M ü Ə L l I f V ə Ə s ə r L ə r I h a q q I n d a



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə9/108
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34202
1   ...   5   6   7   8   9   10   11   12   ...   108

Darvinizmin mexanizmləri
27
kəpənəklərin daha çox olması gözlənilərkən tünd rənglilər açıq rənglilərdən 
dörd  dəfə  çox  idi.  Yəni  Ketlvelin  iddia  etdiyi  və  dərhal  hər  təkamülçü 
mənbədə təkrarlandığı kimi kəpənəklərin sayı ilə ağac qabıqları arasında 
heç bir əlaqə yox idi.

Məsələnin əsli araşdırıldıqca qalmaqal böyüdü: Ketlvel tərəfindən 
fotoşəkilləri çəkilən “ağac qabığı üzərindəki güvə kəpənəkləri” əslində 
ölü  kəpənəklər  idi.  Ketlvel  bu  ölü  canlıları  iynə  və  yapışqanla  ağaca 
yapışdırmış 
və 
o  cür  şəkillərini  çəkmişdi.  Əslində  kəpənəklər  ağac 
gövdəsinə  deyil,  budaqların  alt  hissəsinə  qonduqları  üçün  belə  bir  rəsm 
əldə etmə ehtimalı demək olar ki, yox idi.
15
Bu həqiqətlər 90-cı illərin sonlarında elm dünyası tərəfindən üzə çıxarıldı. 
On  illər  boyu  “təkamülə  giriş”  dərslərinin  ən  böyük  materialı  olan  sənaye 
kəpənəkləri  əfsanəsinin  bu  şəkildə  puça  çıxması  təkamülçülər  arasında 
ümidsizliyə səbəb oldu. Onlardan biri olan Ceri Koyn belə deyirdi:
Həqiqəti (xallı kəpənəklər saxtakarlığını) öyrəndikdə verdiyim reaksiya 6 
yaşımda ikən yeni il hədiyyələrimi şaxta babanın deyil, atamın gətirdiyini 
öyrəndikdə keçirdiyim ümidsizlik hissi oldu.
16
Beləliklə, “təbii seçmənın ən məşhur nümunəsi” də bir elm qalmaqalı kimi 
tarixə düşdü.
Şübhəsiz,  bunun  nəticəsinin  belə  olması  labüd  idi.  Çünki  təbii  seçmə 
təkamülçülərin iddiasının əksinə olaraq “təkamül mexanizmi” deyil, bir canlıya 
hər hansı orqan əlavə etmə və ya orqan əksiltmə, bir növü başqa növə çevirmə 
kimi xüsusiyyətlərə malik deyil. Darvindən dövrümüzə qədər bu mövzuda irəli 
sürülən ən böyük “dəlil”  İngiltərədəki sənaye inqilabı kəpənəkləri hekayəsindən 
başqa bir şey deyil. 
Təbii seçmə kompleksliyi 
nə üçün açıqlaya bilmir? 
Əvvəldə  də  dediyimiz  kimi,  təbii  seçmə  ilə  təkamül  nəzəriyyəsinin  ən 
böyük müəmması təbii seçmə vasitəsilə canlıların yeni orqanlar və xüsusiyyətlər 
qazanmamasıdır. Təbii seçmə yolu ilə bir növün genetik məlumatı təkmilləşmir 
və  beləliklə  də,  yeni  növlərin  əmələ  gəlməsi  açıqlana  bilməz.  Harvard 
Universitetindən paleontoloq Stefen C.Quld təbii seçmənın düşdüyü bu çıxılmaz 
vəziyyəti belə izah edir:
Darvinizmin  əsası  bir  cümlə  ilə  ifadə  edilə  bilər:  “Təbii  seçmə  təkamül 
xarakterli dəyişikliyin yaradıcı gücüdür”. Kimsə seçmənın uyğun olmayanı 
aradan  çıxarmasındakı  neqativ  rolunu  inkar  etmir.  Ancaq  darvinist 
nəzəriyyə “uyğun olanı yaratmasını” da istəyir.
17
Təbii  seçmə  məsələsində  istifadə  edilən  yanıldıcı  üslublardan  biri  də  bu 


HƏYATIN GERÇƏK MƏNŞƏYİ
28
mexanizmin  şüurlu  dizayner  kimi  başa  düşülməsidir.  Lakin  əslində  təbii 
seçmənın şüuru yoxdur. Canlılar üçün nəyin yaxşı, nəyin pis olduğunu ayırd 
edəcək  ağıla  sahib  deyil.  Bu  səbəbdən  təbii  seçmə  kompleks  quruluşa  malik 
sistemlərin və orqanların necə mövcud olduqlarını heç vaxt açıqlaya bilməz. 
Sözügedən sistem və orqanlar bir çox hissənin birlikdə fəaliyyət göstərməsi ilə 
əmələ  gəlir  və  bu  hissələrdən tək  biri  olmasa  və  ya  qüsurlu  olsa,  heç  bir  işə 
yaramazlar. Bu cür sistemlər “sadələşdirilməz komplekslik” kimi tərif edilən 
xüsusiyyətə malikdir. Məsələn, insan gözünün quruluşu sadələşdirilə bilməz, 
çünki  bütün  detalları  ilə  birlikdə  mövcud  olmadıqca  öz  funksiyasını  yerinə 
yetirməz.
Bu  cür  sistemi  meydana  gətirən  şüur  gələcəyi  əvvəlcədən  hesablayıb 
sadəcə  ən  son  mərhələdə  nail  olunacaq  faydanı  əldə  etmək  üçün  qarşısına 
məqsəd qoymalıdır. Təbii seçmə isə şüur və iradəyə malik mexanizm olmadığı 
üçün belə bir şey edə bilməz. Bu həqiqət “bir-birinin ardınca çox sayda kiçik 
dəyişikliklərlə  kompleks  orqanın  əmələ  gəlməsinin 
qeyri-mümkün  olması  göstərilsə,  nəzəriyyəmin 
tamamilə  mənasız  olduğu  sübut  ediləcək”,  -  deyən 
Darvinin  narahat  olduğu  kimi,  təkamül  nəzəriyyəsini 
süquta uğratdı.
18
Mutasiyalar
Mutasiyalar canlı hüceyrəsinin nüvəsində yerləşən 
və  genetik  məlumat  daşıyan  DNT  molekulunda 
radiasiya  və  ya  kimyəvi  təsirlər  nəticəsində  meydana 
gələn  qırılmalar  və  ya  yerdəyişmələrdir.  Mutasiyalar 
DNT-ni təşkil edən nukleotidləri pozur və ya yerlərini 
dəyişdirirlər. Çox vaxt hüceyrənin təmir edə bilmədiyi 
ölçüdə zərər və dəyişikliklərə səbəb olurlar.
Ona görə də mutasiya heç də canlıları daha təkmil və mükəmməl etmir. 
Mutasiyalar  konkret  olaraq  zərər  verirlər.  Mutasiyaların  səbəb  olduğu 
dəyişikliklər  ancaq  Xirosima,  Naqasaki  və  ya  Çernobıldakı  insanlarda  olan 
dəyişikliklər kimidir: yəni ya ölürlər, ya da şikəst olurlar... 
Bunun  səbəbi  çox  sadədir:  DNT  çox  kompleks  quruluşa  malikdir.  Bu 
molekula  olan  hər  hansı  təsadüfi  təsir  ancaq  zərər  verir.  Amerikalı  bioloq 
B.G.Ranqanatan bunu belə açıqlayır:
Əvvəla,  mutasiyalar  təbiətdə  çox  nadir  meydana  gəlirlər.  İkincisi, 
onlar  genlərin  quruluşundakı  nizamlı  dəyişikliklər  deyil,  təsadüfi 
dəyişikliklərdir;  ona  görə  əsasən  zərərli  olurlar.  Olduqca  nizamlı  sistem 
daxilindəki hər hansı bir dəyişiklik daha yaxşıya doğru deyil, daha pisə 
  Mutasiyanın nəticəsi : 
şikəst ayaq


Darvinizmin mexanizmləri
29
doğru olur. Məsələn, əgər bir zəlzələ bina kimi çox nizamlı quruluşa malik 
konstruksiyanı silkələsə, binanın skeletində təsadüfi dəyişiklik olar və bu 
binanı əsla təkmilləşdirməz.
19
Belə  ki,  bu  günə  qədər  heç  bir  faydalı  mutasiya  nümunəsi  müşahidə 
edilməmişdir.  Bütün  mutasiyaların  zərərli  olduğu  məlum  olmuşdur. 
İkinci  dünya  müharibəsindən  sonra  nüvə  silahları  nəticəsində  əmələ  gələn 
mutasiyaları tədqiq etmək üçün qurulan Atom Radiasiyasının Genetik Təsirləri 
Komitəsinin (Committee on Genetic Effects of Atomic Radiation) hazırladığı 
hesabat haqqında təkamülçü elm adamı Uarren Uiver belə deyirdi:
Çoxları məlum olan bütün mutasiya nümunələrinin zərərli olması nəticəsi 
qarşısında təəccüblənəcəkdir, çünki mutasiyalar təkamül prosesinin əsasını 
təşkil  edir.  Necə  olur  ki,  müsbət  təsir  –  yəni  canlının  daha  təkmil  canlı 
növlərinə  təkamüllə  çevrilməsi  –  faktiki  olaraq  tamamilə  zərərli  olan 
mutasiyaların nəticəsi ola bilər?
20
İllər  boyu  davam  etdirilən  “faydalı  mutasiya  əmələ  gətirmə”  səylərinin 
hamısı uğursuzluqla nəticələnmişdir. Təkamülçü bioloqlar çox sürətlə çoxaldığı 
və mutasiyaya uğradılması asan olduğu üçün meyvə milçəkləri üzərində on 
illər  ərzində  mutasiya  təcrübələri  keçirdilər.  Bu  canlılar  mümkün  olan  hər 
cür  mutasiyaya  milyon  dəfələrlə  uğradıldılar.  Amma  bircə  faydalı  mutasiya 
müşahidə edilmədi. Qordon Teylor bununla bağlı belə yazır:
Təkamülçü  bioloqlar  əsrin  əvvəlindən  bəri  milçəkləri  mutasiyaya  məruz 
qoyaraq faydalı  mutasiya nümunəsi axtarırlar. Ancaq bu səylərin nəticəsində 
hər zaman şikəst, xəstə, qüsurlu milçək əldə edildi. Yuxarıda, solda normal 
meyvə miçəyinin başı və sağda mutasiyaya məruz qalaraq ayaqları başında 
çıxan başqa bir meyvə milçəyi görsənir.
Buynuz
Gözlər
Ayaq
Ağız


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə