İngiltərədə sənaye inqilabı 
dövrünün  başladığı  illərdə  Mançester  ərazisindəki  ağacların  qabıqları  açıq 
rəngli idi. Ona görə bu ağacların üstünə qonan tünd rəngli güvə kəpənəklərini 
quşlar  tez  görür  və  yaşama  ehtimalları  azalırdı.  Lakin  əlli  il  sonra  sənaye 
tullantıları  nəticəsində  ağacların  üstündəki  açıq  rəngli  yosunların  ölməsi  ilə 
qabıqları tündləşir və buna görə, bu dəfə də açıq rəngli güvələri quşlar daha çox 
yeməyə başlayır. Nəticədə açıq rəngli kəpənəklər sayca azalır, tünd rənglilər isə 
nəzərə çarpmadığına görə çoxalır.
Bu hadisə təbii seçmə ilə təkamül nəzəriyyəsinin böyük dəlili hesab edilir, 
açıq  rəngli  kəpənəklərin  zaman  ərzində  tünd  rəngli  kəpənəklərə  çevrilib 
təkamül keçirməsi şəklində səhv dəyərləndirilir.
Lakin bu nümunənin doğru olması fərz edilsə belə, təkamül nəzəriyyəsinə 
dəlil deyil. Çünki baş verən təbii seçmə daha əvvəl təbiətdə mövcud olmayan 
yeni  növ  meydana  gətirməmişdir.  Sənaye  inqilabından  əvvəl  də  kəpənək 
populyasiyası  daxilində  qara  fərdlər  var  idi.  Lakin  mövcud  olan  kəpənək 
növlərinin sayı dəyişmişdir. Kəpənəklər “növ dəyişikliyi” istiqamətində yeni 


HƏYATIN GERÇƏK MƏNŞƏYİ
26
orqan  və  ya  xüsusiyyət  qazanmamışdılar.
14
  Lakin  bir  kəpənəyin  başqa  canlı 
növünə,  məsələn,  bir  quşa  çevrilməsi  üçün  kəpənəyin  genlərində  saysız-
hesabsız dəyişiklik, əlavə və əksiltmələr edilməli, başqa sözlə, kəpənəyin geninə 
quşun fiziki xüsusiyyətlərinə aid məlumatları ehtiva edən tamamilə ayrı genetik 
proqram yüklənməlidir.
Sənaye  kəpənəkləri  ilə  bağlı  təkamülçü  hekayəyə  verilən  ümumi  cavab 
belədir. Ancaq mövzunun daha da maraqlı tərəfi var: hekayənin sadəcə şərhi 
deyil, özü də səhvdir. Molekulyar bioloq Conatan Uelzin 2000-ci ildə nəşr edilən 
“Təkamül bütləri” (İcons of evolution) adlı kitabında açıqladığı kimi, demək 
olar ki, hər təkamül tərəfdarı biologiya kitabında verilən və bu səbəbdən “bütə” 
çevrilmiş  sənaye  inqilabı  kəpənəkləri  hekayəsi  həqiqətləri  əks  etdirmir.  Uelz 
hekayənin “təcrübi dəlili” kimi məlum olan Bernard Ketlvelin elmi fəaliyyətinin 
əslində elmi qalmaqal olduğunu izah edir. Bu qalmaqalın bəzi təməl ünsürlərini 
belə sıralamaq olar:

Ketlvelin  təcrübələrindən  daha  sonra  aparılan  bir  çox  araşdırma 
sözügedən kəpənəklərin sadəcə bir növünün ağacın gövdəsinə qonduğunu, 
digər bütün növlərin üfüqi budaqların alt hissələrinə qonduğunu üzə çıxardı. 
1980-ci  ildən  etibarən  kəpənəklərin  ağac  gövdələrinə  çox  nadir  hallarda 
qonduğu hər kəs tərəfindən qəbul edildi. Bu mövzuda 25 il tədqiqat aparan 
Siril Klark, Rouri Haulet, Maykl Macerus, Toni Libert, Pol Breykfild kimi bir 
çox elm adamı “Ketlvelin təcrübəsində kəpənəklərin təbii davranışlarından 
fərqli  davranmağa  məcbur  edildiklərini,  təcrübə  nəticələrinin  buna  görə 
elmi cəhətdən qəbul edilməyəcəyini” bildirdilər.
14

Ketlvelin  təcrübəsini  təhlil  edən  tədqiqatçılar  daha  da  təəccüblü 
nəticə  ilə  qarşılaşdılar:  İngiltərənin  çirklənməmiş  ərazilərində  açıq  rəngli 
  
Yuxarıda sənaye 
inqilabından əvvəlki, altda 
isə sonrasındakı ağaclar 
və kəpənəklər görsənir. 
Ağacların rəngi tündləşdiyi 
üçün açıq rəngli kəpənəklər 
quşlar tərəfindən daha 
asan ovlanmış və sayları 
azalmışdır. Ancaq bu, 
təkamül deyildir, çünki yeni 
növ əmələ gəlməmiş, sadəcə 
var olan növlərin sayı 
azalmışdı.


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə