M ü h a z I r ə №1 heyvandarliq fermer təSƏRRÜfatinin istehsalat prosesləRİ p L a n



Yüklə 6,61 Mb.
səhifə1/16
tarix11.04.2018
ölçüsü6,61 Mb.
#37978
  1   2   3   4   5   6   7   8   9   ...   16


M Ü H A Z İ R Ə № 1

HEYVANDARLIQ FERMER TƏSƏRRÜFATININ

İSTEHSALAT PROSESLƏRİ


P l A N
1. Heyvandarlığın mexanikləşdirilməsinin əsas istiqamətləri.

2. Heyvandarlıq və quş saxlanılan binalar.



G Ə N C Ə- 2017

G İ R İ Ş

Heyvandarlıq kənd təsərrüfatının ən böyük və əhalinin ərzaq məhsullarına olan tələbatının çox hissəsini təmin edən bir sahədir. Əgər Elmlər Akademiya-sının verdiyi məlumatları nəzərdən keçirsək normal insan orqanizmi üçün orta hesabla 3000 kkal enerji tələb olunursa onun 60-70 faizini heyvandarlıq məhsul-ları təşkil edir. Belə ki, bir nəfərə illik orta hesabla 60-70 kq ət, 600-650 kq süd, 200-250 ədəd yumurta və başqa məhsullar tələb olunur.

Heyvandarlığın inkişaf etdirilməsi və onun məhsuldarlığının artırılmasına təsir edən faktorlar çoxdur. Onlardan əsası heyvanların cinsinin yaxşılaşdırılması, etibarlı yem bazası yaratmaqla yeni texnologiya əsasında hazırlanması, zootexniki tələbata uyğun yemləndirilməsi, heyvandarlıq məhsullarının istehsalı, emalı, saxlanması, istifadəsi və başqa əsas məsələlər daxildir. Heyvandarlıq məhsulları-nın yeni texnologiya əsasında istehsalı, onun səmərəli istifadəsi maya dəyərinin aşağı salınmasına başqa göstəricilərlə yanaşı istehsalat proseslərinin mexanikləş-dirilməsi və avtomatlaşdırılmasının böyük əhəmiyyəti vardır.

Mexanikləşdirmə və avtomatlaşdırma müxtəlif istehsalat proseslərində yem-lərin hazırlanması, paylanması, suyun verilməsi, peyinin təmizlənməsi, mikroiq-limin normal saxlanması, sağım və südün ilk emalı, qoyunların qırxılması, çimizdirilməsi, yunun preslənməsi, quşçuluqda digər işlərlə yanaşı yumurtanın yığıl-ması, çeşidlərinə ayrılması, qablaşdırılması, heyvanların kəsilməsi, ətin emalı, kolbasa hazırlanması, qablaşdırılıb yarım fabrikat halına salınması və digər çox sahələri əhatə edir. Bu göstərilən işlərin mexanikləşdirilib avtomatlaşdırılması heyvandarlıq məhsullarlının artırılması ilə yanaşı ona çəkilən ümumi xərclərin azalması və heyvanların faydalılıq əmsalının artırılmasına səbəb olur. Heyvanların faydalılıq əmsalı istehsal olunan məhsula sərf olunan enerjinin heyvanın tam mənimsədiyi enerjiyə olan nisbəti kimi nəzərdə tutulur.

Bunlardan göründüyü kimi istehsal proseslərində istifadə olunan mexanikləş-dirmə və avtomatlaşdırma heyvandarlıqda xüsusi fərqlənməklə onların bioloji xüsusiyyətlərini nəzərə almalıdır. Belə ki, tarlaçılıqda tətbiq olunan vasitələrdə bitkinin bioloji xüsusiyyətləri nəzərə alnırsa, heyvandarlıqda heyvanların xüsusiy-yətləri nəzərdə tutulmalıdır. Məsələnin bu çür qoyuluşu sistem adlanır. Əgər tarlaçılıqda işlər "İnsan-maşın" prinsipində görülürsə (buna energetik sistem deyilir) heyvanlara qulluq işlərində, "insan-maşın-heyvan" və ya "biotexniki" sis-tem adlanır. İkinci sistem birinciyə nəzərən mürəkkəb və çətin sistemdir. Belə ki, "İnsan-maşın" sistemində maşının idarə olunması yalnız insanın iradəsindən asılıdırsa, ikinci "biotexniki" sistemdə tətbiq olunan texnika insan tərəfindən idarə olunmağına baxmayaraq heyvanın bioloji xüsusiyyətlərini nəzərə almasa o öz tətbiqini tapa bilməz. Bu prosesi əsasən sağım aqreqatlarına şamil etmək olar. Odur ki, texnikanın heyvandarlıqda tətbiqi onların bioloji xüsusiyyətlərini nəzərə alaraq tətbiq olunmalıdır. Buradan göründüyü kimi, heyvandarlığın mexanikləşdi-rilməsi və avtomatlaşdırılması zamanın tələbidir.

Odur ki, mexanikləşdirmənı tətbiq və idarə edən şəxslər xüsusi hazırlığa malik olmalıdırlar. Onların hazırlanması orta, orta ixtisas və ali məktəblərdə həya-ta keçirilir.

Bu sahəni əhatə edən fənnin adı "Heyvandarlığın mexanikləşdirilməsi və avtomatlaşdırılması" adlandırılır. Dərslik əsasən ali təhsil məktəblərinin mühəndis ixtisaslarının tədris proqramı əsasında tərtib olunmuşdur. Buna baxmayaraq həmin dərslikdən heyvandarlıqda çalışan adi işçilər, mütəxəssislər, mühəndislər, kons-truktorlar, elmi-tədqiqat müəssisələrində çalışan elmi işçilər, pedaqoqlar və baş-qaları istifadə edə bilərlər. Dərslik müəllifin uzun müddət tədris etdiyi fənnin, öz elmi-tədqiqat işlərinin və bu sahədə yazdığı məqalə metodiki göstəriş, dərs və-saitlərinin yekunlaşdırılmış formasıdır.

Bu dərslik eyni zamanda 1996-cı ildə nəşr olunmuş "Heyvandarlığın mexa-nikləşdirilməsi" dərsliyinin yenidən işlənilmiş və təkmilləşdirilmiş forması ol-maqla burada texnoloji proseslər, maşınların konstruksiyası, nəzəriyyəsi və hesabatı öz geniş əksini tapmışdır. Bu fənnin tədris olunması zamanı müxtəlif fənlərlə geniş əlaqə yaradılmış, belə ki, riyaziyyat, mexanika, fizika, istilik texnikası, elek-trotexnika, avtomatlaşdırma, metaltexnologiya, zootexnika, baytarlıq, tikinti mate-rialları və s. əlaqəli fənlərdən istifadə olunmuşdur.

Dərslik azərbaycan dilində tərtib olunan ilk dərslikdir. Onun ilk variantı İran İslam Respublikasında doktor K.Kazemengah tərəfindən fars dilinə tərcümə olunaraq orada orta və ali məktəblərində tədris olunur.

Müəllif bu dərsliyin tərtib olunmasında öz əməyini əsirgəməyən dəyərli həm-karlarına dərin təşəkkürünü, qüsur və çatışmazlıqları göstərənlərə isə əvvəlcədən razılığını bildirməyi özünə borc bilir.


2. Heyvan və quş saxlanılan binalar.

Heyvan və quş saxlanılan kompleks və fermalarda əsas tikintilərə heyvan və quş saxlanılan tövlələr, bunların daxilində avadanlıq, tövlədaxili dəzgahlar, mik-ro-iqlimi normalaşdırmaq üçün qurğular, su kəmərləri və bu məqsəd üçün qurğular, peyin anbarı, yem sexi və yem saxlamaq üçün tikintilər (xəndək, qüll-ələr, anbarlar, ot tayları üçün yer və s.), baytar sanitar tikintilər (qoyunları çimiz-dirmək üçün vannalar, qırxım məntəqəsi), maşın və nəqliyyat vasitələrini saxla-maq üçün çardaq və s. daxildir. Ümumiyyətlə tikintilər əsas və köməkçi olmaqla iki yerə bölünür. Birincilərə heyvan saxlanılan tikintilər, ikincilərə isə müxtəlif texnoloji proseslərin yerinə yetirilməsi üçün istifadə olunanlar daxildir.

Qaramal saxlanılan tövlələr süd verən inəklər, kökəldilən və cavan heyvan-lar, buzov saxlanılan binalardan ibarətdir. Sağmal inək üçün ən geniş istifadə olunan 200 başlıq tövlədir. Bu layihə inəklərin bağlı saxlanma şəraitində tətbiq olunur. Burada heyvanlar dörd cərgədə saxlanılır. Tövlə daxilində heyvanların bağlanması üçün bağ vasitəsi, axur avtomatik suvarıcılar, sağım qurğusu, havalan-dırma qurğuları yerləşdirilir. Tövlənin planında heyvanların saxlanması üçün döşəmə, yempaylama və peyin təmizlənməsi üçün sahə nəzərdə tutulur. Yemin paylanmasından ötrü mobil və ya stasionar tipli yempaylayanlardan istifadə oluna bilər. Yempaylama mobil aqreqatla yerinə yetirilirsə, sahənin eni 2,2 m, stasionar yempaylayanlardan istifadə olunduqda 1,2 m nəzərdə tutulur. Peyin zonasında peyinin təmizlənməsi kürəkli və ya ərsinli qurğular vasitəsi ilə yerinə yetirilir.

Heyvan saxlanılan döşəmələr qısa və uzun olmaqla iki cür olur. Kompleks-lərdə sağlam inəyi qısa döşəmələrdə saxlayırlar, halbuki inəkdən ixrac olunan peyinin 90%-i peyin kanalına tökülür. Ümumiyyətlə istər qısa və ya uzun döşəmələrin hər ikisində layihə elə olmalıdır ki, inəkdən ixrac olunan peyinin maksi-mum hissəsi peyin kanalına tökülsün. Bu halı nəzərə alıb döşəmənin uzunluğunu aşağıdakı ifadə ilə hesablamaq olar.

L döş = a+0,8 Lin, (1.1.)
burada L döş - döşəmənin uzunluğu, m-lə; a - axurun arxa divarından inəyin qabaq ayaqlarına qədər olan məsafə, m-lə; L döş - döşəmənin uzunluğu, m-lə; Lin - inəyin arxa tərəfindən qabaq ayaqlarınadək olan məsafə, m-lə.

Qısa döşəmənin uzunluğu 1400…1550 mm qəbul edilir. Lakin aparılmış tədqiqat işləri göstərir ki, qısa döşəmələrdə inəyin arxa ayaqları tez yorulur, dırnaqları sıradan çıxır, yatan zaman onun əmcəyi metal qəfəsin üzərinə düşdü-yündən soyuqlayıb xəstəlik əmələ gəlməsinə səbəb olur. Ümumiyyətlə döşə-mənin uzunluğu inəyin bədən uzunluğundan 100…150 mm çox olmalıdır. Qısa döşəmələrdə peyin metal qəfəsin üzərinə tökülür, oradan keçərək kürək yerləşən xəndəyə verilir. Burada peyinin təmizlənməsi öz axını və ya kürəklər tərəfindən yerinə yetirilə bilər.

Tövlədaxili avadanlıqlardan biri də inəklərin bağlanmasını təmin edən bağ vasitələridir. Onlar axurun qabaq hissəsində yerləşdirilir. Onlar elə olmalıdır ki, inəyin öz sahəsindən artıq yerdəyişməsinə imkan verməsin, rahatlığını tam təmin etsin. Döşəmənin uzunluğundan asılı olaraq bağlama vasitələri möhkəm və zəncirli olur.

Sənaye tərəfindən OSK-25 A markalı 25 inəyin qrup halında açılıb bağlan-ma sını təmin edən UQOS-100,100 başlıq universal qrup bağ vasitələri buraxılır. Zəncirin aşağıdan uc hissəsi döşəməyə, yuxarıdakı hissəsi isə çərçivəyə bərki-dilir. Tarımlanmış zəncirə, aşağı və yuxarıya sərbəst hərəkət edən zəncir birləş-dirilir ki, bu da inəyin başına geydirilir.

Avtomatik fərdi bağlama qurğu fərdi istifadə oluna bilər. Heyvan axura yaxın-laşıb yem qəbul etdikdə həlqə onun boynuna keçərək avtomatik bağlayır. Üstünlüyü ondan ibarətdir ki, onun üzərinə sağım qurğusunun boru kəməri, avto-matik suvarıcılar bərkidilir. O, heyvanların bağlı saxlanma şəraitində habelə ayrıca sağım zallarında tətbiq olunur.
Tikililər arasında zoobaytar məsafələri




Tikili

İnək damı

Buzov damı

Donuz damı

Ağıl

Quş damı

Süd bloku

1

İnək damı

Ym

30

150

150

200

Ym

2

Buzov damı

30

Ym

150

150

200

Ym

3

Donuz damı

150

150

Ym

150

200

150

4

Ağıl

150

150

150

Ym

200

150

5

Quş damı

200

200

200

200

Ym

200

6

Peyin anbarı

50

50

50

50

50

150

Qeyd: Ym-yanğın əleyhinə ara məsafəsi.


Bağsız saxlanmada heyvanlar qrup halında (48 baş) boks və ya kombiboks-larda saxlanılır. Tövlənin heyvan saxlanılan yeri iki hissədən: yemləmə və istira-hət zonalarından ibarətdir. Hər inək üçün 700…900 mm, uzunluğu 1500…1900 mm olan metal hasar çəkilir. Bu hasar çəkilir. Bu hasar bir baş heyvana hesablanmışdır. Yem zonası ilə istirahət zonası arasında metal qəfəs qondarıl-mışdır ki, bu da heyvanlardan ixrac olunan peyinin kanala tökülməsinə şərait yaradır. Hasarın üstünlüyü ondan ibarətdir ki, heyvan hansı zonada olur-olsun oraya başı tərəfi ilə qəfəsə daxil olur. Arxa tərəfi daima metal qəfəsə istiqamətlənir ki, bu da peyinin onun üzərinə tökülməsinə şərait yaradır.

Yemləmə zonası ilə peyin yolunun ümumi uzunluğu 2500…3000 mm olur.



Donuz tövlələri. Sənaye istiqamətli komplekslərdə ana donuzlar birinci mərhələdə çoşqalarla birlikdə fərdi saxlanılır, ikinci mərhələdə isə 10…15 baş birlikdə qrup halında saxlanılır. Yetişdirmə sexində 20...25 baş çoşqalar bir yerdə saxlanılır.

Müasir donuzçuluq komplekslərində donuzların saxlanması üç variantdan olur. Ana donuzlar balaladıqdan 20…35 gün sonra süni mayalandırılmaq üçün öz balalarından ayrılıb başqa saxlanma yerinə köçürülür. Balaları isə əvvəlki yerlərində yemləndirilərək kökəldilir. İki faza saxlanma üsulunda çoşqalar anasından 26…35 günlüyündə ayrılıb üç ay ərzində əvvəlki yerində saxlanıldıqdan sonra kökəltmə şöbəsinə köçürülür.

Üçfazalı saxlanmada çoşqalar anasından 26…45 günlüyündə aralanıb 60 gün ərzində yetişdirildikdən sonra kökəltmə sexinə göndərilir. Kökəltmə sexində onlar 90…120 gün saxlanılır.

Donuzların tövlədaxilində saxlanması üçün sənaye tərəfindən müxtəlif quruluşda dəzgahlar buraxılır. Bunlardan ən geniş yayılanı OSM-120 və OSM-60 dəzgahlarını göstərmək olar. OSM-120 dəzgahı 120 baş çoşqaları 30 günlük olan ana donuzlar üçün hesablanmışdır. OSM-60 iki quruluşda buraxılır, onlardan OSM-60-1 nəm yemlərin mobil yempaylayıcılarla paylanması üçün OSM-60-11 quru yemlərin troslu şaybalı yempaylayıcılarla işləməsini təmin edir. Burada verilən quru yem axurlarda nəmləndirilir. Bu dəzgahlar bir baş ana donuz üçün PSS-1, qrup halında çoşqalar üçün KPS-108 avtomatik suvarıcılarla təchiz olunmuşdur. Bəzən çoşqaların suvarılması rezin əmcəyi olan PBP-1 markalı su-varıcılar vasitəsi ilə yerinə yetirilir. Ana donuzlar üçün suvarıcılar yerdən 650… 750 mm, çoşqalar üçün 300…450 mm hündürlükdə qondarılır.

Son vaxtlar quşçuluqda olduğu kimi, donuzların saxlanmasında batareya qə-fəsli qurğulardan istifadə olunur. Onun üstünlüyü ondan ibarətdir ki, binanın sahəsindən səmərəli istifadə etməklə bəzi texnoloji proseslərin mexanikləş-dirilməsi və avtomatlaşdırılmasını təmin edir. Burada da heyvanların saxlanılması 3 fazada olur. Birinci fazada 4 günlüyündən 35 günədək üç yaruslu batareyalarda, ikinci fazada 30 gün-lükdən 105 günədək iki yaruslu qəfəslərdə saxlanılır. Çoş-qalar birinci mərhələdə nəm və ya quru yemlə, ikinci mərhələdə dənəvərləşdirilmiş quru yemlərdə yemlən-dirilir. Peyin heyvanların altında maili qonda-rılan altıqlara tökülür, oradan TS-1 daşı-yıcısı ilə təmizlənib sonra suyun köməyi ilə axıdılır. Bundan ötrü həcmi 0,8…1 m3 olan bu bakından istifadə olunur.

Quş saxlanılan tövlələr. Quşlar iki üsulda: döşəmə üzərində və qəfəsdə saxlanılır. Döşəmə üzərində toyuqlar xoruzlarla qarışıq 60 gündən 140 günədək, cücələr isə 1 günündən 70 gününədək saxlanılır. Bu halda tövlə daxilində "Pro-mışlennıy 1", "Promışlen-nıy 2" aqreqatlarından istifadə olunur.

Quşların yemləndirilməsi qrup yemlərlə yerinə yetirilir. Yem qarışığı ZSK-10 yük maşını ilə BSK-10 yemsaxlanılan bunkerədək şnekə, sonra isə dozatordan keçərək KB yempaylayana verilir. Buradan yem 4 cərgədə yerləşən 28 ədəd avtomatik axurlarla ötürülür. Suvarılma çardaqdan asılan novla yerinə yetirilir. Toyuq-lar mexanikləşdirilmiş hinlərdə yumurtlayır. Həmin döşəmə maili olub, yumur-tanın qırılmasının qarşısını almaq məqsədi ilə rezinlə örtülmüşdür. Toyuq yumurt-ladıqdan sonra yumurta öz axımı ilə yuvadan diyirlənib eninə lentalı transportyorla verilir.

Eninə transportyor gündə bir neçə dəfə işə duşərək ona verilmiş yumurtaları yumurta növayırımına verir.

Toyuqlardan ixrac olunan peyin qəfəsli döşəmənin kürəkli arabacıqlarıyla toplanıb eninə transportyora verilir. Buradan həmin daşıyıcı peyini tövlənin kənarına, oradan isə peyin anbarına daşıyır. Tövlə daxilində olan avadanlıqlar elektrik mühərrikləri ilə vaxt relesinin köməyi ilə avtomatik rejimdə istifadə olunur. Cücələrin bu üsulla saxlanılması zamanı "Broyler 10", "Broyler 20" və BK-10, BK-20 avadanlıqda istifadə olunur. Cücələr tövlələrə yerləşdirilməzdən əvvəl tövlənin döşəməsilə 1m2 sahəyə 0,5…1 kq sönmüş əhəng səpilir, onun üzərindən 100…150 mm qalınlığında hər başa 2 kq-a qədər döşəmə materialı səpilməlidir.

Cücələrin qızdırılması üçün 200 mm hündürlükdən qızdırıcılar asılıb 20 gün ərzində 305…308 K temperaturunda saxlanılır. Bu müddətdən sonra temperatur 295…297 K kimi aşağı salınır. Bir buruder altında 500….550 baş cücə olur. Bru-derin kənarlarında çətirdən 0,5…0,7 m aralı, hündürlüyü 0,4 m çəpər çəkilir. Yemin paylanmasının mexanikləşdirilməsi, cücələrin 20 günlüyündən sonra başlanır. Burada yerləşdirilən avadanlıqlara BK-10 və BK-20 kompleksi, BKS-10 anbarı, zəncirli-şaybalı yempaylayıcı transportyor və s. aiddir.

Qəfəsli batareya quşların 1 günündən 140 gününədək əvəzedici quşların yetiş-dirilməsində, yumurtlayan toyuqların, ətlik üçün quşların kökəldilməsində və cücələrin yetişdirilməsində istifadə olunur. Qəfəsli batareya qəfəslərin sayına görə bir, iki, üç, dörd və beş yaruslu olur.

Sənaye əsasında yumurtlaq toyuqlar üçün KBN qəfəsli batareyadan istifadə olunur. Bu iki cərgəli dörd yaruslu olmaqla, üzərinə yempaylayan, yumurta daşı-yan və troslu skreperli peyintəmizləyici transportyor qondarılır.

Quş fabrikində OBN-1 yaruslu batereyadan istifadə edilir. Onun komplek-tində yem bunkeri BSK-10, dozatorla təchiz olunmuş üfiqi transportyor, zəncirli şaybalı yem daşıyıb paylayan yerləşdirilmişdir.

Yumurtaların yığılıb daşınması üçün lentalı daşıyıcıdan, peyinin təmizlən-məsi üçün kanatlı skreperli qurğulardan istifadə olunur.

Əvəzedici quşların saxlanması üçün KBU-2 qəfəsli batareyadan istifadə olunur. Bir günlük cücələr 30…36 baş birlikdə uzunluğu 900 mm olan qəfəsdə yerləşdirilir. Burada nipsli suvarıcıdan istifadə olunur. 15 gündən sonra hərəsi 10…12 baş tutan qəfəslərdə yerləşdirilir., 35…45 günlük quşlar üçün həmin qəfəsin həcmi böyüdülür. Digər işlərin mexanikləşdirilməsi üçün şərait yaradılır.



Qoyun tövlələri ölkənin müxtəlif iqlim zonalarını nəzərə alaraq qoyunların saxlanma üsulları da müxtəlifdir. Belə ki, tam açıq, yarım otarma və fasilədən asılı olaraq sazlanılır. Otlaq şəraitində qoyunçuluq komplekslərində 5,10 və 15 min baş qoyun olan təsərrüfatlar bir neçə sexlərə bölünərək, ana, qısır, şişək, qoç, quzu sürülərindən ibarət olur.

819-154 layihədə qoyunlar isti havalarda çöldə otarılır, soyuqda isə tövlə daxilində saxlanılır.

Qoyunların tövlə daxilində saxlanma günlərinin sayı soyuq olan yerlərdə 150 gün şişəklərin saxlanması 60 gün qəbul olunur. Burada onların yemləndirilməsində lentli yempaylayıcılar, qrup suvarıcılar QAO-4 və ya avtomatik PBS-1 suvarıcılardan istifadə olunur.

Peyinin təmizlənməsi ildə bir dəfə tövlədə saxlanma müddəti qurtardıqdan sonra buldozer vasitəsi ilə yerinə yetirilir. Qırxım isə məntəqələrdə mexanikləş-dirilmiş halda aparılır.

Bu layihəyə əsasən peyin US-15 kürəkli təmizləyicilər vasitəsi ilə saxlanılan döşəmənin alt tərəfindən təmizlənir. Heyvanların yemləndirilməsi quşçuluqda tətbiq olunan troslu şaybalı yempaylayıcılarla yerinə yetirilir. Yemlərdə qranul nəzərdə tutulmuşdur.

Qoyunların suvarılması AP-1A fərdi və ya QAO-4, AQM-4 qrup surıcılarının köməyi ilə olur. Qoyunların hər komplekti 2000 baş üçün hesablanmış qırxım məntəqələrində yerinə yetirilir.


MÜHAZİRƏ № 2


HEYVANDARLIQ FERMER VƏ KOMPLEKSLƏRİ

P L A N


1. Heyvandarlıq südçülük kompleksləri.

2. Donuz, qoyun və quşçuluq kompleksləri.

1. Heyvandarlıq südçülük kompleksləri.

Ferma heyvan saxlanılan, heyvandarlıq məhsulları istehsal edən və cins heyvan yetişdirilən kənd təsərrüfatı müəssisədir.

Fermalar cins heyvan yetişdirən və əmtəə istiqamətində olur. Cins yetişdirən fermaların məqsədi heyvanların tərkibinin yaxşılaşdırılmasına yönəldilir. Əmtəə isti-qamətli fermalar isə əhalinin və sənayenin heyvandarlıq məhsullarına olan süd, ət, yumurta və s. tələbatının ödənilməsindən ibarətdir. Fermalar heyvanların bioloji növündən asılı olaraq iribuynuzlu qaramal, donuz, qoyun, quş və vəhşi heyvanlar fermasına bölünür. Damazlıq fermalarında mal cinslərinin seleksion təkmilləşdirilməsi işləri aparılır, reproduktor fermaları isə qiymətli cinslərin artırılması üçün nəzərdə tutulmuşdur. İribuynuzlu mal saxlanılan fermalar südlük, südlük-ətlik, ətlik istiqamətində olur. Fermalar kimi heyvandarlıq komplekslərinə də ümumi texnoloji proseslə birləşdirilmiş əsas və köməkçi heyvandarlıq tikililəri və mühəndis-texniki kommunikasiyalar daxildir. Heyvandarlığın sənaye təməli ilə inkişaf etdirilməsi ilə əlaqədar olaraq ferma və kompleks arasın-dakı fərq aradan götürülür. Heyvanların saxlanma sistemini, fermaların tipini və ölçülərini, binaların konstruksiyasını və inkişaf materiallarını, istehsalın texnologiyasını və mühəndis texniki təşkilini seçmək üçün təbii iqlim şəraitləri mühüm rol oynayır. Qışı qısa və mülayim olan yerlərdə fermalardakı işlərin çox hissəsi binalardan kənarda görülə bilər. Soyuq iqlim şəra-itində birləşdirilmiş binaların tikilməsinə üstünlük verilir. Heyvandarlıq fermalarının baş planından asılı olaraq istehsalat, yemləmə və sanitar zonaları olur. Burada olan binalar əsas və köməkçi binalardan ibarətdir. Məsələn: qaramal fermasında inək, buzov, cavan heyvan saxlanılan əsas binalardan, sağım və südün ilk emalı, baytarlıq işləri üzrə, yem hazırlama və ya yem sexi, gəzinti meydançası kimi köməkçi bina-lardan ibarət olur. Bunlarla yanaşı fermada müxtəlif mühəndis tikinti qurğuları, qaraj, çardaq, yem anbarları, senaj və silos tikintiləri, peyin anbarı və s. olur.

Kompleks müəyyən qədər fermalardan fərqlənir. Belə ki, kompleks heyvan saxlanılma heyvandarlıq məhsulları istehsal edən və onun istehsalında elmin yeni nailiyyətləri tətbiq olunaraq yeni texnologiya və əməyin düzgün təşkili əsasında işini təşkil edən yüksək mexanikləşdirilmiş və avtomatlaşdırılmış müəssisəyə deyilir. Komplekslərin aşağıdakı xüsusiyyət-ləri vardır. Sahibliyinə görə kəndli-fermer təsərrüfatlar, səhmdar cəmiyyətlər, dövlət kənd təsərrüfatı müəssisələr, digər özəl qurumlar və s. tərkibində olurlar. Yem təminatına görə, dövlət, dövlət və təsərrü-fatın özünün iştirakı ilə, həmçinin yeni təsərrüfatçılıq formalarının təşəkkülü şəra-itində onların özü tərəfindən olur. İstiqamətinə görə südlük, ətlik, düyə yetişdirən, yumurta, yun və s. istiqamətlərdə olur. Məhsul istehsalına görə tam istehsal prosesi və ya hissə-hissə başa çatdırılan istehsalat proseslərinə bölünür. Komplekslərdə işin təşkili və yerinə yetirilməsi sənayeyə uyğun gəlir. Ona görə də heyvandarlığın səna-ye təməli ilə inkişaf etdirilməsi termini işlədilir. Bunun mahiyyəti heç də hamı üçün tam aydın deyildir. Ona görə də bu kitabın müəllifi mövzudan kənara çıxaraq onu izah etməyə özünə borc bilir.

Məlumdur ki, kənd təsərrüfatının iki iri sahəsi – tarlaçılıq və heyvandarlıq mövcuddur, bu iki sahənin xüsusiyyətləri biri digərinə uyğun gəlmir. Ona görə də müqayisə üçün sənayenin ən geniş sahələri olan zavod və ya fabriki götürüb onlarla müqayisə edək. Zavod və ya fabrikin kobud mənada desək, iki qapısı var: biri giriş, digəri çıxış qapısı. Girişdən xammal daxil olur, çıxışdan isə hazır məhsul istehsal olunur, lazım olan yerə verilir. Hər iki qapı arasında olan məhsul müxtəlif texnoloji proseslərdən keçərək axım üsulu ilə hazırlanır. Heyvandarlıqda da belədir: fermaya və ya kompleksə giriş qapısından yem daxil olur, çıxış qapısından isə hazır halda heyvandarlıq məhsulları əhalinin tələbatının ödənilməsinə verilir. Burada olan isteh-salat proseslərini zavod və fabrikdəki kimi axım üsulu ilə yerinə yetirməyə tam imkan vardır. Lakin bunları tarlaçılıqda tətbiq etmək qeyri mümkündür.

Hazırda heyvandarlıqda əsas vəzifələrdən biri mövcud fermalarda sənaye texnologiyasını və yeni texnikanı tətbiq etməklə onların yenidən qurulmasıdır.

Yemlə etibarlı təmin olunma, həmçinin istehsal-texnoloji proseslərin mexanik-ləşdirilməsi və avtomatlaşdırılması şərtilə yenidən qurulmuş fermalar səmərəlilik göstəricilərinə görə xeyli yaxşılaşmalıdır.

Fermalar kimi heyvandarlıq komplekslərinə də ümumi texnoloji proseslə birləşdirilmiş əsas və köməkçi heyvandarlıq tikililəri və mühəndis-texniki kommu-nikasiyalar daxildir.

Saxlanılma üsuluna görə iki əsas sistem mövcuddur: heyvanların yerləşdikləri binalardan sərbəst kənara çıxması və bina daxilində onların mövcud hərəkəti. Sis-temin seçilməsi və təbii iqlim şərtləri, heyvanların növləri və cins-yaş xüsusiyyətləri, təsərrüfatın tipi, ölçüsü, istiqaməti və başqa amillər çox təsir edir. Maşınların və texnologiyanın seçilməsi qəbul edilmiş sistemdən asılıdır. İstehsalın mühəndis-texniki təşkili bütün amillərin hər bir konkret təsərrüfata tətbiqinin səmərəli hesab-lanmasına əsaslanır, o, həmçinin, təsərrüfatın əsas planında fermaların yerləşdiril-məsi, ayrı-ayrı ferma və ya komplekslərin planlaşdırılması, onların gücü, kommunukasiyaların olması və s. ilə əlaqədardır. Adətən, əmtəəlik istehsalat bilavasitə yol kommunikasiyalarının və növbəli yem əkinlərinin yaxınlığında yerləşdirilir. Ferma-nın yaxınlığında səpilmə otlaqlar yaradılır. Damazlıq cavan heyvan və təmir sürüsü yetişdirən fermalar təsər-rüfatın uzaq ərazisində yerləşdirilir. Heyvanların saxlanıl-ma sistemini, fermaların tip və ölçülərini, binaların konstruksiyasını və inşaat materiallarını, istehsalın texnologiyasını və mühəndis-texniki təşkilini seçmək üçün təbii iqlim şərtləri mühüm rol oynayır. Soyuq iqlim şəraitində birləşdirilmiş binaların tikilməsinə üstünlük verilir.

Ferma və komplekslərdə istehsal prosesləri müəyyən ardıcıllıqla aparılan əsas və köməkçi texnoloji əməliyyatların məcmuundan ibarət olur. Hər bir əməliyyat öz növbəsində ayrı-ayrı işlərdən ibarət ola bilər. Əsas texnoloji əməliyyatlara yemin hazırlanması, inəklərin sağılması və s. köməkçi əməliyyatlara - əsas əməliyyatların yerinə yetirilməsini təmin edən işlər (südün emalı və saxlanılması üçün süni soyuq-luğun yaradılması, texnoloji ehtiyaclar üçün buxarın alınması və s.) daxildir.

Komplekslərin sənayeyə uyğun gələn bir neçə xüsusiyyətləri aşağıdakılardır:


Yüklə 6,61 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə