M ü n d ə r I c a t



Yüklə 5,58 Mb.
Pdf görüntüsü
səhifə28/229
tarix17.01.2018
ölçüsü5,58 Mb.
#21247
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   229

61 

 

insan gündə 1,5-2,5 kq tullantı yaradır, yer kürəsində bir ildə 3,6-4 mlrd.ton 



tullantı yaradır.  

Ekosferin  ayrılmaz  hissəsi  olan  insanların  durmadan  artımı  da  bio-

sferin deqradasiyasına səbəb olur. Demoqrafik problem barədə Tomas Mal-

tusun nəzəriyyəsi çoxdan məlumdur. Hələ 1798-ci ildə Maltus göstərmişdir 

ki, insanların artımı həndəsi, ərzaq artımı isə riyazi proqres əsasında inkişaf 

edir.  Lakin  Maltus  nəzəriyyəsində  insanların  qida  ilə  təmin  olunmasının 

riyazi proqresə tabe olması əsassızdır, çünki istər kənd təsərrüfatı, istərsə də 

sənaydə məhsul istehsalı əhalinin artımı ilə əlaqədar deyil.  Məsələn, keçmiş 

Rusiyada yaşayan əhalnin dörddə üçü kənd təsərrüfatı ilə məşğul olurdusa, 

hazırda  əhali  sayı  2  dəfə  artsa  da  kənd  təsərrüfatı  ilə  məşgul  olanlar  əhali 

sayının  dörddə  birini  təşkil  edir  və  adambaşına  istehsal  olunan  ərzaq  2-3 

dəfə artmışdır.  

Dünya əhalisinin artması ilə əlaqədar olaraq, bir neçə fərziyyə yaran-

mışdır.  Onlardan  biri  demoqrafik  alarmizmdir.  Alarmistlərə  görə  insan 

artımı  mütləq  aclığa,  müharibələrə,  epidemiyalara,  ümumiyyətlə,  kütləvi 

qırğına səbəb olacaqdır. Maltusun müasir tərəfdarları hətta müharibələri də 

bioloji  mənşəyə  mənsub  olan  qanunauyğunluq  sayırlar:  insan  artımında 

birinci amil sayılan ‖artıq‖ kişilərin məhvi, adamların sayını tənzimləyir.   

Başqa  bir  qrup  alimlərə  görə  insanların  artımında  ictimai  inkişaf  da 

mühüm  faktordur  –  demoqrafik  determinizm.  Belə  ki,  iqtisadi  cəhətdən 

inkişaf edən cəmiyyətdə əhali artımı şüurlu şəkildə davam edir.   

Finalizm  adlanan  cərəyan  tərəfdarlarına  görə  çox  uzaq  olmayan  gə-

ləcəkdə  Yer kürəsinin ehtiyatları tükənəcək, dünya  əhalisinin məhvi  labüd-

ləşəcək.  

Ədəbiyyat mənbələrinə görə, bizim eradan 6-7 min il qabaq Yer kürə-

sində  cəmi  10  milyon  adam  yaşamışdır.  Eranın  ilk  dövründə  insanların 

miqdarı  25  milyondan  artıq  olmuşdur.  XX  əsrin  əvvəllərində  əhali  sayı  2 

milyardı keşmişdi. 

BMT-nin  məlumatlarına  görə  dünyada  hər  dəqiqə  172-180,  gündə 

250-255 min, bir ildə 90-95 milyon adam artır. Hazırda Yer kürəsində yaşa-

yan əhalinin üçdə iki hissəsi zülala  görə keyfiyyətli qida ilə təmin olunmur. 

 

 

 



 

 

 




62 

 

FƏSĠL II  



 

KƏND TƏSƏRRÜFATININ EKOLOJĠLƏġDĠRĠL-

MƏSĠNĠN QANUNAUYĞUNLUQLARI 

                     

 

           2.1.

 

Kənd təsərrüfatı ekosistemləri -Aqroekosistemlər   

 

2.1.1.



 

 Aqroekosistemlərin bioməhsuldarlığı

 

Cəmiyyət  təbiətlə  qarşılıqlı  təsirdə  daima  ən  vacib  vəzifəni  –  həyatı 

təmin edən qida məhsullarının istehsalını yaratmışdır. Təsadüfi deyil ki, in-

sanın nəinki ən qədim kənd təsərrüfatı fəaliyyəti, hətta ilkin istehsal fəaliy-

yəti - əkinçilikdir. Yaddan çıxarmaq olmaz ki, Qədim yunanıstanda və Ro-

mada ―mədəniyyət‖ anlayışı torpağın bacarıqla düzgün işlənməsi və becəril-

məsinə aid idi. Məlumdur ki, ―kultura‖ məvhumu becərilmə, bitkinin becə-

rilməsi anlayışından yaranır. 



 

Primitiv,  sonra  isə  daha  kamil  əkinçilik  sisteminə  keçmə  bütövlükdə 

daha  kamil  kənd  təsərrüfatına  aparır  ki,  bu  da  ərzaq  ehtiyatlarının  istehsa-

lının artmasına səbəb olur, hansı ki, ilkin bioloji məhsulun formalaşmasında 

aqrar sektorun əhəmiyyətini artırır.  Bu artım planetimizdə əhalinin sayının 

artmasına  şərait  yaratdı.  Kənd  təsərrüfatı  istehsalının  yaranması  və  inki-

şafından sonra insan və biosfer arasındakı qarşılıqlı münasibətin dəyişməsi: 

a) ovçuluq və seçmə dövrü; b) aqromədəniyyət epoxası. 

Kənd  təsərrüfatı  istehsalı  hesabına  insanların  biokütləsi  aqromə-

dəniyyət  epoxasına  qədər  olduğundan  müqaysədə  daha  çox  artdı,  hansıki, 

intensivliyi  akumliyasiya  olunan  enerjidən  asılıdır.  Müasir  biosferdə 

insanlar və heyvanlar antropogen kanala 1,6.10

13

 vt-a yaxın enerji daxil edir 



ki, bu da bitkilərin ümumi yaratdığı ilkin məhsuldarlığın 25%-nə bərabərdir 

(Qorşkov,  1995).  İlkin  məhsulun  bu  qədər  artması  insanların  tələbatını 

ödəyən  tək  günəş  enerjisi  hesabına  deyil,  həm  də  digər  enerji  mənbələri 

hesabına  baş  verir.  Rusiya  Kənd  Təsərrüfatı  Elmləri  Akademiyasının 

akademiki  A.A.Juçenkonun  fikrincə,  kənd  təsərrüfatı  istehsalında  günəş 

enerjisinin  əhəmiyyətinin  azalması  və  antropogen  mənşəli  enerjinin 

əhəmiyyətinin  artması  haqda  yaranan  mübahisə  əsaslandırılmamış  hesab 

edilir.  Təxminən  95%  bitkinin  quru  maddəsi  –  bu  fotosintez  prosesində 

toplanan  günəş  enerjisidir,  biosenozların  məhsuldarlığı  isə  ilk  növbədə 

bitkilərdə  və  torpaqda  azad  baş  verən  bioloji  proseslərin  hesabına  təmin 

olunur. Aqroekosistemlərə ―antropogen enerjinin‖ verilməsi günəş enerjisini 

əvəz etmir-edə bilməz də. Antropogen enerji özünəməxsus katalizator rolu- 




63 

 

nu oynayır, günəş enerjisinin daha intensiv mənimsənilməsini stimulə edir.  



Qida  ehtiyatlarının  alınması  üçün  becərilən  bitki  spektrinin  əhəmiy-

yətli  dərəcədə  genişləndirilməsi  ötəri  əhəmiyyət  kəsb  etmir.  Əhali  hər  il 

tərkibində 1,5.10

20

 coul enerji toplayan 8,76.10



ton kənd təsərüfatı istehsalı 

məhsulu istifadə edir (Dyuvin, Tanq, 1973). Bu məhsullarda toplanan ener-

jinin 90%-ə qədərini bitkiçilik məhsulları təmin edir (Anderson, 1985).  

 

Məhsullar                                                             Energetik ekvivalent  



Düyü                                                                                   21  

Buğda                                                                                  20  

Digər dənlilər                                                                      10   

Meyvələr, qozmeyvə, tərəvəzlər                                         10  

Yağlar və piylər                                                                   9   

Şəkər                                                                                    7   

Qarğıdalı                                                                              5  

Kartof                                                                                   5 

Maniok                                                                                 2      

Heyvandarlıq məhsulları                                                     11  

 Cəmi                                                                                  100 %   

 

Yer  kürəsində  əsas  kənd  təsərrüfatı  məhsullarının  80  növü  becərilir. 



Dünya üzrə qida məhsulları istehsalının 60%-ni dənlilər (onlardan 40%-dən 

şoxu düyü və buğdaya aiddir) təşkil edir. Dənli bitkilər insanın tələb etdiyi 

zülalın təxminən 50%-ni verir.  

R.A.Eyres aydınlaşdırıb ki, müxtəlif ekoloji sahədə fotosintez nəticəsin-

də nəzəri olaraq hazırlanan üzvi maddələrə baxsaq görərik ki, qida məhsul-

larının əsas hissəsi becərilən torpaqda yaranır - baxmayaraq ki, meşələr və 

su sahələrilə müqayisədə onların sahəsi çox kiçikdir. Becərilən torpaqda qi-

da  üçün  yararlı  olan  üzvi  maddələrin  mümkün  miqdarı  yer  kürəsinin  istə-

nilən  digər  sahələrini  əhəmiyyətli  dərəcədə  üstələyir,  lakin  iqlim  şəraitini 

nəzərə  almaqla  hesablanan  becərilən  torpaqların  nəzəri  məhsuldarlığı  

okeanların  və  meşələrin  məhsuldarlığı  ilə  müqayisədə  çox  kiçikdir.  Tədqi-

qatçıların  fikrincə,  əgər  insanlar  okeanlardan  və  meşələrdən  alınan  məh-

sullarda  qida  maddələrinin  miqdarını  artıra  bilsəydi,  qida  problemi  həll 

oluna bilərdi.    

İlkin bioloji məhsulun  artması  üçün  kənd təsərrüfatı  ekosistemlərinin 

 idarə  olunması,  becərilən    bitkilərin  növ  müxtəlifliyinin  genişləndirilməsi, 

istehsal məhsullarında lazımi keyfiyyət tərkibinin təmini, onların tərkibində 



Yüklə 5,58 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə